72
müəllimləri bir çox problemlərdən kənarlaşdırır. Şagirdlər hər zaman (müəllimin bir nəzərdən
ciddi göründüyündə də) müəllimin səmimiyyət, diqqət və qayğı dolu münasibətini hiss edir və
belə bir münasibətlə cavab verməyə çalışırlar.
Şagirdin və müəllimin münasibəti nə üçün bu qədər vacibdir? İlk növbədə, motivasiya və
təhsilə təsir göstərdiyinə görə. Ümumiyyətlə məlumdur ki, fənnə qarşı yüksək motivasiyaya
daha çox sevimli müəllim səbəb olur. Sevimli müəllim isə, səni diqqətlə dinləyən və başa düşən,
səni şəxsiyyət kimi tanıyan, nailiyyətinə sevinən və nailiyyətsizliyini düşünən, səndən hər zaman
daha yaxşı nəticələr gözləyən bir müəllimdir. Belə bir halda təsir göstərmək üçün daha az qüvvə
və səlahiyyət lazımdır və işinizdən daha çox zövq ala biləcəksiniz.
İlk növbədə, şagirdin və müəllimin münasibətinin baş tutması üçün müəllim şagirdin təhsil,
emosional və sosial problemləri ilə maraqlanmalıdır. Maraqlanmaq həddən artıq dərinliyə getməyi
bildirmir. Şagird haqqında müəllim müxtəlif yollarla məlumat toplaya bilər. Bu, valideynlərlə,
əməkdaşlıq, həmkarlarla, mütəxəssislərlə görüşlərin və söhbətlərin təşkili, şagirdin özündən
məlumatın alınmasıdır. Məsələn,şagirdlərin özləri, ailələri, sevimli ev heyvanları, maraqları, öz
güclü və zəif tərəfləri, nədən qorxduqları, kimi sevdikləri, insanlarda nəyi bağışlamadıqları və s.
haqqında məlumatı yazdıqları kartoçkalardan istifadə edə bilərsiniz.
Elə bir hallar olur ki, şagird dərsdən sonra sinif otağını tərk etmək istəmir. Bu onu bildirirmi
ki, sizinlə söhbət etmək istəyir? Qalın və onunla söhbət edin. Bir çox hallarda, şagirdi səmimi
söhbətə dəvət etmək özünüzün və başqa insanların təcrübəsi, nailiyyətləri, çətinlikləri haqqında
danışmaqla mümkün olur.
Şagirdlərə bir-birini daha yaxşı tanımaq imkanını verin. Bunun üçün “özünü tanıt” kimi
fəallıqlardan istifadə edin (məsələn, mənim sevimli əşyam mənim haqqımda nəyi danışır”),
onlar təbii olaraq başqa dərs fəallıqlarına birləşəcəklər. Əgər müəllim qrup üzvlərinin məlumatın
tanınmasına bir az vaxt ayırarsa, bu, gələcəkdə tədrisin səmərəsinə dəstək verir. Münasibətlərin
mökəmlənməsi
üçün şagirdləri cütlüklərdə, kiçik qruplarda çalışdırmalıyıq.
Bir çox hallarda şagirdlərlə müsbət və xoş əhval-ruhiyyənin yaranmasına stereotiplər mane
olurlar. Əgər şagirdin məktəbdə nailiyyətli adı bərqərar olmuşdursa, o zaman elə bir nəzər
yaranır ki, öz qüvvələri ilə dərs materialını ödəyə biləcəkdir. Həqiqətən də zəif şagird kimi, yaxşı
şagird də kömək və qarşılıqlı təsir istəyir. Başqa təhlükə də var, b.a. “favoritizm”, bu zaman
müəllim sevimli şagirdləri seçir. Bir çox hallarda, bu cür şagirdlər yüksək akademik nailiyyətlə
seçilirlər. Bu, başqa şagirdləri incidir və bəzən aqressiyaya da səbəb olur. Müəllim hər bir
şagirdin inkişafının həvəsləndirilməsinə dəstək verməlidir, onun güclü tərəflərini vurğulamaqla,
lazımi və vaxtında tövsiyələrin verilməsi ilə.
Müsbət münasibətlərin formalaşmasının daha bir mühüm aspekti müəllimin səmərəli
kommunikasiyasıdır. Bəzən söylənilənin məzmunu onu deyənin səs tonuna, bədəninin