14
duksiya və deduksiya, modelləşdirmə, müqayisəli-tarixi təhlil
metodları.
Nəzəri təhlil (analiz) metodu
pedaqoji hadisələri tərkib his-
sələrinə bölməyi, başlıca əlaməti, xüsusiyyəti ayırmağı nəzərdə
tutur. Təhlil həmişə
tərkiblə (sintezlə)
– ayrı-ayrı hissələrin, əla-
mətlərin əlaqələndirilməsi, ümumiləşdirilməsi metodu ilə mü-
şayiət olunur, onunla tamamlanır. Təhlil və tərkibin vəhdəti
pedaqoji hadisələrin mahiyyətini dərk etməyə, ümumidə xüsusi,
xüsusidə isə ümumi cəhəti tapmağa imkan verir.
Pedaqoji tədqiqatlarda çox vaxt
induksiya
(konkret fakt-
lardan ümumi nəticələr çıxarmaq) və
deduksiya
(ümumi nəticə-
ni konkret faktlara tətbiq etmək) metodlarına da müraciət olu-
nur.
Modelləşdirmə
– müəyyən pedaqoji sistemi xüsusi ana-
loqlar (modellər) yaratmaq yolu ilə təsvir etmək metodudur. Bu
metod əyani – obrazlı şəkildə (sxem, çertyoj, sözlə təsvir),
öyrənilən pedaqoji prosesi xarakterizə etməyə imkan verir. Bu
yolla, məsələn, dərsin quruluşunun, onun müxtəlif tiplərinin,
şəxsiyyətin inkişafının səmərəli modelini qurmaq olar.
Müqayisəli – tarixi təhlil metodu
müxtəlif tarixi dövr-
lərdə, dünya təcrübəsində ayrı-ayrı pedaqoji sistemləri müqa-
yisəli şəkildə öyrənməyə, bu əsasda müasir pedaqoji prob-
lemlərin həlli yollarını müəyyənləşdirməyə imkan verir.
Pedaqoji tədqiqatda bəzən
Dostları ilə paylaş: