307
məlumat daxil olduqda, qeydiyyat məhkəmədə iş həll
olunanadək dayandırılır. Belə bir məlumat isə, artıq İdarəyə
daxil olmuşdur və həmin əmlaka dair onsuz da hər hansı
qeydiyyat aparılmır.
L İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2011-ci
il tarixli qərardadına uyğun olaraq, L və H Bələdiyyələri,
habelə V, J, N üçüncü şəxslər qismində müvəqqəti xarak-
terli müdafiə icraatına cəlb olunmuşlar.
Məhkəmənin 10 noyabr 2011-ci il tarixli qərardadı
ilə ərizə qismən təmin edilmiş, müvəqqəti xarakterli
müdafiə tədbiri olaraq yekun qərar qəbul olunanadək
mübahisəli torpaq sahəsi barəsində sərəncam verilməsi
üçün zəruri olan sənədlərin verilməsi qarşı tərəfə, habelə
mübahisəli torpaq sahəsində hər hansı tikinti işlərinin
aparılması icraata cəlb olunmuş üçüncü şəxslərə qadağan
edilmişdir. Ərizə qalan hissədə rədd edilmişdir. Məhkəmə
hesab etmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestri
haqqında» Qanunun 14.5-ci maddəsində nəzərdə tutulmuş
əsasla qeydiyyatın dayandırılması artıq reyestrdə qeydə
alınmış hüquq sahibinin müvafiq daşınmaz əmlakın
özgəninkiləşdirilməsi üçün zəruri olan sənədləri (məsələn,
əmlakın özgəninkiləşdirilməsi barədə əqdin notariatda
təsdiqi üçün zəruri olan “əmlakın yüklülüyünə dair” 1 №-li
formada arayışı) almasını istisna etmir.
Müvəqqəti xarakterli müdafiə icraatına cəlb olunmuş
üçüncü şəxs J birinci instansiya məhkəməsinin müvəqqəti
xarakterli müdafiə barədə bu qərardadından 18 noyabr
2011-ci il tarixdə apellyasiya şikayəti vermişdir. O,
qərardadın ləğv olunmasını və ərizəçinin müvəqqəti xarak-
terli müdafiəyə dair ərizəsinin tam həcmdə rədd edilməsini
308
tələb edir. O, apellyasiya şikayətini əsas lan dırmaq üçün
bildirmişdir ki, qanunun tələbinə görə, torpaq sahəsi
üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində
qeydə alınmalıdır. Lakin müvəqqəti xarakterli müdafiə
icraatı üzrə ərizəçinin torpaq sahəsinə hüququnun daşınmaz
əmlakın dövlət reyestrində qeydə alındığını təsdiq edən hər
hansı sənədi yoxdur. Eyni zamanda, məhkə mənin qərardadı
onun və digər üçüncü şəxslərin mülkiyyət hüquqlarını
məhdudlaşdırır.
Müvəqqəti xarakterli müdafiə icraatı üzrə ərizəçi
birinci instansiya məhkəməsi qərardadının dəyişdirilmədən
saxlanılmasını tələb edir.
Müvəqqəti xarakterli müdafiə icraatı üzrə qarşı tərəf
apellyasiya şikayəti ilə bağlı fikrini bildirməmişdir.
İcraat materialları L Apellyasiya Məhkəməsinin İnzi-
bati-İqtisadi Kollegiyasına təqdim olunmuşdur. Həmin
materialların məzmununa istinad edilir. Onlar məhkəmə
araşdırmasının predmetini təşkil etmişlər.
Əsaslandırma hissəsi:
Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya
məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10
gün müddətində (Azərbaycan Respublikasının İnzibati
Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 85.1-
ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada
əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir
(İPM-in 85.2-ci və 85.3-cü maddələri). Lakin apellyasi-
ya şikayəti əsaslı deyil. L İnzibati-İqtisadi Məhkəməsi
ərizəçinin müvəqqəti xarakterli müdafiə barədə ərizəsini
309
haqlı olaraq təmin etmişdir və ona görə də onun 10 noyabr
