Musiqi incəsənətinin dahi klassiki Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr olunur azərbaycan respublikasi



Yüklə 109,57 Kb.
tarix08.12.2017
ölçüsü109,57 Kb.
#14830
növüDərs






Musiqi incəsənətinin dahi klassiki

Üzeyir Hacıbəylinin anadan olmasının

125 illiyinə həsr olunur



AZƏRBAYCAN RESPUBLİKASI

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

Ü Z E Y İ R H A C I B Ə Y L İ

AZƏRBAYCAN

XALQ MUSİQİSİNİN

ƏSASLARI

Musiqi məktəbləri və texnikumları üçün

«Azərbaycan xalq musiqisinin əsasları», «Solfecio»,

«İmprovizasiya və bəstələmə», «İxtisas aləti», «Ümumi fortepiano»

fənlərində Azərbaycan ladlarının öyrənilməsinə dair

adaptasiya olunmuş

DƏRS VƏSAİTİ

Tərtibçi – Tərlan Seyidov

BAKI – 2010

Üzeyir Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları» elmi işinin adaptasiya versiyası musiqi məktəbləri şagirdləri üçün BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasında hazırlanmış və BMA-nın Elmi Şurasının iclasında təsdiq olunmuşdur

(28 oktyabr 2009-cu il tarixli 2 saylı protokol).

T Ə R T İ B Ç İ :

BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının bədii rəhbəri və direktoru,

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru,

professor



T Ə R L A N S E Y İ D O V

Rəyçilər:

BMA-nın «Azərbaycan xalq musiqisi tarixi və nəzəriyyəsi» kafedrasının müdiri, Azərbaycan Respublikasının xalq artisti, sənətşünaslıq doktoru, professor



Ramiz ZÖHRABOV

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA-nın Memarlıq

və incəsənət institutunun «İncəsənət əlaqələri» şöbəsinin müdiri,

sənətşünaslıq doktoru, professor



Rəna MƏMMƏDOVA

ISBN 987 – 9952 - 438 - 62 – 8

T.SEYİDOV, 2010

ÖN SÖZ

«Mənim bu əsərim Azərbaycan xalq musiqisinin

əsas cəhətlərini öyrənmək üçün nəzəri bir vəsait

və Azərbaycan ladları əsasında musiqi yazan bəstəkarlara yaradıcılıq köməyidir».

Üzeyir Hacıbəyli. Azərbaycan xalq musiqisinin əsasları.



Bakı: «Yazıçı», 1985, səh.12.

Xalqımızın mədəni irsinə yenidən yaranmış maraq, xüsusən də musiqiçilər tərəfindən bəslənilən münasibət məsələsi hal-hazırda xüsusi aktuallıq kəsb edir. İndiki zəmanədə etnik şüurun fəallaşdırılması, öz milli mədəni irsinə bəslənilən diqqət bunu təsdiqləyir. Məhz buna görə də ənənəvi xalq mədəniyyəti əsaslarının, mədəni məkanın minillik qavranılma təcrübəsinin və onun gələcək nəsillərə ötürülməsi mexanizmlərinin dərk olunması olduqca önəmlidir. Həmin istiqamətdə qanuna tam uyğun olaraq pedaqoji fikir fəallaşır, həmin problematika üzrə təhsil-tərbiyə məsələlərinin effektiv həll yolları axtarılır. Bu sırada duran ilk önəmli məsələlərdən biri – milli musiqi təhsilinin islahatı və layihələşdirilməsidir ki, burada çoxsəviyyəli tədris-tərbiyə prosesində uzun müddətlər ərzində tam şəxsiyyətin formalaşdırılmasına yönəldilən varislik prinsipləri nəzərdə tutulmalıdır.

Əsas problemin bu cür qoyuluşu zamanı musiqi təhsili ocaqlarının təhsil sahəsində mütəxəssisləri formalaşdıran, bir kadr kimi hazırlaşdıran struktur kimi qarşıya qoyduğu ən yeni məsələlər, sözsüz ki, musiqi təhsili sisteminin əvvəlki mərhələlərində sınaqdan keçirilmiş yeni, eksperimental təhsil metodlarına əsaslanmalıdır. Bu istiqamətdə aparılacaq axtarışlar zamanı müasir təhsil təcrübəsinin milli musiqi mədəniyyətimizin çoxəsrlik ənənələri ilə qovuşmasına arxalanma nəzərdə tutulur. Xüsusilə də, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Orta ixtisas musiqi məktəb-studiyasında tələbələrin gələcək pedaqoqlar kimi yetişdirilməsi sahəsində müasir musiqi mədəniyyətinin bütün tələblərinə cavab verən zəmin və şərait uzun illər boyu yaradılmışdır. Bu zəmin tədris, tərbiyə və folklor kimi komponentlərin bütöv bir tədrisi-metodik prosesdə birləşdirilməsinə əsaslanıb, həmin prosesdə yaranan məsələ və problemlərin eksperimental, yaradıcı surətdə həll olunmasını nəzərdə tutur.

Beləliklə, keçirilən islahatlar nəticəsində məktəb-studiyanın öz mentaliteti yaranmışdır ki, bu, təcrübəçi tələbələri də cəlb edən eksperimental işə dirənən bir sıra orijinal proqramların yaradılmasına əsaslanır. Həmin proqramlardan sənətşünaslıq doktoru, professor Məcnun Kərimovun «Qədim Azərbaycan musiqi alətləri» fənni üzrə müəllif proqramını; sənətşünaslıq namizədi, dosent Adilə Yusifovanın «Azərbaycan xalq musiqisinin əsasları» fənni üzrə müəllif proqramı, məktəb-studiyanın muəllimi İminə Əliyevanın «Azərbaycan musiqisi əsasında lad-intonasiya eşitmə qabiliyyətinin tərbiyəsi» adlı metodiki tövsiyəsini misal çəkmək olar.

Nəzəri biliklərin qavranılması şagirdlərin xüsusi və ümumi fortepiano, orkestr və xalq çalğı alətləri, kamera ansamblı və akkompanement siniflərində ifa etdikləri Azərbaycan bəstəkarlarının əsərlərinə dair tərtib etdikləri referat və annotasiyalarda ən geniş tətbiqini tapır. Bu biliklərin mənimsənilməsi məqsədilə tətbiq olunan ən önəmli üsullardan biri də – 1983-cü ildən etibarən məktəb-studiyanın müntəzəm olaraq keçirdiyi elmi-ifaçılıq konfransları və müsabiqələridir, eləcə də «Azərbaycan bəstəkarlarının əsərləri tədris repertuarında» devizli festivallardır.

Şagirdlərin dərrakə fəallığının və yaradıcı təfəkkürünün bu planda formalaşdırılmasının vacib aspekti kollokviumlardır ki, məktəb-studiyada tədris ilində iki dəfə keçirilir. Kollokviumlar müxtəlif fənlərin öyrənilməsindən qavranılan biliklərin cəmləşdirilməsi məqsədini daşıyır və müxtəlif fənlərə, ümummədəni hazırlığa dair məsələlərlə yanaşı, Azərbaycan ladlarına aid sualları da daxil edir.

Təcrübi-eksperimental, metodik və pedaqoji iş növləri arasında «Opera hazırlığı» fakultativ sinfinin nəzdində otuz il eksperimental olaraq fəaliyyət göstərən Uşaq Musiqi Teatrının tamaşaları qeyd olunmalıdır. Bu tamaşalara xalq mahnı və rəqsləri daxil edilir. Beləliklə, məktəb-studiyada uzun illər boyu geniş profilli və geniş dünyagörüşünə malik, Azərbaycan xalq musiqisinin əsaslarını sərbəstliklə qavrayan musiqiçilərin hazırlanması üçün zəmin və şərait yaradılmışdır.

Uşaqların mənəvi, ədəbi və bədii-estetik inkişafına yönəldilmiş bütün bu iş növləri onlarda ənənəvi milli musiqi mədəniyyətinə tamamilə yeni münasibəti, bu mənbəni dərindən və qorunularaq öyrənilməsini tərbiyə edir, folklorun və ənənələrin gələcək nəslə ötürülmə mexanizmlərinin qorunması, materialın müasir həyata təbii şəkildə daxil olunmasını təmin edir.

Azərbaycanın xalq musiqi mədəniyyəti ənənələrinin öyrənilməsində görkəmli Azərbaycan klassiki Üzeyir Hacıbəylinin elmi irsi əsas tədris materialı rolunu oynayır. Onun «Azərbaycan xalq musiqisinin əsasları» adlı samballı elmi əsəri nəinki hər bir Azərbaycan bəstəkarının, həm də Azərbaycan musiqisini öyrənən hər bir musiqiçinin stolüstü kitabıdır. Üzeyir Hacıbəylinin bu nəzəri əsəri öz böyük praktiki əhəmiyyətini bu günədək itirmir. Həmin kitabda Azərbaycan xalq musiqisinin lad sisteminin bütün zənginliyi mütəşəkkil elmi formada və aydın, anlaşıqlı ifadə şəklində sistemləşdirilmiş, Azərbaycan xalq musiqi dilinin lad strukturunun qanunlarının kamil şəkildə anlanılıb qavranılması öz əksini tapmışdır.

Məktəb-studiyanın hazırladığı Üzeyir Hacıbəylinin məhz bu fundamental əsəri əsasında adaptasiya olunmuş dərs vəsaiti musiqi məktəbləri şagirdləri üçün metodik zəmin rolunu oynayır.

Məktəb-studiyanın nəşrə hazırladığı dərs vəsaitinin əsas məqsədi - musiqi məktəb şagirdlərinin öz milli köklərinə, Azərbaycan xalq sənətinin əsaslarına maraq oyadılması, milli musiqi eşitmə qabiliyyəti və təfəkkürü sahəsində gen yaddaşının bərpası və fəallaşdırılmasıdır. Azərbaycan xalq musiqi mədəniyyəti ənənələrinin öyrənilməsi üzrə aparılan işin bir hissəsi olaraq, ladların nəzəri öyrənilməsi müxtəlif üsullarla öz təcrübi tətbiqini tapır. Həmin problem baxımından Ü.Hacıbəylinin kitabının adaptasiya olunmuş materialları əsasında tərtib olunan dərs vəsaiti xüsusi aktuallıq kəsb edir.

Bu dərs vəsaiti boy atan musiqiçilər nəslinin musiqi tərbiyəsi və təhsili qarşısında duran bir sıra konkret məsələləri həll etmək məqsədini, xüsusən də Azərbaycan ladlarının kiçik siniflərdən başlayaraq öyrənilməsi üçün əlverişli şəraitin yaradılması məqsədini irəli sürür.

«Azərbaycan xalq musiqisinin əsasları» kursundan əlavə, materialın möhkəmləndirilməsi eləcə də bu fənnin solfecio dərslərinə daxil edilməsi, Ü.Hacıbəyli tərəfindən azərbaycan ladları əsasında bəstələnmiş melodiyaların imla kimi yazdırılması, transponizə edilməsi və s. vasitəsilə həll olunmalıdır. Burada yuxarıda sadalanan not materiallarının ixtisas fortepiano, ümumi fortepiano dərslərində ifa olunması da böyük əhəmiyyət kəsb edir. Gələcək bəstəkarların azərbaycan ladlarında musiqi bəstələməsi bacarığının tərbiyəsi baxımından da vacibdir.

Gənc musiqiçinin Azərbaycan ladları fənni üçün adaptasiya olunmuş dərs vəsaitindəki material bu ardıcıllıqda təqdim olunur: əvvəl səsdüzümləri, tam və yarım kadensiyalar, Ü.Hacıbəylinin əsərlərindən gətirilən nümunələr, sonra isə onun xalq musiqisinə aid gətirdiyi və əsərinin əlavə hissəsində göstərdiyi misallar verilir. Əgər səsdüzümləri ilə kadensiyalar onların yalnız öz quruluş prinsipləri barədə təsəvvür yaradırsa, Ü.Hacıbəylinin bütün lad və onların şöbələrinə aid bəstə nümunələri öz qanunauyğun ardıcıllığında düzülərək şagirdlərə muğamın strukturunu anlamaqda kömək edə bilər. Hazırkı dərs vəsaiti, şübhəsiz ki, respublikamızın musiqi məktəblərinin gündəlik tədris-metodik təcrübəsində faydalı metodik dayaq ola bilər.

Ümumiyyətlə, gənc musiqiçilərin təhsilinin bütün mərhələlərində «folklor komponentinin» daxil edilməsi məktəb-studiyanın eksperimental fəaliyyətində pozitiv təcrübə kimi özünü göstərir. Məktəb-studiyanın musiqi təhsili proqramları öz strukturu, istiqaməti və məzmunu etibarı ilə komplekslidir. Proqramların kompleksliyi musiqi mədəniyyətinin yalnız ayrıca istiqamətlərinin məhdud ixtisaslı öyrənilməsinin qarşısını almaqdan deyil, eləcə də onun xalq musiqi mədəniyyəti ilə birləşməsi zamanı bütövlülüyünün anlaşılmasından irəli gəlir.

Beləliklə, təhsil məzmunu ilə eksperimental işin metodik təminatının sıx vəhdəti, eləcə də gələcək professional pedaqoqların hazırlanmasında varisliyin həyata keşirilməsi Bakı Musiqi Akademiyası və onun eksperimental bazası olan Orta ixtisas musiqi məktəb-studiyasının birgə fəaliyyəti üçün başlıca məqsəddir. Fərhad Bədəlbəylinin dediyi kimi, «Məktəb-studiya uşaqların musiqi tərbiyəsinin təsdiqlənmiş mərkəzinə çevrilmişdir».



Üzeyir Hacıbəylinin 1985-ci ildə «Yazıçı» mətbəəsində nəşr olunmuş «Azərbaycan xalq musiqisinin əsasları» kitabının adaptasiya olunmuş variantında kitabın II hissəsindən istifadə edilmişdir.

Kvadrat mötərizələrdə istifadə edilən mətnin səhifələrinin nömrələri göstərilmişdir. Mötərizədəki həmin nömrələr şagirdlərə bu elmi əsəri daha dərindən öyrənməyə imkan verəcəkdir.

Tərlan Seyidov















































































MÜNDƏRİCAT

Tərlan Seyidov. Ön söz................................................................................. 5

ƏSAS LADLAR.......................................................................................... 9

Rast.............................................................................................................. 10

Şur............................................................................................................... 12

Segah........................................................................................................... 16

Şüştər........................................................................................................... 18

Çahargah..................................................................................................... 19

Bayatı-şiraz.................................................................................................. 22

Hümayun.................................................................................................... 24

ƏLAVƏ LADLAR...................................................................................... 26

Çahargah (ikinci növ).................................................................................. 26

Şahnaz......................................................................................................... 30

Sarənc ......................................................................................................... 32

XALQ MUSİQİSİ NÜMUNƏLƏRİ.......................................................... 34

Ü Z E Y İ R H A C I B Ə Y L İ

AZƏRBAYCAN XALQ MUSİQİSİNİN ƏSASLARI

Musiqi məktəbləri şagirdləri üçün

«Azərbaycan xalq musiqisinin əsasları», «Solfecio»,

«İmprovizasiya və bəstələmə», «İxtisas aləti», «Ümumi fortepiano»

fənlərində azərbaycan ladlarının öyrənilməsinə dair

adaptasiya olunmuş

DƏRS VƏSAİTİ

Tərtibçi – Tərlan Seyidov

BAKI – 2010

Kompyuter not qrafikası, maket və dizayn – Yavər Nemətli

Yığılmağa verilmişdir: 07.04.2010

Çapa imzalanmışdır: 12.05.2010



Format 60x84 1/8. Şərti çap vərəqi 6.

Tiraj 1000 ədəd
Yüklə 109,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə