54
Peşəkar xüsusiyyətlər:
Fənn biliyinə yüksək səviyyədə sahibdir. Fasilitator, ilk növbədə, yüksək səviyyədə fənn
biliyinə sahib olmalıdır və bu da onun peşəkarlığının əsas xüsusiyyətlərindən biridir.
Müasir pedaqoji yanaşmaları (təlim-tədris, qiymətləndirmə, dərs mühiti) tanıyır və
təcrübədə istifadə edir. Əlbəttə ki, fasilitatoru, yüksək peşəkarlıqla seçilən müəllimi öz
pedaqoji təcrübəsində yalnız ənənəvi, artıq yaxşı tanış olan yanaşmaların istifadəsi qane
etməməlidir. O, yeniliyə yönəlməlidir, hər zaman bu yeniliklərlə tanış olmalı və sinif
otağında onları tətbiq etməyə çalışmalıdır.
Hər zaman öz peşəkar inkişafına yönəlmiş olmalıdır. Funksiyası məktəbdə öz
həmkarlarının peşəkar inkişafına qayğı göstərmək olan insanın özü, əlbəttə ki, buna
nümunə olmalıdır. Öz işləri ilə təsdiq etməlidir ki, öz təcrübəsini analiz edir, nöqsanları
aradan qaldırır və hər zaman öz peşəkar inkişafına qayğı göstərir.
Yüksək peşəkar motivasiyası var və başqalarının motivasiyasını artıra bilər.
Fasilitator kimi öz peşəsinə sadiq, maksimal şəkildə motivasiyalı, entuziasit əməkdaş
seçilməlidir, hansı ki, işə olan öz yanaşması ilə öz həmkarlarını da həvəsləndirəcəkdir.
Onun şagirdlərinin yüksək akademik nailiyyətləri vardır. Müəllimin peşəkarlığının
əsas indikatoru, sözsüz ki, onun şagirdlərinin akademik nailiyyətləridir.Yaxşı olardı ki,
məktəb yaxşı təcrübəsi olan bir namizədi seçsin və bu da onun şagirdlərinin nəticələrində
öz əksini tapır.
Məktəbin inkişafına qayğı göstərir. Həqiqi peşəkar hər zaman çalışdığı mühiti
yaxşılaşdırmalıdır. İrəliləyişə, inkişafa yönəlmiş müəllim, təbii ki, təkcə özünün deyil,
eləcə də, tamamilə məktəbin inkişafına da qayğı göstərir.
Mədəni müxtəliflik mühitində işləyə bilir. Məktəbin spesifikasından irəli gələrək,
müəllimin sosial, mədəni, etnik və ya dini cəhətdən fərqli insanların ətrafında işlədiyi
halda, onun belə bir fərqli mühitdə insanlarla əlaqə və əməkdaşlıq bacarığı inkişaf etmiş
olmalıdır.
Analitik təfəkkür bacarığı. Fasilitatorun işi müəllimlərin iş prosesinin, onlar tərəfindən
əldə edilmiş nəticələrin öyrənilməsi və analizi əsasında problemlərin həlli yollarının
axtarışını tələb edir. Belə ki, namizədi seçdikdə onun analitik təfəkkür qabiliyyəti də
nəzərə alınmalıdır.
İnformasiya texnologiyalarına sahibdir. Nəzərinizə çatdırmaq istəyirik ki, məktəblər
bütövlükdə elektron sistemə keçirlər. Bu sistemə daxil olan müəllimin öz profili vardır, onun
istifadəsi ilə onlar öz işlərini planlaşdıra və idarə edə biləcəklər. Qiymətləndirmə qrupunun
üzvü kimi, fasilitatorun onun peşəkar nəzarəti altında olan müəllimlərin şəxsi profilinə
əli çatacaqdır. Onun vəzifəsi müəllim tərəfindən doldurulmiş öz-özünüqiymətləndirmə
55
anketinin, eləcə də həyata keçirilmiş işləri əks etdirən sənədlərin analizi və
qiymətləndirilməsi, elektron forma ilə müəllimlər üçün tövsiyələrin çatdırılmasıdır, bu
tövsiyələri müəllimin şəxsi profilində, xüsusi ayrılmış sətirdə yerləşdirəcəkdir. Beləliklə,
fasilitator kimi seçilən müəllimin informasiya-kommunikasiya texnologiyalarını yaxşı
bilməsi vacibdir.
Xüsusi tədris ehtiyacı olan şagirdlərlə iş strategiyalarını yaxşı bilir və istifadə edir.
Fasilitator xüsusi tədris ehtiyacı olan şagirdlər oxuyan siniflərdə çalışan müəllimlərə
peşəkar məsləhət verə bilər.
Qeyri-gürcüdilli məktəb tərəfindən seçilmiş fasilitator dövlət dilini bilməlidir
ki, fasilitator üçün nəzərdə tutulan peşəkar inkişaf fəallıqlarına heç bir maneə
olmadan cəlb olunsun.
Şəxsi xüsusiyyətləri:
Ədalətli və obyektivdir. Müəllimin peşəkar inkişafının fasilitatoru eyni zamanda
məktəbin qiymətləndirmə qrupunun üzvüdür və müəllim tərəfindən keçilən dərsləri,
eləcə də, onun peşəkar qovluğunu qiymətləndirir və onun üçün kredit balların verilməsi
haqqında qərarın qəbulunda iştirak edir, əlbəttə ki, bu işin uğurla həyata keçirilməsi üçün
ədalətli və obyektiv olmaq kimi şəxsi xassələr müəyyənləşdirir.
Qrup işinin prinsipləri ilə paylaşır. Məktəb – ümumi məqsədin ətrafında birləşmiş
insanlardan ibarət qrupdur. Onun hər bir üzvü bu ümumi məqsədi dərk etməli və
onun həyata keçirilməsində öz töhfəsini verməlidir. Fasilitator qrup işi prinsipləri ilə
paylaşmalı və bununla belə əməkdaşlıq mədəniyyətinin tətbiq edilməsinə və məktəbdə
gücləndirilməsinə dəstək verməlidir.
Lider xassələri vardır. Fasilitatoru seçdikdə nəzərə almaq lazımdır ki, həmkarların
peşəkar inkişafı üzrə məsuliyyətlə paylaşmaq, onların işlərinin planlaşdırılmasına və
nəzarətə yaxşı təşkilatçı və lider xassələri olan peşəkar tələb olunur.
Kollegialdır. Fasilitatorun işi bütövlükdə həmkarlarla əməkdaşlıq üzərində qurulmuşdur,
çünki kollegial olmayan, öz əməkdaşlarına hörmətlə yanaşmayan və onları həmfikir kimi
qəbul etməyən şəxs müsbət əməkdaşlıq mühitini yarada bilməz.
Yaxşı interpersonal kommunikasiya qabiliyyəti vardır. Sxemin əsasında, fasilitator
müəllim tərəfindən keçirilən dərsləri müşahidə edir, bunun əsasında ona inkişafetdirici
qiymətləndirmə verir, mütəmadi olaraq məsləhətlər verir. Belə ki, fasilitator tam bu
işin nailiyyətlə həyata keçirilməsi üçün mütləq yüksək səviyyədə kommunikasiya
56
bacarıqlarına sahib olmalıdır. Onun qabiliyyəti olmalıdır ki, müəllimlərlə ünsiyyət zamanı
münaqişəli vəziyyətlərdən uzaq olsun, eləcə də dəyər və ləyaqəti təhqir edən söhbətlərdən
özünü saxlasın.
Fasilitatorun seçimi necə olur?
Müəllimin peşəkar inkişafının fasilitatorunu məktəbin pedaqoji şurası səs çoxluğu ilə
seçir. Kriterilərin əsasında, namizədi pedaqoji şura iclasında iştirak edən bütün səs hüququ
olan şəxslər seçirlər.
Fənlərin və ya fənn qruplarının kafedraları daxili razılaşma əsasında, namizəddən razılıq
aldıqdan sonra, məktəbin pedaqoji şurasına öz fasilitatorluğa namizədlərini təqdim edirlər.
Pedaqoji şura xüsusi çağırılmış iclasa lazımi sayda fasilitatorları seçir.
Səslərin bərabər bölündüyü halda, daha yüksək statusu olan (baş və ya aparıcı müəllim) və
ya verilən məktəbdə iş müddətində intizam xətası olmayan və ya yüksək akademik dərəcəsi
olan (müvafiq intizam üzrə ali təhsil diplomu, magistr dərəcəsi) namizədə üstünlük verilir.
Məktəbdə bir neçə fasilitator seçimi halında, kafedralar və ya fənn qrupları arasında tarazlığa
riayət edilməsi yaxşı olardı. Fasilitatorun müəllimə ümumi peşəkar inkişafda yardım etməsinə və
ona sxemlə nəzərdə tutulmuş fəallıqların həyata keçirilməsində dəstək verməsinə baxmayaraq,
müəllimlər bölündükdə, diqqətin fənn istiqamətlərinə verilməsi daha yaxşı olardı.
Məktəbin fasilitatorunun/fasilitatorlarının seçim proseduru məktəbin pedaqoji iclasının
müvafiq protokolunda öz əksini tapır, protokolun nəticələri isə müəllimin qiymətləndirmə
qrupunun yaradılması haqqında direktorun əmrində göstərilir.
Fasilitator üç il müddətinə seçilir. Fənn və ya fənn qrupunun kafedrasının hüququ var ki,
üç il müddəti keçdikdən sonra məktəbin pedaqoji şurası eyni namizədi təkrar təqdim etsin.
Müəllimin qiymətləndirmə qrupunun üzvü qiymətləndirildikdə nə baş verir?
Qiymətləndirmə qrupunun üzvü özünü kənarlaşdırma haqqında elan edir. Bu halda, onun
işini qiymətləndirmə qrupunun digər üzvləri qiymətləndirirlər. Məktəbin qrupun bu üzvünün
təqdim etdiyi kafedra üzvünü qiymətləndirmə qrupuna bir dəfə üçün dəvət etmək hüququ var.
Məktəbdə qiymətləndirmə qrupunun təyin edilən qayda ilə formalaşması mümkün
olmadığı halda nə baş verir?
Azkontingentli məktəb sxemlə müəyyən edilən müddətdə (dərs ilinin əvvəlindən bir
ay müddətində) qiymətləndirmə qrupunu komplektləşdirə bilmədiyi halda, Müəllimlərin
Dostları ilə paylaş: |