1
Zabil Həsrət oğlu Bayramlı
AZƏRBAYCAN
SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ
İDARƏ OLUNMASINDA
TÜRK QIZILBAŞ
ƏYANLARININ ROLU
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
28 yanvar 2015-ci il tarixli 79 saylı əmri ilə
dərs vəsaiti kimi təsdiq edilmişdir.
Bakı-2015
2
Elmi redaktor: AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi,
tarix elmləri doktoru, professor
Y.M.Mahmudov
Rəyçilər: Tarix
üzrə fəlsəfə doktoru, dosent
M.Q.Abdullayev
Tarix üzrə fəlsəfə doktoru, dosent
B.Ş.Şabiyev
B-19. Zabil Həsrət oğlu Bayramlı.
AZƏRBAYCAN SƏFƏVİ
DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK
QIZILBAŞ ƏYANLARININ ROLU. Bakı-«AVROPA»-2015. 348 səh.
Kitabda Azərbaycan Səfəvi dövlətinin quruluşu, dövlətin
etnik mənsubiyyəti, əsgəri təşkilatı, dini təsisatları, idarə sistemində
Türk Qızılbaş əyanlarının
yeri və rolu ilk qaynaqlar, rəsmi sənədlər
tədqiqata cəlb edilərək araşdırılmasına cəhd göstərilmişdir. Burada
bir sıra yeni problemlərdən ilk dəfə geniş planda bəhs edilir.
Dərs vəsaiti tələbə, magistr, doktorant,
tarixçi mütəxəssislər
və geniş oxucular üçün nəzərdə tutulmuşdur.
B
Qrifli nəşr
© «AVROPA»nəşriyyatı-2015
4702060106- 34
8032-2015
4
GİRİŞ
XX
əsrin sonlarından Azərbaycan yenidən
dövlət müstəqil-
liyini bərpa etdikdən sonra xalqımızın çox zəngin tarixi keçmişini,
xüsusilə də Azərbaycan tarixinin orta əsrlər dövrünün bir çox
problemlərini yenidən araşdırıb öyrənilməsi böyük əhəmiyyət kəsb
etmişdir. Bu ilk növbədə ondan irəli gəlir ki,
Azərbaycan Sovetlər
İttifaqının tərkibində olduğu dövrdə nə Vətən, nə də xarici tarix-
şünaslıqda Yaxın və Orta Şərq xalqlarının, Güney Qafqazın orta
əsrlər tarixinə həsr olunmuş elmi-tədqiqat əsərlərində türk və müsəl-
man xalqlarının zəngin dövlətçilik təcrübəsinə və ənənələrinə heç
də həmişə obyektiv şəkildə yanaşılmamış, bəzən yanlışlıqlara və
təhriflərə yol verilmişdir. Bunu əsas götürərək hazırki müstəqillik
dövründə xalqımızın tarixinin hərtərəfli şəkildə araşdırılıb öyrənil-
məsi, tarixi həqiqətlərin üzə çıxarılaraq obyektiv şəkildə işıqlan-
dırılması tarixçi alimlərimizin qarşısında
duran əsas vəzifələrdən
biridir
Azərbaycan tarix elminin qarşısında duran vəzifələrə uyğun
olaraq orta yüzillərin yerli və Qərb ədəbiyyatlarındakı tarixi gerçək-
likləri özündə əks etdirən faktların müqayisəli təhlili əsasında
Azərbaycan Səfəvi dövlətinin idarə quruluşunun, dövlətin milli
mahiyyətinin tədqiq edilməsi, tarixi reallıqların açıqlanması da
günümüzün aktual məsələlərindəndir.
XVI yüzilin əvvəllərində Səfəvi
dövləti Azərbaycan cəmiy-
yətinin mükəmməl bir siyasi təşkilatı kimi meydana çıxmış,
mərkəzi hakimiyyət orqanları təşkil edilmiş və onların arasında
səlahiyyət bölgüsü həyata keçirilmişdir. İnzibati-ərazi bölgüsü
prinsipləri əsasında yerli idarə orqanları yaradılmış və nəticədə ali
hakimiyyətin bütün ölkə ərazisində həyata keçirilməsi təmin olun-
muşdur. Azərbaycan Səfəvi dövlətinin qurulmasında ona arxa
olmuş türk qızılbaş əyanları hərbi-siyasi qüvvə kimi həm mərkəz-
də, həm də yerlərdə dövlətin özülünə, dayağına çevrilmişdir ki, bu
da əslində xalqımızın əski çağlarından
mövcud olan dövlətçilik
ənənələrindən irəli gəlirdi. Azərbaycanda Səfəvilərin idarəçilik və
dövlət quruluşu türkün oğuz boyundan olan Baharlı və Bayandurlu