Nəzakət Əliyeva
22
Gəncə şəriət məhkəməsində nəinki kəbini, heç siğəsi
də olmayıb...” (səh.21)
Göründüyü kimi Seyid Nisə Seyid Yəhya qızı
Vazehin arvadı olmayıb. Lakin çar dövründə vəfat
edən müəllimlər ailəsinə yüksək məbləğdə təqaüd
verildiyinə görə Seyid Nisə şəriət məhkəməsinin
yazdıqları
ilə
razılaşmamış,
tələbindən
geri
çəkilməmiş, 1859-cu ildə hökumətdən birdəfəlik min
manat təqaüd almışdır.
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
23
SALMAN MÜMTAZ MİRZƏ ŞƏFİ
VAZEH HAQQINDA
(S.Mümtaz toplayıb dəftərinə saldığı şeirlərin heç
biri şairin avtoqrafiyasında olmayıb. M.M.Naci və
M.N.Nasirin əlyazmalarından götürülmüşdür). XVII
əsrin
birinci
yarısında
Azərbaycan
türklərini
avropalılara tanıdan və onların nəzər-diqqətlərini
Azərbaycan ədəbiyyatına cəlb etməyə müvəffəq olan
ədib və şairlərimizin ən görkəmlisi məşhur Mirzə
Şəfıdir. Və Mirzə Şəfinin də bütün Avropa bilxassə
Almaniyada şöhrət kəsb etməsinə səbəb olanların
birincisi Mirzə Şəfınin öz şagirdi Fridrix fon
Bodeniştedtdir. Bu zat Almaniyanın Hannover adlı
şəhərində doğulmuş bir alman şairidir ki, Miladi 1844-
də Qafqaziya canişini general Neydelqardtın təklifinə
görə Qafqaziyaya gələrək Tiflisdəki uçitelski instituta
müəllim təyin edilmişdir.
V 1844 q. po priqlaşenie po kafkasskoqo
namestnika, qenerala Neytqardta, on pribıl doljnost
uçitele Tiflisskoqo Uçitelslcoqo instituta.
(Brokqauz efron tom. 7 s. 212).
Elə bu tarixdən etibarən Bodenşted Mirzə Şəfı ilə
görüşmüş və Mirzə Şəfini də həmin instituta müəllim
təyin etdirmişdir. Mirzə Şəfi müəllimlik vəzifəsini ifa
edərkən həm gənc müəllimlərə, həm də xüsusi olaraq
Bodenşdetə dərs vermişdir. Bodenşdet türk və fars
dillərini Mirzə Şəfidən öyrənmişdir. Mirzə Şəfinin
həmin institut müəllimlərindən Qriqoryev familiyalı bir
zat ilə bərabər rus və türk dillərində yazdıqları
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
25
(Brokqauz Yefron tom 7. str. 212).
Şübhə və tərəddüdlərə qarşı bu sətirləri
qaralamaqda məqsədimiz azərbaycanlı Mirzə Şəfıni
meydana çıxarmaqdır. Təqribən 12 il bundan əqdəm
Gəncə şəhərində gördüyümüz bir yazma (cünk)
içərisində Mirzə Şəfi şeirlərinin bir neçə parçasına
təsadüf etdik. O cünk məşhur Mirzə Mehdi Nacı
təxəllüsün topladığı bir məcmuədir. Orada görünən
Mirzə Şəfı əsərlərinin əhəmiyyətlərindən dolayı klişə
etdirərək və klişələri mətnləri ilə bərabər bu kitabçaya
köçürməyə qərar verdik. O əsərlər Mirzə Şəfi
məsələsinə böyük yardım edərək bir çox məlumat
vermədədirlər ki, xülasəsi bunlardır:
1.
Mirzə Şəfi məvhum deyil,
sənətkar bir azəri
şairidir.
2.
İrqən türkdür.
3.
Hannoverli yox Gəncəlidir.
4.
Atasının adı Sadıqdır.
5.
Təxəllüsü Vazehdir.
6.
Şeyx İbrahim (Naseh) və Mirzə Mehdi (Naci)
ilə müasir, həm də rəfiqdir.
7.
Bir müddət Tiflisdə də yaşamışdır.
8.
Mirzə Şəfı
türkcə söylədiyi kimi, farsca da
şeirlər söyləyirmiş.
İndi bu məlumat üzərinə Mirzə Fətəli Axundovu
təbliğ etməsilə bərabər Qriqoryev ilə yazdığı kitabda
izafə edilirsə, artıq məsələ bitmiş olur. Mirzə Fətəli öz
əlilə yazdığı tərcümeyi – halında Mirzə Şəfidən azacıq
bəhs edərək onun Almaniyada məşhur olduğunu