Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə78/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   75   76   77   78   79   80   81   82   83

¹2(3)    èéóí 2012 
 
166 
 
 
СЕМИОТИКА ЛАБОРАТОРИЙАСЫ 
     
  
 
“Semiotika laboratoriyası” rubrikamızı davam etdiririk. Elmin bu sahəsi ola bilsin ki, 
oxucularımızın böyük əksəriyyətini  ilgiləndirməsin. Verdiymiz materiallar mübahisələr də doğura 
bilər. İstərdik ki, mütəxəssislər – dilçi, ədib və filosoflar bu rubrikada iştirak etsinlər. Səhifələrimiz 
polemika üçün açıqdır. Semiotika klassiklərindən tərcümələrə  də yer ayırmışıq və bunu davam 
etdirəcəyik.      
 
 
        
 
 
F. VEYSƏLLİ 
 
 
 
 
 
 
 
 
İŞARƏLƏRİN  ASPEKTLƏRİ  HAQQINDA 
 
Semiotika ilə inikas nəzəriyyəsi arasındakı əlaqələri filosoflar daha çox xüsusi və süni dillərin 
timsalında çözməyə çalışırlar, çünki belədə təbii dillərin mürəkkəbliyi minimuma enmiş olur. Məs., 
işarə ilə onun maddi varlığı arasındakı əlaqə təbii dillərdə çox mürəkkəbdir. Eyni işarələrin müxtəlif 
variantlarda çıxış etməsini dilçiliyin bir neçə sahəsi – fonologiya, morfologiya, semantika və s. 
öyrənir. Təbii dillərin sintaksisində də mürəkkəbliklər çoxdur.  
Məşhur alman alimi G.Klaus semiotikanı, ilk növbədə, dil işarələri haqqında ümumi nəzəriyyə 
kimi tərifləndirir. Onun fikrincə, semiotik baxımdan dilin tədqiqi zamanı aşağıdakı faktorlar nəzərə 
alınmalıdır: 
1.
 
Şüurda əks olunan obyekt (O) 
2.
 
Dil işarələri (İ) 
3.
 
Fikirdə əks olunanlar (Ə) 
4.
 
İşarələrdən istifadə edən və başa düşən adamlar, işarələrin cəmiyyətlərlə əlaqəsi  (A) (bax: 
şəkil 1)
1
.    
Beləliklə, işarə nəzəriyyəsində 4 cür əlaqədən söhbət gedir. Birinci halda  
onu sintaksis adlandırırlar, söhbət bir işarə ilə digərlərinin birləşməsindən  
gedir. 
 
 
 
 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
167
 
 
 
 
 
 
 
       sintaksis 
     (birləşmə qaydaları)     
 
 
İ      
 
       praqmatik 
 
 
      İ (C) 
kimə və nəyə     
yönəlikliyi   
semantika 
siqmatika 
İnikasın obyekti 
 (əşyalar, əlamətlər, 
əlaqələr) 
Ə 
          
 
      əks olunan obyekt  
   Şəkil 1. İşarələrin əlaqə formaları 
 
İşarələrin 2-ci aspekti məfhum və söyləmlərin fikri ifadəsidir.  “Tozsoran” sözü motivləşib, o 
mürəkkəb işarə kimi /toz/ və /sormaq/  işarələrinin məcmusundan irəli gələn məna ifadə edir. 
Tozsoran, /qabyuyan deyil/, /maşın sürən/ deyil, məhz evin, həyətin, hər hansı bir əşyanın tozunu 
təmizləmək üçün istifadə olunan texniki avadanlıqdır. İşarənin bu aspektinə semantika deyilir. 
Üçüncü  əlaqə  işarənin onu işlədən adam, cəmiyyət, kollektiv və s. olan münasibətdir, yəni 
söz, cümlə, ifadə kimə və nəyə yönəlib. Məs., pambıqçı qarşısında çıxış edən natiq nəzərə almalıdır 
ki, o elektron hesablayıcılar  istehsal edənlər qarşısında çıxış etmir, o deyərsə ki, «pambıq kolunun 
hər biri 2 bit informasiya daşıyır»,  əlbəttə, pambıqçılar onu başa düşməyəcəklər. Bu aspekti 
praqmatika adlandırırlar(daha ətraflı irəlidə). 
Nəhayət, dördüncü aspekt işarənin inikası olan obyekt  avadanlığın, aparatın özüdür, 
böyükdür ya kiçikdir, hansı  rəngdədir, gücü nə  qədərdir, yaxın və uzaq məsafəyə daşına bilirmi, 
haradadır, necədir və s. Bu aspekti isə siqmatika adlandırırlar
2

Semiotika ayrı-ayrı konkret işarələrin materiyası  və ya yazıda necə verilməsilə balavasitə 
məşğul olmur, o işarələrin obrazlarını öyrənir. Hər bir maddi işarə xüsusi individdir, fərddir, o iki 
dəfə eyni cür gələ bilməz və onun bir sıra əlamətləri var ki, onlar semiotik yanaşmada rol oynamır. 
Məs., bizim mətndə  işlətdiyimiz işarə sözünün hər dəfə  işlənəndə elə  əlamətləri olur ki, başqa 
hallarda bu əlamətlər olmurlar. Səhv yazanda və ya düzgün deməyəndə eyni işarə  obrazını, onun 
haqqında yaranan  fikirləri asanlaqla duymaq olur. Əsas odur ki, bir sözün reallaşmaları oxşar olsun 
və eyni obrazı əks etdirsinlər. Burada abstraktlaşma olmalıdır. Biz deyə bilərik ki, x və y arasındakı 
əlaqə ekvivalentdir. İşarələrin təmsilçiləri mücərrəd siniflərdir.  İşarənin nüsxələri abstraksiyanın 
elementləridir, yəni eyni işarə obrazının reallıqlarıdır. Bu reallıqlar eyni işarə obrazına ekvivalentlik 
İşarənin dilin başqa 
işarələrilə əlaqəsi 
(morfem, leksem,  
cümlə və s.) 
Dil işarələri
 (morfem, 
leksem, cümlə
 və s.) 
İşarədən istifadə 
edən başqa 
cəmiyyətlər və 
insanlar 
инсанлар 
Anlayış və ifadələrin 
fikirdə inikası
,  
əksi və s. 


¹2(3)    èéóí 2012 
 
168 
əlaqəsilə bağlanır. Bir işarə obrazı ekvivalent işarə nüsxələrinin strukturunu təşkil edir, yəni elə 
sxem və ya modeldir ki, ondan ünsiyyətdə istənilən qədər işlətmək olar. Onlar düzəldikdən sonra 
qalmır, yox olur, dildə  və ya lal-karların ünsiyyətində  və jestlərdə olduğu kimi ünsiyyət məqamı 
keçəridir, işarə də qalır keçmişdə.       
İşarə nüsxələri işarələrin daşıyıcıları və ya işarə hadisələri adlandırıla bilərlər. Onlar hər hansı 
bir işarə obrazına, geştaltına aid edilməlidir, yəni onun təmsilçisi olmalıdır ki, tanınsın, hər hansı bir 
məlumatın daşıyıcısı  məna tutumlu işarənin nüsxəsi olsun. İşarələrin nüsxələri işarətanıma 
nəzəriyyəsinin obyektidir. Onların düzəldilməsi və tanınması mürəkkəb psixoloji prosesdir. Ancaq 
elektron avtomatlarla görülən işlər hələ də arzu olunan səviyyədə deyildir.  
  İşarə nüsxəsinin işarə obrazına münasibəti əks olunan ilə obrazı, şəkli arasındakı münasibətə 
parallelik təşkil edir. Məfhumun inikası  şüurda  əks olunan obyektlərin abstraktlaşması sayəsində 
mümkün olur. 
  İşarə nüsxəsi konkret təbiətə malikdir, hissi qavranılan  şəkildir. Məcburi deyil ki, o 
əksolunmanın obyekti olsun. Eynilə, fikri proseslər də əks oluna bilərlər. Bu da semantik aspektin 
sahəsidir. İşarə gestaltı əsasında nəinki işarə nüsxələri eyniləşdirilir, həm də düzəldilə bilərlər. Bu 
qarşılıqlı əlaqəni alman alimi G. Klaus belə əyaniləşdirir. 
 
 İşarə obrazı                                  inikası 
 
     
 İşarə nüsxəsi                              əksolunmanın  
  obyekti        
   
Deməli, dilin işarələri arasındakı əlaqələri sintaksis öyrənir. Təbii və süni dilin sintaksisi təsvir 
olunan obyekt dili üçün qaydalar sistemi müəyyənləşdirir ki, buna da metadil deyilir. Məs., biz süni 
dili Azərbaycan dilindən istifadə etməklə öyrəniriksə, burada süni dil obyekt dili, Azərbaycan dili 
isə metadil kimi çıxış edir. Eynilə semantika dildə ifadə olunan məfhum və anlayışların  əlaqəsini 
təsvir edir. İşarə ilə əks olunan obyektlər və şeylər arasındakı əlaqələri siqmatika, nəhayət, işarə ilə 
ondan istifadə edənlər    arasındakı əlaqəni praqmatika öyrənir. Aşağıdakı sxem bu əlaqələri daha 
əyani göstərir: 
   
/su içməlidir//,    /duzludur//       /su/     arxdakı 
/su aydınlıqdır// /təmizdir /su istəyirəm/         göldəki 
/susuz çətindir//  /şirindir///su istəmirəm/       dənizdəki  
/su həyatdır//      /lillidir// və s.   /susuzlamışam/     qabdakı 
sintaqmatika      semantika       praqmatikasiqmatika 
   
Sintaksis təbii dildəki birləşmə qaydalarını araşdırır. Məs., /dilxor/, /rüşvətxor/, /nəşəxor/ 
işlənir; ancaq */çayxor/, */şorbaxor/ deyilmir. 
 Süni dillərdə isə dildəki birləşmə  əlaqələri formullar əsasında müəyyən edilir. Deməli, 
quraşdırılan dildə hansı əlaqələrin olub-olmaması müəyyən edilir. 
  Semantika da işarənin hansı mənalara malik olmasını öyrənir, konkret bir məqamda işarənin 
hansı  mənada işlənilməsini araşdırır. Məs., /baş/ (ağacın, dağın, insanın) və s. başı anlamlarında 
işlənə bilir. Deməli, təsviri sintaksis və semantika dilçiliyə, formal sintaksis və formal semantika 
məntiqə aiddir.   
   Formal  və  təsviri sintaksisin oxşar cəhətləri onların hər ikisindəki birləşmə  əlaqələrini 
öyrənməsindədir. Ancaq onların fərqi də var. Belə ki, formal sintaksis təsadüfləri nəzərə almır; 
işarələrin düzümü dəqiq və yoxlanılan olmalıdır. Təsviri sintaksis isə tarixi əlaqələri də nəzərə alır. 
Bu deyilənlər eynilə semantikaya da aiddir. Bundan başqa süni dillərin sintaktik özəlliklərini də 
sintaksis öyrənir. Süni dillər öz sintaktik strukturu baxımından formal məntiqin xüsususi hallarıdır. 
Odur ki, bu sintaksisi saf sinaktik nəzriyyə  və ya məntiqi sintaksis kimi göstərirlər.Eyni sözləri 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə