20
sektor üçün kreditlər Bank tərəfindən verilən borcun 60%-ni, dövlət sektoru üçün
kreditlər isə - 40%-ni təşkil etməlidir.
qtisadi əməkdaşliq və inkişaf Təşkilatı ( Ə T) 1948-ci ildən fəaliyyət
göstərir (1960-cı ilə qədər – Avropa qtisadi Əmıkdaçlıq Təşkilatı). 30-a qədər dövlət
Təşkilatın üzvüdür. Əsas məqsədləri: üzv-dövlətlərin ümumi iqtisadi və ticarət
siyasətinin reallaşdırılması; onların, inkişaf etməkdə olan ölkələrə yardımetməsi ilə
bağlı siyasətin əlaqələndirilməsi. Ə T aşağıdakı sturuktura malikdir: daimi fəaliyyət
göstərən Şura (rəhbər orqan); cra komitəsi; Katiblik (Baş Katib rəhbərlik edir).
Bundan əlavə, Təşkilatın yüzdən artıq ixtisaslaşdırılmış orqanı vardır. Ə T-in
orqanlarının qərarları tövsiyə xaraqteri daşıyır.
Avropa ttifaqı (A ) unikal siyasi-hüquqi keyfiyyətə malik dövlətlər birliyidir.
lk əvvəl sırf iqtisadi məqsədlərlə yaradıldığına baxmayaraq, Avropa ttifaqı indi
siyasi-iqtisadi quruma çevrilmişdir. Əsası 1951 və 1957-ci illərdə qəbul olunmuş üç
müqavilə ilə qoyulmuşdur: Avropa Kömür və Polad Birliyinin yaradılması haqqında
təsis müqaviləsi (1951-ci il); Atom enerjisi üzrə Avropa Birliyinin yaradılması
haqqında təsis müqaviləsi (1957-ci il) və Avropa ttifaqı Birliyinin təsis olunması
haqqında Roma müqaviləsi (1957-ci il). Bunlardan əlavə, Avropa ttifaqının təşkili və
fəaliyyəti aşağıdakı hüquqi sənədlərə əsaslanır: 1965-ci il Brüsel müqaviləsi (üç
Birliyin vahid orqanları yaradılmışdır); 1971-ci il Lüksemburq müqaviləsi (ən
mühüm məsələlər üzrə qərarların yalnız ümumi razılıq əsasında qəbul olunması
barədə razılıq əldə edilmişdir); 1986-cı il Vahid Avropa aktı (1993-cü ilə qədər vahid
daxili bazar yaradılması və siyasi əməkdaşlığa doğru irəliləmək məqsədi qoymuşdur);
1990-cı il Şengen sazişi (1993-cü ildən bəzi A ölkələri tərəfindən vahi viza rejiminə
keçid nəzərdə tutulmuşdur); Avropa ttifaqı haqqında 1992-ci il Maastrix müqaviləsi
(XX əsrin sonuna ümumi müdafiə daxil olmaqla, siyasi ittifaqın və vlyuta-iqtisadi
ittifaqın yaradılması nəzərdə tutulmuşdur); 1997-ci il Amsterdam sazişləri (sosial
sahədə əməkdaşlığın gücləndirilməsi və əhalinin miqrasiyasının liberallaşdırılması
haqqında) və vahid valyuta – yevroya keçid haqqında 1998-ci il sazişi.
21
Bu sazişlər, A -nin orqanlarının qəbul etdiyi çoxsaylı normativ aktlarla birgə
“Avropa ttifaqı hüququ” və ya “Avropa hüququ” adlanan xüsusi hüquqi sistem
ə
mələ gətirir.
A -nin məqsədi gömrük, iqtisadi və habelə siyasi ittifaq yaradılması üçün
inteqrasiya proseslərini ardıcıl inkişaf etdirməkdir. Bu yolda A dövlətləri
aşağıdakılara nail olmuşlar: qarşılıqlı ticarətdə rüsumların tamamilə ləğvi; vahid
xarici gömrük tarifinin müəyyən olunması; adamların, malların və kapitalın
sərhədlərdən azad keçidi; vahid ticarət və aqrar siyasətinhəyata keçirilməsi; vahid
patent sistemi; vahid valyuta və s.
Müasir beynəlxalq iqtisadiyyatda yaranmış və inkişaf edən çoxsaylı
inteqrasiya birlikləri öz qarşılarına prinsipcə eyni vəzifələri qoyurlar. Bu vəzifələrdən
isə inteqrasiyanın məqsədləri irəli gəlir:
1.
Masştab iqtisadiyyatının üstünlüklərindən istifadə;
2.
Əlverişli xarici siyasət mühitinin yaradılması;
3.
Ticarət siyasəti vəzifələrinin həlli;
4.
qtisadiyyatın struktur dəyişikliklərinə dəstək;
5.
Milli sənayenin gənc sahələrinin dəstəklənməsi;
6.
Dünya bazarlarında mövqelərin gücləndirilməsi;
nteqrasiya prosesləri iqtisadi regionalizmin inkişafına gətirib çıxarır ki,
bunun da nəticəsində ayrı-ayrı ölkələr qrupu öz aralarında ticarət üçün, bir sıra
hallarda isə istehsal amillərinin regionlararası hərəkəti üçün daha əlverişli şərait
yaradırlar. Aydın görünən proteksionist cəhətlərinə baxmayaraq, iqtisadi regionalizm
beynəlxalq iqtisadiyyatın inkişafı üçün mənfi amil hesab edilmir. Lakin bu zaman
nəzərə alınmalıdır ki, inteqrasiya edən ölkələr qrupu qarşılıqlı iqtisadi əlaqələrini
liberallaşdırarkən üçüncü ölkələrlə qarşılıqlı əlaqələr üçün inteqrasiya proseslərinin
başlanmasına qədər mövcud olmuş şərtlərdən daha pis şərtlər müəyyən
etməməlidirlər.
22
I.3.Xarici iqtisadi əməkdaşlıqda prioritetlərin seçilməsinin metodoloji əsasları
qtisadi müstəqillik və suverenlik əldə etdikdən sonra Azərbaycanın
qarşısında dünya təsərrüfat sisteminə inteqrasiya olmaq imkanları açıldı. Hazırda
Azərbaycan getdikcə xarici dünyaya daha çox açılan bir öklə olmaqla dünya
ictimayyəti ilə aktiv iqtisadi, siyasi, elmi-texniki, mədəni və sais əlaqələr qurur ki,
bunların da arasında xarici ticarət mühüm əhəmiyyət kəsb edir.
Tədqiqatlar göstərir ki,Azərbaycan xarici ticarətinin fiziki həcmi, dəyəri,
ə
mtəə və coğrafi strukturu son illərdə kəskin dəyişikliyə məruz qalmışdır. Məlumdur
ki, 1991-ci ilə qədər xarici ticarət mərkəzinin inhisarı altında olmuş və Azərbaycan
ə
sasən respublikalararası ticarət əməliyyatları həyata keçirmişdir ki,elə bu
ə
məliyyatlar da onun xarici ticarət fəaliyyətini əks etdirmişdir.Təhlil edilən dövrdə
respublikalarası dövriyyəsinin 30%-ni təşkil etmiş,dövriyyənini yalnız 5-7%-ni uzaq
xarici ölkələrin (əsasəndə Q YŞ ölkələrinin) payına düşmüşdü.
Şə
rh olunan daxili və xarici ticarət əlaqələrinin inkişafının nəzəri-metodoloji
məsələlərinə əsaslanaraq müasir dövrdə dünya təssərrüfat sistemində gedən
prosesləri, Azərbaycanın yerli xüsusiyyətlərini və iqtisadi inkişaf istiqamətlərini
nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, müasir dövrdə ölkəmizin inteqrasiya
proseslərinin effektivliyini yüksəltmək üçün aşağıdakı prinsiplərə riayət olunmalıdır.
1. Ölkənin mövcud təbii-iqtisadi ehliyatlarından məqsədli istifadənin təşkil
edilməsi : beynəlxalq iqtisadi əlaqələr sistemində xarici ticarətin səmərəliyinin
artırılmasının əsas prinsiplərindən biri təbii-iqtisadi ehtiyatlardan məqsədli istifadənin
təşkil edilməsi olmalıdır. Hər bir ölkə rəqabət üstünlüyü əldə etdiyi sahələrdə mövcud
imkanları səfərbər etməklə beynəlxalq bazarlara sərbəst çıxışını təmin edə bilər.
nkişaf yolunda olan ölkələrin əksəriyyətində olduğu kimi, respublikamız da özünün
zəngin təbii ehtiyatlarını beynəlxalq bazarlara çıxarmaqla digər istehsal sahələrinin
inkişafına da təkan verə bilər. Təbii olaraq həmin ehtiyatların məhdudluğu şəraitində
ölkəmizin xammal ixracatçısından hazır məhsulların satıcısı rolunda çıxış etmələri
daha məqsədəuyğundur. Ölkəmiz özünün müstəqilliyini qazandıqdan sonra
investisiyaların ölkəyə cəlb edilməsı sahəsində yürütdüyü «açıq qapı» siyasəti
nəticəsində, xüsusilə zəngin karbohidrogen ehtiyatlarının işlənməsi və bunların
Dostları ilə paylaş: |