11
Bağayarpağı- Bağayarpağıkimilər fəsiləsinə aiddir. Birillik və çoxillik ot bitkisi olub, latınca
«Plantago» adlanır. Lüğəti mənası planta- iz, agree- istiqamət deməkdir. Rus dilində «Podorojnik»
adlanır. Xalq təbabətində dərman bitkisi kimi istifadə olunur. Yarpaqlarında plantaqulisid adlanan
maddə olduğuna görə çiban tipli yaraların müalicəsində dərman kimi istifadə edilir. Təzə
bitkilərindən hazırlanmış cövhər «homeopatiyada» (dərmanların kiçik dozalarla müalicə üsulu)
istifadə olunur. Əksər növləri aşı maddəsi ilə zəngindir. Vitaminli bitkilərdir, yarpaqlarında A və B
vitaminləri vardır. Bağayarpağının toxumları ishala qarşı istifadə olunur. Azərbaycan florasında 13
növü bitir. Onlardan ən əhəmiyyətlisi Böyük və NeĢtərvarı bağayarpağıdır.
Bağırdələn- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Bitki latın dilində «Tragus» adlanır.
Lüğəti mənası traqos- keçi deməkdir. Rus dilində «Kozleü» adlanır.Qış otlaqlarının alağı kimi
tanınır. Azərbaycan florasında Salxımvarı bağırdələn növü becərilir.
Bağ səhləbi- Səhləbkimilər fəsiləsinə aid olub, çoxillik köküyumrulu bitkidir. Latınca
«Anacamptis», rus dilində «Anakamptis» adlanır. Kök yumrularının tərkibi selikli qişa ilə
zəngindir. Xalq təbabətində və tibbidə ondan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə
olunur. Bu növün itmə təhlükəsi olduğuna görə bir çox ölkələrin (Rusiya, Ukrayna, Belorusiya və
s.) «Qırmızı Kitab»larına daxil edilmişdir. Azərbaycan florasında Piramidal bağ səhləbi növü
bitir.
Baharotu- Kələmkimilər (Xaççiçəkkimilər) fəsiləsinə aid olub, birillik bitkidir. Latınca
«Erophila» adlanır. Yunan dilində er- yaz, ifileo- sevmək deməkdir. Erkən yazda bəzən isə fevral
ayında çiçək açır. Əksər növləri baharda çiçək açdığına görə xalq onu «baharotu» və ya
«yazçiçəyi» adlandırır. Rus dilində «Vesnənka» adlanır. Azərbaycan florasında Qısa, Tez və Yaz
baharotu növləri bitir.
Baqəvər (Süsənbər)- Süsənbərçiçəkkimilər fəsiləsinə aid olub,çoxillik ot bitkisidir. Latınca
«Alisma», rus dilində isə «Çastuxa» adlanır. Təzə tədarük edilmiş halda heyvanlar üçün zərərlidir,
qurumuş halda isə öz zəhərlilik xüsusiyyətini itirir. Kökümsovu nişasta ilə zəngindir və bişirilmiş
halda yeyilir, çiy halda zəhərlidir. Xalq arasında geniş yayılmış dərman bitkisidir ki, ondan
quduzluğa qarşı dərman kimi istifadə olunur. Bəzək əhəmiyyətli bitki kimi rütubətli sahələrin və
dayaz su hovuzlarının tərtib edilməsində istifadə etmək olar. Azərbaycan florasında 3 növü bitir.
Onlardan ən əhəmiyyətlisi Yol baqəvəridir.
Baldırğan- Kərəvüzkimilər (Çətirçiçəkkimilər) fəsiləsinə aid olub, ikiillik və ya çoxillik ot
bitkisidir. Latınca «Heracleum» adlanır. Bitkinin gövdə və yarpaqları iri ölçülü olduğundan qədim
yunan mifologiyasının qəhrəmanı Heraklın şərəfinə adlandırılmışdır. Rus dilində «Borhevik»
adlanır. Bu da tər yarpaqlarının «borş» xörəyinin hazırlanmasında istifadə olunması ilə əlaqədardır.
Bitkinin cavan hissələri qidada nəm və turşuya qoyulmuş halda istifadə olunur. Yarpaq və
meyvələrində efir yağları vardır. Yarpaqlarında qurudulmuş halda 1,25%, meyvələrində isə 0,23-
dən 1,75%-ə qədər efir yağı vardır. Baldırğanın bəzi növləri dəriyə qıcıqlandırıcı təsir göstərir,
bəzən güclü yanığa da səbəb olur. Azərbaycan florasında 7-8 növü bitir. MNB-da kolleksiyada
becərilir.
Balıqotu- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aid olub, çoxillik kökümsovlu bitkidir. Latınca
«Digraphis» adlanır. Yunan dilində di- iki, qrafis- salxım deməkdir. Rus dilində «Dvukistoçnik»
adlanır. Erkən yazda vegetasiyaya başlayır və heyvanlar üçün qidalı yem sayılır. Vaxtı keçəndə,
yəni vegetasiyanın I-II aylarında qabalaşır. Ona görə onu sünbülləşəndən sonra biçib yem bitkisi
kimi tədarük etmək lazımdır. Azərbaycan florasında QamıĢvari balıqotu növü bitir.
Balqabaq (Boranı, Qabaq, Küdü)- Boranıçiçəkkimilər fəsiləsinə aid olub, birillik bitkidir.
Latınca «Cucurbita» adlanır. Lüğəti mənası cucumis- xiyar, orbis- dairə olub, «dairəvi xiyar»
deməkdir. Rus dilində «Tıkva» adlanır. Balqabağın müxtəlif növləri tərəvəz bitkisi kimi geniş
əkilib becərilir. Meyvəsi B
1
,B
2
və C vitaminləri ilə zəngindir. Toxumlarında filosterin, şəkər, salisil
turşusu, fitin və digər maddələr vardır. Balqabaq mədə-bağırsaq xəstəliklərinin müalicəsində, uşaq
və böyüklərdə əmələ gələn yastı, yumru və biz qurdlarının salınmasında istifadə edilir. Azərbaycan
florasında 3 növü mədəni şəraitdə becərilir.
12
Balzamin- Balzaminkimilər fəsiləsinə aiddir. Xalq arasında xına (həna) gülü kimi tanınan bu
bitki birillik olub, latınca «Impatiens», rus dilində isə «Nedotroqa», «Prıqun» və ya «Balğzamin»
adlanır. Sözün latın mənşəyi «səbirsiz», «dözümsüz», «toxunma mənə» deməkdir. Bu ad bitkiyə
onun bəzi növlərinin yetişmiş meyvəsinə toxunduqda çatlaması və toxumunu ətrafa ataraq
yaymasına görə verilmişdir. Yarpaqları və çiçəkləri boyaqçılıqda qırmızı və sarı rəng çalarlarının
alınmasında geniş istifadə edilir. Çiçəklərindən alınan rəng isə saç tükünün qırmızımtıl rəngə
boyanmasında istifadə olunur. Xalq təbabətində əl və ayaq barmaqlarının arasında göbələk
xəstəliyi və gicişmə baş verərkən həna (balzamin) yaxması ilə müalicə edilir. Çiçəklərində 68,5% C
vitamini vardır. Azərbaycan florasında 2 növü bitir, 1 növü isə mədəni şəraitdə becərilir. MNB-da
kolleksiyada becərilir.
Barmaqotu- Qırtıckimilər (Taxıllar) fəsiləsinə daxildir. Latınca
«Digitaria» adlanır. Lüğəti
mənası latın dilində diqitus- barmaq deməkdir. Rus dilində «Rosiüa» adlanır. Bitkinin yarpaqları
barmağa oxşadığından xalq onu «barmaqotu» adlandırıb. Tərkibində 7,31-8,02% proteyin, azotsuz
piy -2,53%, 39,41%-42,98% ekstrativ maddələr, 11,61-8,80% kül sellüloza vardır. Xalq arasında
cavan pöhrə və zoğları qida bitkisi kimi istifadə olunur Otlaq bitkisi kimi çox əhəmiyyətlidir. Güclü
kök sisteminə malik olduğuna görə qumluqların bərkidilməsində istifadə etmək olar. Azərbaycan
florasında 5 növü bitir.
Başınağacı- Başınağacıkimilər fəsiləsinə aid olub, kol bitkisidir. Latınca «Viburnum» adlanır.
Lüğəti mənası viere- toxumaq, vimen- səbət deməkdir. Rus dilində «Kalina», «Qordovina» adlanır.
Bitkinin cavan zoğ və budaqlarından səbət, cəvərən, əl çantası toxunmasında geniş istifadə
olunduğu üçün ona bu adı vermişlər. Quraqlığadavamlı kol bitkisidir. Toxumla, qələmlə və
firqəndə üsulu ilə çoxaldılır. Meyvələrində aşı maddələri vardır. Yarpaqlarından samanı-sarı rəng
alınır. Dərman bitkisidir. Qabığının tərkibində aşı maddələri olan tannin (2%-ə qədər),
qətran(6,5%), turşular (qarışqa, sirkə və b. turşular), viburnin qlükozidi, fermentlər və digər
maddələr vardır. Bitkinin budağı və qabığından qankəsici dərman kimi istifadə olunur. Bütün
növləri dekorativdir. Azərbaycan florasında 3 növü bitir. MNB-da kolleksiyada becərilir.
Başlıot- Gülçiçəkkimilər fəsiləsinə aid olub, çoxillik bitkidir. Latınca «Poterium» adlanır.
Yunan dilində poterion- piyalə və ya qədəh mənasını verir . Rus dilində «Çernoqolovnik» adlanır.
Tüklümeyvə başlıotun yarpaqlarında 61,9 mq% C vitamini vardır. Cavan yarpaqları xiyar dadı
verir və ondan salat kimi istifadə olunur. Azərbaycan florasında 2 növü bitir.
Batbat (Donuz paxlası, Bəngotu)-
Badımcançiçəkkimilər fəsiləsinə aid olub, birillik, ikiillik
və çoxillik ot bitkisidir. Latınca «Hyoscyamus» adlanır. Bu sözün lüğəti mənası yunan dilində hys-
donuz, kyamos- paxla olub, «donuz paxlası» deməkdir. Rus dilində «Belena» adlanır.
Yarpaqlarında zəhərli alkaloid olan qiossiamin (0,1%) və qiossin vardır. Tibbdə ağrıkəsici və
sakitləşdirici kimi istifadə olunur. Yarpaqlarında 64 qamma karotin (A provitamini) və 82,6 mq%
C vitamini vardır. Zəhərli bitkilər olduğu üçün bu vitaminlərdən istifadə etmək məsləhət deyildir.
Azərbaycan florasında 3 növü bitir. Bunlardan ən əhəmiyyətli növü Qara batbatdır.
Bellevaliya və ya yabanı sünbülçiçək- Sünbülçiçəkkimilər fəsiləsinə daxildir. Soğanaqlı bitki
olub, latınca «Bellevalia» adlanır. Bu cins 1598-ci ildə Fransanın Monpelye şəhərindəki Nəbatat
Bağının yaradıcısı olan P.R. Belvalın şərəfinə adlandırılmışdır. Rus dilində «Belğvaliə» adlanır.
Bəzək-bağçılıqda və gülçülükdə əvəz olunmaz dekorativ bitkidir. 5 yabanı növü 1969-cu ildən
başlayaraq AMEA Mərkəzi Nəbatat Bağında becərilir.
Beşmeyvə – Əməköməcikimilər fəsiləsinə aid olub, çoxillik ot bitkisidir. Latınca
«Kosteletzkya» adlanır. Lüğəti mənası Çex Nəbatatçı alimi, professor V.F. Kosteleskovanın
şərəfinə adlandırılmışdır. Rus dilində «Kosteleükiə» adlanır. Lif verən bitki olub, ondan kəndir, çatı
və ipin hörülməsində və toxunmasında istifadə olunur. Eyni zamanda balıqçılıq avadanlıqlarının,
quşların ovlanması üçün torların hazırlanmasında istifadə edilir. Dekorativ bitki olub, Azərbaycan
florasında 1 növü bitir.
Bədrənc- Lamiasiyakimilər (Dodaqçiçəklilər) fəsiləsinə daxildir. Xalq arasında bəzən ballı
nanə, limonlu nanə kimi tanınan bu çoxillik bitki latınca «Melissa» adlanır. Yunan dilində