4
• nkişaf etməkdə olan və keçid iqtisadiyyatı ölkələrin sosial-iqtisadi inkişafında
beynəlxalq maliyyə qurumlarının rolunu araşdırmaq;
• Azərbaycanın BVF ilə əməkdaşlığı: valyuta-kredit əlaqələrinin həcmi,
dinamikası və təhlilini vermək;
• Dünya Bankı tərəfindən layihələr çərçivəsində Azərbaycana yatırılan
xarici investisiyaların və ayrılan kreditlərin həcmi, dinamikası və təhlili
vermək;
• Azərbaycanın valyuta siyasəti və BVF ilə əməkdaşlığının genişləndirilməsi
istiqamətlərini tədqiq etmək və təkliflər vermək;
• Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının genişlədirilməsi istiqamətləri
tədqiq etmək və təkliflər vermək.
Tə
dqiqatın obyekti və
predmeti. Tədqiqatın obyektini
Beynəlxalq
Valyuta
Fondunun
və
Dünya
Bankının
dünya
iqtisadiyyatında rolu və mövqeyi, onların təşkilatı quruluşu, fəaliyyət
dairəsi və iş prinsipi, predmetini isə bu təşkilatların Azərbaycan ilə
qarşılıqlı əməkdaşlığı və onun genişləndirilməsi istiqamətləri təşkil edir.
Tədqiqatın informasiya bazasını Azərbaycan Dövlət Statistika
Komitəsinin,
qtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycanda
Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının nümayəndəliyinin,
BMT-nin ixtisaslandırılmış maliyyə qurumlarının illik hesabatları,
monoqrafiya,
jurnallar və
“ nternet” şəbəkəsindən informasiya
məlumatlardan ibarətdir.
Tə
dqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:
-
qloballaşma şəraitində BVF-nun və Dünya Bankının konkret
fəaliyyəti, onların dünya iqtisadiyyatına təsiri və ilk növbədə inkişafda
olan ölkələrin sosial-iqtisadi problemlərinin həllində bu beynəlxalq
maliyyə qurumlarının rolu öyrənilmişdir;
-
Dünya Bankının Azərbaycanda həyata keçirdiyi layihələrinin
iqtisadi səmərəliliyi qiymətləndirilmişdir;
5
-
Azərbaycanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə
qarşılıqlı əməkdaşlığının inkişaf strategiyası göstərilmişdir.
Tə
dqiqatın praktiki ə
hə
miyyə
ti ondan ibarətdir ki, onun əsas
müddəaları, nəticələr və irəli sürülən təkliflər dövlət proqramların
həyata keçirilməsində, o cümlədən yoxsulluğun azaldılması və davamlı
inkişaf, infrastruktur layihələrdə dövlət orqanları üçün əhəmiyyətli ola
bilər. Bununla yanaşı ali məktəblərdə “Beynəlxalq iqtisadi təşkilatlar”
kursunun tədrisində dissertasiya materialları istifadə oluna bilər.
6
I Fəsil. Qloballaşma şəraitində Beynəlxalq maliyyə qurumlarının dünya
iqtisadiyyatında rolu və
mövqeyi
1.1. Beynə
lxalq Valyuta Fondunun yaranması , mə
qsə
di
və
funksiyaları.
Beynəlxalq Valyuta Fondunun (BVF) yaranma kökləri hələ 1929-1932-ci illərdə
bütün dünyanı bürümüş olan dərin iqtisadi böhranlar dövrünə gedib çıxır. qtisadi
ə
dəbiyyatlarda o dövrü “böyük depressiya” dövrü adlandırırlar. Bu dövrə aid olan
yazılardan və şəkillərdən aydın olur ki, göstərilən dövrdə iqtisadiyyatın bütün
sahələrində böyük dağıntılar baş vermişdir. Yəni, kənd təsərrüfatı məhsulları və
torpaq dəyərindən dəfələrlə ucuz satılır, heyvandarlıq ziyanla işləyir, minlərlə bank
müflisləşir, bütün sahələrdə işsizlik baş alıb gedir, zavodlar işləmirdi. Bir sözlə,
iqtisadiyyatın bütün sahələri “iflic” vəziyyətinə düşmüşdü. Bu vəziyyət eyni zamanda
özünü beynəlxalq pul-kredit bazarında da göstərirdi. Kağız pullara qarşı inamsızlıq
dünyada qızıla təlabatı şiddətli dərəcədə artırdı. Bir sıra ölkələr, o cümlədən,
Birləşmiş Krallıq qızıl standartlarından yəni, valyuta dəyərinin qızılla təyin edilməsi
prosesindən məcburi surətdə imtina etməli oldu. Hansı ki, bu qanun uzun müddət idi
ki, pulun dəyərinin sabit saxlanmasına qulluq edirdi. Buna görə də qızıl
standartlarından imtina edən ölkələr qızıl standartlarını qəbul edən ölkələr arasında
valyuta mübadiləsi məsələsi çətinləşdi. Ölkələr kağız pulun dəyərində qızıl ödəmələri
olduqları üçün qızıl və pul ehtiyatları yığmağa başladılar. Kağız pulun dövriyyəyə
buraxılması azaldıldı. Bu da iş yerlərinin azalmasına səbəb oldu. Həyat səviyyəsi
kəskin şəkildə aşağı düşdü. Bəzi ölkələr milli pulun xarici pula dəyişdirilməsinə
qadağa qoydular və barter mübadiləsini tətbiq etməyə başladılar. Bir qism ölkələr isə
öz milli valyutalarını dəyərlərindən aşağı qiymətə xarici alıcılara satmaqla öz kənd
təsərrüfatı məhsullarını əslində çox ucuz qiymətə satdılar. Bununla da onlar digər
ölkələrin ticarət əlaqələrini pozurdular. Yəni rəqabət devalivasiyası yaradırdılar. Bu
da rəqiblər tərəfindən eyni qayda ilə cavablandırılırdı. Məhsulun dəyəri ilə pulun
nisbəti pozulurdu və beləliklə, bütün bunlar nəticə etibarilə dünya iqtisadiyyatının