Müasir dövr
Tarix və onun problemləri, № 4 2014
192
R.BƏDƏLOVA
f.ü.f.d., BDU-nun Politologiya və
sosiologiya kafedrasının dosenti,
K. ŞIXIYEVA
s.e.f.d.
E-mail:konul_politoloq@mail.ru
MİLLİ TƏHLÜKƏSİZLİYİN TƏMİNETMƏ SİSTEMİ
(ABŞ və Böyük Britaniya təcrübəsi əsasında)
Açar sözlər: milli təhlükəsizliyə təhdid, şəxsiyyətin təhlükəsizliyi, dövlətin
təhlükəsizliyi, cəmiyyətin təhlükəsizliyi
Kлючевые слова: угроза национальной безопасности, личной безопасности,
государственый безопасность, общественной безопасности
Key words: a threat to national security, personal security, state security, public safety
Milli təhlükəsizliyin təminetmə sistemi dövlət və ictimai institutların müxtəlif həyat
fəaliyyətləri sahələrində şəxsiyyət, cəmiyyət və dövlətin müdafiəsi dərəcəsinin artırılmasına
yönəlmiş yekun fəaliyyətdir. Təhlükəsizliyi təminetmə mexanizmi altında dövlətin
təhlükəsizliyini təmin etmək üçün xüsusi dövlət orqanları fəaliyyət göstərir. Bu fəaliyyət
dövlətin nəzərdə tutduğu və qəbul etdiyi proqramlar və qanunlar çərçivəsində reallaşır.
Milli təhlükəsizliyi təminetmə sistemi iki köməkçi sistemi özündə birləşdirir. Bunlar
dövlət milli təhlükəsizliyi təminetmə sistemi və ictimai milli təhlükəsizliyi təminetmə sistemi.
Dövlət Milli təhlükəsizliyi təminetmə sistemi - əsasən dövlət orqanlarının birgə fəaliyyətindən
ibarətdir. Bura aşağdakılar aiddir:
- Ölkəni, cəmiyyəti və şəxsiyyəti daxili və xarici düşmənlərdən qoruyan;
- Dövlət, cəmiyyət və şəxsiyyətin inkişafı üçün tələb olunan şərtləri təmin edən.
İctimai Milli təhlükəsizliyi təminetmə sistemi - bu ümumvətəndaş mühafizə funksiyalarını
daşıyan müxtəlif sahəli ictimai strukturlardır. Təminetmə sistemi aşağıdakı funksiyaları yerinə
yetirir:
1)
Sosial təhlükə və böhran hallarını müəyyənləşdirərək bu haqda məlumat vermək;
2)
Vətəndaşların hüquq və azadlıqlarını, cəmiyyətin ümumi maraqlarını müdafiə etmək;
3)
İctimai rəyin, fikrin formalaşdırılması və ona təsiri;
4)
İctimai təhlükəsizliyin təminatı prosesinə vətəndaşların cəlb edilməsi.
Milli təhlükəsizliyi təminetmə sisteminin əsasını qüvvə və üsullar təşkil edir.
Təhlükəsizliyi təmin etmə qüvvələrinə ölkənin silahlı qüvvələri, xüsusi xidmətlər, ictimai
asayişi təmin edən qüvvələr daxildir. Üsul və vasitələrə gəldikdə isə bura təhlükəsizliyin təmin
edilməsinə yönələn bütün vasitələr: hərbi, diplomatik, iqtisadi, informasiya və s. aid edilir.
Ümumilikdə milli təhlükəsizliyi təmin etmə sistemi özündə üç fəaliyyət istiqamətini
cəmləşdirir (8, s.22).
1)
ölkənin müdafiəsini təminetmə;
2)
dövlət təhlükəsizliyini təminetmə - terrorçuluq, ekstremizmlə mübarizə;
3)
ictimai asayişi təmin etmə.
Hərbi təşkilatlara - hərbi qüvvələr və onları idarəedən orqanlar daxildir.
Xüsusi xidmətlər - dövlətin xüsusi orqanlarıdır. Əsas məqsəd dövlətin maraqlarını və
müdafiəsini gizli şəkildə təmin etməkdir.
Müasir dövr
Tarix və onun problemləri, № 4 2014
193
Hüquq mühafizə orqanları - hüquq normalarının pozulmasının qarşısını almaq üçün
fəaliyyət göstərən dövlət orqanlarıdır. Çox vaxt xüsusi xidmət orqanları hüquq mühafizə
orqanları ilə birgə fəaliyyət göstərir.
Milli təhlükəsizliyi təminetmə sistemi öz fəaliyyətini xüsusi rejimdə icra edir. Həmin
rejimin məzmunu konkret səbəblərdən asılıdır. Rejimlər normal, böhran hallarında dövlətin
fəaliyyət rejimi və müstəsna olmaqla üç hissəyə bölünür: normal rejim- bura milli
təhlükəsizlik təmin etmə sisteminin gündəlik, standart fəaliyyəti aiddir. Ölkənin böhran
hallarında fəaliyyət rejimi - milli təhlükəsizlik təminetmə sistemi fəaliyətinin dəyişməsi ilə
bağlıdır. Məs. hadisələrin kəskinləşərək ağır fəsadlara yol açmaması üçün qısa zaman ərzində
əlavə müdafiə qüvvələrinin cəlb olunması, konstitutsiya quruluşunun, suverenliyin və dövlətin
ərazi bütövlüyünün təminatına xidmət edir. Müstəsna rejim - qeyri adi müstəna halların
yaranması ilə əlaqəlidir. Bu cəmiyyət və vətəndaşın həyatı üçün təhlükəli sayılan və ya
konstitutsiya quruluşunun dəyişməsi cəhdləri həmçinin xarici təcavüzdür.
Ehtimal etmək olar ki, ideal milli təhlükəsizlik təminetmə sistemi dövləti bütün
təhdidlərdən qoruya bilər, lakin reallıqda sistemin zəif yerləri də vardır. Dövlət təhdid və
təhlükəsizliyi təminetmə sistemində mövcud olan zəifliklər barədə məlumatlandırılır ki, daim
sistemdə mükəmməllik əldə olunsun. Beləliklə, milli təhlükəsizlik təhdidlərə qarşı fəaliyyət
göstərən sistemin yaradılması ilə nəticələnən dövlət və cəmiyyətin birgə, qarşılıqlı
fəaliyyətidir.
ABŞ-da Milli təhlükəsizliyin təminatı məsələsinə istənilən yanaşmanın əsasında
fundamental dəyərlər durur ki, bu da bir sıra doktrinalarda öz əksini tapıb.
Açıq bəxt doktrinası üç tərkib hissəsi özündə birləşdirir.
1)
Amerikasentrizm doktrinası - ABŞ-ın ilk prezidentləri C.Vaşinqton, C.Adamson, T.
Ceferson, C.Monro, T. Peyn, İ. Alen, A. Hamillton tərəfindən formalaşdırılıb.
Mahiyyətini «xüsusi missiyanı yerinə yetirmək üçün Allah tərəfindən ABŞ-a xeyr dua
verilməsidir» təşkil edir.
2) Sərhədləri açmaq ideyası- amerikalı tarixçi F. Terner tərəfindən formalaşdırılıb. ABŞ-ı
inkişaf etdirən faktorlardan biri hərəkət və daimi ekspansiyadır.
3) Maarifçı eqoizm - A. Hamilton tərəfindən formalaşdırılıb. Bu doktrinaya əsasən
Amerika xalqı allah tərəfindən seçildiyi üçün öz məqsədlərinə çatmaq üçün digər
xalqlardan istifadə edə bilər. Müəyyən razılaşma və ittifaqlar Amerika üçün fundamental
mahiyyət daşıyacağı təqdirdə bağlana bilər(1, s.134).
ABŞ-ın Milli təhlükəsizlik siyasətini təyin edən geosiyasi model- əsasən ölkənin dünya
proseslərinə qoşulması prinsiplərindən irəli gəlir. Tarixi nöqteyi nəzərdən üç əsas geosiyasi
doktrina mövcuddur.
1)
Monro doktrinası - 1823-cü ildə ABŞ-ın beşinci prezidenti Ceyms Monro tərəfindən irəli
sürülüb. Onun ideyası dünyanı Amerika və Avropa olmaqla iki hissəyə ayırmaqdır. Əsas
şüar «Amerika - amerikalılar üçündür». Monro doktrinasına görə Texasın 1845-ci ildə
ABŞ tərəfindən ilhaq edilməsi Amerika - Meksika müharibəsinə səbəb oldu. 1867-ci ildə
isə ABŞ Rusiyadan Alyaskanı alaraq öz ərazisinə daxil etdi.
2)
1895-ci ildə dövlət katibi R. Oninin doktrinası qəbul edildi. Doktrinaya əsasən ABŞ Latın
Amerikası ölkələrinin daxili işlərinə qarışmaq hüququna malikdir.
3) Mexen doktrinası - 19-cu əsrin sonlarında formalaşdırılıb. Əsas şüar "Dənizə sahib olanın
bütün dünyaya sahib olmasıdır" yəni dənizdə ağalığı təmin etmək və bununla da bütün
dünyaya hakim kəsilməkdir. Dənizə sahib olmaq hərbi və iqtisadi nöqteyi nəzərdən olduqca
Müasir dövr
Tarix və onun problemləri, № 4 2014
194
əlverişlidir. Avrasiyanın potensialı ABŞ-ı qat-qat üstələdiyindən daha 2 geosiyasi model
qəbul edilib.
Avrasiya mərkəzi modeli-amerikalı geosiyasətçi Makinder tərəfindən yaradılıb və
ABŞ-da 1904-cü ildən 1943-cü ilə kimi hakim mövqedə olub. Makinder əsərlərində açıq
şəkildə bildirirdi ki, İkinci Dünya Müharibəsindən sonra SSRİ Avrasiyada öz mövqelərini
daha da möhkəmləndirəcək və Avrasiya mərkəzində güclü dövlət bütün dünyaya ağalıq
edəcəkdir. İkinci Dünya Müharibəsindən sonra Amerikanın beyin orqanları Makinderin
konsepsiyasına əsaslanaraq SSRİ-ni ABŞ üçün əsas təhlükə mənbəyi kimi görürdü. Varşava
müqaviləsi və SSRİ-nin süqutundan sonra siyasi vəziyyət dəyişdi və model korrektələrə məruz
qaldı.
Avrasiya perimetri - bu geosiyasi model 1930-cu illərdə Yelsk Universitetinin
professoru Spaykman tərəfindən təklif edilib. "Perimetri idarə edən Avrasiyanı idarə edir,
Avrasiyanı idarəedən isə dünyanın taleyini müəyyənləşdirir". Geostrateqə görə ABŞ-a
Avrasiyada fəaliyyət göstərən qüvvələr tərəfindən daim potensial təhdid təhlükəsi var. Məhz
ona görə ABŞ müqavilə və ittifaqlar qurmaqla Avrasiyada totalitar rejim yaradacaq
qüvvələrlə mübarizə aparmalıdır (4, s.198).
ABŞ-da Milli təhlükəsizliyi təminetmə sistemi sahəsində qanunverici baza İkinci
Dünya Müharibəsindən sonra SSRİ-ə qarşı «soyuq müharibə» aparmaq məqsədi ilə
formalaşmağa başladı. Əsas məqsəd kommunizmin yayılmasının qarşısını almaq idi. Bu
doktrina faktiki olraq 1950-ci ildən 1990-cı illərə qədər dəyişməmişdir.
Milli təhlükəsizlik haqqında qanuna əsasən ABŞ-da bir sıra dövlət qurumları yaradıldı.
Bura hərbi qüvvələr - hərbi hava qüvvələri, mərkəzi kəşfiyyat idarəsi, qərargah başçıları
komitəsi daxil idi. Daha sonra 1949-cu ildə qanunda bəzi korrektələr edildi və ordu nazirliyi,
hərbi dəniz qüvvələri, hərbi hava qüvvələrini özündə cəmləşdirən ABŞ Müdafiə Nazirliyi
yaradıldı.
2002-ci ildə növbəti «Daxili Təhlükəsizlik haqqında» qanun qəbul edildi. Bunun
əsasında daha bir nazirlik Daxili Təhlükəsizlik Naziriyi həmçinin Daxili Təhlükəsizlik Şurası
yaradılaraq prezident administrasiyasının tərkibinə daxil edildi (6, s.20,).
ABŞ-da Milli təhlükəsizlik siyasətinin reallaşmasında mərkəzi fiqur kimi ölkə başçısı
prezident çıxış edir. Prezidenti həm ölkə başçısı, icraedici hakimiyyətin başçısı, ali baş
komandan, əsas diplomat, baş hakim, partiya rəhbəri qismində çıxış edir. Prezident
administrasiyasına daxil olan Milli Təhlükəsizlik Şurasının tərkibinə aşağdakılar aiddir.
1)
şuranın daimi üzvləri (prezident, vitse- prezident, dövlət katibi, müdafiə naziri)
2)
daimi müşavirlər (Milli kəşfiyat direktoru və qərargah başçılarının sədri)
3)
Şura üzvləri (prezidentin Milli təhlükəsizlik məsələləri üzrə köməkçisi, daxili
təhlükəsizlik naziri, maliyyə naziri, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, iqtisadi
siyasət məsələləri üzrə prezident köməkçisi, Ağ Ev əməkdaşları aparatının başçısı)
ABŞ-da ölkənin Milli təhlükəsizliyini təmin edən əsas qüvvə kimi ordu çıxış edir. Onun
tərkibinə iki milyondan çox canlı qüvvə, 250 min hərbi zirehli tank texnikası, 200 kosmik və
13 mindən çox uçan aparatlar (təyyarə, vertolyot və s.) 500 okean gəmi və qayıqlar və s.
daxildir (10, s.10).
ABŞ-da Milli təhlükəsizliyi təminetmə sisteminin fəaliyyətində kəşfiyyat orqanları əsas
rol oynayır. Kəşfiyyat orqanlarına əsasən aşağdakılar daxildir:
1)
Mərkəzi kəşfiyyat idarəsi
Müasir dövr
Tarix və onun problemləri, № 4 2014
195
2)
Müdafiə nazirliyinin kəşfiyyat orqanları (Milli Təhlükəsizlik Agentliyi, Milli kosmik-hava
idarəsi, ordu kəşfiyyatı, hərbi dəniz qüvvələri kəşfiyyat korpusu. Hərbi hava qüvvələrinin
nəzarət və yaxalama xidməti )
3)
Sahil mühafizəsi kəşfiyyatı
4)
ABŞ dövlət departamentinin kəşfiyyat və araşdırma bürosu
5)
Federal Təhqiqat Bürosu (FTB)
6)
Maliyyə nazirliyinin kəşfiyyat təminatı xidməti
7)
Enerji nazirliyinin kəşfiyyat idarəsi.
ABŞ-da Milli təhlükəsizlik təminetmə sisteminin daha bir xüsusiyyəti ondan ibarətdir
ki, bu siyasət qeyri-dövlət sisteminin cəlb olunması ilə reallaşdırılır. Qeyri-dövlət sistemi çox
planlı, qeyri dövlət təşkilat və assosiasiyalarından ibarətdir. Dövlət və biznes arasında
mütəmadi olaraq kadr dəyişikliyi həm dövlət həm də kommersiya sahəsində çalışa biləcək
universal mükəmməl top menecerləri yarartmağa imkan verir (3, s.120).
Böyük Britaniyada Milli təhlükəsizliyin təminatı dedikdə milli maraqların dərk
olunması, onların təyin edilməsi və mühafizəsi başa düşülür. Böyük Britaniyanın Milli
maraqları xarici və daxili hissələrə ayrılır. Daxili aspektlərə aşağdakılar daxildir.
1)
Fundamental maraqlar (fiziki təhlükəsizlik, müstəqillik və ərazi bütövlüyü, iqtisadi
vəziyyət, millətdə birlik hissinin qorunması )
2)
İctimai qrup və təşkilatların maraqları
3)
İndividual maraqlar
Milli maraqların xarici aspekti Böyük Britaniyanın dünyada millət və beynəlxalq aləmdə bir
üzv kimi qorunması ilə müəyyən edilir. Qlobal xarakter daşıyan ingilis milli maraqları 1948-
ci ildə qəbul edilən «üç dairə» konsepsiyası əsasında müəyyən edilir.
1)
Avropa dairəsi- ölkənin coğrafi şəraiti və onun Avropa təhlükəsizliyi ilə sıx əlaqəsi
2)
Atlantik dairə ( ABŞ-la əlaqə)- mənası tarixi və mədəni köklərlə və yaranmış ticarət
sistemi ilə təyin edilir.
3)
Metropoliya və xarici ərazilər konsepsiyası - Britaniya Birliyinə aid ölkələrin rəsmi
London qarşısında götürdüyü öhdəliklərin icrasını təyin edir. Əsas məqsəd Böyük
Britaniyanın iqtisadi əlaqələr sistemini inkişaf etdirməkdir (9, s.174)
Britaniyanın təhlükəsizlik sahəsində yeritdiyi siyasət ölkənin bir sıra xarici və iqtisadi
maraqlarının təminatı və onların lazım gəldikdə müdafiəsini təmin edir.
Milli təhlükəsizlik məsələlərində hərbi qüvvələrə rəhbərlik ancaq kraliçanın səlahiyyət
dairəsinə aiddir. Qanuna əsasən kraliçanın səlahiyyətlərini mövcud hakimiyyəti reallaşdırır.
Siyasi nəzarət - xarici siyasət və təhlükəsizlik sahəsində siyasət nazirlər kabineti və
onun komitələri tərəfindən kollektiv şəkildə həyata keçirilir. Baş nazir xarici ərazilər və
müdafiə siyasəti komitəsinə rəhbərlik edir həmçinin müdafiə məsələlərini həll edir. Müdafiə
naziri nazirlər kabineti çərçivəsində hərbi siyasətin formalaşdırılması və reallaşdırılmasına
görə cavabdehdir. Müdafiə naziri müdafiəyə ayrılan vəsaitlərin xərclənməsinə görə
parlamentə hesabat verir. Parlament ölkənin müdafiəsi üçün əhəmiyyət daşıyan bütün qərar və
siyasi proseslər haqqında məlumatlandırılır. Parlament üzvləri individual olaraq yazılı şəkildə
hərbi siyasətin bütün aspektləri üzrə nazirlərə müraciət edir.
Hərbi qüvvələr - hərbi - siyasi hakimiyyətin səlahiyyətləri hərbi şura ilə müəyyən
edilir. Müdafiə nazirinin iki baş məsləhətçisi var. Onlardan biri müdafiə qərargahı başçısı
digəri isə müdafiə nazirinin daimi müavinidir. Müdafiə qərargahı başçısı hakimiyyətin əsas
hərbi məsləhətçisi və silahlı qüvvələrin başçısıdır.
Müasir dövr
Tarix və onun problemləri, № 4 2014
196
Hərbi qüvvələrin əsas qollarından biri də xüsusi xidmət orqanlarıdır. Britaniyada faktiki
olaraq 1990-cı illərin ortalarına kimi xüsusi xidmət orqanlarının hüquqi statusu olmayıb. Uzun
illər ölkənin məhşur “Mİ-6” xidməti parlament qarşısında hesabat verməyib və maliyyə
nazirliyi tərəfindən maaliyələşdirilib. 1994-cü ildə parlamentdə «Kəşfiyyat xidmətləri
haqqında» qanunun qəbul edilməsi ilə qanunverici orqanda kəşfiyyat və təhlükəsizlik komitəsi
yaradılır. Məhz bu komitə Kəşfiyyat orqanlarına nəzarəti həyata keçirir. Komitə həmçinin
Böyük Britaniyanın xüsusi xidmət orqanları sayılan Mİ-5, Mİ-6 və Hakimiyyət Rabitəsi
Mərkəzinə ayrılan büdcə vəsaitlərinin idarəolunması siyasətini də həyata keçirir. Böyük
Britaniyanın xüsusi xidmət orqanlarının fəaliyyətinin idarəolunması mexanizmində əsas rolu
baş nazir oynayır (7, 55-56).
“Mİ-6” Böyük Britaniyanın əsas kəşfiyyat xidmətidir. Xüsusi kəşfiyyata cavabdehlik
daşıyır. Formal olaraq Xarici İşlər Nazirliyinə tabe olmasına baxmayaraq birbaşa baş nazirə
çıxışı var. Çox vaxt baş nazirin əmrlərini yerinə yetirir və ya müstəqil olaraq fəaliyyət göstərir.
Baş qərargahı Londonda yerləşən “Mİ-6” dünya üzrə 87 rezidenturaya malikdir. Mİ-6-nın
əsas məqsədi xarici kəşfiyyat, xaricikontr kəşfiyyat və xüsusi əməliyyatların keçirilməsidir.
“Hakimiyyət Rabitəsi” - Mİ-6 kimi bu xidmət də formal olaraq Xarici İşlər Nazirliyinə
tabedir. Əsas məqsəd strateji radio və radiotexniki kəşfiyyatdır. Bu Böyük Britaniyada ən
böyük ştatı olan (16 mindən çox əməkdaş) və ən bahalı xüsusi xidmətidir. Xidmət qlobal
radioelektron kəşfiyyatında əsas baza elementi kimi qalmaqda davam edir.
“Mi-5”- Britaniyanın kontrkəşfiyyat xidməti Mİ-5- Formal olaraq Daxili İşlər
Nazirliyinə aiddir. Onun rəhbəri isə baş nazirin müavinidir. Mİ-5 əsas fəaliyyəti
kontrkəşfiyyat, təxribat fəaliyyəti ilə mübarizə, qlobal və İrland modeli üzrə terrorçuluqla
mübarizəni əhatə edir. Güc aksiyalarının keçirilməsi üçün xarici müşahidə və agentlərin cəlb
olunması və s. üçün Mİ-5 aktiv şəkildə Skotland Yardın xüsusi bölməsindən - polisin xüsusi
təyinatlı qruplarından istifadə edir.
Terrorçuluqla mübarizə - terrorçuluqla mübarizə Britaniya hakimiyyətinin əsas
prioritetlərindəndir. Bu sahədə əsas koordinator kimi Daxili İşlər Nazirliyi çıxış edir. Lakin
son illər baş verən terror təhdidi ilə əlaqədar Böyük Britaniya hakimiyyəti uzun müddətli
antitterror strategiyasını qəbul edib. KONTEST abriviaturası ilə məhşur olan strategiyanın
əsas məqsədi beynəlxalq terrorizmdən gələn təhdidləri azaltmaq, ölkə vətəndaşlarına öz
biznesini rahat həyata keçirməyə yardım etməkdir. 2001-ci il 11 sentyabr hadisələrinə kimi
Britaniya hakimiyyəti «Terrorizm haqqında» qanuna əsasən möhkəm və yaxşı hazırlanmış
antiterror qanunvericiliyinə sahib idi. Lakin 2001-ci ildə əlavaə olaraq antiterror qanunu qəbul
edilib. Qanuna əsasən hava nəqliyyatında təhlükəsizlik tədbirləri gücləndirilmiş kimyəvi, nüvə
və bioloji silaha dair qanunvericilik daha da sərtləşdirilmişdir.
2006-cı ildə Böyük Britaniyada Daxili İşlər Nazirliyinin transsərhəd cinayətkarlıqla
mübarizə məsələləri üzrə «Ağ kitab»- ı təqdim edilib. Yeni strategiyaya əsasən Böyük
Britaniyanı mütəşəkkil cinayətkar qrupların fəaliyyəti üçün ən çətin ölkəyə çevirməkdir (3,
s.197).
İSTIFADƏ OLUNMUŞ ƏDƏBIYYAT
1.
Арин О.А. Азиатско-Тихоокеансикй регион: мифы, иллюзии и реальность
Москва: Флинта, Наука 1997. 134 C.
2.
Бжезинский Збигнев. Великая шахматная доска. Господство Америки и его
геостратегические императивы. Москва, 2010, 256 с
Müasir dövr
Tarix və onun problemləri, № 4 2014
197
3.
Бруз В.В. Историография исследования проблемы безопасности - военная
мысль. Москва, 2006, 210 с.
4.
Иванов О. Военная сила и глобальная стратегия США. Монография.Москва:
Восток- Запа , 2008, 198 с
5.
Кулагин. В.М. Международная безопасность учеб. пособие. Москва: Аспект
Пресс, 2007. 318 с
6.
Мировой порядок после терактов в США: проблемы и перспективы.
Комментарий КВП. Москва, 2002. с.20
7.
Gleick, Peter, " Ultimate Security: How Environmental Concerns AffectGlobal
Political Stability, (book reviews) ", Bulletin of the AtomicScientists, (March-April
1994), No. 50, ss. 55-56
8.
Piriyev A. Siyasi strategiya və milli təhlükəsizlik. Bakı: BU, 2008, 526 s.
9.
Хантингтон С. Третья волна. Демократизация в конце XX века М. 2003, с.368
10.
Сатаров В. Вооруженные силы США: организация, строительство, и
применение\\ зарубежное военное обозрение 2009 г. N 7. C, 10
Доц., Р. БАДАЛОВА
д.ф.п.н. К. ШЫХИЕВА
ОБЕСПЕЧЕНИЕ СИСТЕМЫ НАЦИОНАЛЬНОЙ БЕЗОПАСНОСТИ
(НА ОСНОВЕ ОПЫТА США И ВЕЛИКОБРИТАНИИ)
Статья посвящена изучению и исследование национальной безопасности, ее
обеспечение. В статье исследованы уровни национальной безопасности-личности,
общество и вопросов государственной безопасности. Система обеспечения националь-
ной безопасности Соединенных Штатов и Великобритании были исследованы раз-
личные геополитические и национальных политическичих концепции этих стран.
Dos. R. BADALOVA,
ph.d. K. SHIKHIYEVA
PROVIDING NATIONAL SECURITY SYSTEM
(BASED ON THE EXPERIENCE THE US AND UK)
Article is devoted to the study and research of national security and its software. The
article explores the levels of national security- personaı, society and state security issues. The
system of national security of the United States and Britain have been investigated various
geopolitical and national political concept of these countries.
Rəyçilər: t.ü.f.d. X.Əfəndiyeva, İ.Zeynalov
BDU-nun Politologiya və Sosiologiya kafedrasının 17 noyabr 2014-cü il tarixli
iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №4).
Dostları ilə paylaş: |