MüƏllifdən II


IIFƏSİL CİNAYƏT-PROSESSVAL QANUNVERİCİLİK VƏ ONUN TƏYİNATI



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə16/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   12   13   14   15   16   17   18   19   ...   266

IIFƏSİL CİNAYƏT-PROSESSVAL QANUNVERİCİLİK VƏ ONUN TƏYİNATI 

götürənin,  doğma  və  ya  ögey  qardaş  və  bacının,  uşağın,  övladlığa 

götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumlandır; 

34.


 

Yaşayış  yeri  -  bir  və  ya  bir  neçə  şəxsin  yaşaması  üçün 

müvəqqəti,  yaxud  daimi  istifadə  edilən  mülkiyyətində  olan  və  ya 

icarəyə  götürülmüş  yer, 

0

  cümlədən  ev,  mənzil,  bağ  evi, 



mehmanxanada,  yataqxanada  otaq,  onlara  bilavasitə  bitişik 

aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər 

(onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını 

təmin  etmək  üçün  istifadə  olunan  digər  tərkib  hissələri),  çoxmənzilli 

evdən  başqa  tikililərin  zirzəmisi  və  çardağı,  habelə  dəniz  gəmisinin 

kayutası  və  ya  uzaq  səfərdə  olan  qatarın  kupesidir  (bunlardan  əlavə 

Cinayət-Prosessual  Məcəllənin  məqsədləri  üçün  yaşayış  yeri  anlayışı 

fiziki  şəxsin  xidməti  kabinetini,  ona  məxsus  çəpərli  torpaq  sahəsini, 

avtomobili, çay və dəniz gəmisini əhatə edir); 

35.


 

Gecə vaxtı - yerli vaxtla axşam saat 22-dən səhər saat 7-dək olan 

vaxt müddətidir; 

36.


 

Zərər - cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi

fiziki və ya maddi ziyandır; 

37.


 

Prosessual  hərəkətlər  -  cinayət  prosesi  iştirakçılarının 

Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş və onun müddəalarına 

uyğun həyata keçirdikləri hərəkətlərdir

38.

 

Qətimkan  tədbiri  -  Cinayət-Prosessual  Məcəllədə  nəzərdə 



tutulmuş  hallarda  və  qaydada  təhqiqatçı,  müstəntiq,  prokuror  və  ya 

məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını 

müvəqqəti  məhdudlaşdırmaqla  onun  haqqında  seçilən  prosessual 

məcburiyyət tədbiridir; 

39.

 

Tutulma  -  Cinayət-Prosessual  Məcəllədə  nəzərdə  tutulmuş 



hallarda və qaydada şəxsin azadlığını qısa müddətə məhdudlaşdırmaqla 

onun müvəqqəti saxlanılma yerində saxlanılmasıdır; 

40.

 

Həbs - qətimkan tədbiri qismində Cinayət-Prosessual Məcəllədə 



nəzərdə tutulmuş hallarda və qaydada təqsirləndirilən şəxsin azadlığını 

müvəqqəti  məhdudlaşdınnaqla  həbsdə  saxlanılma  yerində  (istintaq 

təcridxanalarmda) saxlanılmasıdır; 

41.


 

Vəsatət  -  cinayət  prosesinin  iştirakçılarının  cinayət  prosesini 

həyata keçirən orqana ünvanlanmış xahişidir; 



Mirağa Cəfərquliyev 

42.


 

izahat  -  cinayət  prosesi  iştirakçılarının  və  ya  ərizəçilərin 

özlərinin, yaxud təmsil etdikləri şəxsin tələblərini əsaslandırmaq üçün 

göstərdikləri şifahi və ya yazılı dəlillərdir; 

43.

 

Prosessual qərar - cinayət işi və ya cinayət təqibi ilə bağlı digər 



material  üzrə  hakimin  və  ya  hakimlərin  (hökmlər  istisna  edilməklə), 

habelə 


təhqiqatçmın, 

müstəntiqin, 

yaxud 

prokurorun 



Cinayət-Prosessual  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada 

qəbul etdiyi prosessual aktlar

44.

 

Verdikt  -  məhkəmə  baxışı  nəticəsində  təqsirləndirilən  şəxsin 



təqsirliyi  və  ya  təqsirsizliyi  məsələsi  barəsində  andlı  iclasçılarm 

çıxardığı qərardır; 

45.

 

Məhkəmənin hökmü  -  şəxsin təqsirləndirildiyi  əməllərdə  onun 



təqsirli 

olub-olmaması, 

təqsirləndirilən 

şəxsə 


cəza 

tətbiq 


edilib-edilməməsi  haqqında  birinci  və  apellyasiya  instansiyası 

məhkəməsində  məhkəmə  baxışı  nəticəsində  hakimin  (hakimlərin) 

çıxardığı qərardır; 

46.


 

Protest  -  dövlət  ittihamçısının  iştirak  etdiyi  cinayət  işi  və  ya 

cinayət təqibi ilə bağlı digər material üzrə hökmdən və ya məhkəmənin 

digər qərarından prokurorun yuxan məhkəməyə verilən şikayətidir; 

47.

