18
ədəbiyyatımıza yeni milli intibah baxıĢlarının bədii ifadəsidir.
N.Atabəyliyə görə, dahi Ģairimiz öz ucalığında durub, heç bir
təntənəsiz, Yubileysiz də mənəvi aliliyini və nəcabətini dünyaya
nümayiĢ etdirir:
--Çəkilibdir ən uca ərĢi-müəllayə Seyid,
Dönə, Allah, nə ola, bir də bu dünyayə Seyid!!
Döyünən qəlbə odur sevgi-məhəbbət gətirən,
Bir könül qasididir hər büti-zibayə Seyid...
Lakin unutmayaq ki,
dahi ustadımız və Böyük müəllimimiz
Seyid Əzim bu dünyasını Haqq dünyasına dəyişərkən bizlərə--
180 il özündən sonrakı nəslə üz tutaraq xitabən bunu da deyib
getmişdir:
Ey gələn ruzigara növrəslər,
QaĢları
qövs tək müqəvvəslər,
Sizlərə sərbəsər səlamım var,
Olmasam da özüm, kəlamım var.
Oxuyun Ģeirimi, qılın yadım,
ġad olsun bu ruhi-naĢadım...
Dahi şairimizin qarşıdan gələn 180 İlliyini özünəməxsus
yolla—180 qəzəl ilə ithaf çələnginə bürüyən istedadlı şair-
qəzəlxan Namiq Atabəylinin bu yeni təşəbbüsü, əlbəttə, təqdirə
layiqdir. Namiq klassik ədəbiyyatımıza yeni bir həyat verməklə,
Seyid Əzim məktəbinin qüdrətini və qüdsiyyətini əks etdirmək
istəmişdir. Əminəm ki, “Seyidəm, ərseyi-eşq içrə...” yubiley
kitabının dəyərli oxucuları onun əsl qiymətini verəcəklər.
Bu ―Qəzəllər divanı‖ Namiqin bu bir ildə klassik Ģeirin
təəssübkeĢləri ilə ikinci görüĢüdür. Cari ilin fevralında onun ötən
əsrin qəzəl ustadı Ə.Vahid üçün çapa verdiyi ―Vahidiyəm
Azərbaycanımın‖ yubiley kitabı kifayət qədər müsbət oxucu rəyi
qazandı. Bu kitab ədəbi-ictimai həyatımızda əsl hadisə oldu.
19
ġairə klassik Ģeir yaradıcılğında yeni-yeni uğurlar arzulayırıq.
Klassik Ģeirimizə yalnız belə yaradıcı münasibətimizlə biz həm
onu yaĢadar, həm də ulularımızın yadıgarı olan Qəzəl sənətini
bundan sonra daha da inkiĢaf etdirə bilərik. Bunu təqdir etmək
lazımdır.
Müəllif bu il çapdan çıxmıĢ ―Vahidiyəm Azərbaycanımın‖
(Ə.Vahidin bu il 120 Ġlliyi üçün qəzəllərdən ibarət Ġthaf çələngi,
―Step Ltd.‖ Kino Ģirkəti, B.-2014) kitabını və hal-hazırda ölməz
Ģairimiz Seyid Əzimin 2015-ci ildə qarĢıdan gələn 180 Ġlliyi üçün
yazdığı əlinizdəki yeni kitabını öz qədirbilən oxucularına artıq
təqdim etmiĢdir. O, bütün bunların ardınca klassik irs üzrə
fəaliyyətlərinin davamı etdirir, ―Osmanlı sultanlarının qəzəl
yaradıcılığına Nəzirələr‖, klassik ədəbiyyatımızın banisi dahi
Ģairimiz Əfzələddin Xaqani ġirvaninin qarĢıdan gələn 900 Ġlliyinə
ithaf olaraq 900 qəzəl və qəsidədən ibarət yeni Ġthaf çələngi
layihələri üzərində çalıĢır. Eyni zamanda,o, bir Ģair-tədqiqatçı
olaraq, bir il bundan əvvəl yazmağa baĢladığı ―Azərbaycan
Əruzunun nəzəri-təcrübi əsasları‖ kitabı üzərində çalıĢır.
Müasir milli ədəbiyyatımızda klassik Ģeirin inkiĢafına öz
töhfəsini verəcək gənc nəsilləri Namiq Atanın bu nümunəsində
poeziyamızın Seyid Əzim Məktəbindən daim öyrənməyə
çağırırıq.
Fikrimi ölməz sənətkarımız və böyük Müəllimimiz Hacı
Seyid Əzim ġirvaninin aĢağıdakı sözləri ilə tamamlayıram:
Rəsmi qəzəlin xatəmi yox, mən də rəsuləm,
Maqəblə mənəm xatəmi mabədinə fateh.
Ərşi-əhəd altında olan kənzi-nihanə,
Ey Seyyidi-xoş-nəzm, zəbanındı məfateh.
(--Yəni: qəzəl yardıcılığının, qəzəl qayda-qanununun sonu yoxdur. Mən də
bir rəsulam. Məndən əvvəl Qəzələ gələnlərin davamçısıyam, sonradan
gələnlər üçün isə Fatehəm, bir yol açanam. Ey gözəl şeirlər şairi—Seyid!
Ucalığın Allah duran yerindən aşağıda Onun ilahi padşahlığının gizli
xəzinələri var. Yalnız sənin şeir dilin onların əsl açarıdır.)
20
180 QƏZƏL
Seyid Əzim Şirvaninin
180 illiyi üçün
İthaf çələngi
1
Çəkilibdir ən uca ərşi-müəllayə Seyid,
Dönə, Allah, nə ola, bir də bu dünyayə Seyid!!
Döyünən qəlbə odur sevgi-məhəbbət gətirən,
Könüllər qasididir hər büti-zibayə Seyid.
Behiştin, cənnətin öz ilk maarif xadimidir,
Verə üqbadə də dərs Xızra, Məsihayə Seyid.
Qoca Şirvanımın ən ülvi, uca zirvəsidir:
Çəkə dünya üzünə dağlar ilə sayə Seyid.
Məhəbbət xəstəsi bu qəlbə təbib neyləyəcək,
Dəva-dərmandı özü dərdimə dəvayə Seyid.
Oxu, ey bülbüli-zar, bağü-gülüstanda səhər,
Güli-həmradı bütün bülbüli-şeydayə Seyid.
Seyidanə, ey Ata, şeyrü-qəzəllərlə yaşa,
Həmi dünyayə hökmdardı, həm üqbayə Seyid.
2
Yüz min güli-həmra ola, könlüm səni istər,
Yüz nərgizi-rəna ola, könlüm səni istər.