ƏL İ H ƏS ƏNOV
52
kənin milli inkişafının üçüncü əsas şərtini
- vahid lider tələbini
təmin etdi.
Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkənin milli
inkişafının yeni -
ikinci mərhələsi başlandı. Tədqiqatçıların
fikrinə görə, bu mərhələdə Azərbaycanın milli inkişaf siyasə-
tinin, gələcək ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi
inkişafının əsası qoyuldu, daxili və xarici siyasətinin məqsəd
və vəzifələri, prinsip və xüsusiyyətləri, əsas istiqamətləri və
prioritetləri müəyyən edildi.
37
Heydər Əliyevin Azərbaycanın gələcək müstəqil milli in-
kişafı ilə bağlı siyasi dünyagörüşü və konseptual yanaşması ilk
dəfə hələ SSRİ dağılmamışdan qabaq - 1991-ci ilin əvvəllərin-
də Azərbaycan parlamentinin tribunasından səsləndirdiyi fikir-
lərdə öz əksini tapmışdır. Azərbaycanın yeni şəraitdəki inkişafı
ilə bağlı onun həmin dövrdə parlament
müzakirələrində səslən-
dirdiyi fikirlər, təklif və mülahizələr, mütəxəssislərin fikrincə,
müstəqilliyə doğru uzanan yolda rastlaşılan yeganə rasional,
praqmatik və uzaqgörən fəaliyyət nümunəsi idi.
38
Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin milli
inkişafı ilə bağlı praktiki addımları - ictimai-siyasi,
sosial-
iqtisadi, mədəni-mənəvi inkişafının məqsəd və vəzifələrinin
müəyyən edilməsi, ölkə həyatının bütün sahələrində keçmiş so-
sialist normalarından imtina edilməsi və yeni prinsiplərə söy-
kənən dövlət quruculuğu
proseslərini həyata keçirməsi, milli
dövlətin əsas atributlarının yaradılması və s. də SSRİ-nin
dağılmasından bir qədər əvvəl, 1991-cü ilin sentyabr ayında
Naxçıvan MR Ali Məclisinə sədr seçilməsi ilə başlamış və
37
Bax: Mehdiyev R.Ə. Vətəndaş cəmiyyətinə yol açan ideyalar. Bakı, 2006.
38
Bax: Mehdiyev R.Ə. Yeni siyasət: İnkişafa doğru. l kitab, Bakı, 2008.
s.28-29
AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ
TƏHLÜKƏSİZLİK SİYASƏTİNIN ƏSASLARI
53
1993-cü ildənsə Azərbaycan Respublikasının Prezidenti kimi
davam etdirilmişdir.
Müstəqil Azərbaycan dövlətinin sükanı arxasına keçəndən
sonra Heydər Əliyev ölkənin milli ruhlu, qlobal düşüncəli və
dövlət təfəkkürlü vətəndaşlarını, bütün sağlam qüvvələri öz
ətrafına toplayaraq, dövlətin gələcək iqtisadi, ictimai-siyasi və
sosial-mənəvi inkişafının
prinsiplərini, məqsəd və vəzifələrini
müəyyənləşdirdi, onun keçmiş sosialist ictimai-siyasi və iqti-
sadi sistemindən yeni hüquqi dövlət quruluşuna, azad bazar
iqtisadiyyatı və çoxmülkiyyətli iqtisadiyyata, demokratik nor-
malara və siyasi plüralizmə əsaslanan vətəndaş cəmiyyəti mo-
delinə keçidinin konseptual əsaslarını yaratdı və 1995-ci ildə
qəbul olunmuş ölkə Konstitusiyasına daxil etdi.
Heydər Əliyevin milli inkişaf siyasətinin xarakterik əla-
mətlərindən biri də, onun bütün milli resursları, maddi və mə-
nəvi sərvətləri səfərbər edərək, ölkənin ümumi iqtisadi inkişa-
fına yönəlməsi taktikasında idi.
Bu məqsədlə, Heydər Əliyev
1994-cü ildə dünyanın aparıcı ölkələrini təmsil edən transmilli
neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı
neft və qaz resurslarının birgə işlənməsi və sərbəst yollarla
dünya bazarlarına ixrac edilməsini hədəfləyən “Əsrin müqa-
viləsi”ni imzalamağa nail oldu. Bu müqavilə Azərbaycanın ye-
ni neft strategiyasının əsasında dayanaraq, bir tərəfdən, ölkənin
milli inkişafı üçün lazımi maddi resursların əldə edilməsi və
istifadəsi yollarını müəyyənləşdirdi, digər tərəfdənsə onun bey-
nəlxalq aləm üçün geosiyasi və geoiqtisadi əhəmiyyətini artı-
raraq, dünyaya inteqrasiyasını şərtləndirdi. “Əsrin müqavilə-
si”ndən başlayaraq, Azərbaycan transmilli dünyanın və qlobal
dünya iqtisadiyyatının bir hissəsinə çevrildi,
ölkənin inkişaf
etdirilməsi, bazar iqtisadiyyatı mexanizmlərinin formalaşdırıl-
ması, sahibkarlığın və özəl sektorun yaranması, fəal sosial si-
ƏL İ H ƏS ƏNOV
54
yasətin yürüdülməsi üçün həm daxildə, həm də xaricdə əlve-
rişli şərait yarandı. Azərbaycan dövləti və vətəndaşları, icti-
mai-siyasi və iqtisadi institutlar dünya ölkələrinin iqtisadi, ma-
liyyə və texnoloji imkanlarından istifadə etmək imkanı qa-
zandılar.
Heydər Əliyevin milli inkişaf siyasətinin əsasında hüquqi
dövlət, demokratik inkişaf və siyasi plüralizmə əsaslanan cə-
miyyətin yaradılması dayanırdı. Bu istiqamətdə 1993-cü ildən
həyata keçirilən tədbirlər, atılan ən mühüm addımlar – milli
qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması,
azad, plüralist cəmiyyət quruculuğu, qeyri-hökumət struktur-
larının və müstəqil mətbuatın yaradılması ilə bağlı görülən
çoxsaylı işlər, 1995-ci ildə demokratik normaları özündə əks
etdirən yeni Konstitusiyanın qəbulu, çoxpartiyalı sistemin bər-
qərar olması, onun əsasında ilk parlament seçkilərinin keçiril-
məsi və demokratik parlamentin yaradılması, mətbuat və infor-
masiya üzərindən bütün dövlət
tənzimləyici mexanizmlərinin
yığışdırılması
və senzuranın ləğvi və s. həm milli inkişafı sü-
rətləndirdi, həm də ölkənin dünyadakı demokratik imicini for-
malaşdıraraq, beynəlxalq ictimaiyyəti onunla daha geniş əmək-
daşlığa ruhlandırdı. Bir neçə il ərzində hüquqi dövlət quruculu-
ğu istiqamətdə reallaşdırılan məqsədyönlü siyasət ölkənin
ictimai-siyasi, iqtisadi, mənəvi-ideoloji və sosial həyatını kö-
kündən dəyişdi, vətəndaş cəmiyyəti institutlarının yaradılması
və inkişafına təkan verdi, ölkədaxili münasibətləri Avropa
standartlarına uyğunlaşdırdı ki, bu da 2001-ci ildə Azərbayca-
nın Avropa Şurasına daxil olması, Avropa Birliyi ilə tərəfdaş-
lıq münasibətləri yaratması, dünyanın demokratik təsisatlarına
inteqrasiyası və s. ilə nəticələndi.
Heydər Əliyevin milli inkişaf siyasətində ədalətli cəmiy-
yət və sosial yönümlü dövlət, ölkə vətəndaşlarının sosial-
AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ
TƏHLÜKƏSİZLİK SİYASƏTİNIN ƏSASLARI
55
iqtisadi və mənəvi tələblərinin dolğun təminatı, sosial rifahının
yaxşılaşdırılması, mövcud maddi resursların ölkə daxilində
insan potensialının inkişafına yönəldilməsi prinsipi də mühüm
yer tuturdu. Sosialyönümlülük, ümumiyyətlə, onun həyatı bo-
yu yürütdüyü siyasətdə daimi prinsip olmuş, rəhbərlik etdiyi
dövlətin imkanları əhalinin rifah halının yaxşılaşdırılmasına
xidmət etmişdir. Bununla bağlı, Heydər Əliyev vurğulayırdı ki,
“xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”.
39
Məhz
Heydər Əliyevin təməlini qoyduğu fəal sosial siyasətin nəticə-
sidir ki, 20 ildə ölkədə yoxsulluğun səviyyəsi dəfələrlə aşağı
salınmış, əhalinin pul gəlirləri və həyat səviyyəsi dayanmadan
yüksəlmiş, sosial-iqtisadi vəziyyəti yaxşılaşmışdır.
Heydər Əliyevin milli inkişaf siyasəti Azərbaycanın Cə-
nubi Qafqaz və Xəzər hövzəsi, Avrasiya bölgəsi və dünyadakı
regional və beynəlxalq addımlarını, mövqelərini,
onun dünya
birliyinə inteqrasiyasının prinsipial xəttini, əsas məqamlarını
dəqiq müəyyən etmişdir. Onun beynəlxalq və regional xarici
siyasət kursu Azərbaycanın geosiyasi maraqlarına müvafiq
olaraq, həm region ölkələri ilə, həm də dünya dövlətləri ilə
münasibətlərin praqmatik, ölçülüb-biçilmiş, düşünülmüş və
balanslı siyasi strategiyasını formalaşdırmışdır. Xüsusən, Azər-
baycanın malik olduğu enerji resurslarının, Qərblə Şərqi birləş-
dirən nəqliyyat-kommunikasiya imkanlarının və digər geosi-
yasi əhəmiyyətli üstünlüklərinin istifadəsində Heydər Əliyevin
yürütdüyü prinsipial kurs, tətbiq etdiyi optimal yanaşma dünya
dövlətləri içərisində Azərbaycanın
güclü milli və regional fak-
tora çevrilməsini, beynəlxalq aləmlə uğurlu inteqrasiyasını və
əksər geosiyasi aktorlarla qarşılıqlı-faydalı əməkdaşlığını şərt-
39
Bax: Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, mək-
tublar, müsahibələr. I-XXXXVI kitablar. Bakı: Azərnəşr, 1997-2015-ci illər.