2011-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli
müdafiə barədə ərizə İPM-in 43-cü maddəsinə əsasən
müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbulu
üçün verilmiş ərizə qismində mümkündür. O, İPM-in 40.1-
ci maddəsində nəzərdə tutulmuş mənada iddia ilə təqib
edilən və müvəqqəti xarakterli müdafiə icraatında kifayət
qədər əsaslı və inandırıcı surətdə təsvir olunan hüquqların
təmin edilməsinə yönəlmiş tədbirlərin görülməsi məqsədinə
xidmət edir. Bundan başqa, o, İPM-in 40.2-ci maddəsində
nəzərdə tutulmuş zaman kəsimində, yəni iddianın qal-
dırılması ilə eyni vaxtda verilmişdir.
Ərizə həm də əsaslıdır. Belə ki, İPM-in 43.1-ci
mad dəsinə görə, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə
ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (tə-
min və ya bərpa edilməsinin) mümkün olmayacağı və
ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili
tənzimləmənin zəruri olması, habelə ilkin məhkəmə araş-
dırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması
ehtimalının müəyyən edilməsi məhkəmə tərəfindən mü vəq-
qəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi
üçün əsas sayılır. Bu şərtlərin birincisi hazırkı mübahisədə
açıq-aşkar mövcuddur.
İddianın uğurluluq ehtimalı məsələsinə gəlincə, bu
iddia üzrə qəti qərar əsas iş üzrə icraat çərçivəsində qəbul
ediləcəkdir. Məhkəmənin fikrincə, ərizəçi mülkiyyəti əldə
etməsi barədə müvafiq sənəd (ərizəçinin adına verilmiş 17
mart 2006-cı il tarixli «Torpağa mülkiyyət hüququna dair
Dövlət aktı») təqdim etdiyindən, habelə mübahisəli torpaq
310
sahəsinin inzibati baxımdan L, yaxud H Bələdiyyəsinin
ərazisinə aid olması ən azından sual doğurduğu üçün
əsas iş üzrə icraatda aydınlaşdırılmalı məsələ hesab
olunduğundan, mülkiyyət hüququnun qeydə alınmasına
yönəlmiş iddia icraatının ərizəçi üçün uğurlu olacağı,
prinsip etibarilə mümkün görünür. Belə olan halda, J-nin
xeyrinə ona məxsus torpaq sahəsi üzərində sərəncam
vermək üçün sənədlərin verilməsi və torpaq sahəsində
tikinti işlərinin həyata keçirilməsi ərizəçinin mülkiyyət
hüququnun qorunmasını xeyli dərəcədə çətinləşdirə bilər.
Ona görə də mülkiyyət hüququ baxımından status qəti
olaraq məhkəmə tərəfindən həll edilməyincə, bu, mövcud
vəziyyətin dəyişməsi və bununla da ərizəçinin hüquqlarının
qorunmasının xeyli dərəcədə çətinləşməsi ilə nəticələnə
biləcəyindən, ilkin təcili tənzimləmə zəruri olmuşdur.
Ərizəçinin xeyrinə olan müsbət müvəqqəti xarakterli
müdafiə tədbirləri şikayətçi J-nin hüquqlarını da pozmur.
O, ərizəçinin xeyrinə çıxarılması mümkün olan yekun
məhkəmə qərarının yalnız gələcəkdə icrasını təmin etmək
məqsədilə görülən prosessual tədbirdir. İPM-in 44.4-cü
maddəsinə əsasən, müvəqqəti xarakterli müdafiə barədə
qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə
bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni
qüv vəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır.
Beləliklə, məhkəmə kollegiyası birinci instan-
siya məhkəməsinin qərardadının ləğv edilməsi üçün hər
hansı əsas müəyyən etməmiş və bu nəticəyə gəlmişdir ki,
apellyasiya şikayəti təmin edilməməli, İPM-in 87.6-cı mad-
dəsinə əsasən, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
Müvəqqəti xarakterli müdafiə üzrə icraata dair
311
proses sual xərclər məsələsi İPM-in 110.4-cü maddəsinə
əsasən həll olunur.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 80, 87.6, 90.1,
90.4, 110.4-cü maddələrinə əsasən, məhkəmə qərara aldı:
L İnzibati-İqtisadi Məhkəməsinin 10 noyabr 2011-ci il
tarixli ... №-li qərardadı dəyişdirilmədən saxlanılır.
Apellyasiya məhkəmə icraatı üzrə prosessual xərclər
üçüncü şəxs tərəfindən ödənilir.
Qərardaddan, onun təqdim olunduğu gündən 10 gün
müddətində L Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi
Kollegiyası (ünvan: ...) vasitəsilə Azərbaycan Res pub likası
Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (ünvan:
...) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən:
imza
Hakimlər:
imzalar
4-cü kazus üzrə qərardadla bağlı qeyd:
Burada söhbət torpaq sahəsi ilə bağlı mübahisə
üzrə birinci instansiya məhkəməsində icraata cəlb edil-
miş üçüncü şəxsin, həmin məhkəmənin İPM-in 43-cü
maddəsinə əsasən qəbul etdiyi və ən azı qismən müsbət
olan qərardadından verdiyi apellyasiya şikayətindən gedir.
Sözügedən işdə də apellyasiya instansiyası məhkəməsi
312
ilkin müsbət qərardadın əsaslı (düzgün) olub-olmadığını
yoxlamalıdır. Yəni o, birinci instansiya məhkəməsi ki mi
İPM-in 43-cü maddəsində təsbit edilmiş şərtlərin möv-
cud olub-olmadığını yoxlamalıdır. Lakin apellyasiya ins-
tan siyası məhkəməsi birinci instansiya məhkəməsinin
qərardadından kənara çıxa bilməz. Çünki həmin qərardad
yalnız “apellyasiya tələbi həddində” dəyişdirilə bilər (bax:
İPM-in 87.6-cı maddəsinin 2-ci cümləsi).
Birinci instansiya məhkəməsi qərardadının nəticəvi
hissəsi maraqlıdır. Belə ki, o, əsas iş (iddia icraatı) üzrə
yekun qərar qəbul olunanadək müvəqqəti xarakterli
müdafiə barədə ərizəni qismən təmin etmiş, qalan hissədə
isə rədd etmişdir. Ona görə də müvəqqəti xarakterli
müdafiə barədə qərardad əsas iş (iddia icraatı) üzrə qərarın
qanuni qüvvəyə mindiyi gün deyil (müqayisə et: İPM-
in 44.4-cü maddəsi), onun qəbul edildiyi gün qüvvəsini
itirəcəkdir. Yəni vaxt baxımından bu, İPM-in 44.4-cü
maddəsində nəzərdə tutulan andan əvvəl deməkdir. Başqa
sözlə, məhkəmə burada zaman baxımından daha tez vaxt
müəyyən etmişdir (və o, bunu edə bilər). İPM-də inzibati
aktın icrasının hansı vaxta qədər dayandırılması ilə bağlı
yalnız bir müddət imkanının birbaşa (bax: İPM-in 41.4-cü
maddəsi) nəzərdə tutulmasına baxmayaraq, digər müddət
imkanlarının da yolverilənliyi güman edilə bilən olmalıdır.
İnzibati aktın icrasının tamamilə dayandırılmasını istəyən
ərizəçinin nöqteyi-nəzərindən, bu kimi halda söhbət yalnız
qismən uğurdan gedir.
QEYD ÜÇÜN
___________________________________________________

315

____________________________________________________

316

__________________________________________________
317

318

319

320
PETER YAKOB
İLQAR HÜSEYNOV
MÜŞFİQ MƏMMƏDOV
İNZİBATİ HÜQUQ ÜZRƏ KAZUSLAR
VƏ QƏRAR NÜMUNƏLƏRİ
Bakı – 2015
Format 60×90
1
/
16
.
Çap vərəqi 20. Sifariş 71. Tiraj 1000.
"Letterpress" MMC-də nəşrə hazırlanmış və çap olunmuşdur.
e-mail: office@letterpress.az
Dostları ilə paylaş: |