Multikulturalizmə giriş


Multikulturalizmin Kanada modeli



Yüklə 2,91 Mb.
səhifə11/14
tarix11.05.2022
ölçüsü2,91 Mb.
#86627
1   ...   6   7   8   9   10   11   12   13   14
Xristian dini

Multikulturalizmin Kanada modeli.

  • Multikulturalizmin Kanada modeli.
  • Kanadada multikultural cəmiyyətin formalaşması 1960-cı illərə təsadüf edir. Kanada hökuməti əhalinin irqi, etnik və konfessional müxtəlifliyini qəbul edirdi ki, bu da Kanada cəmiyyətinin əsas milli xüsusiyyətinə çevrilmişdi. Bu o deməkdir ki, multikulturalizm kanadalıların ən mühüm milli xüsusiyyətlərindən biridir. Bu ölkədə  multikulturalizm Azadlıq və Hüquqlar Kanada Nizamnaməsinin 27-ci maddəsi ilə qorunur.
  • ABŞ və Avstraliyadan fərqli olaraq Kanadada etnik azlıqlara münasibətdə hakim etnik qrup tərəfindən assimilyasiya siyasəti yeridilmir. Kanadada hər bir etnik qrupun üzvləri öz ana dilini azad şəkildə istifadə etmək, həmçinin öz doğma dillərində təhsil almaq hüququna malikdirlər. Bu vacib situasiya Kanadada yaşayan etnik azlıqların öz mədəni dəyərlərini qoruya bilməsinə şərait yaradır.

Beləliklə, multikulturalizmin müxtəlif modellərinin müqayisəli təhlili nəticəsində bir neçə ümumiləşdirmə aparmaq istərdim:

Multikulturalizm – pozitiv sosial təzahürdür. O, cəmiyyətin inkişafı üçün münbit şərait yaradır; etnik münaqişələrin qarşısını alır və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir;

Multikulturalizm – cəmiyyətin mədəni müxtəliflik əleyhinə etirazını səngitmək üçün alternativ siyasət kimi meydana gəlmişdir;

Demokratiya multikultural cəmiyyətin formalaşmasında ən mühüm amillərdən biridir;

Bölgələrin tarixi inkişafının xüsusiyyətləri multikulturalizmin fərqli modelininin yaranmasını müəyyən etmişdir;

Multikulturalizmin müxtəlif modelləri arasında bəzi fərqlərin olmasına baxmayaraq, heç şübhəsiz ki, multikultural cəmiyyətinin formalaşmasında və multikultural ətraf mühitin dəstəklənməsində aparıcı rol dövlətə məxsusdur.


  • Çoxmədəniyyətlilik hər bir cəmiyyətin inkişafının təməlidir. Bu baxımdan multikulturalizm bir siyasi fəlsəfə mövzusu olub fərqli dərəcədə dəyişərək inkişaf edən ideologiyaları və siyasətləri əhatə edir, cəmiyyətin inkişafına təsir göstərir. Multikulturalizmin yaşam tərzi kimi beynəlxalq əhəmiyyəti müasir dünyamızda xüsusi diqqətdə olan məsələdir. Humanist olmaqla yanaşı, demokratik dəyərləri özündə ehtiva edən ideologiya kimi multikulturalizm tolerantlığın göstəricisidir.
  • Multikultiralizmsiz humanizm, beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma əsasında formalaşacaq dostluq və əməkdaşlıq münasibətləri mümkünsüzdür. Mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri göstəricisi məhz multikulturalizmdir. Təbii ki, digər mədəniyyətlərin xüsusiyyətlərini və tarixini öyrənmədən həmin mədəniyyətə tolerant yanaşmaq mümkün deyil. Bu münasibətlərin öyrənilməməsi mədəniyyətlərin və sivilizasiyaların dialoqunun qurulmasına mane olacaq mühüm bir məsələdir. Bu baxımdan multikulturalizm ölkədə yaşayan müxtəlif millətlərin mədəniyyət dəyərlərini tanıyan bir siyasətdir.

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə