15
xarakterini hələ ərəb aləmində dini təhsil aldığı illərdə dərindən
baĢa düĢən Seyid Əzim klassik ənənədən gələn ədəbi priyomu—
Ģərab və meyxananı tərənnüm etməyi, dolayısı ilə açıq küfrü
maskalı, pərdəli küfrə qarĢı qoymağı ilə bəzilərinə dinsiz kimi
görünmüĢdü. Əslində, Seyidin məramı açıq-aĢkar öz günahını
gözlər önündə sərgiləyən meyxorluğun küfri ilə özünü Allaha
Ģərik qoĢanların, öz xeyri üçün milləti cəhalətə sürükləyənlərin,
dildə dünyadan üzlüĢüb, əməldə dünyanı acgözcə yeyənlərin,
Ġslam adına bir ləkə olanların küfrünü üz-üzə qoymaq idi. Seyidin
cavan ölümünə səbəb və bais də məhz gizli çar xəfiyyəsi ilə
birləĢmiĢ bu dinlə pərdələnmiĢ riyakar dini-qara qüvvələr idi.
Onlar çarın Ġmperiya yalı ilə bəslənmiĢ nacins yeni ―bəyciklər‖ və
―ağacıqları‖ ilə milli tərəqqinin, milli təhsil və maarifin qarĢısını
kəsmək naminə Seyid Əzimlərimizə qarĢı Ģeytanı cəhad aparır,
Ģərəfsiz qətillər gerçəkləĢdirirdilər. Beləliklə, bir Seyidin və
Hacının bu müəmmalı qətli tarixi Ġslamın saf adına yalnız bir ləkə
vurmaq cəhdi kimi qiymətləndirilə bilər. Ona görə də Seyid Əzim
məktəbinin davamçısı kimi mən öz atamın-- Namiq Atabəylinin
Tarixə aĢağıdakı bu qəmli müraciətini çox təbii qəbul edirəm:
Endir qədəhi, saqiya, ərvahi-Seyidçin,
Fərdayə tutaq üz yenə səbbahi-Seyidçin.
Zöhd əhli bu Yer üzündə hər cürmü törətdi,
Şahid çağıraq göydəki Allahı Seyidçin.
…Zəbani-Seyid ilə, Ata, çak elə köksü,
Gahi özünə ağlaya dil, gahi Seyidçin.
Seyid onun xalqını gizli təlimatlar əsasında tarixi inkiĢafdan
saxlamağa çalıĢan əgdər bir qaragüruhun üzərinə çox kiçik bir
milli ziyalı qrupun içərisində yeriyərək bu yolda ilk Ģəhidimiz
oldu. QaĢqay türkü qoca Hafizimizdən, Kərbala türkü dədə
16
Füzulimizdən gələn lirik məsxərəni, ifĢaedici poetik Sözü yeni
dövr klassik Ģeirimizdə və yeni tariximizdə bütün əbədi
düĢmənlərimizin: qondarma dini təəssübkeĢlərin, elm və maarif
əleyhdarları olan cahil fanatiklərin, hər cür antitürk mali və siyasi
fırıldaqçılar ordasının əleyhinə ilk olaraq, məhz Hacı Seyid Əzim
Seyid Məhəmməd oğlu Mir Cəfərzadə ġirvani yönəldə bilmiĢdir:
Zamani-ehtirazımdır bu gün, meyli-şərab etdim,
Bihəmdilləh ki, axır ömürdə bir səvab etdim.
Ġslam aləmində elmin ən böyük carçısı sayılan Ġmam Əlinin
maarifçilik yolunu xüsusi təqdir edən Hacı Seyid Əzim bunu açıq
dillə belə bəyan edirdi:
Tut, könül,
ali-Əli damənin, eyləmə qəm,
Get bu yoldan ki, bu yol Buzərü-Səlman yoludur.
Demə meyxanə yolun rahi-zəlalət, vaiz!
Oğlun ölsün, bir ayıl, bu ġahi-Mərdan yoludur.
Göründüyi kimi, Seyid açıq dillə bəyan edir ki, onun cəhalətə
qarĢı bu savaĢı Ġmam Əlinin (ə.s.) Ərəb dünyasında biliyin
təĢviqindəki roluna bənzəyir. ―Zamani-ehtirazını‖, mövcud tarixi-
siyasi Ģəraitə, Ġslam cəmiyyətinin müstəmləkə vəziyyətinə
üsyanını Hacı Seyid Əzim ―meyli-Ģərab‖ ilə səvaba
qovuĢdururdu. Əlbəttə, bunu həqiqi anlamda baĢa düĢmək yalnız
bir nadanlıq olardı. Seyid cəmiyyətə özünü ―Allahın bacısı
oğulları‖ və ya Ģərikləri kimi sırıyanları kəskin Ģəkildə ifĢa edir,
çarizmin öz istila məqsədləri üçün geniĢ istifadə etdiyi bu
əmmaməli fanatik qaragüruhun Ġslam maarifi və demokratiyası ilə
heç bir əlaqəsi olmadığını açıb göstərirdi:
Seyyida, bu
zahidi məsciddən ixrac eyləyin,
Kim salıb bayquĢ tək asari-Ģəamət məscidə.
Seyid öz Ġslami baxıĢlarında həm də bir inqilabçı-demokrat idi.
O, dini düĢüncələrdə teokratik hegomonizmi rədd edir, müsəlman
17
aləminin yalnız maarif və açıq cəmiyyət yolu ilə demokratiya,
tərəqqi və azadlığa qovuĢacağını söyləyirdi:
Binayi-zöhdümü mey seyli birlə abə verin,
Satın bu xirqəvü-səccadəmi şəraba verin.
Gəlin, bir eyləyin, ey badəxarlər, himmət,
Bu çərxi-pürsitəmin dövrin inqilabə verin.
Seyidin davası ―çərxi-pürsitəm‖ ilə idi. Onun ―KÜFRÜ‖ isə
tarixdən geri qalmıĢ və istilalara uğramıĢ Ġslam aləmində özünün
bu ―zamani-etirazları‖ ilə məhz ―çərxi-sitəmin
dövrünü inqilabə
vermək‖ idi. Bu mənada, o, M.F. Axundova bərabər bir maarifçi
və inqilabçı-demokrat idi.
Əlbəttə, Seyidin simasında daha çox xalqımızın Dədə
Füzulimizdən sonra ikinci müqtədir aĢiqanə qəzəl Ģairini görmək
lazımdır. Azərbaycan gözəlini Vətənin ayrılmaz bir parçası olaraq
vəsf edən Hacı Seyid Əzimin məhəbbət lirikası xalqımızın könül
tarixidir.
Ey eyləyən
cahanda məni biqərar, EĢq,
Ey binəvaları eləyən xaksar, EĢq.
Çox Ģahlar səninlə düĢübdür gədalığa,
Sən çox gədaları elədin tacdar, EĢq.
...Hər kəsdə yoxdur eĢq onun kamalı yox,
Kamil olan vücudlar eylər Ģüar: ‖ EĢq!‖ .
Seyid XIX əsr Azərbaycan cəmiyyətinin yeni üsullu ilk məktəbinin
Birinci pedaqoqu, ilk milli Müəllimi və həmin dövrün ən böyük klassik
şairidir. N. Atabəyli 1000 illik Azərbaycan klassik ədəbiyyatının çox ünlü
xadimlərinin əsərlərinə bu layihə çərçivəsində bir sıra nəzirələr yazaraq,
onların da bu tarixi Yubileydə simvolik iştirakını “təmin etmişdir”.
N.
Atabəylini kleçmiĢ Sovet rejiminin repressiyyaya uğratdığı qəzəl
janrına belə isti münasibəti onun 1000 illik tarixə malik klassik