Şəxsiyyətin inkişafı müxtəlif amillərin – daxili və xarici,
təbii (irsi), sosial və psixoloji amillərin təsiri ilə insanın şəx-
siyyət kimi bir keyfiyyət halından digərinə keçməsi prosesidir.
Şəxsiyyətin formalaşması onun inkişafının bir növü olub, əsa-
sən, xarici təsirlərin (mühitin, təlim və tərbiyənin) nəticəsində
şəxsiyyətin bütövlükdə, yaxud onun hər hansı bir keyfiyyətinin
müəyyən səviyyəyə çatması, tamamlanması prosesidir. Şəxsiy-
yətin formalaşması məqsədyönlü və kortəbii ola bilər. Ahəng-
dar şəxsiyyətin formalaşması, hər şeydən əvvəl, məqsədyönlü
prosesdir.
Ali məktəb pedaqogikasında nəzərdən keçirilən əsas an-
layış və kateqoriyalarla yanaşı, digər kateqoriyalardan da isti-
fadə edilir (təlim və tərbiyənin məqsədi, qanun və prinsipləri,
9
məzmunu, vasitə, metod və formaları və s.). Bütün bunlar bir-
birilə qarşılıqlı əlaqədə olub, birlikdə vahid və bütöv pedaqoji
prosesi təşkil edir və ümumi məqsədə - şəxsiyyətin ahəngdar
inkişafına xidmət göstərir.