1
Poetika anlayışı ədəbiyyatşünaslığın hansı şöbəsinə aid
edilir? A) ədəbiyyat tarixçiliyi B) ədəbi tənqid
C) ədəbiyyat nəzəriyyəsi D) hər üç şöbəyə aid edilə bilər
E) poetika ədəbiyyatşünaslığın müstəqil şöbəsidir
2
Bədii əsərdə müəllif tendensiyası dedikdə nə başa
düşülür? A) müəllifin təqdim etdiyi hadisə və
personajlara münasibəti B) yazıçının təhkiyə tərzi
C) müəllifin süjet qurmaq məharəti D) müəllifin seçdiyi
əsas mövzu E) bədii əsərin tərbiyəvi əhəmiyyəti
3
Çağdaş ədəbi prosesin dəyərləndirilməsi
ədəbiyyatşünaslığın hansı şöbəsinə aid edilir?
A) ədəbiyyat tarixçiliyi B) ədəbiyyat nəzəriyyəsi
C) ədəbi tənqid D) hər üç şöbəyə aid edilə bilər
E) ədəbi prosesin tədqiqi ədəbiyyatşünaslığın eyniadlı
müstəqil şöbəsidir
4
“İrq, mühit və moment nəzəriyyəsi” ədəbiyyatşünaslıqda
hansı məktəb üçün xarakterikdir? A) mədəni-tarixi
metod B) tarixi-müqayisəli metod C) sosioloji metod
D) bioqrafik metod E) formal metod
5
Ədəbiyyatşünaslıqdakı tarixi-müqayisəli metod belə də
adlandırılır: A) formalizm B) strukturalizm
C) komparativizm D) dekadentizm E) dadaizm
6
İ. Ten, V. Şerer, A. N. Pıpin ədəbiyyatşünaslıqda hansı
metoda mənsubdurlar? A) mədəni-tarixi metod B) tarixi-
müqayisəli metod C) formal metod
D) bioqrafik metod E) sosioloji metod
7
Hansı ədəbiyyatşünaslıq məktəbi müxtəlif xalqların
ədəbiyyatının, mədəniyyətinin irqi, regional fərqlərdən
asılı olmayaraq eyni qanunauyğunluğa tabe olması
ideyasına istinad edir? A) formal məktəb B) antropoloji
məktəb C) psixoloji məktəb
D) bioqrafik məktəb E) mifoloji məktəb
8
Ədəbiyyatşünaslıqdakı sosioloji metod üçün daha
səciyyəvi oilan prinsip: A) ”Sənət gələcək üçündür”
B) ”Sənət sənət üçündür” C) ”Sənət şöhrət üçündür”
D) ”Sənət həyat üçündür” E) ”Sənət sənəti başa
düşənlər üçündür”
9
T. Benfey, C. Develop, E. Taylor, V. Jirmunski, A.
Veselovski hansı ədəbiyyatşünaslıq metodunu təmsil
edirlər? A) mədəni-tarixi metod B) tarixi-müqayisəli
metod C) formal metod D) bioqrafik metod E) sosioloji
metod
10
Bədii ədəbiyyatın özünəməxsusluğunu, bədii inikas
qanunlarını şərh edən ədəbiyyatşünaslıq şöbəsi :
A) ədəbi tənqid B) ədəbiyyat nəzəriyyəsi C) ədəbi
əlaqələr D) ədəbi metod E) heç biri
11
“Poeziyanın növlərə və janrlara bölünməsi” əsərinin
müəllifi kimdir? A) Aristotel B) Hegel C) Lessinq
D) V.Q.Belinski E). M. F.Axundzadə
12
Ədəbiyyatşünaslıq elmində “mimesis” (təqlid) və
“katarsis” (təmizlənmə) terminlərini irəli sürüb
əsaslandıran mütəfəkkir kimdir? A) Sokrat B) Platon
C) Bualo D) V.Q.Belinski E)Aristotel
13
“XI əsrdə dil və ədəbiyyat üzrə nəinki Azərbaycanda,
eləcə də bütün Yaxın və Orta Şərq ölkələrində ən məşhur
alim ... idi” . Burada kimdən bəhs olunur? A) Qətran
Təbrizi B) Ömər Gənci C) Yusif Xoylu D) Xətib
Təbrizi E) Şeyx Mahmud Şəbüstəri
14
Ədəbiyyat nəzəriyyəsinin inkişafında mühüm rolu olan
XVIII əsr alman alimi: A) Russo B) Didro C) Fildinq
D) Lessinq E) Höte
15
Epik və dramatik əsərlərin məzmun və forma vəhdəti
haqqında ilk dəfə kim fikir söyləmişdir?
A)Xətib Təbrizi B) Platon C) Bualo D)Aristotel
E) V.Q.Belinski
16
Bədii ədəbiyyatda “yalana bənzəyən doğrudansa,
doğruya bənzəyən yalan daha yaxşıdır”,- deyən
Azərbaycan şairi kimdir? A)Nizami B) Füzuli
C) Nəsimi E) Xətayi E) Qazi Bürhanəddin
17
Azərbaycanda XIX əsrdə ədəbi-bədii meyarların yeni
şərhi, ədəbi-nəzəri fikrin sistemli inkişaf dövrü kim ilə
başlayır? A) Məhəmməd Tağı Sidqi B) Seyid Əzim
Şirvani C) Mirzə Fətəli Axundzadə D)
Xurşidbanu Natəvan E) Abdulla Sur
18
Peyzaj nədir? A) təbiətə həsr olunan şeir janrıdır
B) baharın təsviridir C) bədii əsərdə təbiət təsviridir D)
lirik şeirdir E)məişət təsviridir
19
İnsanın daxili aləmini, hiss və duyğularını verən bədii
lövhələrə nə deyilir? A)ritorika B) klassika C)
poetika D) patetika E) lirika
20
İctimai inkişafın əsas qanunauyğunluqlarını kamil ifadə
edən, insan xarakter və taleyini ümumiləşdirən surətlər
necə adlanır? A) obraz B) tip C) xarakter D)
prototip E) surət
21
Bədii ədəbiyyatda xalq mənafeyinin ifadəsi, xalqın
ruhuna yol tapan əsərlər yazmaq hansı anlayışa daha
yaxındır? A) ənənəvilik B) yenilikçilik C)
xəlqilik, millilik D) haqqpərəstlik E) reallıq
22
Bədii ədəbiyyatda forma anlayışına daxil deyil :
A) vəzn B) süjet C) mövzu D) kompozisiya E) rədif
23
Müəllifin bədii əsərdə oxucuya çatdırmaq istədiyi
başlıca fikir nədir? A) məzmu B) fabula C) ideya
D) mövzu E) süjet
24
Aristotelin işlətdiyi “fabula” termini müasir
ədəbiyyatşünaslıqda hansı anlayışa uyğun gəlir ?
