58
Şəxsi ərizəsinin əsasında;
Daxili monitorinq zamanı aşkarlanan nöqsanlar halında, nöqsanların qarşısının alınması
üçün keçirilən tədbirlərin nailiyyətsiz olduqları halda;
Xarici monitorinqin əsasında aşkarlanan nöqsanlar halında, nöqsanların qarşısının
alınması üçün keçirilən tədbirlərin nailiyyətsiz olduqları halda;
Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi tərəfindən keçirilən monitorinqin əsasında
aşkarlanan qanun pozuntularının halında, bu barəsində Mərkəz Təhsil
və Elm Nazirliyinə
müraciət edir və o da öz növbəsində müvafiq reaksiya göstərmək səlahiyyətindədir.
Məktəbin administrasiyasının və ya məktəbin müəlliminin Müəllimlərin Peşəkar İnkişafı
Milli Mərkəzinə şikayət təqdim etdiyi halda, Mərkəz məsələnin öyrənilməsi əsasında
lazımi nəticə çıxarır.
Məktəbin direktorunun və direktoru müavinin, qiymətləndirmə qrupunun üzvləri kimi,
səlahiyyətləri dayandırılır:
Xarici monitorinqin əsasında məktəb direktoru/direktor müavini tərəfindən öz vəzifəsinin
lazımi şəkildə yerinə yetirməməsi aşkarlandığı halda;
Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzinə daxil olan şikayətin əsasında.Mərkəz
şikayəti təhlil edir və lazım gəldiyi halda, növbəti reaksiyanın göstərilməsi üçün onu
Təhsil və Elm Nazirliyinə təqdim edir.
Müəllimin daxili qiymətləndirmə prosesinin monitorinqi necə həyata keçirilir?
Məktəbin qiymətləndirmə qrupunun fəaliyyətinin daxili monitorinqini ümumtəhsil
müəssisəsi həyata keçirir. Müvafiq olaraq monitorinq sisteminin işlənib-hazırlanması və
tətbiqində məsuliyyəti də o daşıyır.
Müəllimin qiymətləndirmə prosesinin şəffaflığı və obyektivliyinin təmin edilməsi üçün
Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi müəllimin daxili qiymətləndirmə prosesinin
monitorinqini həyata keçirmək səlahiyyətindədir. Müəllimin daxili qiymətləndirmə
prosesinin monitorinq qaydasını fərdi inzibati-hüquqi aktla Müəllimləri Peşəkar İnkişafı Milli
Mərkəzinin direktoru müəyyənləşdirir.
Monitorinqin aparılması, ilk növbədə, Müəllimin qiymətləndirmə qrupunun iş prosesini
dəstəkləyən bir mexanizmdir. Monitorinq həm təsadüfi seçim, eləcə də, pozuntular haqqında
məlumatın qəbulu əsasında həyata keçiriləcəkdir.
Monitorinq prosesinin səmərəli şəkildə aparılmasında elektron sistemdə müəllim
tərəfindən yerləşdirilən statusa uyğun fəallıqların sənədlərinin və müəllimin qiymətləndirmə
59
qrupu tərəfindən yüklənmiş sənədlərin qiymətləndirilməsinin yoxlanışına başlıca yer verilir.
Mərkəz monitorinq nəticələrinin əsasında müvafiq ümumtəhsil müəssisələri üçün
tövsiyələr hazırlamalıdır. Məktəb tövsiyələrin yerinə yetirilməsi haqqında məlumatı
Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzinə təqdim edir. Tövsiyələr məktəbə imkan
verəcəklər ki, qiymətləndirmənin nöqsanlı təcrübəsini vaxtında dəyişdirsin. Lazım gəldiyi
halda, Mərkəz məktəblər üçün əlavə məsləhətlər verə bilər.
Gürcüstan Qanunvericiliyinin pozuntuları aşkarlandığı halda, Mərkəz Gürcüstan Təhsil
və Elm Nazirliyinə növbəti reaksiyanın göstərilməsi üçün müraciət etməlidir.
Monitorinq sxemə cəlb olunan hər bir məktəbə aiddir.
Müəllim qiymətləndirmə qrupunun qərarını şikayətləndirə bilərmi?
Müəllimin məktəbin qiymətləndirmə qrupunun qərarını Müəllimlərin Peşəkar İnkişafı
Milli Mərkəzində şikayətləndirmək hüququ vardır. Şikayətin iddia ərizəsi forması vardır.
Ərizə forması və təqdimat müddətləri Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzinin
direktorunun fərdi inzibati-hüquqi aktı ilə müəyyənləşdirilir. Ərizələrə iddia komissiyası
baxır, onun məktəbin qiymətləndirmə qrupu tərəfindən qəbul edilən qərarı dəyişdirməyə və
ya qüvvədə saxlamağa hüququ vardır
9
.
9
İddia ərizəsinin təqdimatı forması və müddətləri haqqında ətraflı məlumatla məlumat kitabçasının
növbəti
hissələrində tanış ola bilərsiniz.