12
%
1
100
1000
,
0
001
,
0
0
olar.
1.6. Nəticələrin təkrarlanması və düzgünlüyü
İstənilən fiziki və fiziki-kimyəvi metodun mühüm metroloji xarakteristikasına həssaslıq,
təyinetmə hıddi, dəqiqlik, düzgünlük, təkrarlanma və seçicilik aiddir.
Metodun həssaslığı maddə qatılığının dəyişməsi ilə əlaqədar AS dəyişməsini xarakterizə
edir. Qatılıq dəyişməsi ilə AS nə qədər çox artarsa, metod o qədər həssas olar. Həssaslığın
miqdari ölçüsü
həssaslıq əmsalıdır:
Başqa sözlə, S dərəcəli qrafikin əmələ gətirdiyi bucağın tangensinə bərabərdir S= tg
a.
İnstrumental analiz metodlarının həssaslığı qeydə alan cihazların tətbiqi hesabına xeyli
yüksəkdir. Məsələn titrimetrik metodun həssaslığı 10
-1
%, qravimetrik metodun həssaslığı 10
-2
%, fotometrik metodun həssaslığı 10
-3
-10
-5
%, müasir metodların həssaslığı isə hətta 10
-10
%.
Metodun həssaslığına aşağıdakı faktorlar təsir edir.
AS intensivliyi artdıqca həssaslıq artır.
cihazda siqnal detektorlarının həssaslığı artdıqca metodun həssaslığı artır.
Təyinetmə həddi (C
min, p
)-verilmiş metodla təyin oluna bilən minimal qatılıqdır..
I
min
-
verilmiş cihazla AS ölçülə bilən minimal qiyməti,
I
boş
–
boş təcrübəüçün bu para-
metrin qiyməti, S-həssaslıq əmsalıdır.
İnstrumental metodlarda təyinetmə həddi 10
-5
-10
-10
% təşkil edir ki, bu da nümunədə
maddənin 10
-6
-10
-15
q uyğun gəlir. Kimyəvi metodlarda təyinetmə həddi 10
-3
%.
I
min
qiymətləndirmək üçün k və
S
boş
statistik kriteriiləinrdən istifadə olunur. k-etibarlılıq
ehtimalını xarakterizə edən əmsal,
S
boş
isə boş təcrübənin standart kənaraçıxmasıdır.
I
min
=
I
boş
+k S
boş
K əmsalı 2, 3 və daha böyük (adətən 3) qiymətlər alır.
Beləliklə,
Analiz metodunun dəqiqliyi mürəkkəb xarakteristikadır. Dəqiqlik dedikdə, onun iki tərə-
fini göstərmək lazımdır:
düzgünlük
təkrarlanma.
Dəqiqlik nisbi xəta ilə xarakterizə olunur.
Adətən daha həssas metodlar daha az dəqiqliyə
malik olur. Belə ki, onlar az qatılıq şəraitində istifadə olunur. Bununla əlaqədar instrumental
metodların dəqiqliyi 2-5%, kimyəvi metodların dəqiqliyi isə 0.1-0.5%-dir.
Təkrarlanma ayrı-ayrı nəticələrin orta qiymətdən kənara çıxma dərəcəsi ilə ölçülür.
Düzgünlük orta qiymətin həqiqi qiymətdən kənara çıxması ilə ölçülür.
Düzgünlüyün miqdari ölçüsü sistematik səhvlərdir. İnstrumental metodlarda cihazlardan
istifadə əlavə sistematik səhvlərə səbəb olur.
Təkrarlanma qənaətbəxş olmadıqda dəqiqlik də olmur. Lakin hətta yaxşı təkrarlanma hələ
dəqiqlik demək deyildir. Metodun təkrarlanması paralel təcrübələrin nəticələrinin statistik iş-
13
lənməsi ilə müəyyən edilir. Ayrı-ayrı kimyaçıların və ya laboratoriyaların işinin təkrarlanması-
na nəzarət üçün bəzən ayrı-ayrı nömrələr altında paralel nümunələr verilir. Bu üsul laborato-
riyada iş şəraitinə, metoda nəzarət üçün təklif edilmişdir. Təcrübə göstətir ki, istənilən nəzarət
o zaman daha obyektiv olur ki, analizi yerinə yetirən hansı nümunəyə daha çox diqqət yetirə-
cəyini bilmir.
Fiziki metrologiya və riyazi statistika göstərir ki,
paralel təcrübələrin sayı artdıqca
ölçmələrin düzgünlüyü artır
. Fiziki ölçmələr üçün sübut edilmişdir ki, ölçmələrin nəticələrin-
dən alınmış orta arifmetik ədəd ən çox ehtimal olunandır. Müşahidələrin sayı artdıqca orta kə-
naraçıxma (kvadratik səhv) azalır.
Paralel nümunələrin sayı artdıqca kimyəvi analizin təkrarlanması artır.
Başqa sözlə, bu
zaman orta nəticənin verilmiş analiz metodu ilə əldə olunan ən yaxşı nəticə olduğu qəbul
edilir.
Kimyəvi analiz bir qayda olaraq analiz üçün götürülən nümunənin parçalanmasını tələb
edir. Bu zaman nümunə bir sıra qarışıqlara malik müxtəlif reaktivlərin artığı ilə qarışdırılır,
müxtəlif reaksiyalara daxil olur, bir qabdan digərinə keçirilir və yalnız bu əməliyyatlardan son-
ra sistemin hər hansı xassəsi ölçülür. Belə əməliyyatlar zamanı xeyli yeni gözlənilməz səhvlər
ortaya çıxır.
Təkrarlanma analiz nəticələrinin statistik işlənməsinin adi qaydaları ilə müəyyən edilir.
Fotometrik analizin əksər sadə halları üçün kvadratik səhvi hesablamağa ehtiyac yoxdur. Əv-
vəlcə orta nəticəni və orta nəticədən kənara çıxmanı hesablamaq kifayətdir. Məsələn, 4 paralel
təcrübədə 0,18; 0,19; 0,17, 0,22% təyin edilən maddə tapılmışdır. Orta kvadratik ədəd
Ayrı-ayrı təcrübələrdən kənaraçıxma
-0,01;
-
0,02; +0,03 olacaq.
Orta kənaraçıxma
Orta kənaraçıxma faizlə ifadə olunduqda
Analiz nəticəsini həm də
kimi də göstərmək olar.
Təkrarlanmanı hesablamaq çətinlik törətmir. Lakin nəticələrin düzgünlüyünü hesabla-
maq çətindir. Heç bir riyazi işləmə metodun düzgünlüyü haqqında məlumat vermir. Bu ancaq
eksperimental həll oluna bilər.
Analizin başqa reaktivin köməyi ilə başqa metodla aparılması. Məsələn, kobaltı nitroza-R-duzu və
rodanid metodu ilə təyin etmək olar. İki tamamilə fərqli metod yaxın nəticələr verərsə, metod
düzgün hesab olunur.
Tam analiz. Məsələn, tam yarımvəsfi emission spektral analiz və kənar ionların mümkün təsirinin
sonrakı tədqiqi.
Əlavə etmə metodu.
Dostları ilə paylaş: