51
məhkəməsinin qərarı ləğv olunduqda, apellyasiya instan-
siya məhkəməsi mübahisənin mahiyyəti üzrə yeni qərar
qəbul edir (bununla bağlı bax: 8-ci kazus üzrə qərarın
nəticəvi hissəsi). Nəticəvi hissədə
“...-in apellyasiya
şikayətinə əsasən” əlavəsinin qeyd olunub-olunmaması
zövq məsələsidir. Hər halda, belə bir əlavənin heç bir ziyanı
yoxdur.
1. Uğursuz apellyasiya şikayəti
X İnzibati-İqtisadi Məhkəməsinin … tarixli qərarı də yiş-
dirilmədən saxlanılır.
Apellyasiya məhkəmə icraatı üzrə prosessual xərclər apellyasi-
ya şikayətini verən şəxs (
yaxud şikayətçi (bu, birinci instansiya
məhkəməsinin qərarından asılı olaraq, iddiaçı və ya cavabdeh
ola bilər)) tərəfindən ödənilir (
Birinci instansiya məhkəməsində
icraatla bağlı prosessual xərclər həmin məhkəmənin qərarına
əsasən müəyyən edilir ki, bu da qüvvədə qalır).
Hüquqi müdafiə vasitələri barədə məlumat.
2. Uğurlu apellyasiya şikayəti
Apellyasiya şikayəti uğurlu olduqda, birinci instan-
siya məhkəməsinin qərarı ləğv edilir və ya dəyişdirilir. Hər
iki halda, apellyasiya instansiyası məhkəməsi mübahisəni
mahiyyəti üzrə həll edir. Yəni o, özü iddiaya dair yeni qərar
qəbul edir.
Məsələn:
Cavabdehin apellyasiya şikayəti əsasında
X İnzibati-İqtisadi
Məhkəməsinin … tarixli qərarı iddianın
təmin olunduğu hissədə
ləğv olunur və iddia rədd edilir.
54
(bax: İPM-in 80.3-cü maddəsi). Buna baxmayaraq,
hər
halda əsaslandırılmalı olan qərardadların quruluşu ilə
bağlı İPM-in 69-cu maddəsinə istinad üçün çoxlu əsaslar
var. Yəni qərardadlarda da giriş hissəsi (İPM-in 69.1.1-ci
maddəsinə uyğun olaraq), işin faktiki halları hissəsi (İPM-
in 69.1.2-ci maddəsinə uyğun olaraq), əsaslandırma hissəsi
(İPM-in 69.1.3-cü maddəsinə uyğun olaraq) və nəhayət,
nəticəvi hissə, hüquqi müdafiə vasitələri barədə məlumat
və imza (imzalar) (müqayisə et: İPM-in 69.1.4-cü maddəsi)
olur.
Qərardadların əsaslandırma hissəsindəki hüquqi qeyd-
lər müvafiq ərizənin/tələbin mümkünlüyü və bundan sonra
əsaslılığı ilə bağlı qeydlərə bölünür.
Nəticəvi hissənin müvafiq olaraq necə olması qərar-
dad icraatının növündən və təbii ki, müvafiq ərizədən/
tələbdən asılıdır.
Xüsusi hal: Müvəqqəti xarakterli müdafiə icraatı
çərçivəsində qəbul olunan qərardadlar
Müvəqqəti xarakterli müdafiə icraatında proses
iştirak çılarının
adlandırılması ilə bağlı: Müvəqqəti
xarak terli müdafiə icraatı çərçivəsində qəbul edilmiş
qərardadlara ayrıca iş nömrəsi verildiyi və bu icraatlar
texniki/praktiki baxımdan ayrıca icraat olduqları (yəni id-
dia icraatı olmadıqları) üçün həmin icraatın iştirakçılarının
“iddiaçı” və ya “cavabdeh” deyil, “ərizəçi” və “qarşı
tərəf” adlandırılması tövsiyə olunur. Müvəqqəti xarak-
terli müdafiə icraatında proses iştirakçısı qismində
üçüncü şəxslər də iştirak edə bilər (xüsusilə İPM-in 42-ci
maddəsində nəzərdə tutulmuş hallarda, yaxud məhkəmə