 

Şikayət  -  prosessual  hərəkətlərin  və  ya  prosessual  qərarların 



qanunsuz, yaxud əsassız olduğu barədə cinayət prosesini həyata keçirən 

orqana ünvanlanmış yazılı müraciətdir. 

§ 6. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 

mahiyyəti və təhlili 

Hər bir ölkənin hüquq sisteminin ən vacib tərkib hissələrindən biri 

olan  cinayət-prosessual  qanunvericilik  bütövlükdə  cəmiyyətin  və 

ayn-ayn  fərdlərin  mənafeyi  baxımından  çox  önəmli  əhəmiyyəti  olan 

dövlət  fəaliyyəti  istiqamətlərindən  birinin  -  cinayət  işləri  üzrə  ədalət 

mühakiməsinin həyata keçirilməsi qaydalarını müəyyən edir. Bununla 

bağlı  qeyd  etmək  olar  ki,  məhkəmə-hüquq  islahatları  gedişində 

ölkəmizdə həyata keçirilmiş mühüm tədbirlərdən biri də yeni Cinayət- 

Prosessual Məcəllənin qəbul edilməsi olmuşdur. 

Hüquq  ədəbiyyatında  yeni  CPM-in  qəbul  olunması  prosessualist 

tədqiqatçılar tərəfindən müsbət qarşılanaraq, onun təhlili ilə bağlı bir 




IIFƏSİL CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİK VƏ ONUN TƏYİNATI 

3

sıra dəyərli araşdırmalar və elmi tədqiqatlar aparılmışdır. Monoqrafik 

araşdırmalarda və kommentariyalarda çox düzgün olaraq qeyd edilir ki, 

Azərbaycan  Respublikasının  1  sentyabr  2000-ci  il  tarixdən  qüvvəyə 

minmiş Cinayət-Prosessual Məcəlləsi təkcə qəbul olunma və qüvvəyə 

minmə  tarixinə  görə  yeni  deyildir.  Bu  nonnativ  hüquqi  aktın  başlıca 

yeniliyi  ondan  ibarətdir  ki,  ölkəmizdə  cinayət  mühakimə  icraatının 

tamamilə yeni konsepsiyası qəbul edilmişdir. 

Şərh  etdiyimiz  məqamla  bağlı  prof.C.H.Mövsümov  haqlı  olaraq 

qeyd edir ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa 

olunmasından  sonrakı  on  ilə  yaxın  müddətdə  baş  vermiş  köklü 

islahatların,  ictimai  həyatın  bütün  sahələrində  ölkəmizin  dünya 

sisteminə inteqrasiyasının, habelə beynəlxalq hüququn hamılıqla qəbul 

olunmuş prinsip və normalarının milli hüququn bütün sahələrinə nüfuz 

etməsinin  nəticəsi  olan  bu  yeni  konsepsiyanın  aşağıdakı  başlıca 

əlamətlərini göstərmək olar: 

-

 



yeni cinayət-prosessual qanun cinayət mühakimə icraatı gedişində 

insan hüquq və azadlıqlarının təmin edilməsini ön plana çəkmişdir ki, 

bu  da  təsadüfi  deyildir.  İnsan  hüquq  və  azadlıqlan  ən  mühüm  sosial 

dəyərlər  hesab  edildiyindən  onların  qorunması  və  təmin  edilməsi 

ictimai  həyatın  bütün  sahələrində,  eləcə  də  cinayət  işləri  üzrə  ədalət 

mühakiməsinin həyata keçirilməsi zamanı ən vacib vəzifə kimi qarşıya 

qoyulur; 

-

 



yeni  Cinayət-Prosessual  Məcəllə  qanunvericiliyə  cinayət  təqibi 

anlayışı daxil edərək, onu cinayət prosesindən fərqləndirmişdir. Cinayət 

prosesinin tərkib hissəsi olan cinayət təqibi konkret şəxslə bağlı həyata 

keçirilən  prosessual  fəaliyyətdir  və  həmin  şəxsin  cinayət  törətməkdə 

ifşa olunmasına və ona layiqli cəza təyin edilməsinin təmin olunmasına 

yönəlmişdir; 

-

 

yeni cinayət-prosessual qanun cinayət mühakimə icraatının bütün 



mərhələlərində məhkəmənin həlledici rolunu qəti olaraq təsbit etmişdir. 

Məhkəmə məhkəməyədək icraat mərhələsində cinayət prosesini həyata 

keçirən orqanların hərəkət və qərarlarından şikayətlərə, habelə bir sıra 

prosessual  məcburiyyət  tədbirlərinin  tətbiq  edilməsi  və  bəzi  istintaq 

hərəkətlərinin  məcburi  həyata  keçirilməsi  üçün  icazə  verilməsi 

haqqında  təhqiqat  və  ibtidai  istintaq  orqanlarının  müraciətlərinə 

baxmaqla məhkəmə nəzarətini həyata keçirir



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə