|
Mühazir Giriş. Fənnin məzmunu və onun həll etdiyi əsas məsələlər. Geofizikanın üsulları və modifikasiyaları Sual 1-2Sual 28,29,30. Radioaktiv karotaj üsulu.Qamma və neytron qamma karotajı üsulları
|
səhifə | 9/9 | tarix | 28.01.2023 | ölçüsü | 25,75 Kb. | | #99562 | növü | Mühazirə |
| 546.Geofizikanın əsasları-1Sual 28,29,30. Radioaktiv karotaj üsulu.Qamma və neytron qamma karotajı üsulları.
Quyu sütunu boyunca süxurların təbii və suni radioaktiv sahələrinin ölçülməsinə radioaktiv karotaj deyilir. Radioaktivlik cismin özündən qamma və neytron hissəciklərini şüalandırılması ilə əlaqədardır. Təbii radioaktivlik süxurların tərkibində radioaktiv elementlərin olması ilə əlaqədardır. Suni radioaktiv sahələr isə quyularda xüsusi şüalandırıcı zondlar vasitəsilə yaradılır.
Qamma karotajı üsulu süxurların təbii qamma şüalanma intensivliyini quyu sütunu boyunca ölçülməsinə əsaslanır. Yəni, burada təbii radioaktivlik öyrənilir. Radioaktiv elementlər süxurlarda səpələnmiş halda olur ki, buda süxurların nə dərəcədə radioaktiv olub olmamasını öz təsirini göstərir. Radioaktivliyinə görə süxurlar 3 yerə bölünür: Yüksək, orta və zəif radioaktivliyə malik süxurlar. Radiometrik kəşfiyyatda qeyri-kollektor (gilli) süxurların radioaktivliyi yüksək, kollektor (qumlu) süxurların radioaktivliyi zəif olur. Ona görədə radioaktiv karotaj diaqramlarında qamma karotajı əyriləri qeyri-kollektor laylar arasında maksimum, kollektor laylar arasında isə minimum göstərir.
Neytron qamma karotajı süxurların suni radioaktivliyini öyrənməyə əsaslanır. Burada neytron mənbə kimi plombium, berelium elementlərinin toz şəkillərindən istifadə olunur. Beləliklə, plombium radioaktiv element olduğu üçün özündən alfa hissəciklərini şüalandırır. Bu alfa hissəcikləri berelium elementi ilə qarşılıqlı təsirdə olaraq mühitdə iti sürətli neytronların əmələ gəlməsinə səbəb olur. Mühitə düşən iti sürətli neytronlar mühitin atomları tərəfindən udulur və 2'ci dərəcəli qamma-kvantselinin yaranmasına səbəb olur. Bu şüalar NQK cihazında dedektor adlanan cihazla qəbul edilir. Neytron qamma karotajının intensivliyi mühiti hidrogenlə əlaqəlidir.
Dostları ilə paylaş: |
|
|