Mövzu 4.
PEŞƏ MÜNASİBƏTLƏRİNİN QENDER PROBLEMLƏRİ
1. İqtisadiyyatın qender aspektlərinin öyrənilməsində əsas cərəyanlar
2. Qadınlar cəmiyyətin sosial transformasiya şəraitində
3. İnkişaf etmiş ölkələrdə qadın məşğulluğunun xüsüsiyyətləri
1. İqtisadiyyatın qender aspektlərinin öyrənilməsində əsas cərəyanlar
Qender iqtisadi nəzəriyyəsi
əmək bazarında qadın hüququnun
məhdudlaşdırılmasına (məsələn əmək haqqının ödənilməsi, işlə təmin edilmə prosesi
zamanı), vəsait mənbəylərini əldə edilməsinə, informasiyaya imkan yollarının
çətinləşdirilməsinə, ailədə iş və boş vaxtın bərabər bölünməsinə xüsusi diqqət yetirərək
qender bərabərsizliyinin iqtisadi mexanizmini öyrənir. İqtisadiyyatın qender aspektlərinin
tədqiqatı müxtəlif cərəyanlar nöqteyi nəzərindən aparılır, məsələn, marksizm,
institusionalizm, neoklassik nəzəriyyəsi.
Qender problematikası ilk dəfə olaraq XIX əsrdə marksist iqtisadi nəzəriyyəsi
çərçivəsində qaldırılmışdır. Onların bu problemə olan mövqeyi F.Engelsin «Ailənin,
xüsusi mülkiyyətin və dövlətin mənşəyi» adlı əsərində daha ətraflı ifadə edilmişdir.
Engels qadınların islahedici əməyindən, sənaye istehsalından bəhs edərək, bunları
qadın azadlığının ilk şərtlərindən biri hesab edir. Tarixin müxtəlif dövrlərində ailənin
təkamülünü gözdən keçirərək Engels qeyd edir ki, ailə xaricində baş verən əmək
bölgüsü qadının evdə kölə halına salınmasına şərait yaradır. Burjua ailəsini təngid
edərək marksizmin baniləri belə qənaətə gəlir ki, ailə bir tərəfdən ailəni dolandıran
yeganə kişi hakimliyinə, o biri tərəfdən isə iqtisadi cəhəddən onlardan asılı olan
qadınların açıq və ya gizli şəkildə evdə əsarət altına alınmasına əsaslanır. Sinfi
cəmiyyətdə qadın istismarının səbəb və formalarını kapitalizmin iqtisadi fundamenti ilə
əlaqələndirirlər, onlarıın azadlığını isə antaqonist cəmiyyətin məhv olunmasında
görürlər.
Bütövlükdə marksist paradiqma çərçivəsində qender aspekti tabelik yerini tutur.
Faktiki olaraq marksizm qadın probleminin həllinə ideoloji nöqteyi nəzərindən yanaşır:
kapitalizm olmasa, qadın istismarı mümkün deyil.
Neomarksist feminist nəzəriyyələrdə əsas diqqəti cəlb edən məsələlər: kapitalizm
və qadın istismarı; patriarxat və qadın istismarı; qadın istismarında patriarxatın və
kapitalizmin qarşılıqlı əlaqəsi.
Radikal feinizmin əksər nümayəndələri hesab edir ki, qadınların əsarət altına
alınması insanlar arasında olan istismarın ən çox yayılmış və kök salmış formalarından
biridir. Bu problemin əsası ailədə qoyulur, kapitalizm isə bu ilk istismara əlavələr edir.
Sosialist feminstlər «əbədi suala» çevrilən qadın istismarının səbəb və
mexanizmlərinə cavab verməyə çalışırlar. Ümumi ideya altında bir neçə konsepsiyanı
birləşdirən iki sistem nəzəriyyəsi daha çox tanınmışdır: marksizm və feminizm
tərəfindən kapitalizm və patriarxat müstəqil istismar strukturu kimi gözdən keçirir. Bu
cərəyanın nümayəndələrinin fikrincə kapitalizm bazar iqtisadiyyatında yalnız dəyərli
hesab edilən əməyi qiymətləndirir, bazar yolu ilə dəyəri müəyyən edilməyən əmək isə
(məsələn uşaqların tərbiyyəsi) nəzərə alınmır. Nəticədə kapitalizm cəmiyyətində qadın
əməyi sosial cəhətdən əhəmiyyətsiz və ikinci dərəcəli hesab edilir. Patriarxat isə kişilərin
reproduktiv funksiya, qadınların işi və seksual davranışı üzərində olan nəzarətinə
əsaslanır. Patriarxat və kapitalizm sıx əlaqəlidir, lakin aparıcı rolu kapitalizm oynayır.
Patriarxal fəhlə sinifini cinsi əlamətinə görə bir-birinə qarşı duran iki qrupa parçaladığı
üçün kapitalizmə qarşı funksional yük daşıyıcısıdır.
Mahiyyətinə görə bu görüşlər marksizmə çox yaxındır. Müasir cəmiyyətdə
qadınların asılılıq vəziyyəti probleminin həlli ictimai quruluşda əsaslı dəyişiklikləri
nəzərdə tutur. Neoklassik nəzəriyyəsi çərivəsində ev təsərrüfatının səmərəli funksiyası,
ailədə qəlir bölgüsü, əmək bazarında diskriminasiyanın səbəbləri və s. kimi problemlər
əks etdirilmişdir.
İnsanın kapitalı anlayışından neoklassik nəzəriyyədə istifadə edildiyi üçün ailədə
qender təqsiri yeni interpretasiyada qəbul olunur. Tam mənası ilə bu insanın bütün ömrü
boyu topladığı həyat təcrübəsini əhatə edir. Cinslər arasında kapitalın toplanma
rejimində fərq əmələ gəlir və bu faktor sosializasiyaya səbəb olur, yəni müəyyən tipli
kapitalın yığılmasına. Qadınlar üçün bu fərqlər həm bioloji, həm də sosial təbiətlidir.
Ər-arvadın hər ikisinin ixtisas fəaliyyəti kapital yığımına səbəb olursa ailə üçün
görünür ki bu daha sərfəlidir. Nəzərə alınsa ki, qadınların əmək haqqı kişilərdən fərqli
olaraq aşağıdır, lakin ev işlərində onların əməyi müqayisədə çox böyükdür, belə halda
kişinin bazar sektorunda, qadının isə ev təsərrüfatı ilə məşğul olması ailənin rasional
strategiyası kimi qiymətləndirilə bilər.
Liberal iqtisadi nəzəriyyənin qender problemi ilə məşğul olan vacib sahələrindən
biri əmək iqtisadiyyatıdır. Qender bərabərsizliyi probleminin izahı üçün məşğulluq
sahəsində ən əsas anlayış diskriminasiya anlayışıdır. BMT Konvensiyasının qadınlara
qarşı bütün diskriminasiya normaları haqqında olan I maddəsində qeyd olunur ki, cinsi
mənsubiyyətə görə, izolyasiya, qadağan diskrimiansiyanın əsas səbəbləridir. Nəticədə
qadınların ailədə tutduğu vəziyyətindən asılı olayaraq siyasi, iqtisadi, sosial və s.
sahələrdə hüquqların reallaşması məhduddur və yaxud tamamilə pozulur.
Məşğulluq sahəsində diskriminasiyanın iki növünü fərqləndirirlər: əmək haqqına
görə diskriminasiya – kişi və qadın arasında dəyərcə eyni zəhmətin bərabər
qiymətləndirilməsi; sənət seqreqasiyası – qadınların peşə və vəzifələrə yiyələnməsi
yolunda törədilən maneçeliklər.
Liberal iqtisadi məktəb çərçivəsində diskriminasiya fenomeninə müxtəlif izahlar
verilir. Onlardan ən əsasları:
♦
səviyyəsinə görə üstün olduqda (qadınların iş verən adam tərəfindən
diskriminasiyaya məruz qalması);
♦
statistik diskriminasiya qabaqcadan əmələ gəlmiş statistik yalnış fikrə əsaslanır, bəzi
qadınların keyfiyyətləri və xarakteristikaları bu cinsin bütün nümayəndələrinə aid
edirlər;
♦
əmək bazarının monopol strukturu tərəfindən həyata keçirilən diskriminasiya.
İlk növbədə cinsi mənsubiyyətə görə açıq diskriminasiyanın səbəbini əmək
bazarında istehlakçının, İş verənin qabaqcadan əmələ gəlmiş yalnış fikri ilə izah etmək
olar. İş verənin bir hissəsi işə götürərkən bəzi demoqrafik və etnik qrupların
nümayəndələrinə qarşı diskriminasiya tətbiq edirlər. Onu qane edən, simpatiya bəslədiyi
bir qrup işçilərə daha yüksək əmək haqqı təklif edir. Nə qədər ki, cinsi mənsubiyyətə
görə diskriminasiyaya yol verilir, bir o qədər də qadın və kişinin əmək haqqında böyük
fərq mövcud olacaq.
İnstitusionalizm çərçivəsində iqtisadiyatın qender probleminin ənənəvi
öyrənilməsi bu cərəyanın görkəmli nümayəndəsi T.Veblenin adı ilə bağlıdır. O,
qadınların iqtisadi rolunun tarixi təkamülünü təhlil edərək, üç ardıcıl dövrü fərqləndirir:
1. qadın kişi tərəfindən hasil edilir;
2. qadın öz sahibi üçün istehlak nemətlərinn istehsalçısı kimi,
nəhayət;
3. qadın kişinin müvəffəqiyyəti və dövlətinin nümayiş obyekti kimi.
T.Veblen qeyd edir ki, müasir cəmiyyətdə kişinin sosial statusunun daha effektiv
nümayişi arvadının istehsal edici fəaliyyətdən nə dərəcədə azad olunması ilə bağlıdır.
Qadının evdə gördüyü işlərin çox növü həyat təminatı prosesində real iqtisadiyyatın bir
hissəsi kimi qəbul edilir. Halbuki kişilərin bazar fəaliyəti (məsələn, maliyyə fırıldağı)
cəmiyyət üçün tez-tez israfçılığa gətirib çıxarır.
Bütövlükdə 80-ci illərdən başlayaraq iqtisadiyyatın qender problemlərinin
təhlilində müxtəlif cərəyanların nümayəndələri, o cümlədən feminist oriyentasiyalı
tədqiqatçılar arasında ümumi fikir formalaşır. Bu ənənə qender problemlərinin elmdə və
təcrübədə həll olunmasına köməklik edir.
2. Qadınlar cəmiyyətin sosial trasformasiya şəraitində
XX əsrin son onilliyində qadınların iqtisadi və siyasi həyatda fəaliyyəti
gücləndirilmişdir. Elektoratı daha çox qadınlar təşkil etdiyi üçün, onlar seçkilərə böyük
təsir göstərir. Toplanmış təhsil potensialı qadınların mühüm müvəfəqqiyyəti kimi
qiymətləndirilə bilər. İnkişaf etmiş dövlətlərdə qadınlar təhsil səviyyəsinə görə çox irəli
getmişdir və şübhəsiz ki, bu onlarn informasiya texnologiyasına əsaslanan
cəmiyyətlərdə lazımlı olmasına imkan yaradır.
Eyni zamanda, hətta yüksək dərəcədə inkişaf etmiş dövlətlərdə qadınların orta
əmək haqqı kişilərin maaşının təxminən 3/4 hissəsini təşkil edir (əsasən, ABŞ-da 1998-
ci ildə – 76%). Qadınların siyasi və iqtisadi həyatda iştirak dərəcəsinin ən yüksək
göstəricisi, başqa dövlətlər ilə müqayisədə, İsveçrədədir. Lakin burada da onlar əsasən
əmək haqqı aşağı olan dövlət sektoruna cəlb olunurlar.
80-90-cı illərdə bütöv bir regionun əmələ gəlməsi (iqtisadiyatı keçid dövrünü
yaşayan 27 dövlət), transformasion proseslər qadınların vəziyyətini daha da ağırlaşdırır.
BMT 1999-cu il inkişaf proqramında bəşəriyyətin inkişafı məruzə toplusunda qadınların
yaşayış səviyyəsinin aşağı düşməsi bazar islahatının neqativ sosial nəticəsi kimi
qiyətləndirilmişdir. Keçid dövründə siyasi, iqtisadi, sosial sahələrdə qender
bərabərsizliyinin güclənməsi geriyə addım deməkdir. Demokratik cəmiyyətin
yaranmasının paradoksu ondan ibarətdir ki qadınlar ictimai həyatdan sıxışdırılıb
çıxardılmışlar. Baxmayaraq ki demokratik inqilabların başlanğıc mərhələlərində qadınlar
yüksək fəaliyyət göstərir, lakin tez bir zamanda onlar siyasətdən uzaqlaşdırılmışlar.
Bazar islahatının ilk illərində qadın probleminə olan ideoloji nöqteyi nəzər və
qadın obrazına olan kütləvi informasiya vasitələrində münasibət dəyişdirilmişdir. Söhbət
qadınların cəmiyyətdə roluna olan patriarxat görüşlərinin gücləndirilməsidən gedir. Bu
özünü aşağıdakı ənənələrdə büruzə verir:
- ailədə ənənəvi rol bölüşdürülməsi bərpa olunur və möhkələndirilir. Həyatını ailəyə
sərf edən qadınlara yüksək ictimai qiymət verilir. Əslində bu qadınların istehsal
sahəsində həddindən artıq məşğulluğuna əks cavabdır və ailə meyyarlarının
əhəmiyyətli olduğunu sübüt edir;
- qadınların reproduktiv hüquqları və onların cəmiyyətdə yerinə ənənəvi dini görüşlər
bərpa olunur, dinin nüfuzu artır;
- qadın-ana rəmzi milli siyasətin alətinə çevrilir, doğum sayının artımı millət üçün
mühüm əhəmiyyətli hesab olunur;
Lakin sosial siyasətdə, təhsil sahəsində aparılan dəyişikliklər qadınlar üçün
əlverişli olmuşdur. Uşaq təsisatlarının və məişət xidmətləri sahələrinin kəskin sürətdə
azalması qadınların yükünü ağırlaşdırır, və ailə funksiyalarının yerinə yetirilməsi üçün
daha çox vaxt sərf etməyə vadar edir. Keçid dövründə qadınların vəziyyətinin
ağırlaşmasının dərəcəsi və xüsusiyyətləri müxtəlif faktlarla bağlıdır.
İqtisadiyyatın zəifləməsi bütün əhalinin həyat səviyyəsinin aşağı enməsinə səbəb
olmüşdür. Kütləvi işsizlik, yoxsulluğun artması, əldə olunan gəlirin differeniyasının
dərinləşməsi. Sosial təminat sisteminin məhv olunması, keçid dövrünün iqtisadiyyatı
üçün mövcud hall kimi qəbul edilir, lakin bu problemlərə hər zaman müxtəlif dərəcəli
kəskinlik məxsusdur. Həyat səviyyəsinin aşağı enməsi seçilmiş islahat modeli və
dövlətin xüsusiyyətləri ilə deyil, sosial inkişafının dərəcəsi ilə bağlıdır.
Avropanın Şərq dövlətlərində qadın məşğulluğu sahəsində gedən proseslərə bir
sıra neqativ ənənələr məxsusdur.
- uzun
müddətli işsizliyin artması (bir ildən artıq), xroniki işsizlər siyahısında qadınların
sayı çoxalır;
- qadınların əmək yükü böyüyür;
- maliyyə çətinlikləri şəraitində ailə bütün üzvlərinin gəlirinə ehtiyac duyur, ona görə
də, bütöv iş rejimi saxlanılması şərti ilə, qadınlar işə düzəlmək üçün səy göstərirlər.
Eyni zamanda uşaq təsisatlarının azalması, məişət xidmətlərinin bahalaşması, az
gəliri olan ailələrdə ev işlərinin yerinə yetirilməsində yükü ağırlaşdırır;
- peşə seqreqasiyası saxlanılır.
Beynəlxalq tədqiqatlarda onun miqyasının qender tarazlığına nail olmaq üçün
peşəni dəyişməli olan qadın və kişi arasında nisbəti ölçən xüsusi göstərici müəyyən
edir. Hesablamalar onu göstərir ki, Polşada hər sənətdə qender nümayəndəliyini
bərabərləşdirmək üçün 45%, Çexiya respublikasında 32% kişi və yaxud qadın öz
sənətini dəyişdirməlidir. Avropanın başqa mərkəzi Şərq dövlətlərində də təxminən bu
cür göstəricilər mövcuddur.
İşə götürülərkən açıq şəkildə qadın diskriminasiyası müşahidə olunur.
90-cı illərin ikinci yarısında Avropanın bütün mərkəzi Şərq dövlətlərində əhalinin
sosial müdafiəsi sistemində aparılan islahatlar qadın məşğulluğuna mənfi təsirini
göstərmişdir. Sosial islahatlar iqtisadi və sosial problemlərin həll edilməsinə
yönəldilmişdir, lakin onların ən başlıca məsələsi sosial sistemin effektivliyini
gücləndirməkdir, bu isə məşğulluğun rasionalizasiyasına və işçi qüvvəsinin
sıxışdırılmasına gətirib çıxarır.
Qeyd etmək lazımdır ki, bazar islahatları nəticəsində qadınların işlə təmin olma
problemlərinin həll edilmə imkanları genişləndirilmişdir, ilk növbədə bu sürətlə inkişaf
edən fəaliyyət növləri ilə bağlıdır. Məsələn, mehmanxana və restoran təsərrüfatı, turizm
və sosial xidmət. Bundan əlavə məşğulluğ formalarının müxtəlifləşməsi, kiçik
müəssisələrin yaranması alternativ imkan yaradır. Kiçik sahibkarlığın inkişafı Avropanın
mərkəzi Şərq dövlətlərində qadınların məşğulluq probleminin həllinə öz müsbət təsirini
göstərmişdir.
Son on illikdə iqtisadiyyatı keçid dövrü yaşayan Rusiyada qender bərabərsizliyi
gücləndirilmişdir. Bunu məşğulluq sahəsində gedən dəyişikliklər subut edir. Məşğulluq
strukturunda cinsi mənsubiyyətə görə olan say dəyişiklikləri əmək bazarının ən ümumi
xüsusiyyətidir. Əhalinin məşğulluğu 90-cı illərin sonunda 11,68 mln. nəfər adama kimi
azalmışdır. Bu prosesdə qender assimetriyası özünü çox aydın göstərir, çünki
qadınların ixtisara salınması, kişilərdən fərqli olaraq 2 qat sürətlə gedirdi. İşsizlər
siyahısında qadınlar 70% təşkil etmişdir.
Rusiyada qadın və kişi işsizliyinə müəyyən fərq mövcuddur. Kişilərin əksəriyyəti
tez bir zamanda özünə yeni bir iş tapır, qadınlar isə ictimai istehsaldan ayrıldıqda, çox
zaman həmişəlik işsiz qalır. Qadınlar iqtisadi cəhətdən passiv əhalini təşkil edir, kişilər
isə işsizlər inteqrasiyası alır.
İşsizlik özünü məcburi natamam məşğulluqda da büruzə verir. Rusiya
Federasiyasının Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə müdiriyyətinin
təşəbbüsü ilə iş rejimi normadan az olan işçilərin sayında qadınlar 61% təşkil edir.
Kişilərdən fərqli olaraq qadınlar ev təsərrüfatı ilə məşğul ola bilərlər. Lakin
yaşayış səviyyəsi aşağı olması ilə əlaqədar, ailə büdcəsini artırmaq üçün. Qadınlar
işləmək məcburiyyətindədir.
Əmək gəlirinin qender bölüşdürməsi qadınların öz əmək haqqı almasından sübüt
edir. Məsələn Sankt-Peterburqda ki göstəricilərə görə qadınların orta əmək gəliri kişi
gəlirinin 63%-ini təşkil edir. Bu isə əsasən az maaşlı iş yerlərinin feminizasiyası ilə
bağlıdır. Yoxsulluq göstəricilərinə görə işləyən qadınların sayı kişilərdən 20-23% çoxdur.
Əhalinin rifah halının aşağı səviyyəsinin təhlili onu göstərir ki, qadınların müdafiə
olunmasına ənənəvi yoxsulluğun faktorları təsir ediir, məsələn natamam ailələrdə
yoxsulluq səviyyəsi tam ailələrlə müqayisədə iki qat artıqdır. Belə ailələrin müdafiə
olunmaması tənha anaların sosial təminatının zəiflənməsi ilə əlaqədardır.
Azərbaycan keçid dövrü şəraitində olduğu üçün qadınların vəziyyəti nəzərə
çarpacaq dərəcədə pisləşmişdir. Müasir dövrdə iqtisadi cəhətdən fəal əhalinin 22,1%
qadını işsizdir. Son on ildə işsiz qadınların sayı 10 dəfə artmışdır. Qadınların yüngül və
yeyinti sənayəsinə cəlb olunması hədsiz dərəcədə azalmışdır.
İntellektual və bazar fəaliyyəti ilə bağlı olan sahələrdən qadınların sıxışdırılıb
çıxardılması tendensiyası əmələ gəlmişdir.
Özəlləşdirmə prosesində kişi və qadınların bərabər hüquqlu iştirakının nəzərə
alınmasına baxmayaraq, şəxsi mülkiyyətin 90%-i kişi əhalisinin əlində cəmlənmişdir.
Qeydiyyata alınmış kiçik müəsisələrin yalnız 7%-inə qadınlar rəhbərlik edirlər. Bundan
başqa, təyin olmuşdur ki, qadınların 86%-i ümumiyətlə şəxsi mülkiyyət əldə etməkdən
imtina edirlər. Bunun əsas səbəbi isə zəruri olan əsas kapitalın alınması, şəxsi biznes
ilə məşğul olmaq üçün biliklərin kifayət qədər olmaması, müflisləşmək qorxusu və s. ilə
əlaqədar olmuşdur.
Məlum olduğu kimi, qadınların gəlirləri üç müxtəlif mənbələr ilə sıx şəkildə
əlaqədardır: kişinin gəlirinin əlçatan olması; əmək bazarının və dövlətin sosial təminat
proqramının əlverişli olması. Qaçqınların əksəriyyəti bu gəlir mənbələrini biri birinə
uyğunlaşdırırlar, yəni gəlirlərin qloballaşdırılası həyata keçirilir. Lakin bu mənzərə daha
çox Şimalın sərbəst qadınları üçün xarakterikdir. Azərbaycan kimi cənub ölkələrində
yaşayan qadınlar isə hər hansı bir gəlir mənbəyindən istifadə etmək hüququndan
məhrumdurlar.
İslahatlardan əvvəlki dövr və sosial dəyişiklik şəraitində kişi və qadınların sosial
cəhətdən hərəkət etməsində fərqlər meydana çıxır. Sosial hərəkət etmə – hər hansı bir
sosial və ya statuslu dəyişilikləri özündə əks etdirən geniş anlayışdır. Sosial
yerləşdirmənin qiymətləndirilməsinin müxtəlif meyarları fəaliyyət göstərir; nüfuz
meyarları, yəni iqtisadi şəraitə uyğunlaşmasının səviyyəsi və ya sadəcə olaraq vəzifə
statusunun yüksək həddə çatdırılması. Sosial-peşəkar hərəkət etmənin istiqamətlərinin
təhlil olması üçün kişi və qadınların vəzifə üzrə yerləşdirilmələrini, təşkil və ixtisas
səviyyəsini əmək həyatı ərzində nəzərə almaqla, «əmək karyerasının tipi» adlanan
göstəricidən isifadə etmək mümkündür. Peşəkar karyera növbəti növlərə ayrılır: azalan,
üfiqi, az inkişaf edən və yüksələn. Hərakatın müsbət istiqaməti iki əsas meyarlar ilə
müəyyən edilir – təhsil və ixtisas səviyyəsinin artması və eləcə də qərarların qəbul
olunmasında hüquqların genişləndirilməsinə və məsuliyyətin artmasına şərait yaradan
vəzifə üzrə olan yerdəyişmələr.
«Azalan karyera» növünə işin itirilməsi (işsizlik), işdən könüllü şəkildə azad
olmaq və yüksək ixtisaslı mütəxəssisin az ixtisaslı işə keçməyi daxildir. Bu sosial
yerdəyişmələr cəmiyyətin daha da ixtisaslı kadrlarının qeyri-ixtisaslaşmasına səbəb ola
bilər.
Karyeranın «üfiqi» növü isə təhsilin artırılması ilə əlaqədar olmayan bütün sosial-
peşəkar yerdəyişmələri əhatə edir. Bura həmçinin işçinin peşəkar xüsusiyyətlərində
dəyişikliklərin baş verəməsi halları da daxildir.
Karyeranın üçüncü və dördüncü növü müsbət olan status dinamikasını ifadə edir.
Bura daha yüksək olan təhsil və ixtisasın əldə edilməsi, yüksək vəzifə statusunun əldə
olunması daxildir. Karyeranın bu növü həmçinin öz ixtisası üzrə maksimal səviyyəyə
çatan işçiləri də əhatə edir.
Karyeranın ayrılmış növ və meyarları şərti olsalar da, onlar kişi və qadınların iş
karyerasının islahatlara qədər qiymətləndirilməsinə şərait yaradırlar. Bu tədqiqatlar
Rusiya Elmlər Akademiyasında həyata keçirilmişdir. Burada 1989-1998-ci illərdə
sosioloji sorğuya cəlb olunan şəhər əhalisinin rəyi nəzərə alınmışdır. Nəticələrdən
məlum olduğu kimi hətta islahatlardan əvvəlki dövrdə belə qadınların sosial cəhətdən
hərəkat etməsi kişilərə nisbətən geri qalmışdır. Müsbət və mənfi hərakatın arasındakı
fərq kimi hesablanan hərəkətetmənin ümumi saldosu (qalığı) kişilərin 53,5%, qadınların
isə 18% təşkil etmişdir. Bu isə qadınların karyerasının üfiqi növünə aid olmasını və
onların peşəkar statusunun səviyyəsinin aşağı olmasını sübut edir. Qadınların
əksəriyyətinin peşəkar bilikləri əldə etməsi analıq funksiyasının yerinə yetirilməsi
dövrünə təsadüf edir. 30 yaşına qədər olan kişi və qadınlar arasında nigahın pozulması
6 dəfə artmışdır.
Sosial islahatlar kişi və qadınların əmək karyerasının dinamikasında nə kimi
dəyişikliklər etmişdirlər? Yeni tendensiyalara qadınların sosial cəhətdən hərəkət
etməsinin mənfi saldosu aiddir. Bu dəyişikliklər müxtəlif dinamikanın baş verməsinin
nəticəsidir. Bu zaman qadınların karyerasının payı müsbət olan sosial yerdəyişmənin
azalmasına hesabına artmışdır.
Qadınların sosial-iqtisadi vəziyyətinin müdafiə olunmaması
əmək
münasibətlərinin hüquq sisteminin təkmilləşdirilməsinə əsaslanmışdır. Məhz məhkəmə
və həmkarlar sistemi zəif olduğuna görə də qadınlar iş verən şəxslərin özbaşnalığı
prosesində acizdirlər. Bu sahədə baş verən dəyişikliklərin vektoru dövlətin tənzimləyici
rolunun azaldılmasını və müqavilə münasibətlərinin inkişaf etməsini nəzərdə tutur.
Əmək qanunvericiliyinin sosial cəhətdən müdafiə olunmuş istiqaməti «maraq balansı»
ideyası ilə qarşılıqlı şəkildə əlaqədə olur.
Ümumilikdə iqtisadi enmə və qeyri stabillik yoxsulluğun miqyasını artırmışdır. Bu
şəraitdə yaşayan 1 milyard insanın əsas hissəsini qadınlar təşkil edir. Bununla əlaqədar
olaraq qadınların sosial-iqtisadi vəziyyəti beynəlxalq təşkilatların əsas diqqət obyektinə
çevrilmişdir. BMT tərəfindən qəbul olunmuş və keçid iqtisadiyyatı olan ölkələrdə
yaşayan qadınların vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən proqrama aşağıdakılar
daxildir, iqtisadi imkanın genişləndirilməsi və qadınların hüququnun realizə olunması;
iqtisadi savadın artırılması: bazarda bərabər imkanların təmin olunması; qadın
təşkilatlarının potensialının artırılması; qadınların hüquq bərabərliyinin əldə olunmasına
yönəldilən müvafiq qanunvericilik və təsirat şərtlərinin formalaşması; hakimiyyət
orqanlarında nümayəndəliyin artırılması.
3. İnkişaf etmiş ölkələrdə qadın məşğulluğunun xüsusiyyətləri
Avropanın Qərb dövlətlərində baş verən qender dəyişikliklərinin ən vacib hisəsi
qadınların ümumi əmək məşğulluğunun artmasında özünü göstərən əməyin qender
bölgüsüdür. Əlbəttə, məşğulluq sahəsində qadınların davranışı üçün institusional şərait
mühüm əhəmiyyət kəsb edir. Lakin bu davranışı qadınların yalnız dövlətin apardığı
siyasətə qarşı olan reaksiyası kimi qiymətləndirmək düzgün deyil; mədəni meyarları da
mütləq nəzərə almaq lazımdır. Ona görə də Avropanın qərb dövlətlərində qadınların
ailəyə, öz işinə münasibətində ümumi bir hərəkət modeli yoxdur. Qadınların sosial
təcrübəsinə hakım meyarların, əməyin «düzgün» qender bölgüsü ideallarının ciddi
təsirini inkar etmək olmaz.
Qadınların işçi qüvvənin tərkibinə cəlb olunmasında dini və ideoloji görüşlər
mühüm faktorlardır. Məsələn, işləyən qadınların sayının artması və protestantizmin
yayılması arasında müsbət korrelyasiya müəyyən edilmişdir. Bu protestant dinində ailə
institutunun roluna və qadının evindən kənar əmək fəaliyyətinə dərin kök salmış
təsəvvürlərindən irəli gəlir, halbuki katoliklərin qadınların ödənişli əməyinə münasibəti
neqativdir. Katolisizm yayılmış dövlətlərdə, məsələn İrlandiyada sentrist partiyaları
dövlət siyasətinin formalaşmasında qender məsələləri üzrə konservativ ideyaları həyata
keçirirlər. Bu dövlətin ailə, vergi, təhsil sahəsində apardığı siyasətə aiddir.
Katolisizm hökmranlıq etdiyi dövlətlərlə müqayisədə «sol» hökumətli dövlətlərdə
ailə siyasətinə liberal nöqteyi nəzərindən yanaşırlar, məsələn qadın məşğulluğunun
artması üçün qüzəştli vergi qoyulur. Vergi qanunvericiliyi qadınların əmək fəaliyyəti ilə
məşqul olmasında maneilik törədən faktor kimi çıxış edə bilər. Bu gün yanaşma
İrlandiyad, İtaliyada qadınların işçi qüvvənin tərkibində az olmasının səbəbini anlamaqla
köməklik edir.
Bütövlükdə qadınların bazar münasibətləri şəraitində işçi qüvvə kimi çıxış etməsi
məsələlərində sosial-demokratların və katoliklərin görüşləri bir birinə ziddir. Qadınların
siyasətdə iştirak etməsi onların iqtisadi vəziyyəti ilə bağlı olduğu üçün, bu dövlətlərin
parlamentində təmsil olunması məhdudlaşdırılmışdır.
Qərbi Avropada baş verən qender dəyişikliklərinin əsas hissəsi ölkələrdə
yaşayan qadınların əmək məşğulluğunu ifadə edən əməyin qender üzrə
bölüşdürülməsindən təşkil olunmuşdur. Əlbəttə, təsisat üzrə olan şərtlər qadınların
məşğulluq sahəsində olan davranışı üçün xüsusi əhəmiyyətə malikdir. Lakin bu
davranışı yalnız dövlətin siyasətinə olan reaksiya kimi nəzərdən keçirmək olmaz, o
həmçinin mədəni dəyərlər ilə də sıx şəkildə əlaqədardır. Məhz buna görə də qadınların
ailəyə olan münasibəti üzrə istiqamətlərinin bir cinsli modeli yoxdur. Bu səbəbdən
qadınların sosial təcrübəsinə hakim dəyərlər ciddi şəkildə təsir göstərir.
Dini və ideoloji nöqteyi nəzərlər qadınların işçi güvvəsinin tərkibinə daxil
edilməsini ifadə edən əsas amillərdir. Məhz bu nöqteyi nəzərlər vasitəsilə geniş şəkildə
yayılmış protestantizm və işləyən qadınların sayının artması arasında müsbət
korrelyasiya aşkar edilmişdir. Bunu protestant dinində dərin şəkildə kök salmış
qadınların evdən xaricdə olan əməyi haqqında təsəvvürlər də sübut edir. İrlandiya kimi
katolik ölkələrdə sentrist partiyalar dövlət siyasətinin formalaşması zamanı katolizmin
mühafizəkar quruluşunun tərəfdarları kimi çıxış edirlər. Bura dövlətin ailə, vergi
qoyuluşu və təhsil haqqında olan siyasəti daxildir.
Katolisizm hakim mövqe tutduğu ölkələrə zidd olaraq «sol» hökumətin mövcud
olduğu dövlətlər ailə siyasəti üzrə daha liberal nöqteyi nəzərləri dəstəkləyirlər. Onlar
qadın məşğulluğunun guzəştli şəkildə olan vergi qoyuluşu hesabına artması fikrini irəli
sürürlər. Vergi qanunvericiliyi həmçinin qadınların ödənişli fəaliyyət növü ilə məşğul
olmasına mane olan amil kimi də iştirak edə bilər. Bu üsul qadınların İrlandiya və
İtaliyada işçi qüvvəsi tərkibində olan yerini izah etməyə şərait yaradır.
Ümumilikdə isə qadınların işçi qüvvəsi bazarında iştirak etməsinə dair olan
sosial-demokrat və katolik nöqteyi nəzərlər ziddiyyət təşkil edirlər. Qadınların siyasətdə
işirak etməsi onların iqtisadi vəziyəti ilə əlaqədar olduğundan qadınların parlamentdə
olan nümayəndəliyi məhdudlaşdırılmışdır.
Qadınların sosial təcrübəsinin kross-milli fərqləri qender quruluşuna əsaslanır.
Əməyin qender üzrə bölüşdürülməsi və onların təcrübi şəkildə həyata keçirilməsi onların
konkret olan qender quruluşu ilə birləşdirilməsi zamanı qender quruluşunu əməyin
qender üzrə bölüşdürülməsi ilə əlaqədar olan mədəni dəyərlər və ideallar üzrə təsvir
etmək mümkündür. Qender mədəniyyətini növbəti modellərə ayırmaq olar:
Y
Kişi və qadınların şəxsi ev təsərrüfatında əməkdaşlığına əsaslanan ailə
iqtisadiyyatının qender üzrə olan modeli. Uşaqlar ailənin iqtisadi müəssisəsinin
üzvləri hesab edilirlər. Ev iqtisadiyyatı çərçivəsində əməyin qender üzrə
bölüşdürülməsi də həyata keçirilə bilər. Bu model əvvəlllər Avropanın aqrar
ölkələrində geniş şəkildə yayılmışdı.
Y
Ailəni dolandıran kişi və qadın modeli. Bu model cəmiyyətin xüsusi və kütləvi sahəyə
bölüşdürülməsi ideyasına uyğundur. Bəhs edilir ki, kişi və qadın bir birini tamamlayır
və bu sahələrdən biri üzrə səlahiyyətli olurlar. Bu model mədəni səviyyəyə görə
sənaye cəmiyyətinə keçid şəraitindən sonra Qərbi Avropanın bir sıra ölkələrində
fəaliyyət göstərir və sonra da İrlandiya kimi ölkələrdə qorunub saxlanılmışdır;
Y
Ailəni dolandıran və ailə başçısı olan kişi və müəyyən qədər evdar olan qadın
modeli. Bu ailə başçısı olan kişinin modernləşdirilmiş variantıdır. Fəal analıq
mərhələsində tam olmayan iş gününün uşaqlara qulluğun göstərilməsi ilə
uyğunlaşması işləyən ana üçün əlverişli hesab edilir. Model mədəni səviyyədə,
məsələn, Qərbi Almaniya və Böyük Britaniyada üstünlük təşkil edir.
Y
Dövlətin uşaqlara xidmət göstərməsi zamanı ailəni dolandıran iki şəxs modeli. Bu
model hər iki cinsin məşğulluq sisteminə keçməsi ideyasına uyğundur. Həm qadın,
həm də kişi özü və öz uşaqlarının gəlirini təyin edən şəxslərdirlər. Lakin bu zaman
uşaqlara qulluğun göstərilməsi nəinki ailə, hətta dövlətin vəzifəsi hesab olunur.
Skandinaviya ölkələrinin qender üzrə olan mədəniyyətinin əsas modeli bu modelə
daha yaxındır.
Y
Ailəni dolandıran iki şəxs / iki evdar şəxsin modeli. Model hər iki qenderin cəmiyyətə
daxil edilməsini əks etdirir. Digər modellərdən fərqli olaraq, uşaqların tərbiyə
olunması ailənin əsas vəzifəsi hesab edilir. Əsas ideya: ev iqtisadiyyatı, ev işi və
muzdlu işdən ibarətdir. Bu modeldə ev əməyi ya ailə üzvlərinin əmək haqqı şəklində,
ya da ki, dövlətin transferlər sistemi vasitəsi ilə ödənilməlidir. Bu model Almaniya
mədəniyyətində üstünlük təşkil edir.
Y
Ailəni dolandıran iki şəxs / muzdlu evdar qadının modeli. Model kişi və qadınların
tam məşğulluğa cəlb olunması ideyasına əsaslanmışdır. Ailə uşaqlara qulluğun
muzdlu şəkildə gətirilməsi və bu prosesin təşkil edilməsinə görə məsuliyyət daşıyır.
Bu model daha çox Böyük Britaniya və ABŞ-da vüsət almışdır.
50-60-cı illərdə Almaniya və Hollandiyada mövcud olan qender quruluşu evdar
qadın və dolandıran kişi modelinə uyğun olaraq formalaşmışdı. Bu cəmiyyətin on illər
ərzində modernləşdirilməsi qender mədəniyyətində dəyişikliklərin baş verməsinə şərait
yaratdı. Bu proseslər bir tərəfdən ideologiyada bərabərlik ideyasında təzadların
yaranmasına, digər tərəfdən isə ailədə qeyri bərabərliyin yaranmasına təkan verdi.
Sosial faktorlar feminist hərakatın simasında ictimai diskursun inkişafına öz töhvələrini
vermişdirlər. Qadınlar ana / işçi kimi həyatın hər iki sahəsini əhatə edən yeniliyi
formalaşdırmışdırlar. Qərbi Almaniyada yeni mədəni model hələ də ailə dolandıran kişi
evdar qadın dualizminə əsaslanmışdır. Hollandiyada isə ailəni dolandıran iki şəxs və
evin iki sahibi modeli inkişaf etməkdə davam edir. Hər iki ölkədə tam olmayan iş günü
anaların məşğulluğunun oxşar növü kimi nəzərdən keçirilir. Tam olmayan iş gününü
ananın «mənəvi dilemmanı» həll etməsinə – özünü realizə etmək və uşaqlara xidmətin
göstərilməsi arasında seçimi etməsinə şərait yaradır.
Qender quruluşu güclü eqalitar ənənəyə əsaslanan kənd ailəsi modeli üzrə
formalaşan Finlandiyanın təcrübəsi də əhəmiyyətli şəkildə fərqlənir. Qender quruluşu
dövlətin uşaqlara xidmət göstərməsi ailəni dolandıran iki şəxs modeli üzrə inkişaf
etməsidir. Tam olmayan iş günü isə cəmiyyətdə öz tərəfdarlarını çox cuzi halda tapır.
Uşaqlara cəmiyyətin təsiratı tərəfindən qayğı göstərilməsi onların tərbiyəsi üçün daha
yaxşı üsul hesab edilir.
Beləliklə, qadınların əmək bazarında iştirak etməsi qender mədəniyyəti və
cəmiyyətin təsisat çərçivələrinin qarşılıqlı münasibətinin nəticəsidir.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI
1. Бабаева Л.В., Чирикова А.Е. Женщины в бизнесе //Социологические
исследования, 1992, № 3
2. Дегтярь Л. Процесс трансформации и положение женщин //Вопросы экономики,
2000, № 3
3. Мезенцева Е. Гендерная экономика: теоретические подходы /Вопросы
экономики, 2000, № 3
4. Обеспечение равенства полов: политика стран Западной Европы /под ред.
Гардинер/. – М., 2000
5. Прокофьева Л. и др. Профессиональная карьера мужчин и женщин // Вопросы
экономики, 2000, № 3
6. Пфау-Эффингер Б. Опыт кросс-национального анализа гендерного уклада
//Социологические исследования, 2001, № 11
7. Серегина И.И. Профессиональная карьера //Социологические исследования,
1994, №4
8. Силласте Г.Г. Изменения социальной мобильности и экономического
поведения женщин //Социологические исследования, 2000, № 5
9. Силласте Г.Г. Изменения социальной мобильности и экономического
поведения женщин //Социологические исследования, 2000, № 5
10. Смелзер Н. Социология. – М., 1994
11. Теория и история феминизма. – Харьков, 1996
12. Хинг Р., Кесерди У. Корпорации против женщин // Социологические
исследования, 1992, № 8
13. Хоткина З. Новые тенденции занятости женщин. – М., 1992
Document Outline - ISTIFAD? OLUNMUS ?D?BIYYATIN SIYAHISI
Dostları ilə paylaş: |