Multikulturalizmə giriş


Multikulturalizmin Avstraliya modeli



Yüklə 2,91 Mb.
səhifə10/14
tarix11.05.2022
ölçüsü2,91 Mb.
#86627
1   ...   6   7   8   9   10   11   12   13   14
Xristian dini

Multikulturalizmin Avstraliya modeli.

  • Multikulturalizmin Avstraliya modeli.
  • Avstraliyada multikultural cəmiyyətin formalaşması uzun müddət dövlət tərəfindən təqib edilən izolyasionizm siyasəti ilə müşaiyət olunmuşdur. 1901-ci ildə Avstraliyada qəbul olunmuş “İmmiqrasiya haqqında Qanun” izolyasionizm siyasətininin idarə olunmasında hakim elita üçün inzibati əsas rolunu oynamışdır. Situasiya yalnız aşağıda adı çəkilən qanunların qəbul edilməsi   ilə dəyişməyə başlamışdır: “Vətəndaşlıq haqqında Qanun” (düzəlişlərlə) (1948); “Miqrasiya haqqında Qanun” (düzəlişlərlə) (1958), “Əcnəbilər haqqında Qanun” (düzəlişlərlə) (1984) və “Viza rejimi haqqında Qanun” (düzəlişlərlə) (1997).
  • Qeyd etmək lazımdır ki, “multikulturalizm” termini siyasi leksikona ilk dəfə 1970-ci ildə – Avstraliyada İmmiqrasiya naziri vəzifəsində çalışmış Al Kresbi tərəfindən daxil edilmişdir. O, anglo-saksonlarla yeni avstraliyalılar arasındakı nifaqın aradan götürülməsində çox səy göstərmişdir. 1979-cu ildə hökumət Mədəni Müxtəlifliyin Problemləri üzrə Avstraliya İnstitutunu, 1987-ci ildə isə Multikulturalizm Problemləri Komitəsini yaratdı. Bu, Avstraliya dövlətinin immqrasiya siyasətində necə mühüm rol oynadığının və onun irqçilikdən multikulturallığa qədər inkişafında əldə etdiyi parlaq uğurların göstəricisidir.

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə