37
İlkin dil (dil-mənbə) –
ədəbi kommunikat tərcümə olunan
dil, orijinalın dilidir.
İlkin dildə tərcüməçinin oriyentirləşməsi -
hər hansı məna
məzmunun, tərcümə dilində leksik deyimin və sintaktik nöqteyi-
nəzərdən təşkil olunması üçün zəruri olan informasiyanın çıxarılma
prosesi.
İlkin kommunikativ fəaliyyət –
məlumatı göndərənin kom-
munikativ fəaliyyəti.
İlkin kommunikativ situasiya –
onun iştirakçıları, ilkin
mətnin göndəricisi, mətni və başqa məlumatı alan tərcüməçi.
Tərcüməçi mətnin alıcısı kimi iştirak edir.
İlkin mətnin tərcümədə interpretasiyası –
tərcüməçinin
gözü ilə digər dilin daşıyıcısını və mədəniyyətini görməsi.
İlkin mətndə tərcüməçinin oriyentir prosesi-sinxron tərcü-
mədə –
bu, heç də natiq nitqinin sadəcə dinlənilməsi yox, həm də
tərcümə həllinin seçimi, yaxud axtarışı prosesində məzmuna görə
informasiyanın aradan çıxarılması və natiq deyiminin leksik-qram-
matik təşkil olunmasıdır. Daha uğurlu oriyentir üçün tərcüməçi
natiqdən 1-3 saniyə və ya daha artıq zaman kəsiyində geri qalmaqla
oriyentirləşmə obyekti kimi ilkin mətnin əsas məna həlqələrini
seçərək intonasiya-məna vahidləri, struktur-semantik bloklar, yaxud
parçalarla konstruktiv prosesdəki addımlara uyğun olan və
tərcüməçinin şüurunda gedənlər auditoriyaya çatdırılır. Oriyentirləş-
mə tərcüməçinin keçmiş təcrübəsinə, onun ünsiyyət situasiyasını
bilməsinə, natiqin motiv və məqsədləri haqqında qabaqcadan olan
təsəvvürlərdir. Sinxron tərcüməçinin fəaliyyəti şəraiti nəticəsində
ilkin mətndə gedən oriyentir müəyyən qeyri-müəyyənlik kəsb edir.
İlkin mətnin transformasiyası metodu –
sinxron tərcümənin
metodlarından biri olub, formal-işarə səviyyəsində ilkin mətnin ha-
zırlığında leksik, qrammatik transformasiya və nitq kompressiyası
(sıxılması) yolu ilə həyata keçirilməni nəzərdə tutur.
İlkin sənədlər –
ilkin informasiyanı özündə saxlayan və onun
tərcüməsi üçün nəzərdə tutulmuş bütün nəşr olunası materiallar.
Belə sənədlər kimi kitablar, dövrü mətbuatda gedən məqalələr, da-
38
vam edən nəşrlər (sərəncamlar, texniki sənədlər və s.) və disserta-
siyalar ola bilər.
İllokutiv akt –
lokutiv akta məqsədyönlülüyün verilməsi,
kommunikativ məqsədin ifadəsi.
İmitativ əlaqə –
metamətndə mətnarası invariantın olduğuna
şəhadət verən əlaqə; imitativ əlaqədə metamətn orijinalla
müqayisədə öz semantik və üslubi uyğunluğunu – 1:1 səviyyəsində
göstərir.
İnformasiya bolluğunun maddi-qrafik səviyyəsi –
qav-
rayışa daha asan olan mətnin aşağı səviyyəsi. O nəinki formal, həm
də mətnin məzmunu funksiyasını da yerinə yetirir. Mətn qrafik
baxımdan həm yekcins (yalnız hərfi-söz işarələri ilə) ifadə oluna,
həm də qrafik qeyri-yekcins (yəni burada söz və rəqəmli, diaqrafik
və piktoqrafik işarələr) bir-biri ilə uyğunlaşa (birləşə) bilər.
İnformasiya daşıyıcısı –
hər hansı dil ümumiliyinin nüma-
yəndəsi.
İnformasiyanın xüsusi mənbələri
– elmi, texniki, xüsusi
ədəbiyyat, xüsusi lüğətlər, xüsusi ensiklopediyalar, soraq kitabları
informasiya mənbələri sayılır.
İnformasiyanın digər məktəbləri –
bu, mütəxəssisdən zəruri
məlumatların alınması imkanı və əldə edilmiş təcrübədən istifadə-
dir. İnsanın öz təcrübəsi isə nəinki onun praktik işi nəticəsində alın-
mışlardan ortaya çıxır, həm də tərcüməçi elm və texnikanın yeni
nailiyyətlərini, o cümlədən elmi-kütləvi jurnallardan aldığı məlu-
matlar nəticəsində yaranıb, toplanır.
İnformasiyanın işçi mənbələri
– bu, elə tərcüməçinin infor-
masiya mənbələridir; bax: tərcüməçinin informasiyasının ümumi
mənbələri, tərcüməçinin informasiyasının xüsusi mənbələri.
İntensional metamətn –
müəllif subyektinin (orijinala söykə-
nən qeyri-intensional metamətndən fərqli olaraq) orijinala münasi-
bətini ifadə edən metamətn. Qabaqcadan nəzərdə tutulmuş
mətnarası əlaqə, müəllif proqramı fərdi, yaxud qrup halında (ədəbi
ənənəyə münasibət) ola bilər.
39
İstehsalat dialekti –
peşəkar dialekt növü olmaqla, isteh-
salatın bu sahəsində məşğul olan adamları birləşdirir.
İşarə olunan
– dil vahidinin daxili (semantik), yaxud
məzmun tərəfinin real dünyanın fikir predmetində, şüurda,
predmetlərdə keyfiyyət və proseslərin inikası, əks olunması.
İşarənin dərki mənası –
bax: işarənin referensial mənası.
İşarənin praqmatik mənası –
konkret işarədən istifadə edən
işarə və insan arasında münasibət.
İşarənin-predmet məntiqi mənası
– işarənin referensial mə-
nası.
İşarənin referensial mənası –
konkret işarə ilə bildirilən Əş-
ya ilə predmet arasında münasibət, əlaqə.
İşçi dillər –
bu, danışıqlarda, konfranslarda, konqreslərdə,
simpoziumlarda və s. rəsmi ünsiyyət dilləridir.
İzahedici tərcümə –
1. Adətən adların transkripsiyası ilə mü-
şayiət olunan tərcümə (elmi jurnalların və s.). 2. Sözün özünün yeri-
nə onun izahını verən tərcümə. Tam yazılı tərcümə qaydası aşağı-
dakı mərhələlərdən ibarətdir: 1) orijinalla tanışlıq; 2) mətnin qarala-
mada tərcüməsi; 3) mətnin tam redaktəsi; 4) başlıq tərcüməsi.
İzahedici tərcümə –
tərcümə olunan söz, yaxud söz birləşmə-
sinin mənasının sərbəst şəkildə verilməsi (tərcüməsi). Müqayisə et:
anlayışın məntiqi inkişafı.
İzafi informasiya –
uyğunsuzluqlar informasiyası nəzəriyyə-
sində tərcümə mətninin müqayisəli öyrənilməsində bölünən və tər-
cümə mətinində olan və ilkin mətndə olmayan məlumatlar.
J
Janr norması
– Janrın norması, yaxud konvensiyasında fərq-
lər bir dil, bir mədəniyyət çərçivəsindən kənara çıxdıqda daha aydın
görünür. Hər şeydən əvvəl, bu fərqlər janrın öz nomenklaturası ilə
bağlıdır. Hər hansı yazılı mədəniyyətdə (yazı, nağıl, məqalə) möv-
cud olan ümumi janrlarla yanaşı, elə janrlar da vardır ki, (məsələn,
40
sovet, yuqoslav, hindu və s.) onlar bir neçə mədəniyyətdə ya-
yılmışdır və, nəhayət, elə janrlar da vardır ki, onlar bir mədəniyyət
üçün (məsələn, Yaponiyada «hayku» poetik janrı) spesifikdir.
janrların konvensiyası tarixi variativliklə xarakterizə olunur (mə-
sələn, orta əsrlər elmi əsərlərinin (divan) şeir forması.
Janr yerdəyişməsi –
mətnin bir xüsusi ədəbi janr kimi konsti-
tutiv əlamətlərinin dəyişməsi zamanı gedən tematik yerdəyişmə nə-
ticəsi. Janr yerdəyişməsi, adətən, makroüslubi sahədə gedir və onu
digər yerdəyişmədə tərcümə səviyyəsində mikroüslubi yerdəyişmə
başa çatdırır. Janr yerdəyişməsi üçün tərcümə versiyasının müxtəlif
tipləri xarakterikdir.
K
Kalambur –
danışıqda müəyyən məqsədlə eyni sözün müxtə-
lif mənalarının qarşılaşmasından və ya səs tərkibinə görə yaxın söz-
lərin sıralanmasından ibarət söz oyunu.
Kalka
– başqa dilə məxsus söz və ya ifadələrin sırf hərfi tər-
cüməsindən yaranan tərcümə.
Kalkalaşdırma –
kalkalaşdırma zamanı əcnəbi dilə məxsus
söz və ifadənin mənası və strukturu əxz edilir. Bu da başqa dillərin
və ya dilin leksik-semantik, leksik-semantik modellərinin əxz edil-
məsi yolu ilə sözlərin yaranması və ya dilə yeni sintaktik quruluş
qaydalarının daxil edilməsidir.
Kalkalaşmayan situasiya (vəziyyət) –
Morfoloji, sintaktik və
semantik səviyyələrdə qarşılışdırılan bir, yaxud bir neçə elementlər
seqmenti kimi xarakterizə olunan tərcümə situasiyası. Hətta
müxtəlif mənalılıq köməkçi əlavə qənaətedici proqramlar və
sözbəsöz tərcümə belə müsbət nəticələrə gətirib çıxarmır. Məsələn,
no traffic- zona boşdur; surface windl- yer üzərində külək; terminal
weather- enmə məntəqəsində hava. Buraya həm də söz birləşmə-
lərinin tək bir sözlə qarşılaşması kimi hallar da aiddir. Məsələn, low
pressure area- siklon; drifling snow- çovğun. Mühəndis dilçiliyi