Microsoft Word Qezenfer pashayev net son doc



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə11/72
tarix21.07.2018
ölçüsü1,43 Mb.
#57453
1   ...   7   8   9   10   11   12   13   14   ...   72

  B i b l i o q r a f i y a      
 
43
 
- Sentyabr ayında Alma-Atada Ümum-
ittifaq Türkoloji qurultayda İraq-Türkman 
ləhcəsinə dair məruzə ilə çıxış etmişdir. 
 
1976-1978 - 
M.F.Axundov adına Pedaqoji İnstitutda 
Fakültə рartiya təşkilatı katibi olmuşdur. 
 
1976-1982 - 
Ali Təhsil Nazirliyi nəzdində  Qərbi 
Avropa Dilləri üzrə Elmi-Metodiki Şura-
nın elmi katibi olmuşdur. 
 
1978-1983 - 
M.F.Axundov adına Pedaqoji İnstitutda 
Partiya Komitəsində ideoloji və  tədris 
işləri üzrə Partiya Komitəsinin katibinin 
müavini olmuşdur. 
 
1980 - 
Azərbaycan SSR və Azərbaycan KP-nin 
60 illiyi və May bayramı münasibətilə 
keçirilən tədbirlərin hazırlanmasında və 
keçirilməsində  fəal iştirakına görə Xarici 
dillər kafedrasının müdiri, PK katibinin 
müavini Q.Paşayev rektorluq və yerli 
komitə  tərəfindən Fəxri Fərmanla təltif 
edilmişdir. 
 
 
- 30 mayda SSRİ Ali və Orta İxtisas 
Təhsili Nazirliyinin Təşəkkürnaməsini 
almışdır. 
 
1982 
- 9 martda institutda aparılan mülki 
müdafiə  tədbirlərinin həyata keçirilməsi-
nə görə Fəxri Fərmanla təltif olunmuşdur. 
 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
44 
 
- 28 apreldə orta məktəblər üçün müəllim 
kadrlarının hazırlanmasında apardığı 
uzunillik səmərəli fəaliyyətinə görə SSRİ 
Maarif Nazirliyi tərəfindən Fəxri Fərman-
la təltif edilmişdir. 
 
 
-  İyunda Daşkənddə konfransda məruzə 
ilə çıxış etmişdir. 
 
1983 - ABŞ-ın Arizona Universitetinin uzun-
müddətli ixtisasartırma kursunun dinləyi-
cisi olmuşdur. 
 
1984 - Azərbaycan Aşıqlar Birliyinin və Birli-
yin İdarə Heyətinin üzvü seçilmişdir. 
 
1985 
- Sosializm yarışının qalibi olduğuna görə 
institutun Fəxri Fərmanı ilə təltif edilmişdir. 
 
1987 - 
Anadan olmasının 50 illik yubiliyi 
keçirilmişdir. 
 
1988 - 
8 iyul - 6 avqust aylarında Oksford Uni-
versitetinin Sovet müəllimlərinin ixtisas-
artırma kurslarında rəhbər olmuş, ixtisas-
artırma kurslarını bitirmiş  və diplom 
almışdır. 
 
1989 - 
Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə 
və Ayaz Vəfalının zəmanəti ilə SSRİ  və 
Azərbaycan Yazıçılar Birliyinin üzvlü-
yünə qəbul edilmişdir. 
 


  B i b l i o q r a f i y a      
 
45
1989-1999 - 
Azərbaycan Dövlət Universitetinin 
(indiki Bakı Dövlət Universiteti) Qərbi 
Avropa dilləri kafedrasının dosenti, 1995-
ci ildən professoru olmuşdur. 
 
1990-2003 - 
Azərbaycan-İraq Dostluq Cəmiyyətinin 
sədr müavini vəzifəsində işləmişdir. 
 
1993 - 
13 fevralda “İraq-türkman folkloru” 
mövzusunda doktorluq dissertasiyası mü-
dafiə edərək filologiya elmləri doktoru 
alimlik dərəcəsi almışdır. 
 
1994 - 
Sentyabr və noyabr aylarında Füzulinin 
anadan olmasının 500 illk yubileyi ilə əla-
qədar Azərbaycan nümayəndə heyətinin 
tərkibində  İraqda və Türkiyədə olmuş, 
“Füzuli və XVI əsr Bağdad ədəbi mühiti” 
adlı məruzə ilə çıxış etmişdir. 
 
 - 
Hal-hazırkı dövrə qədər AMEA-nin Ni-
zami adına  Ədəbiyyat  İnstitutunda 
fəaliyyət göstərən  Dissertasiya Şurasının 
üzvüdür. 
 
1995 
- Humanitar fakültələr üçün Qərbi 
Avropa dilləri kafedrası üzrə professor 
elmi dərəcəsi almışdır. 
 
 - 
Ədəbiyyat üzrə ixtisaslaşdırılmış Dok-
torluq Müdafiə Şurasının üzvüdür. 
 
 
- “Ədəbiyyat qəzeti”nin, sonralar “Folklor 
və etnoqrafiya”, “Filologiya məsələləri”, 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
46 
“Folklorşünaslıq məsələləri”, “Kəlam”, 
“Ozan dünyası” və “Yada düşdü” jurnalla-
rının redaksiya heyətinin üzvüdür. 
 
 - 
İndiyə kimi Nizami adına  Ədəbiyyat 
İnstitutu nəzdində  fəaliyyət göstərən 
Müdafiə Şurasının üzvüdür. 
 
1996 
- “Altı il Dəclə-Fərat sahillərində” kitabı 
Əbdüllətif Bəndəroğlunun tərcüməsində 
ərəbcə çap olunmuşdur. 
 
 
 - Amerikada “Füzuli” adlı məqaləsi “Re-
forma” jurnalının ikinci sayında çapdan 
çıxmışdır. 
 
1997 - 
Anadan olmasının 60 illik yubiliyi keçi-
rilmişdir. 
 
 
- 10 oktyabrda Mədəniyyət işçiləri müs-
təqil Həmkarlar  İttifaqı Azərbaycan Res-
publikası komitəsi adından 60 illik yubi-
leyi münasibətilə  Fəxri Fərmanla təltif 
edilmişdir. 
 
 
-İndiyə  qədər Qafqaz Müsəlmanları  İda-
rəsinin nəzdində fəaliyyət göstərən Elmi-
Dini şuranın üzvüdür. 
 
1997-2006 - 
AMEA-nın Nizami adına  Ədəbiyyat 
İnstitutu nəzdində fəaliyyət göstərən Ədə-
biyyat üzrə ixtisaslaşdırılmış Doktorluq 
Müdafiə Şurasının həmsədri olmuşdur. 


  B i b l i o q r a f i y a      
 
47
1999 - 
“İraq-türkman folkloru” monoqrafiyası-
na görə Kərkük Vəqfinin yüksək diplomu 
ilə təltif edilmişdir. 
 
2001 - 31 dekabrda “Qızıl Qələm” mükafatı 
laureatı adına layiq görülmüşdür. 
 
  
-  Ümumtürk  ədəbiyyatına göstərdiyi xid-
mətlərinə görə Dünya Gənc Türk Yazıçı-
ları Birliyi tərəfindən “Türk dünyası  mə-
dəniyyətinə göstərdiyi xidmətinə görə” 
diplom və medalla təltif edilmişdir. 
 
2001-2005 
-  Azərbaycan Milli Elmlər Akademiyası 
Nizami adına Azərbaycan  Ədəbiyyatı 
Muzeyində Beynəlxalq əlaqələr şöbəsinin 
müdiri işləmişdir. 
 
2003 - 
Nizami adına  Ədəbiyyat  İnstitutunda 
baş elmi işçi kimi fəaliyyət göstərir. 
 
  
-  İraq-Türkman cəbhəsinin yüksək diplo-
mu və ödülünə layiq görülmüşdür. 
 
2004 - Yazıçılar Birliyinin Təftiş Komissiyası-
nın sədridir. 
 
 
- 26 mayda 2003-cü ilin “Elmi kitab” no-
minasiyası üzrə “Kərkük folkloru”na görə 
qalib gələrək diploma layiq görülmüşdür. 
 
 
- 25 mayda 2004-cü ilin “Elmi kitab” 
nominasiyası üzrə  “İraq-Türkman ləhcə-
si” kitabına görə ilin qalibi olaraq diplom 
almışdır. 
 Qəzənfər Məhəmməd oğlu Paşayev 
 
48 
2006 - 
1-3 noyabrda AMEA Folklor İnstitutun-
da “Ortaq Türk keçmişindən Ortaq Türk 
gələcəyinə” IV Uluslararası Folklor kon-
fransında məruzə ilə çıxış etmişdir. 
 
2007 - Noyabr ayında Azərbaycan mədəniyyəti 
günləri ilə  əlaqədar Azərbaycan nüma-
yəndə heyətinin tərkibində  Səudiyyə 
Ərəbistanında olmuş, “Azərbaycan-Səu-
diyyə  ədəbi  əlaqələrinə dair” Ər-Riyad, 
Dəmmam və Ciddə şəhərlərində yazıçılar 
və ziyalılar qarşısında məruzə etmişdir. 
 
 
- Anadan olmasının 70 illik yubileyi keçi-
rilmişdir. 
 
 
-  Səudiyyə  Mədəniyyət Nazirliyinin və 
Yazarlar qrupunun yüksək ödülünə layiq 
görülmüşdür. 
 
2008 
- 28-29 apreldə Türkiyənin Kayseri 
şəhərində “Uluslararası Çağdaş  İrak 
Türkmen Türkcesi ve Edebiyatı Bilgi 
Şöleni”ndə  iştirakına görə Türk Dil 
Kurumu prof. Dr. Şükrü Haluk və FEN 
Edebiyyat Fakültesinin dekanı, prof. Dr. 
Mustafa Argunşah tərəfindən ödüllə təltif 
edilmişdir.  
 
 - 
19 
mayda 
ədəbi yaradıcılığına görə 
Beynəlxalq “Rəsul Rza” mükafatına layiq 
görülmüşdür. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə