704
yaranan burkançı ədəbiyyat daha dini mahiyyət
daşıyıb uyğurların bir müddət buddizmə sitayişi
ilə bağlı yaranan, dünyagörüşü, ədəbiyyat, sənət
nümunələri olacaqdı.
Beləliklə, uyğur maniçi ədəbiyyatından
«Xaqana ərz» poeziya nümunəsi:
Bozqurd kimi sənin ilə yüyürəyim,
Qara quzğun kimi torpaq üstə qalayım.
Güclü, eləbəyimizsiniz,
Yenə qələbəlik qoşununuzu
Geniş qoynunuzda
Qorur, gözləyir, tutarsınız.
Uyğurustan görüntüləri, tarixi yerlər, yarısı torpaq
altda, yarısı torpaq üstə qədim bəngüdaşlar, məzarlıqlar
təqdim olunur.
MƏTN: – Uyğur türkləri 745-ci ildə türk xaqanlığının
hakimiyyəti başına keçdikdən sonra Orxon
yazısını bir müddət işlətməkdə davam etdilər. Bu
dövrdə tikilən bəzi uyğur bəngüdaşlarındakı
kitabələr Orxon yazısı ilə yazılmışdır. Bunlardan
biri «Tanrıda bulmuş El etmiş Bilgə Xaqan»
ünvanı ilə anılan Moyan-Çor xaqana aiddir.
Fəqət üçüncü hökmdarları Böqü xaqan
zamanında mani dini qəbul edən uyğurlar milli
Orxon yazısını buraxıb indi unudulmuş soqd
dilini, yazısını götürdülər və inkişaf etdirdilər.
Uyğur türkləri Altay dil qrupunun
Xaqaniyyə ləhcəsində danışırdılar. Qədim türk
ədəbiyyatının ən dəyərli əsərləri olan «Divani-
705
lüğət-it türk», «Kutatqu-bilik», «Atabetül-
Haqayiq» kimi qızıl kitablar türkcənin bu ləhcəsi
ilə yazılmışdır.
Uyğurlar türklərin milli yazısı olan Orxon
əlifbasından sonra soqd əlifbasına, ondan sonra da
islamiyyəti qəbul edincə ərəb əlifbasına keçirlər.
Xəqaniyyə ləhcəsində danışıqsa davam edir. XV
əsrdə daha çox Cağatay ləhcəsi adlanan bu
danışıq tərzi Çingiz xan imperatorluğunda və
Teymurlularda da rəsmi dil olaraq işlədilmişdir.
Qədim məbədlərdən görüntülər təqdim olunur.
MƏTN: – Turfan ətrafında Bəzəklik və Martuq
qazıntılarında tapılan məbədlərdən uyğur dilində
yazılmış bir çox əsərlər əldə olunub ki, həmin
miniatür və freskalar bu sənət növlərinin ən üstün
nümunələridir. Bunlar hind və İran miniatürlərinə
də qaynaq və örnək olmuşlar.
Uyğur türkləri yüksək mədəniyyət örnəkləri
olan böyük şəhərlər qurmuş, Şərqi Türküstanda
Qarabala-saqun, Baş-Balıq, Qaraxoca, Qaraşar,
Xotan, Yarkənd, Turfan, Kaşğar, Kamal, Qulça,
Urumçi, Ağsu, Suço, Kanço, Çərçən kimi böyük
şəhərləri saray və məbədlərlə zənginləşdirmişlər.
Şəhərlər bir-birilə düz yollarla bağlanırdı ki,
həmin yollar bu gün də işləkdir. Uyğurlar
şəhərlərini çox hündür, əlçatmaz divarlarla
dövrələyirdilər. Üçqat şəhər divarları ayrıca yeddi
qat xəndəklə əhatə olunurdu. Tikililərin, mənzil
və hücrələrin böyük bir hissəsi çadır qübbələri
şəklində örtülürdü. Göytürklərin ağaca yazdıqları
706
yazını onlar kağıza yazırdılar və zəmanəmizə
qədər çatmış çoxlu kitab çap etmişdilər.
Avropalılardan yüzlərcə il öncə kağızı və
mətbəəni bilən uyğurlar sonralar bu yeniliyi
ərəblərə də öyrətdilər.
NİZAMİ XUDİYEV: – Uyğurlardan sonrakı qədim türk
dövrü türk dillərinin tarixində qırğız mərhələsi
adlanır. Qırğızların Baykal gölünün qərbində İrtış
çayı hövzəsində yerləşmələri haqqında V-VI əsrin
Çin mənbələrində çoxlu qeydlərə rast gəlinir.
Onlar Muğan xaqanının vaxtında Tukyu dövlətinə
tabe idilər. VII əsrdə bu birlikdən ayrılaraq
müstəqil dövlət qurmağa nail olan qırğızlar bu
müstəqilliyi qoruyub saxlaya bilmirlər və yenidən
uyğur xaqanlığına pənah aparıb, Ötükəndə
məskən salırlar. Daxili çəkişmələrdə çinlilərin
güclü hücumları nəticəsində zəifləmiş Uyğur
dövləti 840-cı ildə qırğızlar tərəfindən devrilərək
Qırğız xaqanlığının qurulması ilə başa çatır.
Onların bu ərazidəki hökmranlığı təqribən 920-ci
ilə qədər davam edir. Volqa çayından qərbdə
bulqarlar, cənubda xəzərlər və bulqarlar
hökmranlıq edirdilər. Bulqarlar və xəzərlər bir-
birinə yaxın dildə danışan xalqlar idi. Xəzər
xaqanlığı 300 ilə yaxın Şərqi Avropada ilk feodal
dövləti kimi hakimiyyətini qoruyub saxlamış,
köçəri və yarımköçəri xalqları öz ətrafında
birləşdirərək, uzun müddət İran, ərəb xəlifəliyi və
Vizantiya ilə müharibə vəziyyətində olmuşdur.
Xəzər xaqanlığına daxil olan xalqların əksəriyyəti
vaxtilə Hun imperiyasının tərkibində olan, onun
707
süqutundan sonra bir-birilə vuruşan xalqlar idi.
Akatsirlər, saraqurlar, barsillər, savirlər, avarlar,
uyğurlar, bulqarlar, kutri-qurlar… – əksəriyyəti
türkdilli döyüşkən xalqlardır.
Ərəb tarixçiləri İstəxri və İbn Hövqəl
yazırdılar ki, xəzərlərin dili bulqar dilinin eynidir.
Bulqarların qərbi türk dillərinə oğuz-qıpçaqlara
aid olması mübahisəsizdir. Deməli, xəzər dili də
həmin qrupa aid edilə bilər. Suriya tarixçisi
İohann Efesin VI əsrə aid edilən «Tarix» eserinin
günümüzə yetişən səhifələrindən məlum olur ki,
Hun tayfalarından olan üç qardaşdan biri – Bulqar
Romanı, qalan iki qardaşsa Bersiliyanı öz
hakimiyyətləri altına alır. Bu qardaşlardan birinin
adı Xəzər idi, ona görə də xəzərləri çox vaxt türk
savirləri adlandırmışlar. Savirlər də Hun
qəbilələrinə mənsub olan xalqlardan olub, Qafqaz
dağları boyunda məskən salmışdılar.
Tuyku xaqanlığının əsarətindən qurtaran
türkdilli bulqar tayfa birlikləri Böyük Bulqariya
birliyi yaratmağa nail olurlar. Onların rəhbər və
hökmdarları haqqında məlumat zəmanəmizə
qədər gəlib çatmışdır. 635-640-cı illərdə Qubrat,
Asparux, Batbay hökmdarlıq etmişlər. Elə təqri-
bən Bulqar dövləti yarandığı vaxtlar onlarla
qonşuluqda Xəzər dövləti yaranmağa başlamışdı.
Xəzərlərin içərisində çoxsaylı bulqar tayfaları da
var idi. Bulqar dövləti zəifləyərkən xəzərlər onla-
rın ərazilərinin bir hissəsini də tutaraq daha da
qüvvətlənib oturaq həyata keçirlər. Bu vaxt onla-
rın məşhur qala şəhərləri meydana çıxır – Xəzər
kala, Çir-yurt, İtil, Xəmmic, Savqar, Bayda, Sur,
Dostları ilə paylaş: |