72
Azərbaycan dövləti demokratiya yolunu, Avropaya inteqrasiya kursunu
seçmişdir. Dövlətimizin başçısı Prezident lham Əliyev demişdir: “Dünya birliyinə
biganəlik siyasəti heç bir yaxşı nəticəyə gətirib çıxara bilməz. Dünyada baş verən
proseslər bir-biri ilə çox sıx bağlıdır. Bu reallıqdır və onu nəzərdən qaçırmaq olmaz.
Bəli, reallıqları biz mütləq nəzərə almalıyıq, lakin öz taleyimizi özümüz təyin edirik.
Azərbaycan müstəqil dövlətdir”.
Azərbaycan hazırkı transformasiya və inteqrasiya şəraitində öz iqtisadi
yüksəlişini təmin etmək məqsədilə təbii xammal ehtiyatlarından geniş istifadə etdiyi
üçün birinci mərhələdədir. Lakin iqtisadiyyatımızın perspektivləri baxımından
sadalanan mərhələlərin mürəkkəb çulğaşmasını təmin edən, bütün imkanları minimal
zaman ərzində istifadə etməyə imkan verən dövlət siyasəti yeridir. Respublikamızda
ə
halinin rifahının yüksəldilməsi kimi mərhələnin başlanğıc götürdüyünü sezməmək
mümkün deyildir. qtisadi dinamikada yalnız xammal yönümlü sahələrin deyil, bütün
amillərin, innovasiya, investisiya və digər amillərin optimal kombinasiyasını təmin
etmək, milli iqtisadi strategiyamızı fərqləndirən əsas xüsusiyyətlərdəndir.
Bütövlükdə, Azərbaycanda gedən inteqrasiya proseslərində əldə edilən
uğurlar, hər şeydən öncə Heydər Əliyevin fenomenal siyasi lider amilinə
ə
saslanmışdır. nteqrasiyada iştirak edən və iştirakda maraqlı olan dövlətlərin
qarşılıqlı münasibətlərinin, strateji siyasi məqsədləri və prinsiplərinin, inteqrasiyanın
siyasi institusional modeli, siyasi qərarların qəbulu və həlli mexanizmlərinin,
inteqrasiya
siyasətinin
ayrı-ayrı
istiqamətlərinin
konsepsiyasının
müəyyənləşdirilməsi, dünya iqtisadiyyatı və siyasətinin ayrı-ayrı subyektlərinin
inteqrasiya şəraitində davranışının proqnozlaşdırılması, inteqrasiyanın siyasi və
sosial-mədəni kontekstlərinin əlaqələndirilməsi, ictimai rəyin səfərbər edilməsi və
onun dəstəyinin təmin edilməsi kimi son dərəcə mürəkkəb məsələlərin eyni zamanda
böyük uğurla həlli yalnız bununla izah oluna bilər.
Tarixi inkişafın hər bir mərhələsində inteqrasiyanın potensial hesab olunan
resurslarının diaqnozu aparılarkən məlum olur ki, bu resurslar da dəyişikliyə uğrayır.
Belə ki, inkişafın əvvəlki mərhələləri üçün hərbi, maddi təsir və təzyiq vasitələri
73
mühüm resurs sayılırdı. Bu gün isə elmi-texniki, iqtisadi, siyasi, intellektual - insan,
informasiya, nəqliyyat kommunikasiyaları, enerji resursları ön cərgəyə çıxmışdır.
Müstəqil Azərbaycan dövlətinin liderinin beynəlxalq aləmdə etiraf olunmuş
nüfuzu XXI əsrdə də ən başlıca inteqrasiya resursu olaraq qalmaqdadır. Prezident
lham Əliyevin sözləri yeni minillikdə suveren dövlətin inteqrasiya siyasətində çox
gözəl əksini tapmışdır: “Müstəqillik yalnız dövlətin atributlarında, rəmzlərdə ifadə
olunmur. Müstəqillik hər şeydən əvvəl dövlətin, xalqın maraq və mənafeyinə uyğun
müstəqil siyasəti həyata keçirmək deməkdir”.
Azərbaycanlıların indiki nəsli Prezident lham Əliyevin rəhbərliyi ilə qarşıda
duran fərqli, yeni vəzifələrin həlli üçün səfərbər olaraq, tariximizdə XXI yüzilliyin
yalnız uğur və nailiyyətlər əsri kimi qalması istiqamətində əlindən gələni etməkdədir.
Regionda intensiv inkişafın lideri kimi qəbul edilən Azərbaycan Avropa üçün
çox böyük əhəmiyyət kəsb edir. Həm regionda, həm də bütün dünyada sülhün və
sabitliyin təmin olunması, təhlükə və təhdidlərə qarşı əməkdaşlıq, beynəlxalq
terrorizmə qarşı bir cəbhədən çıxış etmək üçün Azərbaycan Avropaya lazımdır. Öz
coğrafi mövqeyinə görə, tarixi-mədəni ənənələrinə görə Azərbaycan Avropanın
strateji partnyorudur.
Müasir dünyanın qlobal enerji layihələrinin gerçəkləşdiyi məkan kimi, Şərqlə
Qərb arasında nəqliyyat dəhlizinin, qlobal təhlükəsizliyinin təşkili üçün Azərbaycan
Avropaya lazımdır. Digər tərəfdən bölgədə demokratik Avropa dəyərlərinin ilk
davamçısı, yüksək sivilizasiya və mədəniyyətə malik olması və s. yalnız bizim üçün
deyil, Avropa üçün də regionun dinamik inkişaf lideri sayılan ölkəmizlə çoxşaxəli
ə
məkdaşlıqda maraqlı edir. Qarşılıqlı faydalı əməkdaşlıq baxımından Avropa Birliyi
bütün sahələrdə: xarici siyasətdə, sülhün və təhlükəsizliyin təmin olunmasında,
iqtisadiyyat və mədəniyyətdə, bəşəriyyətin qlobal problemlərinin həll olunmasında,
insan hüquq və azadlıqları təminatının təkmilləşməsində və s. strateji tərəfdaş
qismində çıxış edir. Bir məsələ diqqət mərkəzində saxlanılmalıdır ki, qarşılıqlı
inteqrasiyanın perspektivləri hər iki tərəfin əzmindən asılıdır.
Qarşılıqlı inteqrasiyanın bərabərhüquqlu subyektləri kimi çıxış etmək bu
prosesin nüfuzunu daha da artırır. Azərbaycan vətəndaş cəmiyyəti, demokratik və
74
hüquqi dövlət quruculuğu istiqamətində Avropa standartlarına doğru hər gün daha da
inamla addımlayır. Lakin öz siyasətini yalnız özü müəyyən edir.
XXI əsrdə Azərbaycanda zamanın inkişafının başlıca meyilləri aşkar təzahür
edir. Azərbaycan siyasi, iqtisadi, mədəni özünütəsdiq mərhələsini yeni əməkdaşlıq
formalarının yaradılması ilə uğurlu şəkildə tamamlayır.
Müasir dünyanın taleyüklü problemləri elmi-texnoloji vasitələrdən çox sosial-
mədəni vasitələrlə çözülə bilər. Qlobal inteqrasiya prosesi şəraitində milli mədəni
siyasət keyfiyyət dəyişikliklərinə uğrayır. Sosial-mədəni dinamikanı məqsədəuyğun
məcraya yönəltmək üçün mədəni siyasət dəyişikliklərin miqyasına və sürətinə
adekvat olmalıdır. Ən mühüm məqam odur ki, yaxın keçmişdə mədəni siyasətdə milli
imperativlər aparıcı rol oynayırdısa, bu gün daxili və xarici mədəni siyasət arasında
sərhədlər silinir, onların vəhdəti önə keçir. Bu vəhdət mədəni siyasətdə xarici
şə
rtlərin əhəmiyyətinin artmasından xəbər verir.
Azərbaycan tarixən öz coğrafi geostrateji mövqeyi ilə Şərq və Qərb
mədəniyyətlərinin qovşaq məkanı olmuşdur. Mədəniyyətimizə xas olan qarşılıqlı
təsirlərə açıq olmaq xüsusiyyəti buradan irəli gəlir. Qlobal təsirləri indi duyan bəzi
mədəniyyətlərdən fərqli olaraq Azərbaycanda bu proses təbii-tarixi xarakter daşıyır,
özünütəcrid variantı bizim mədəniyyətimiz üçün heç vaxt spesifik olmamışdır.
Lakin müasir sosial-mədəni situasiya qeyd olunduğu kimi, tarixin heç bir
zamanı ilə müqayisəyə gəlmir. Bu sahədə Heydər Əliyev Fondunun apardığı
çoxşaxəli fəaliyyət mədəni məkanda inteqrasiya modeli kimi bütün dünyaya örnək
ola bilər. Milli mədəniyyətimiz, mənəvi dəyərlərimiz, folklorumuz, milli musiqimiz
Mehriban xanım Əliyevanın fədakar fəaliyyəti nəticəsində qlobal miqyasda təbliğ
olunur. Fondun fəaliyyəti yalnız Azərbaycan xalqının tarixi və mədəniyyətini inkişaf
etdirmək və yaymaqla bitmir, eyni zamanda bütün dünya xalqlarının mədəni
ə
nənələri və təcrübəsi ilə ətraflı tanışlıq prosesi gedir. Dünyanın ən nüfuzlu
mədəniyyət qurumu tərəfindən Heydər Əliyev Fondunun dünya mədəniyyətinə
inteqrasiya fəaliyyətinin düzgün elmi əsaslar və siyasət üzərində qurulduğu xüsusi
vurğulanır. Deməli, mədəni inteqrasiya modelinin optimal variantı Azərbaycanda
75
artıq müəyyən edilmiş və inkişaf edir. Bu fəaliyyətin bütün cəmiyyət tərəfindən
dəstəklənməsi, daha da intensivləşməsi mühüm məsələdir.
Azərbaycanın inteqrasiya prosesinin bərabərhüquqlu iştirakçısı kimi dünya
mədəni məkanında öz layiqli yerini tutmasını gerçəkliyə çevirir. Azərbaycan
inteqrasiya şəraitinin formalaşdırılması üçün üzərinə düşən bütün missiyanı yerinə
yetirir. Suverenlik prinsipi, mədəniyyətlərin bərabərhüquqlu mövcudluğu, mədəni
irsin özünəməxsusluğunun qorunması, regional və beynəlxalq səviyyədə informasiya-
kommunikasiya texnologiyalarının geniş imkanlarının tətbiq edilməsi fondun
fəaliyyətində xüsusi yer tutur.
Bu gün Azərbaycan formalaşan yeni geosiyasi nizama uyğunlaşmaq, dünya
iqtisadiyyatında özünəməxsus mövqeyi olan dövlətə çevrilmək istiqamətində
səylərini artırır, tarixi inkişafında dünyaya inteqrasiyanın növbəti mərhələsini, yeni
dövrünü yaşayır.
Azərbaycanın qarşısında böyük məqsədlər durur. Bunlar dünyanın yalnız
siyasi deyil, həm də iqtisadi , elmi, informasiya məkanlarına inteqrasiya amillərini də
ə
hatə edir. Ölkənin geosiyasi vəziyyəti nəzərə alınaraq, hərtərəfli iqtisadi və sosial
inkişafın təmin olunması üçün beynəlxalq maliyyə institutları, iqtisadi təşkilatlar,
regional birliklərlə əməkdaşlıq genişləndirilir. Bütövlükdə dünya iqtisadiyyatına
inteqrasiya prosesini sürətləndirmək üçün tədbirlər görülür. Milli iqtisadi
maraqlardan irəli gələn şərtlər əsasında Azərbaycan Ümumdünya Ticarət Təşkilatının
tamhüquqlu üzvü olmaq istəyir.
Azərbaycanın Avropa elm-təhsil məkanına inteqrasiyasına xüsusi diqqət
yetirilir. Bu gün Azərbaycan regionda və dünyada dinamik inkişafın lideri kimi
tanınır. nkişaf templərinə görə beynəlxalq reytinq agentliklərinin, ekspertlərinin
diqqət mərkəzində olan Azərbaycana bu maraq Prezident lham Əliyevin yorulmaz
fəaliyyəti ilə bağlıdır. Müasir dövlətin inkişafının ən mühüm göstəricisi kimi rəqabətə
davamlılığa görə Azərbaycan MDB-nin bütün dövlətlərindən irəlidədir. Bu, dövlət
başçısının bütün istiqamətlərdə dərin elmi əsaslar üzərində qurulan siyasətinin
bəhrəsidir.
76
nformasiya cəmiyyətinin inkişaf modelinə keçidin zəruriliyi, yeni intellektual
nəslin, yeni elmi elitanın formalaşması istiqamətində verilən sərəncamlar: “Xüsusi
istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı” (2006-2010)”,
“Gənclərin xaricdə təhsil alması”, “Avropa təhsil məkanına inteqrasiya”, “Elektron
Azərbaycan” və digər dövlət proqramları, Prezident lham Əliyevin bu məsələni
strateji prioritetlər sırasına daxil etməsini göstərir.
Son illər ərzində dövlətin qəbul etdiyi bütün qərarlar bu və ya başqa şəkildə
Azərbaycanın intellektual potensialının möhkəmləndirilməsi ilə bilavasitə bağlıdır.
Savadlı, peşəkar kadrlar məhz təhsilin inkişafı və beynəlxalq təcrübə ilə əldə edilir.
Müasir Azərbaycan modernləşməkdə olan demokratik transformasiya, açıq
iqtisadiyyat və vətəndaş azadlığı məkanıdır. Şərq ilə Qərb arasında körpü olan
Azərbaycan təkcə sivilizasiyaların qovşağu deyil, həm də mühüm geosiyasi və
geoiqtisadi amildir. Bütün bunlar istər regionda, istərsə də onun hüdudlarından
kənarda bizə olan münasibəti müəyyənləşdirir.
Ölkə prezidenti lham Əliyev Azərbaycanın dünyaya inteqrasiyasında ilk
növbədə kadrlara önəm verir: “ nsan vətənpərvər ola bilər və olmalıdır. Lakin onun
bilikləri və ya peşəkarlığı lazımi səviyyədə olmaya da bilər. Bu halda onun Vətənə
sədaqəti bizi tam qane edə bilməz. Peşəkarlıq, Vətənə sədaqət və yüksək insani
keyfiyyətlər bir-birini qarşılıqlı tamamlamalıdır”.
Bu meyarlar ölkənin indiki vəziyyətində xüsusilə əhəmiyyətlidir. Belə ki,
Azərbaycan tarixi inkişafının yeni dövrünü yaşayır. Ümumdünya miqyasında
transformasiya, həmçinin regional proseslərin intensivləşməsi şəraitində qlobal
iştirakda dövlətin rolu və yeri dəyişir. Yeni dünya nizamı təkcə qarşılıqlı
münasibətlərin sərhədlərini və formalarını dəyişmir, həm də insanlar arasında
münasibətlərin yeni mədəniyyətini formalaşdırır. Azərbaycanın dünyaya inteqrasiya
modelinin qlobal əhəmiyyət kəsb edən dəyərini müəyyənləşdirməyə çalışsaq, deyə
bilərik ki, milli dövlətin dünyaya inteqrasiyasının uğur və nailiyyətlərini təmin edə
bilən ən mühüm resurs - bütün zamanlar üçün - lider resursudur. nteqrasiya
məkanları “açıq” məzmunlu anlayış olsa da, bu məkanlarda əvvəlcədən
məskunlaşmış ölkələr öz qapılarını heç də hamıya taybatay açmır (Türkiyənin
77
Avropa Birliyinə inteqrasiya istiqamətində otuz ilə yaxın göstərdiyi səyləri
xatırlayaq). nteqrasiyaya nail olmaq üçün siyasi, iqtisadi, sosial, mədəni, hüquqi
məkanlarda inkişafın sürət və templərinin bir-birinə uyğunlaşdırılması lazımdır. Ona
qoşulmaq üçün bu məkanlarda artıq kök salmış ölkələrin qət etdiyi əsrlərə bərabər
mərhələləri bir göz qırpımı hesab edilən müddətə qət etmək, bütün sınaqlardan
çıxmaq, Azərbaycanın mümkün tərəfdaşlar arasında ən etibarlı, optimal müttəfiq
olduğuna inandırmağa qabil olan lider siyasəti çox önəmli rol oynayır.
Dünyaya inteqrasiyanın Azərbaycan siyasətinin digər qlobal əhəmiyyətli
nəticəsi - Şərq dövlətlərinin inkişaf modelinə dair ənənəvi baxışlar, nəzəriyyələr
sistemini sözün əsil mənasında “alt-üst etməsi”, sarsıtması, onlara yenidən baxılması
zərurətini şərtləndirməsi oldu. Şərq inkişaf modelinin ənənəvi mahiyyətinə, ləng və
asta inkişaf tempinə malik model - simvoluna dair minillər formalaşmış stereotiplərin
laxladılmasına, kökündən dəyişməsinə dövlətimiz nail ola bilmişdir. Prezident lham
Ə
liyevin simasında regionun və dünyanın ən dinamik inkişaf edən dövləti kimi
məntiqi davamını tapan inteqrasiya prosesləri - bu modelin gücü, Qərbin əsrlər boyu
alternativsiz hesab edilən inkişaf modeli ilə rəqabətə davamlı olan sintez modelin
gücüdür. Ölkəmizin yüksəlişinə bu vaxtadək görünməmiş təkan verilmiş, dünyanın
heç bir ölkəsi ilə müqayisə olunmayan artım templəri gerçəkləşir. Bütün bunlar
Azərbaycanın qarşısında duran böyük perspektivlərdən xəbər verir.
78
NƏT CƏ
Azərbaycan Respublikası (AR) ilə Avropa
ttifaqı (A ) arasında
münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) qoymuşdur.
Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və onu imzalamış
bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində
qüvvəyə minmişdir.
Azərbaycan Respublikası – Avropa ttifaqı Fəaliyyət Planı 14 noyabr 2006-cı
ilin tarixində Brüsseldə AR-A Əməkdaşlıq Şurasının iclası zamanı qəbul edilmişdir.
Beləliklə, daha əvvəl TƏS ilə tənzimlənən AR–A münasibətlərinin gələcək
inkişafının istiqamətləri AQS çərçivəsində AR-A Fəaliyyət Planı ilə müəyyən
olunmuşdur.
Avropa ttifaqının yaranması, onun ilk uğurlu addımları, keçdiyi mərhələlər,
genişlənmə meylləri bu proseslərin daha da dərinləşməsindən xəbər verir və ən
başlıcası budur ki, müstəqil Azərbaycan qlobal dünyanın ayrılmaz hissəsi kimi bu
birliyə doğru istiqamətlənmişdir.
Prezident lham Əliyev 2014-cü ilin iyun ayında Avropa ttifaqı ilə
ə
laqələrimizi xarakterizə edərək bildirmişdir ki, “Azərbaycan Avropa ttifaqına
mümkün qədər yaxın olmaq arzusundadır. Bu, bizim üçün strateji mahiyyəti olan
məsələdir və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır”.
Cənab Prezidentin sərəncamı ilə Avropa ttifaqı ilə əlaqələrin daha da
gücləndirilməsi, səmərəli və əlaqələndirilmiş işin təmin edilməsi məqsədilə 37
üzvdən ibarət Avropaya nteqrasiya üzrə Dövlət Komissiyası yaradılmışdır.
Komissiyanın nəzdində müxtəlif sahələr üzrə 6 işçi qrupu təşkil edilmiş, Azərbaycan
qanunvericiliyinin Avropa ttifaqı qanunvericiliyinə uyğunlaşdırılması üzrə tədbirlər
planı hazırlanmışdır. Son bir ildə Avropa ttifaqı ilə əlaqələrimiz daha da inkişaf
etmiş, 4 yeni əməkdaşlıq sənədi imzalanmışdır.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin məlumatına əsasən,
2014-cü ildə Azərbaycan Respublikasının Avropa ttifaqı ölkələri ilə ticarət
dövriyyəsinin həcmi 14.671,16 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 3.103,59
79
mln. ABŞ dolları, ixracın həcmi 11.567,57 mln. ABŞ dolları təşkil etmiş, xarici
ticarət saldosu isə müsbət 8.463,98 mln. ABŞ dolları olmuşdur.
2014-cü ildə Avropa ttifaqı ölkələrinin Azərbaycan Respublikasının xarici
ticarət dövriyyəsindəki payı 47,30 faiz, o cümlədən idxalda 33,78 faiz, ixracda isə
52,99 faiz təşkil etmişdir. 2013-cü il ilə müqayisədə, 2014-cü ildə Avropa ttifaqı
ölkələrinə ixrac 0,47 faiz artmışdır.
Təbii ki, A iqtisadiyyatı ilə Azərbaycan iqtisadiyyatının həcmi müqayisə
olunmayacaq dərəcədə fərqli olduğu üçün, A -nin xarici ticarətində Azərbaycanın
xüsusi çəkisi çox aşağıdır.
Statistik hesablamalar göstərir ki, hazırkı göstəricilərə əsasən Azərbaycan A -
nin idxalında 33-cü, ixracında 60-cı və ümumi ticarət dövriyyəsində 39-cu yeri tutur.
Bundan başqa, MDB ölkələrindən A -yə edilən ixracın 5%-i və MDB ölkələrinin A -
dən idxalının 1,6%-i Azərbaycanın payına düşür.
Məlum olduğu kimi, Azərbaycanın Avropa ilə ticarət əlaqələrinin əsasında
enerji sektorunun dayanması ölkəmizin Avropa ölkələri ilə birgə uğurla reallaşdırdığı
enerji layihələri ilə bağlıdır. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə
Azərbaycanın Avropa ölkələri, eləcə də dünyanın digər aparıcı ölkələri ilə enerji
sektorunda uğurlu əməkdaşlığının əsası qoyulmuşdur.
80
Ə
DƏ B YYAT S YAHISI
1.
Ə.Bayramov. Regional iqtisadi inteqrasiya: nəzəriyyə və praktika. Bakı-1997.
2.
H.Hüseynova Azərbaycan Avropa inteqrasiya prosesləri sistemində Bakı-1998
3.
B.Nuriyev. Bazar iqtisadiyyatı və Azərbaycan. Bakı-1999.
4.
A.Ş.Şəkərəliyev Dünya iqtisadiyyatı və B M. Bakı-1999
5.
H.M.Rəcəbli, V.Ə. bayev Avropa Şurası. Bakı -1999
6.
L.H.Hüseynov. Beynəlxalq hüquq. Bakı -2000
7.
A.Ə.Əliyev. Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələri. Bakı-2001
8.
A.Ə.Əliyev. Xarici ticarət iqtisadi əlaqələrə gömrük nəzarəti. Azərbaycan
iqtisadiyyatı: problemlər, perspektivlər. Bakı-2002
9.
G.Əliyeva. Azərbaycan Respublikasının Avropa ttifaqı ilə münasibətləri
haqqında//Məşvərət, 2003, №11
10.
S.Səfərov Yeni Azərbaycan. qtisadiyyat, siyasət, dinamizm. Bakı-2003
11.
A.Ə.Əliyev. Azərbaycanın iqtisadi siyasəti. Bakı-2003
12.
T.F.Mirkişili. Azərbaycanın xarici ticarət siyasəti: reallıqlar və perspektivlər.
Bakı-2004
13.
Z.Məmmədov. Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri. Bakı-2004
14.
Ə.Həsənov Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti.
Dərslik Bakı-2005
15.
G.Gənciyev B M: Müasir vəziyyət və inkişaf problemləri. Bakı-2005
16.
Ç.M.Abbasov. Azərbaycanın dünya iqtisadiyyatının inteqrasiya yolları. Bakı -
2005.
17.
Q.Süleymanov Beynəlxalq əmək bazarının inkişaf problemləri. Bakı-2006
18.
.A.Kərimli. Beynəlxalq iqtisadi münasibətlərin müasir problemləri. Bakı-2006
19.
.A.Kərimli. Dünya iqtisadiyyatı: beynəlxalq ticarət, maliyyə və inkişaf, Bakı-
2006
20.
Ə.C.Muradov. Azərbaycan və Ümumdünya Ticarət təşkilatı. Bakı -2006
21.
C.Kərimov, A.Orucov və H. srafilov Dünya iqtisadiyyatı. Dərslik Bakı-2007
22.
Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatları
81
23.
С.А.Саядов. Азербайджан: международные связи и взаимоотношения. Баку-
1994
24.
Кругмен Л.Р., Обстфельд М. Международная экономика: теория и
политика
. М., ЮНИТИ, 1997.
25.
Международные эканомические отношения. Под общей редакцией
В
.Е.Рыбалкина. М.,1997.
26.
Ш.Гаджиев. Азербайджан на пути к мировому соотществу: стратегия
внешнеэкономического
развития. Киев-2000.
27.
Мировая экономика. Экономика зарубежных стран. Учебник. Под
редакцией
профессора В.П.Колесова и профессора Осьмовой. М., 2000.
28.
Н.Иванов. Глобализация и Проблемы оптималной стратегии развития.
М
.Мировая Экономика и Международные Отношения, 2000.
29.
А.Эльянов. К вопросу об интеграции России и мировую экономику. М., МЭ
и
МО, 2001.
30.
Е.Ф.Авдокушин Международные экономические отношения. М.: Юристь,
2001
O cümlə də n WEB saytları
31.
qtisadi nkişaf Nazirliyinin internet saytı -
www.economy.gov.az
32.
Azərbaycan və Ümumdünya Ticarət Təşkilatının internet saytı -
www.wto.az
33.
www.un.org
34.
www.undp.org
35.
www.un-az.org
36.
www.sahibkar.biz
37.
www.e-qanun.az
38.
www.wikipedya.org
39.
www.iqtisadiyyat.com
Dostları ilə paylaş: |