20
Bölgü nəticəsində müəllim öz statusuna müvafiq sertifikatı əldə edir, onu Müəllimlərin
Peşəkar İnkişafı Milli Mərkəzi verir.
Müəllimlərin sxemdə bölgüsündən sonra müəllim tərəfindən sxemlə müəyyənləşdi-
rilmiş statusun əldə edilməsi, saxlanılması və ya dayandırılması onun peşəkar fəali-
yyətinin qiymətləndirmə nəticəsindən asılıdır, bu da müəllimin yeni maaş siyasətinə
əsaslanır.
SXEMDƏ BÖLÜNMÜŞ MÜƏLLİMLƏRİN FƏALİYYƏTİ VƏ MÜVAFİQ
KREDİT BALLARI
Hər növbəti statusun əldə edilməsi üçün müəllim peşəkar inkişafın ardıcıl yolunu
keçməlidir. Aşağıda təsvir edilmişdir ki, müəllim nəyi və hansı müddətlərdə etməlidir ki,
mövcud statusu saxlasın və ya karyera yolunda irəli getsin.
TƏCRÜBƏÇI MÜƏLLIM
Təcrübəçi müəllim sxemlə müəyyənləşdirilən fəaliyyəti hansı müddətlərdə həyata
keçirir?
Təcrübəçi müəllim baş müəllim statusunu alması üçün 19 kredit balı
ən çoxu dörd il
ərzində toplayır. 2015-2016-cı dərs ili Gürcüstan Qanunvericiliyi ilə müəllimin qiymətləndi-
rilmə sisteminin pilotlaşdırılması ili kimi elan edildiyindən ona baş müəllim statusunu əldə et-
məsi üçün əlavə bir il verilir. Bu, fənn imtahanının verilməsi üçün müəyyən edilmiş müddətə
aid deyil. Təcrübəçi müəllim
fənn imtahanını sxemin fəaliyyətə düşdüyü müddətdən 3 il
ərzində verməlidir.
Baş müəllim statusunu əldə etmək üçün təcrübəçi müəllim nə edir?
Sxemin əsasında, təcrübəçi müəllim üçün yalnız məcburi fəallıqlar müəyyənləşdirilmişdir.
Təcrübəçi müəllim təyin edilən vaxt ərzində
19 kredit balı yalnız icbari fəallıqlarla to-
playır. Bu fəallıqlar arasındadırlar:
Öz-özünü qiymətləndirmə sorğu anketinin doldurulması;
Peşəkar inkişafın fərdi fəaliyyət planının tərtib edilməsi;
21
Fənn imtahanının
verilməsi;
Peşəkar qabiliyyətlər üzrə peşəkar inkişaf kursunun keçilməsi;
Müəllimin qiymətləndirməsi qrupu tərəfindən dərsin müşahidəsi.
Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəz
öz-özünüqiymətləndirmə an-
ketini
işləyib-hazırlamışdır, müəllim öz-özünüqiymətləndirməni onun əsasında
həyata keçirir. Onun analizi əsasında müəllim peşəkar fəaliyyəti planlaşdırır, bu da
peşəkar inkişafın fərdi iş planında əksini tapır, onun tərtibatında da müəllim mə-
suliyyət daşıyır. Bu fəallıqda müəllim kredit balları yığmır, amma bu onun peşəkar
fəaliyyətinin vacib hissəsidir.
Öz-özünü qiymətləndirmə anketinin doldurulması
və iş planının işlənib-hazırlanması xaricində müəllimin qiymətləndirmə qrupu
müəllimin peşəkar qovluğunu qiymətləndirməyəcəkdir. Müvafiq olaraq, onu daha
yüksək status əldə etmək üçün təqdim etməyəcəklər
.
Sxemə əsasən, təcrübəçi müəllim Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzi tərəfindən
təşkil edilmiş və Milli Tədris Planı ilə nəzərdə tutulmuş fənn qrupuna daxil olan tədris etdiyi
fənn üzrə
fənn imtahanını nailiyyətlə verməlidir. Bu, sxemin müəllim üçün irəli sürdüyü
minimal, lakin vacib olan şərtlərdən biridir. Fənn imtahanını verməklə müəllim tədris etdiyi
fənn üzrə biliyini təsdiq edir. Fənn imtahanı ildə iki dəfə keçirilir. Üçillik müddət keçdikdən
sonra bu komponentdə nailiyyət əldə edilmədikdə, müəllimlə əmək müqaviləsi dayandırılır
və onun yerinə vakansiya elan edilir.
Fənn imtahanının keçirilməsi təmin edilməyən fənlərdə üç ilin hesablanması belə
bir imtahanının ilk dəfə keçirildiyindən sonra başlanacaqdır. Bu, idman, musiqi,
eləcə də etnik azlıqların dilində fənn imtahanlarına aiddir.
Təcrübəçi müəllim fənn imtahanını nailiyyətlə verdikdən sonra
pedaqoji bacarıqlar üzrə
peşəkar inkişaf kursunu keçməlidir, bunun məqsədi müəllimə onun statusunun müvafiq
kompetensiyalarının inkişafında köməkliyin göstərilməsi, eləcə də təcrübədə qazanılan bi-
lik və bacarıqların tətbiq edilməsidir. Qeyd edilən kursu keçməklə müəllim 5 kredit bal to-
plamalıdır.
Həm ümumi peşəkar, eləcə də fənn metodikasında treninq-modulları birləşdirən qeyd
edilən kursu müəllimlərə Müəllimin Peşəkar İnkişafı Milli Mərkəzi, eləcə də Keyfiyyətin
İdarəetmə Milli Mərkəzində akkreditə olunan digər təşkilatlar təklif edirlər. Müəllimlərin