A) kompozisiya B) ideya C) mövzu D) forma
E) süjet
25
M. F. Axundzadə məzmun və forma vəhdətindən
danışarkən bu əsərləri həm məzmunca, həm də formaca
gözəl nümunə kimi xatırlatmışdır:
A) Firdovsinin “Şahnamə”si, Nizaminin “Xəmsə”si
B)Xaqaninin və Qaaninin şeirləri
C) Hafiz Şirazının divanı; Sədinin “Gülüstan”ı
D) Cəlaləddin Ruminin “Məsnəvi”si E) Əbül-üla
Gəncəvinin və Xaqaninin qəsidələri
26
Ədəbiyyatda söz və ifadələrin, faktların və epizodların,
surətlərin müəyyən ahəngdar, məntiqi, məqsədəuyğun və
münasib şəkildə tərtibi, quruluşudur: A) süjet B) fibula
C) kompozisiya D) konflikt E) xarakter
27
Bədii əsərdə hadisələrin inkişaf xəttidir: A) süjet B)
kompozisiya C) forma D) məzmun E) konflikt
28
Bədii dildə dialekt sözləri verilə bilər :
A) müəllif təhkiyəsində B) dramların remarkalarında C)
peyzajlarda D) hər məqamda E) obrazların
danışığında
29
Göz yaşını bəs ki, tökdü hər su, Hər məhəllədən axıtdı
min cu” – beytində hansı bədii ifadə vasitəsi işlənmişdir
(nəzərə almalı ki, “cu” - “çay” deməkdir) A) litota B)
mübaliğə +C) təzad D) epitet E)
sinekdoxa
30
“Camalın günəşdir, qəmərdir üzün” misrasında işlənmiş
məcaz A) təşbeh B) mübaliğə C) metafora D) epitet
E) simvol
31
”Nədir, nə deyirsən , vəfalı yarım? -misrasında
işlənmişdir A)kinayə B) litota C) təşbeh D) epitet E)
sinekdoxa
32
“Dolanıram hər tərəf odlara düşmüş mar tək” misrasında
işlənmiş məcaz A) inversiya B) epitet C) sinekdoxa D)
təşbeh və inversiya E) təşbeh
33
Döydü yağış məni, döydü qar məni,
Bir qarışqa minsəm, aparar məni,- misralarında işlənmiş
bədii ifadə vasitəsi hansıdır? A) bədii sual B) litota C)
təşbeh D) epitet E) simvol
34
“Qıratın yalında qıvrılıb yatan,... Yağıya gözdağı, bizə
şan qılınc” – misralarında işlənmişdir :
A) təkrir
B) sinekdoxa
C) metonomiya
D) metafora və litota
E) metafora
35
Hansı ədəbi növ üçün göstərmə əsasdır?
A) epik
B) lirik
C) dramatik
E) epik və lirik
E) lirik və dramatik
36
Lirik növ üçün ən səciyyəvi olan xüsusiyyət A)təqlid
B) tənqid C) tərənnüm D) təsvir E)göstərmə
37
Hansı ədəbi növ üçün təhkiyə əsasdır? A) epik B)
lirik C) dramatik E) hamısı üçün E) heç biri üçün
38
Lirik növün nəsrlə yazılan janrı A) qoşma B) roman C)
melodram D) təmsil E) mənsur şeir
39
“Qəsidə”, “qəzəl”, “nət”, “minacat”, “ballada”;
“fəxriyyə”, ”qoşma”, “tərci-bənd”, – məntiqi baxımdan
sıranı pozan janrları ayırın A) 1-ci və 5-ci B) 5-ci və 7-
ci C) 2-ci və 7-ci D) 1-ci və 8-ci E) 1-ci və 4-cü
40
Mürəbbe – tərbi ; Müxəmməs – təxmis ; Müsəddəs - ...?.
Hansı söz buraxılıb? A) təcnis B) tərxis C)
tədsis D) təsdis E)hədis
41
“Münacat”, “nət”, “mədhiyyə”, “mərsiyə”, - klassik
lirikada bu janrlar hansı janrın mövzuca fərqlənən
nümunələri idi? A) qəzəlin B) məsnəvinin C)
rübainin D) qəsidənin E) müstəzadın
42
Altılıq – müsəddəs; yeddilik – müsəbbe ; səkkizlik - ... ?
Düzgün olanı seçin A) mürəbbe B) müəşşər C)
müsəmmən D) müəmma E) müstəzad
43
Mövzuca bir-birinə bağlı müxtəlif bəndlərdən qurulur.
Birinci bəndin final beyti sonrakıların hamısında
təkrarlanır. Bəndlərdə misraların sayı 10-12, bəzən artıq
da olur. Bu əlamətlər hansı janra aiddir? A) müstəzad B)
divani C) tərci-bənd D) tərkib-bənd E) müsəmmən
44
”Girizgah” nədir? A) poemanın sonluğudur B)
məsnəvinin girişidir C) qəsidənin girişidir D)
pişrovun başqa adıdır E) bunların heç biri deyil
45
Hər bəndi 10-12 misradan ibarətdir. Bəndin sonunda bir
final beyti verilir ki, həmin beytin qafiyələri sonrakı
bəndlərin final beytində də təkrar edilir A) müstəzad B)
tərkib-bənd C) tərci-bənd D)müsəmmən E) müləmmə
46
“Mən gələndə gilənarlar gül idi,
Güllər açdı, bağçaları bürüdü”, – misralarındakı bölgünü
tapın A) 4 + 7 B) 4 + 4+ 3 C) 6 + 5 D) 3+4+4 E) 6 +
5
47
“Qafiyə”, “rədif”, “misra”, “remarka”, “bölgü”, “bənd”, -
məntiqi baxımdan hansı söz çıxıla bilər?
A) 1-ci B) 5-ci C) 6-cı D) 4-cü E) 1-ci və 3-cü
48
Qafiyə, vəzn, ölçü, bölgü , - bu əlamətlər nəyə aiddir?
A) yalnız poemaya B) yalnız məsnəviyə C) poeziyaya
D) mənsur şeirə E) hamısına
49
Ədəbiyyatşünaslıqda “bölgü” termininin sinonimidir A)
təqti B) vəzn C) ölçü D) vurğu E) rədif
50
Əsas qafiyədən sonra işlənir A) təkrir B) rədif
C) bölgü D) xitab E) heç biri
51
Heca vəzninin aşıq poeziyasında daha geniş yayılmış
ölçüləri A) 8, 10 və 11 heca B) 7, 8 və 11 heca
C) 7, 8 və 12 heca D) 5, 8 və 11 heca E) yalnız 8 heca
52
Biri klassik lirikamızda işlənməyib A) qəzəl
B) mürəbbe C) himn D) tuyuq E) müəşşər
53
Əruz vəzninin ilk dəfə elmi şərhini verən ədəbiyyatşünas
kimdir? A) Xətib Təbrizi B) Yusif Xoylu C) Əhdi
Bağdadi D) Xəlil ibn Əhməd E) Lətifi
54
Əruzun bəhrləri neçə dairədə birləşir? A) dörd B)
beş C) altı D) iki E) yeddi
55
Azərbaycan poeziyasında əruzun neçə bəhri işlənir?
A) on beş B) on altı C) on D) on dörd E) on bir
56
Aşağıdakı beyt əruz vəzninin hansı bəhrində və
təfiləsindədir :
Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,
Nalə tərkin qılmazam ney tək kəsilsəm bəndü bənd.
A) səri bəhri, failAtün fAilAtün məfUlu B) müzare
bəhri, fAilAtün fAilAtün fAilAtün C) rəməl bəhri,
fAilAtün fAilAtün fAilAtün fAilAt D) mütədarik
bəhri, fAilAtün fAilAtün fAilAtün məfUlu E)rəməl
bəhri, fAilAtün fAilAtün fAilAtün fAilün
57
Bu şeirləri birləşdirən ortaq xüsusiyyət hansıdır:
S.Vurğun “Raport”, R. Rza “Sizə kimdən deyim”,
N.Hikmət “Salxım söyüd” ? A) hamısı təbiət
mövzusundadır B) hamısı satirik şeirdir C) hər üçü
qoşmadır D) hər üçündə monoloq və dialoqlar var E)
hər üçü sərbəst şeirdir
58
Hansı poema daha çox lirik xarakterdədir?
A) S.Vurğun “Komsomol poeması” B) C.Cabbarlı “Qız
qalası” C) Nizami Gəncəvi “İsgəndərnamə” D) R.
Rza “Qızılgül olmayaydı” E) heç biri
59
Azərbaycan poeziyasında sərbəst şeirin ustadı sayılır A)
Səməd Vurğun B) Əliağa Vahid C) Rəsul Rza
D) Mirvarid Dilbazi E) hamısı
60
İlk dəfə məsnəvi formasından Şərqdə nə zaman istifadə
olunub? A) 7-ci əsrdə B) 8-ci əsrdə C)10-cu əsrdə D) 9-
cu əsrdə E) 13-cü əsrdə
61
Təmsil janrının əsas məziyyəti nədir? A) şeirlə yazılması
B) alleqoriya əsasında yaranması C) lirik növə aidliyi
D)yalnız Şərq ədəbiyyatına aidliyi E) yalnız Qərb
ədəbiyyatına aidliyi
62
“Azərbaycan ədəbiyyatında romanın əhəmiyyəti
haqqında ilk sözü ... söyləmişdir”. Nöqtələrin yerinə
kimin adı yazılmalıdır? A) M. S. Ordubadi B) Y.
V. Çəmənzəminli C) M.F.Axundzadə D) N.
Nərimanov E)İ.Qutqaşınlı
63
Biri janr baxımından fərqlidir A)”Səyahətnameyi-
İbrahim bəy” B) “Dumanlı Təbriz” C) “Qılınc və
qələm” D) “Qızlar bulağı” E)”Rəşid bəy və Səadət
xanım”
64
“Quruluşca o qədər də mürəkkəb olmur. Xarakterik bir
hadisə, yığcam bir süjet, ümumiləşdirici bir mətləb,
müxtəsər söyləmə üsulu burada əsasdır”. Yazılı
ədəbiyyatın hansı janrından danışılır?
A) lətifə B) rəvayət C) povest D) qəzəl E) hekayə
65
Gözlənilməz sonluqla bitən epik janr A) faciə
B) hekayə C) novella D) melodram E) nağıl
66
Faktiki materialın bədiiliklə verildiyi epik janr A)
oçerk B) təmsil C) fars D) qəsidə E) heç biri
67
Bu sırada ədəbi növə aidlik baxımından hansı janr
artıqdır? A) təmsil B) hekayə C) lətifə D) roman
E) qəsidə
68
Dramatik növün dram janrı dünya ədəbiyyatında nə
zaman formalaşıb? A) antik dövrdə B) XX əsrdə C)
XV əsrdə D) XVI əsrdə E) XVII əsrdə
69
Yalnız mütaliə üçün yazılan dramlara verilən ad
A) melodrama B) monodram C) lezedram D) vodevil
E) fars
70
Faciə janrına ilk dəfə mükəmməl elmi təhlil vermişdir
A) Aristofan B) Sofokl C) Esxil D) Aristotel
E) Evripid
71
Dram əsərlərində geniş yer tutmur A)monoloq B)
dialoq C)remarka D)müəllif təhkiyəsi E)
monoloq və dialoq
72
Hansı janrın adı “şən kütlə” və “nəğmə” mənalarını
bildirən iki sözün birləşməsindən yaranmışdır?
A) tragediya B) komediya C)tragikomediya D)
melodram E)lətifə
73
Sovet dövrü ədəbiyyatımızda komediya ustadı kimi
şöhrətlənmişdir? A) Səməd Vurğun B) İlyas Əfəndiyev
C) Sabit Rəhman D) Yusif Vəzir Çəmənzəminli E) heç
biri
74
Faciə ilə komediya arasında ortaq mövqe tutan janr
hansıdır? A) lətifə B) dram C) melodram D)tragediya E)
heç biri
75
Kiçik həcmli şən və məzəli komik əsərlər necə adlanır?
A) vodevil B) melodram C) tragikomediya D)
komediya E) hailə
76
Komediyalar mahiyyətcə iki cür olur A) vəziyyətlər
komediyası və xarakterlər komediyası
B) vəziyyətlər komediyası və əyləncələr komediyası C)
regional komediya və milli komediya D)
xarakterlər komediyası və sürprizlər komediyası E) belə
təsnifat yoxdur
77
“Almaz”, “Nadanlıq”, “Keçmişdə qaçaqlar” əsərlərinin
janrı A) tragikomediya B) dram C) vodevil
D) faciə E) fars
78
Mahiyyətcə faciəyə daha yaxın olan dramatik janr A)
mərsiyə B) ağı C) melodram D) monodram E)
hamısı yaxındır
79
Dram əsərinin hansı komponentinin mənası “işarə, qeyd”
anlamını bildirir? A) dialoq B) zapiska C)
zarisovka D) remarka E) kompozisiya
80
Eyni dramatik janra müraciət baxımından biri bu sırada
artıqdır A)Aristofan B)Molyer C) M. F.
Axundzadə D)S.Rəhman E) H. Cavid
81
Dramatik növün bu janrı xalq mərasimlərinin və
oyunlarının əsasında yaranmışdır.Burada daha çox
insanların zooloji-fiziki cəhətləri gülüş hədəfinə çevrilir
A ) komediya B) vodevil C) məzhəkə D)səhnəcik E)
fars
82
Gülüşün bu növünün adı yunanca “rütubət”, “
yumşaqlıq” mənasını bildirir A) yumor B) sarkazm C)
qrotesk D) satira E) parodiya
83
“ ... yazıçının əsərlərini başqa yazıçıların əsərlərindən
aydıncasına fərqləndirən ideya və forma
özünəməxsusluğudur”. Buraxılmış söz hansıdır? A)
metod B)janr C) mövzu D)vəzn E) üslub
84
Surəti fərdiləşdirmək üçün dildən bir vasitə kimi daha
geniş, əhatəli şəkildə istifadə olunur A)
romantik əsərlərdə B) realist əsərlərdə C) həm romantik,
həm də realist əsərlərdə D) modernist əsərlərdə E) heç
birində
85
Bədii yaradıcılıq tipləri necə adlanır ? A) ədəbi üslub B)
bədii metod C) ədəbi məktəb D) ədəbi cərəyan E)
manera
86
Orta əsrlər ədəbiyyatımız üçün hansı metod əsasdır?
A)realist metod B) satirik metod C)
tənqidi realist metod D) romantik metod E) heç biri
87
17-ci əsrdə ilk dəfə Fransada yaranmış ədəbi cərəyan
A) klassisizm B) romantizm C) realizm D) futurizm
E)sentimentalizm
88
Bu ədəbi cərəyanın nümayəndələri antik ədəbiyyata tez-
tez müraciət edirdilər A) sentimentalizm B)
romantizm C)realizm D) futurizm E)klassisizm
89
Klassisizmin məşhur nəzəriyyəçisidir A) Didro B)
Russo C) Bualo D) Mönteskyö E) Molyer
90
Hansı ədəbi cərəyanın prinsiplərinə görə, bədii əsərlərdə
hadisələr bir əsas xətt üzrə qurulmalı idi?
A) sentimentalizm B) romantizm C)realizm D)
klassisizm E) futurizm
91
Faciə janrına ardıcıl müraciət edən klassisizm
nümayəndələri A) Rasin, Kornel B) H. Cavid, M.
Hadi C) H. Cavid, A. S. Puşkin D) Molyer, N. Vəzirov
E) heç biri
92
Klassisizm nəzəriyyəsinə görə, dramaturgiyada “üç
vəhdət” prinsipinin pozulması nə ilə nəticələnərdi?
A) həqiqətəuyğunluq azalar, şərtilik çoxalardı B)
əsər maraqsız olardı C) ümumiləşdirmə olmazdı D)
bədiilik olmazdı E) heç nə baç verməzdi
93
“Üç vəhdət” prinsipi bütövlükdə aiddir A) faciəyə B)
komediyaya C) klassisizmə D) naturalizmə E) odaya
94
Hansı ədəbi cərəyanın prinsiplərinə görə, bədii əsərlərdə
hadisələrin başvermə müddəti 24 saatdan çox olmamalı
idi? A) sentimentalizm B) romantizm C)realizm D)
futurizm E)klassisizm
95
Hansı ədəbi cərəyan sənətkarı müəyyən prinsiplər
əsasında məhdudluğa salırdı? A) sentimentalizm B)
romantizm C)realizm D)klassisizm D) futurizm
96
Hansı ədəbi cərəyanın prinsiplərinə görə, bədii əsərlərdə
hadisələrin baş verdiyi məkan əsasən dəyişməməli idi?
A) sentimentalizm B) romantizm C)realizm D) futurizm
E)klassisizm
97
İnsan hissiyyatının təcəssümünə hansı ədəbi cərəyan
daha geniş yer verirdi? A) klassisizm B)
romantizm C)realizm D) sentimentalizm E)futurizm
98
Kəndin şəhərə qarşı qoyulub üstün tutulduğu ədəbi
cərəyan A) klassisizm B) romantizm C)realizm
D)modernizm E) sentimentalizm
99
Avropada klassisizmi əvəz etmiş ədəbi cərəyan A)
maarifçi realizm B) sentimentalizm C)modernizm D)
naturalizm E) tənqidi realism
100
Bu ədəbi cərəyan üçün melodramlar, gündəlik və məktub
şəklində yazılmış povestlər daha səciyyəvi idi A)
sentimentalizm B) romantizm C)
ekzistensializm D) maarifçi realizm E) heç biri
101
A. Divanbəyoğlunun “Can yanğısı” romanı necə əsərdir?
A) romantik B) maarifçi realist C)
sentimentalist D) naturalist E) tənqidi realist
102
Bu əsərlər hansı ədəbi cərəyanı təmsil edir : “Klarissa
Qarlou”, “Pamela”, “Bədbəxt Liza” , “Can yanğısı”,
“Natalka Poltavka”? A) maarifçi realizm B)
sentimentalizm C)klassisizm D) naturalizm E)
futurizm
103
Bu ədəbi cərəyan üçün hissiyyat kultu əsasdır A)
klassisizm B) romantizm C)realizm
D) sentimentalizm E)modernizm
104
C. Cabbarlının “Solğun çiçəklər” pyesi necə əsərdir?
A) romantik B) maarifçi realist C) sentimentalist D)
naturalist E) tənqidi realist
105
Təbiətin cəmiyyətə qarşı qoyulub üstün tutulduğu ədəbi
cərəyan A) klassisizm B) romantizm C)realizm D)
sentimentalizm E)futurizm
106
Bu əsərlərdən biri çağdaş postmodernist roman
nümunəsi sayıla bilər A) Anar “Beşmərtəbəli evin
altıncı mərtəbəsi” B) İsa Hüseynov “Yanar ürək” C)
Fərman Kərimzadə “Çaldıran döyüşü” D)Kamal Abdulla
“Yarımçıq əlyazma” E) Elçin “Ağ dəvə”
107
Təbiət əhvali-ruhiyyəni ifadə etmək üçün bu ədəbi
cərəyanda daha çox fon rolunu oynayırdı
A) klassisizm B) romantizm C)realizm
D) sentimentalizm E)modernizm
108
Sadə adamlar, onların dərin hissiyyatı ədəbiyyatın
diqqət mərkəzinə çəkildi A) klassisizmdə
B) modernizmdə C)sentimentalizmdə D) maarifçi
realizmdə E) hamısında
109
Azərbaycan ədəbiyyatında sentimentalizmin
nümayəndəsidir A) A. Divanbəyoğlu B) M. Hadi C)
Ə. Qəmküsar D) N. Nərimanov E) hamısı
110
Abdulla Şaiqin hansı əsərində sentimentallıq aparıcı
mövqedədir? A) “Araz” B) “Gözəl bahar” C) İki
müztərib, yaxud əzab və vicdan” D) “İblisin hüzurunda”
E) hamısında
111
C. Cabbarlının hansı əsərlərində sentimentallıq
aparıcıdır? A) satirik şeirlərində B)”Yaşar” pyesində C)
“Almaz” pyesində D) ilk pyeslərində E) son
hekayələrində
112
Bu ədəbi cərəyan üçün xəyal kultu əsasdır A)
klassisizm B) romantizm C)realizm D)
sentimentalizm E)modernizm
113
Bu cərəyanın nümayəndələri gah keçmişə baxır,
“itirilmiş səadət”ə göz yaşı tökür, gah da gələcəyə
yönələn ümid və xəyallarını qələmə alırdılar
A) maarifçi realizm B) sentimentalizm C)romantizm
D) naturalizm E) futurizm
114
Novalis, V. Hüqo, A. Mitskeviç, H. Cavid. Bu
sənətkarları birləşdirən əsas ortaq cəhət hansıdır?
A) simvolik dram yazmışlar B) sonet yazmışlar C)XIX
əsrdə yaşamışlar D) romantizmə aiddirlər E)
ortaqlıq yoxdur
115
Bir zamanlar “mütərəqqi” və “mürtəce” olmaqla iki yerə
ayırırdılar A) klassisizmi B) romantizmi C)
naturalizmi D) tənqidi realizmi E) modernizmi
116
Azərbaycan romantizminin ilk sistemli tədqiqatçısı
kimdir? A) Məmməd Cəfər Cəfərov B) Həmid Araslı
C) Feyzulla Qasımzadə D) Yaşar Qarayev
E) Məmməd Arif
117
Rəmzi, mövhumi surətlər, ideal qəhrəmanlar yaratmağa
meylli idilər : A) qəzəlxanlar B)
sentimentalistlər C) faciə yazanlar D) romançılar E)
romantiklər
118
Hansı romantik ədibin yaradıcılığında fəlsəfi lirika daha
qüvvətlidir? A) A. Səhhət B) A. Şaiq
C) Ə. Nəzmi D) M. Hadi E) C. Cabbarlı
119
İngiltərədə bu ədəbi cərəyanı Ç.Dikkens, V.Tekkerey
təmsil edir A) klassisizm B) romantizm C) tənqidi
realizm D) naturalizm E) maarifçi realizm
120
Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanı nə
zaman təzahür etmişdir? A)XIX əsrin əvvəllərində B)
XIX əsrin ortalarında C) sovet dövründə D) XX əsrin ilk
onilliklərində E) Cümhurüyyət
dövründə
121
M. Hadi, A. Şaiq, Ə. Hüseynzadə hansı ədəbi cərəyana
aiddir? A) maarifçi realizm B)
sentimentalizm C) romantizm D) naturalizm E)
simvolizm
122
Höte, Şiller, A. Mitskeviç, H. Cavid üçün ortaq ədəbi
cərəyan A) maarifçi realizm B) sentimentalizm
C)romantizm D) naturalizm E)heç biri
123
H. Cavidin simvolik obrazlı dram əsəri A) “Ana” B)
“Maral” C) “Şeyx Sənan” D) “İblis” E) heç biri
124
A.S. Puşkin, M. Y. Lermontov üçün ortaq ədəbi cərəyan
A) maarifçi realizm B) sentimentalizm C)romantizm
D) naturalizm E)futurizm
125
Bədii yaradıcılıq prosesinə aid edilə bilməz
A) rasionallıq B) intuitivlik C) ümumiləşdirmə
D) neqativlik E) fərdiləşdirmə
126
Fransada bu ədəbi cərəyanı O.Balzak, Gi de Mopassan,
Flober təmsil edir A) klassisizm B) romantizm
C) naturalizm D) tənqidi realizm E) modernizm
127
Ədəbiyyatımızda maarifçi realist dramaturgiyanın
banisidir A) N. Vəzirov B) Ə. Haqverdiyev C)
M. F. Axundzadə D) S. Ə. Şirvani E) heç biri
128
Şahlıq üsuli-idarəsini ifşa edən maarifçi realist nəsr əsəri
A) “Hacı Qara” B) “Mürafiə vəkillərinin hekayəti” C)
“Aldanmış kəvakib” D) “Padşahın məhəbbəti” E) heç
biri
129
Füzuli qəzəllərinə satirik nəzirələr yazmış tənqidi realist
şair A) Vazeh B) Zakir C) Hadi D) Seyid Əzim
Şirvani E) Sabir
130
Dram və nəsr əsərləri yazmış bu ədibin əsərlərində gülüş
göz yaşı ilə yoğrulmuşdur A) Sabir B) Cavid C)
Hadi D)Mirzə Cəlil E)Mirzə Şəfi
131
Tənqidi realist dramaturgiya nümunəsidir A)
“Hacı Qara” B) “Mürafiə vəkillərinin hekayəti” C)
“Ölülər” D) “İblis” E) heç biri
132
Azərbaycan tənqidi realistlərinin cəmləşdiyi mətbuat
orqanı A) “Füyuzat” B) “Yeni füyuzat” C) “Molla
Nəsrəddin” D) Şəlalə” E) “Əkinçi”
133
Yaradıcılığında tənqidi pafos daha dərin ictimai
mündəricə daşıyan şairimiz : A)Cavid B) Zakir
C) Hadi D) Seyid Əzim Şirvani E) Sabir
134
Tarixi mövzuda nəsrlə yazılmış dram əsəri A)
“Qaçaq Nəbi” B) “Mürafiə vəkillərinin hekayəti” C)
“Vaqif” D) “Nadir şah” E) hamısı
135
Bu romantik ədib öz qəhrəmanlarını daha çox ölkə
xaricindən seçirdi : A)A. Səhhət B) A. Şaiq
C) Ə. Nəzmi D) M. Hadi E)H.Cavid
136
O.Balzak, Gi de Mopassan, Flober, Ç.Dikkens,
L.Tolstoy, A.P.Çexov, C.Məmmədquiuzadə, M.Ə. Sabir
– bu ədibləri birləşdirən ortaq cəhət nədir?
A) maarifçi realist olmaları B) komediya yazmaları C)
tənqidi realist olmaları D) roman yazmaları E) heç biri
137
A. Bakıxanov, M. Ş. Vazeh, İ. Qutqaşınlı üçün ortaq
cəhət A) şair olmuşlar B) dramaturq olmuşlar C)
tənqidi realist olmuşlar D) romantizmin baniləridir E)
ilk Azərbaycan maarifçiləridir
138
Azərbaycan romantiklərinin cəmləşdiyi mətbuat orqanı
A) “Füyuzat” B) “Arı” C) “Molla Nəsrəddin” D)
Şeypur” E) “Əkinçi”
139
Azərbaycan romantizminin əsas ideoloqu kim idi?
A) A. Səhhət B) A. Şaiq C) Ə.Hüseynzadə
D) H. Zərdabi E) F. Köçərli
140
Görkəmli ədiblərin yaradıcılıq ənənələrinin davam
etdirilməsi, ardıcıllarının yetişməsi nəticəsində
formalaşır A) bədii metod B) bədii üslub C) ədəbi
məktəb D) ədəbi janr E) ədəbi tənqid
141
XIX əsrin məşhur rus ədəbiyyat nəzəriyyəçisi idi:
A)Q. Pospelov B) Qoqol C) Lessinq D). Lomonosov E)
V.Q.Belinski
142
C.Məmmədquiuzadə, M.Ə. Sabir, Ə. Nəzmi, Ə.
Qəmküsar – bu ədibləri birləşdirən ortaq cəhət nədir?
A) maarifçi realist olmaları B) komediya yazmaları C)
tənqidi realist olmaları D) yalnız satira yazmaları E)
qəzəl yazmaları
143
Yazıçının həyat faktlarına, təsvir etdiyi bədii materiala
və problemlərə yanaşma prinsiplərinin məcmusudur A)
bədii metod B) bədii üslub C) ədəbi cərəyan D)
ədəbi janr E) ədəbi məktəb
144
Tənqidi gülüşün daha kəskin növüdür A) lətifə B)
yumor B) satira D) heç biri E) hamısı
145
Sovet dövründə Azərbaycanda ədəbiyyat nəzəriyyəsinin
inkişafında böyük rol oynamış ədəbiyyatşünas kimdir?
A)Firudin bəy Köçərli B) Abbas Zamanov C) Yaşar
Qarayev D) Yəhya Seyidov E) Seyid hüseyn
146
Həm nəzm, həm də nəsrlə yazıla bilir A) dram
B) qəsidə C)mənsur şeir D)qoşma E) heç biri
147
Bu janrda faciəviliklə komiklik vəhdət təşkil edir A)
komediya B) vodevil C) tragikomediya D) fars E) heç
birində
148
Komediya sözünün sinonimi kimi də işlənir A)
məzhəkə B) lətifə C) hailə D) vodevil E) satira
149
Təşbehin dörd elementindən yalnız bənzəyən və
bənzədilənin iştirak etdiyi bənzətmə necə adlanır?
A) mükəmməl təşbeh B) müfəssəl təşbeh C)
müsəddəs təşbeh D) adi təşbeh E) yarımçıq təşbeh
150
Ərşə çıxdı ahü vayım sübhü şam, - misrasında işlənmiş
bədii ifadə vasitəsi A) təşbeh B) mübaliğə C) litota D)
kinayə E) bədii sual
151
Anafora nədir? A) təşbehin növüdür B) əvvəldə gələn
təkrirdir C) sonda gələn təkrirdir D)ortada gələn təkrirdir
E) bunlardan heç biri deyil
152
”Biz komediyalarında onu bir maarifçi kimi görürük”.
Bu fikri hansı ədibin yaradıcılığına aid etmək olar? A)
C. Məmmədquluzadə B) Ə.
Haqverdiyev C) M. F. Axundzadə D) S. Ə. Şirvani E)
hamısı
153
Hansı tənqidi realist dramaturgiya nümunəsində xalqa
fayda verməyən, onun dərdinə yanmaq əvəzinə, boş-boş
işlərlə məşğul olan ziyalılar tənqid olunmuşdur? A) M.
Ə. Sabir “Nədamət və şikayət” B) M. F. Axundzadə
“Hekayəti-Molla İbrahimxəlil kimyagər” C) Y. V.
Çəmənzəminli “Həzrəti-Şəhriyar” D) C.
Məmmədquluzadə “Ölülər” E) C.
Məmmədquluzafdə “Anamın kitabı”
154
Rusiyada bu ədəbi cərəyanı N.V.Qoqol, A.P .Çexov və
s.təmsil edirdi A) klassisizm B) romantizm C)
naturalizm D) tənqidi realizm E) maarifçi realizm
155
Heca vəznli şeirdə misraların hissələrə ayrılması nə
adlanır? A) ölçü B) bölgü C) rədif D)rəcəz E) təqti
156
Şeirin ilk beyti, yaxud misrası necə adlanır? A)
təqti B) mətlə C) məqtə D) rədif E)ahəng
157
Təşbehin dörd elementinin hamısının iştirak etdiyi
bənzətmə necə adlanır? A) mükəmməl təşbeh B)
müfəssəl təşbeh C) müsəddəs təşbeh D) adi təşbeh E)
yarımçıq təşbeh
158
Fəda olsun sənə canım, nə dersən? - misrasında işlənmiş
bədii ifadə vasitəsi A) təşbeh B) bədii sual C) litota D)
kinayə E) təkrir
159
Epifora nədir? A) təşbehin növüdür B) əvvəldə gələn
təkrirdir C) sonda gələn təkrirdir D)ortada gələn
təkrirdir E) bunlardan heç biri deyil
160
“Sən atlısan, mən piyada,
Öldürəcək bu qəm məni, - misralarının bölgüsünü tapın
A) 4+4 B) 3+5 C) 5+3 D) 2+6 E) 3+3+2
161
Uzun və qısa hecaların düzülüş sisteminə əsaslanan şeir
vəzni A) heca B) əruz C) sərbəst şeir D) əruz və heca E)
yalnız heca
162
Əmək nəğmələrinə aid lirik janrdır A) ağılar B)
oxşamalar C) holavarlar D)tuyuqlar E) hamısı
163
Sovet yazıçıları ən çox istinad edirdilər :
A) romantizmə B) yalnız klassik ənənələrə C)
sosialist realizminə D) həyatın bəzəksiz təsvirinə E)
bunların hamısına
164
Şeirin ən dolğun beytinə deyilir : A)qafiyəsiz beyt B)
mətlə beyt C) məqtə beyt D) rədifli beyt E) şah beyt
165
Orta əsrlərdə şairlərimizin poeziyasında hansı vəzn daha
çox işlənib? A) heca B) əruz C) sərbəst şeir D)
əruz və heca E) yalnız heca
166
Azərbaycan alimi Əkrəm Cəfər hansı vəznlə bağlı
dəyərli tədqiqat aparıb? A) heca B) sərbəst şeir C)
bütün vəznlər D) əruz E) heç biri
167
Türkdilli ədəbiyyatda əruz vəznində dövrümüzə çatmış
ilk nümunə A) “Kutadqu-bilik” B) “Dastani-Əhməd
Hərami” C) “Töhfətül-İraqeyn” D) Nəsiminin şeirləri E)
Xətayinin şeirləri
168
“Oxu, tar.oxu , tar,
Səni kim unudar?!” – misraları ədəbiyyatda kimlərə
etiraz kimi ortaya çıxmışdı?
A) heca vəznində yazanlara B) əruzda yazanlara C)
tar haqqında şeir yazmayanlara D) ədəbi ənənəni, klassik
irsi bəyənməyənlərə E) zəif şairlərə
169
Qoşmanın son bəndi necə adlanır? A) qıfılbənd B)
məqtə bənd C) möhürbənd D) şah bənd E) cığa bənd
170
Sovet dövrü ədəbiyyatımızda qəzəl ustadı kimi
tanınmışdır: A) S. Vurğun B) S. Rüstəm C) R. Rza
D) M. Müşfiq E) Ə. Vahid
171
Qəzəllə qəsidənin ortaq xüsusiyyəti nədir?
A) həcmi B) heca ölçüsü C) qafiyə quruluşu D) hər
ikisinin yalnız məhəbbət mövzusunda yazılmaları E)
ortaq xüsusiyyətləri yoxdur
172
Klassik poemaların əvvəlində gələn dini məzmunlu hissə
A) münacat və nət B) qəsidə və mədhiyyə C) qəzəl E)
girizgah E) bahariyyə və fəxriyyə
173
M.F. Axundzadənin “Aldanmış kəvakib” əsərinin janrı
A) sənədli oçerk B) tarixi roman C) povest D) hekayə
E) dram
174
Məfkurə istiqamətinə, estetik meyarına görə oxşar
mövqedə dayanan sənətkarların konkret tarixi şəraitdəki
yaradıcılıq birliyidir : A) bədii metod B) bədii
üslub C) ədəbi cərəyan D) ədəbi janr E) ədəbi məktəb
175
Biri şeir vəzni deyil A) əruz B) heca C) sillabik
D) tonik E) qotik
176
Avropa poeziyasına aid şeir vəznidir : A) sillabik B)
stilistik C) somatik D) kritik E) kanonik
177
Əruz vəzni sahəsində qiymətli tədqiqatlar aparmış
Azərbaycan alimi A)Məmməd Cəfər B) Əkrəm Cəfər
C) Məmməd Arif D) Həmid Araslı E) Feyzulla
Qasımzadə
178
“Söhbətül-əsmar”. “Ağacların bəhsi”. “Bəngü Badə”
üçün ortaq əlamət: A)romantik əsərdir B) nəsrlə
yazılıb C) hamısı təmsildir D) hamısı alleqorik əsərdir
E) ortaqlıq yoxdur
179
Qəsidənin məzmunca fərqlənən növlərinə aid deyil A)
münacat B) nət C) mədhiyyə D) fəxriyyə E) qitə
180
Ömər Xəyyam və Məhsəti Gəncəvi üçün ortaq janr
hansıdır? A) qəzəl B) rübai C) qitə D) qoşma E)tuyuq
181
Bu janrı bəzən qarışıq janr da sayırlar :A) qəzəl
B) nağıl C) poema D) əsatir E)komediya
182
Təbiət qüvvələrinin daha çox ilahiləşdirildiyi epik
folklor janrı : A) əfsanə B) əsatir C) nağıl D) dastan E)
lətifə
183
Bu ədəbi cərəyanın nümayəndələri bədii
ümumiləşdirməyə o qədər də meyl göstərmirdilər
A)naturalizm B) maarifçi realizm C) tənqidi realizm D)
neorealizm E) bunların hamısı
184
Folklordakı hansı epik janrın daxilində həmişə şeir
parçaları da işlənir? A) nağılda B) dastanda C) lətifədə
D) rəvayətdə E) heç birində
185
Vəzn baxımından fərqli olan mənzum əsər hansıdır?
A) M. P. Vaqif “Pəri” qoşması B) S. Vurğun “Dağlar”
gəraylısı C) Aşıq Ələsgər “Dağlar” qoşması D) M.P.
Vaqif “Görmədim” müxəmməsi E)
folklordakı bayatılar
186
Əruz vəzninin bəhri deyil A) rəməl B) həzəc
C) rəcəzD) kamil E) rabil
187
Ədəbiyysatşünaslığın bu tədqiqat metodu bədii əsərlərin
sənətkarlıq tərəfini öyrənməyə daha çox fikir verirdi
A)formal metod B) komparativist metod C) mədəni-
tarixi metod D) sistemli təhlil metodu E) bioqrafik
metod
188
Bədii ədəbiyyafda fikrin cavab tələb olunmayan sorğu
formasında ifadəsi necə adlanır? A) bədii nida B) bədii
sual C) bədii təzad D) təkrir E) təşbeh
189
Epik növün janrları sırasına aid deyil A)povest B)
təmsil C) roman D)mənsur şeir E) novella
190
aaaaaa bbbbaa ccccaa .... kimi qafiyələnən klassik lirika
janrı hansıdır? A) müxəmməs B) müstəzad C) mürəbbe
D) müsəddəs E) müsəmmən
191
Ədəbi növə aidlik baxımından fərqlənən əsər hansıdır?
A) “Od gəlini” B) “Vaqif” C) “Müsibəti-Fəxrəddin”
D) “Nadir şah” E) “Aldanmış kəvakib”
192
“Qızılı udsa da qara torpaqlar,
Yenə qiymətini özündə saxlar, - beyti haqqında düzgün
fikir: A)atalar sözüdür B) məsəldir C)aforizmdir D)
bayatıdır E) hər misra on hecalıdır
193
Sərbəst şeir üçün xarakterikdir A)tribunluq, coşqunluq
B) sabit qafiyə quruluşu C) sabit heca ölçüsü D)
poeziyamızda üç əsrlik tarixi olması E) yazılı
ədəbiyyatımızda əruzdan qədim olması
194
Bədii ədəbiyyat haqqında səhv fikir A) həyatın obrazlı
inikasıdır B)şifahi və yazılı formada olur C)söz
sənətidir D) tərbiyəvi əhəmiyyəti var E)incəsənətin
digər növləri ilə tam eyniyyət təşkil edir
195
Orta əsrlərdə Şərqdə , o cümlədən Azərbaycanda
ədəbiyyatşünaslıq nümunəsi kimi geniş yayılmışdı A)
təzkirələr B) girizgahlar C) cünglər D) məsnəvilər E)
müsəddəslər
196
Lirika haqqında səhv fikiri tapın A) bu ədəbi növ üçün
tərənnüm əsasdır B) yazılı ədəbiyyatımızın doğma dildə
dövrümüzə çatan ən qədim nümunələri lirik şeirlərdir C)
lirika üçün təhkiyə əsas deyil D)lirikada hiss-həyəcan
ifadəsi mühüm yer tutur E) lirikada tənqidi pafos
həmişə qüvvətli olur
197
Tarixi poetikanın tədqiqinə xüsusi fikir verir: A)
sosioloji metod B) mədəni-tarixi metod C)
tarixi-müqayisəli metod D) bioqrafik metod E)
formal metod
198
Sosioloji ədəbiyyatşünaslıq hansı dövrdə daha geniş
yayılmışdı? A) intibah dövründə B) XIX əsrdə C) XX
əsrin sonlarında D) maarifçilik dövründə E) sovet
dövründə
199
Çağdaş ədəbiyyatşünaslıqdakı bu tədqiqat metodunun
metodoloji qaynaqları Praqa, Kopenhagen, Amerika,
ingilis dilçilik məktəbləri ilə bağlıdır: A) formalizm B)
dadaizm C) komparativizm D)
klassisizm E) strukturalizm
200
Bu tədqiqat metodu ədəbi əsərləri həm tematika və
problematika, həm də sənətkarlıq baxımından hərtərəfli
şəkildə, vəhdətdə araşdırmağı vacib sayır: A) mədəni-
tarixi metod B) formal metod C) sistemli təhli
metodu D) bioqrafik metod E) antropoloji
məktəb
201
Ədəbiyyat tarixini “xalq həyatının güzgüsü” sayan
ədəbiyyatşünas kimdir? A) Aristotel B) V.Q.Belinski C)
Lessinq D) Bualo E)M.F.Axundzadə
202
Ədəbiyyatşünaslığın hansı şöbəsi digərləri üçün
istiqamətverici rol oynayır? A) heç biri B) ədəbiyyat
nəzəriyyəsi C) ədəbiyyat tarixi D) biri digərinə möhtac
deyil E) ədəbi tənqid
203
“ ... müasir ədəbi prosesin yol yoldaşıdır, bu prosesin
içində inkişaf edir, onun təcrübəsini ümumiləşdirir”.
Nöqtələrin yerinə hansı bənddəki cavab yazılmalıdır?
A) bədii ədəbiyyat B) ədəbiyyat nəzəriyyəsi C) ədəbi
tənqid D) ədəbiyyat tarixi E) poeziya
204
Ədəbiyyatın keçdiyi inkişaf yolunu öyrənən
ədəbiyyatşünaslıq şöbəsi A) ədəbiyyat nəzəriyyəsi B)
ədəbi tənqid C) ədəbiyyat tarixi D) ədəbi əlaqələr E)
poetika
205
Bədii ədəbiyyatı “ insanşünaslıq” sayan ədib kimdir?
A) V.Q.Belinski B) Lessinq C) Hegel D) M. Qorki E)
Aristotel
206
“Elmsiz şeir özülsüz divara bənzər” fikri kimindir?
A) Nizami B) Füzuli C) Nəsimi E) Xətayi E) Vaqif
207
Bu ədəbi terminin adı yunanların musiqi alətinin adından
götürülüb: A) satira B) yumor C) litota D) lirika E)
simvol
208
“Araz gəldi, yan axdı,
Dibində min can axdı”, - misralarının bölgüsü:
A) 2+2+3 B) 4+3 C) 3+4 D) 5+2 E) 3+ 3+ 1
209
M.Füzulinin aşağıdakı misralarında hansı məcaz
işlənmişdir?
Səhraya düşüb, günəş misali,
Tənha yürür oldu laübali.
A) metafora B)təşbeh C) inversiya D) sinekdoxa E)
epitet
210
Müxtəlif həyat materiallarının, əhvalatların bədii əsərdə
inikası nə adlanır? A) məzmun B) forma C) tərənnüm
D) təhkiyə E) ideya
211
Bu ədəbiyyatşünaslardan biri klassisizm ədəbi
cərəyanının nümayəndələrinin obrazları donuq, dəyişməz
verdiklərini tənqid etmişdir: A) Aristotel B) Lessinq C)
Bualo D) Horatsi E) M.F.Axundzadə
212
Bu ölçü əruz vəzninin hansı bəhrinə aiddir: FAilAtün
FAilAtün FAilAtün FAilün? A) rəməl B) həzəc C)
rəcəz D) müzare E) səri
213
Süjetin inkişafında yekun mərhələ necə adlanır? A)
ekspozisiya B) zavyazka C) kulminasiya D) razvyazka
E) final
214
Bədii əsərin müqəddiməsi necə adlanır? A) epiqraf B)
epiloq C) sərlövhə D) başlıq E) proloq
215
“Hər bir xalqa onun azadlıq və şərəfini qoruyan oğullar
lazımdır, azadlıq mübarizəsi fərdi yox, ümumi mənafeyə
xidmət tələb edir , insan xurafat buxovundan xilas
olmalıdır”. Bu ideya hansı əsər üçün səciyyəvidir? A) S.
Vurğun “Muğan” B) C. Cabbarlı “Od gəlini” C) H.
Cavid “Ana” D) M. F. Axundzadə “Hacı Qara” E)
hamısı üçün
216
Süjetin inkişafının düyün nöqtəsi necə adlanır? A)
ekspozisiya B) zavyazka C) kulminasiya D)razvyazka E)
final
217
Süjetin inkişafının zirvə nöqtəsi necə adlanır? A)
ekspozisiya B) zavyazka C) kulminasiya D) razvyazka
E) final
218
Bədii dildə zərurət olmadan işlədilən alınma sözlər necə
adlanır? A) vulqarizm B) evfemizm C) tabu D)
varvarizm E) provinsializm
219
Bədii dildə işlədilən hikmətli kəlamlar necə adlanır? A)
varvarizm B) evfemizm C) aforizm D) neologizm E)
provinsializm
220
Bədii əsərlərin dilində işlədilən yeni sözlər necə adlanır?
A) neologizm B) evfemizm C)tarixizm D) arxaizm E)
provinsializm
221
Obrazın iç üzünü açmaq üçün onun dilində işlədilən
kobud sözlərə nə deyilir? A) vulqarizm B) evfemizm C)
tabu D) varvarizm E) dialektizm
222
Bədii dildə işlədilən dialekt və şivə sözləri necə adlanır?
A)arxaizm B) evfemizm C) tabu D) jarqonizm E)
provinsializm
223
“Qəm evində zar olalı, Eşqə giriftar olalı” – misralarında
işlənmişdir: A) təkrir B) sinekdoxa C) metonomiya D)
metafora və litota E) metafora
224
Məcazın hansı növünün adı “fərzetmə” mənasını
bildirir? A) təşbeh B) epitet C) metafora D) metonimiya
E) sinekdoxa
225
Hansı məcaz növündə bir əşyanın əlaməti digərinin
üzərinə köçürülür? A) təşbeh B) epitet C) metafora D)
metonimiya E) sinekdoxa
226
Cansızların bədii əsərdə şəxsləndirilməsi necə adlanır?
A) sarkazm B) alleqoriya C) qrotesk D) təsdis E) satira
227
Alleqoriya hansı janr üçün daha səciyyəvidir? A) təmsil
B) satira C) lətifə D) novella E) təxmis
228
Hadisə, fakt və ya şəxsə istehzalı münasibət hansı bədii
ifadə vasitəsinə aiddir? A) tənə B) kinayə C) zarafat D)
təkəbbür E) təşəxxüs
229
M. Ə. Sabirin : “Doğrudan da, Məmdəli, qeyrət halal
olsun sənə” misrasında işlənmişdir: A)kinayə B) litota
C) təşbeh D) epitet E) təzad
230
Dörd misralı, hər misrası yeddi hecalı, aaba kimi
qafiyələnən lirik janr: A) bayatı B) qoşma C) mürəbbe
D) qəzəl E) divani
231
“Dodaqdəyməz”, “qıfılbənd”, “ustadnamə” kimi
şeirlərdə ən çox hansı janrın formal xüsusiyyətləri
saxlanılır? A) gəraylı B) təcnis C) qoşma D) bayatı E)
divani
232
“ ... səfabəxşi- əhli- nəzər,
... güli- bustani- hünər” ,- misralarında buraxılmış
sözü tapın. A) əşardır B) qitədir C) nəzmdir D) qəzəldir
E)şeirdir
233
Bu folklor janrı yazılı ədəbiyyatdakı mərsiyələrə
bənzəyir: A) ağı B) layla C) oxşama D) holavar E)
sayaçı sözləri
234
Cinas qafiyələr əsasında qurulur: A) qoşma B) gəraylı C)
ustadnamə D) vücudnamə E) təcnis
235
Klassik lirikanın ən geniş yayılmış janrı : A) qəzəl B)
tərkibbənd C) müstəzad D) mürəbbe E) müsəmmən
236
Həm də bayatı formasında yaradıla bilən lirik janr : A)
tapmaca B) atalar sözü C) ağı D) pişrov E) gəraylı
237
Şeirin mənaca bitkin olan iki misrasına nə deyilir?
A)dübeyti B) bənd C)kuplet D)müfrəd E) beyt
238
Azərbaycan poeziyasında əruzun neçə bəhri işlənir? A)
on beş B) on altı C) on D) on dörd E) on bir
239
Əsas fikir son iki misrada ifadə olunur : A) tuyuqda B)
rubaidə C) qoşmada D) təcnisdə E) bayatıda
240
Cəlil Məmmədquluzadənin “Xatiratım” əsərinin janrı :
A) memuar B) oçerk C) felyeton D) novella E) hekayə
241
Daha çox avtobioqrafik səciyyə daşıyan janrdır:
A)memuar B) libretto C) şikvaiyyə D) lezedram E)
bunların hamısı
242
“Səhər”, “Qızlar bulağı”, “Pərvanə”, “Məhşər”, - bu
əsərlərin janrını tapın. A) povest B) epopeya C)
dilogiya D) roman E) trilogiya
243
Hansı faciənin əsas obrazı müsbət xarakterli deyil? A)
“Vaqif” B) “Od gəlini” C) “Müsibəti-Fəxrəddin” D)
“Ağa Məhəmməd şah Qacar” E) “Hamlet”
244
Şərq ədəbiyyatında faciə janrındakı əsərlər belə də
adlandırılırdı: A) tragediya B) hailə C) tragikomediya
D) melodrama E) mərsiyə
245
Faciə ustadı saymaq olmaz: A) Esxil b) Sofokl C)
Evripid D) Şekspir E) Aristofan
246
Azərbaycan ədəbiyyatında faciə janrının ilk nümunəsi
hansı əsərdir? A) “Hacı Qara” B) “Bəxtsiz cavan” C)
“Müsibəti-Fəxrəddin” D) “Ağa Məhəmməd şah Qacar”
E) “Dağılan tifaq”
247
Tənqidi gülüşün üstünlüyü ilə yaranan dramatik janr:
A) lətifə B) komediya C) dram D) yumor E) heç biri
248
Opera, balet, operetta əsərlərinin dramaturji mətninə nə
deyilir : A) ssenari B) kinossenari C) operssenari
D)libretto E) telelibretto
249
Əruz vəzninin hansı bəhrinin adının mənası “xoş avaz,
ürəyəyatan səs” deməkdir? A) rəməl B) rəcəz C) həzəc
D) kamil E) xəfif
250
H.Cavidin simvolik obrazlı dram əsəri A) “Ana” B)
“Maral” C) “Şeyx Sənan” D) “İblis” E) heç biri
Dostları ilə paylaş: |