35
yanaşma məsələlərində dəstək olmaq üçün konflikdən sonrakı bərpa Fondu (KSBF)
təsis edilmişdir. Qeyd edək ki, Bankın kreditlərinin 16%-i konfliktlərin nəticələrinin
aradan qaldırılmasına yönəldilir. 2004-cü maliyyə ilində DB özünün KSBF fondu
vasitəsilə konfliktdən əziyyət çəkən ölkələrə 10.6 mln ABŞ dolları həcmində yardım
ayırmışdır. 1998-ci ildən bəri Fond ümumi dəyəri 66.7 mln ABŞ dolları həcmində
olan 137 qrant ayırmışdır. Yardımın əsas hissəsi Afrika regionuna yönəldilir.
Liberiya , Sudan , Somali və Haiti kimi konflikdən əziyyət çəkən ölkələr üçün ümumi
dəyəri 25 mln ABŞ dolları həcmində olan trast fond yaradılmışdır.
Son olaraq həyata keçirilən ən iri layihələr:
• Filippin: Mindanaonun bərpası və inkişafı fondu. Bu qrant hökumətin Banka
müraciətindən sonra yaradılmışdır və digər donorlardan 40-50 mln ABŞ dolları
həcmində vəsaitin cəlb olunması gözlənilir.
• Kolumbiyada məcburi köçürülmüş əhaliyə yardım.
• KSBF raqda dul qalmış və bu yaxınlarda müharibədən əziyyət çəkmiş
qadınların mikrokreditləşdirilməsi üçün qrant ayırmışdır.
1
Digər iri layihələr aşağıdakılardır: Əfqanıstanda: darəetmə orqanlarının
dəstəklənməsi (10 mln ABŞ dolları); cmaların hüquqlarının və imkanlarının
artırılması (42 mln ABŞ dolları);Təhsil (15 mln ABŞ dolları); nfrastuktur (33 mln
ABŞ dolları); Nəqliyyat (108 mln ABŞ dolları). Bu layihələr həcmi 150 mln ABŞ
dolları olan yenidənqurma fondunun fəaliyyətini tamamlamaq üçün həyata keçirilir.
Dünya Bankı hər il inkişafa kömək məqsədi ilə 20 mlrd ABŞ dolları dəyərində
öhdəlik qəbul edən ən iri təşkilatdır. Dünya Bankı yalnız “donor” kimi deyil, eyni
zamanda dünya iqtisadiyyatının inkişafına “kordinasiya” kimi dəyərində çıxış edir.
Yəni şəxsi, hökumət və qeyri-hökumət təşkilatları ilə ehtiyyatların istifadə
olunmasında, cari inkişaf proqramlarının müdafiə olunmasında böyük rol oynayır.
Dünya Bankının Azərbaycanda sosial xidmətlərin effektivliyinin artırılmasında,
ə
traf mühitin qorunmasında, iqtisadi artımın əsaslarının yaradılmasında xidmətləri
xüsusilə vurğulamaq lazımdır. Bu günə kimi Dünya Bankının əsas məqsədi ölkənin
1
www.worldbank.org
36
keçid dövründə onun iqtisadi sosial - inkişafı siyasəti ilə əlaqədar həm investisiya
axınını, həm də dövlət büdcəsinin maliyyələşdirilməsi üzrə tövsiyyələr vermək və bu
cür yardımın koordinasiyasını aparmaqdan ibarət olub. Xüsusilə Dünya Bankı neft
ehtiyyatlarını idarə etmək üçün dövlətin təşkilati bacarığını gücləndirmək və siyasi
xətdəki dəyişiklikləri qısa və dürüst ifadə etməklə islahatı tezləşdirmək məqsədilə
hökumətlə işləyir. Bank layihələri maliyyələşdirir, analitik tədqiqatlar aparır və
ölkəyə tövsiyyələr verir. DB-nın Azərbaycanda layihələşdirdiyi bütün layihələr
ölkənin ümumi inkişaf strategiyasının ayrılmaz hissəsini təşkil edir. Əsas məqsəd
Azərbaycan əhalisinin rifahının artırılmasıdır. Baxmayaraq ki, Azərbaycan ÜMM-
nun əsas hissəsi neft sektorunun payına düşür, burada yalnız əhalinin 1%-i çalışır.
Ə
gər nəzərə alsaq ki, əhalinin yarısı Kənd Təsərrüfatı ilə məşğuldur, yoxsulluğun
azaldılması üçün Azərbaycanın regionlarında biznes aktivliyinin və iqtisadi inkişafın
stimullaşdırılmasına ehtiyac var. Dünya Bankı Azərbaycan hökumətinə əhalinin
məşğulluğu sahəsində yardım edir, xüsusilə özəl sektorun inkişafı üçün nəzərdə
tutlmuş layihələr maliyyələşdirilir, maliyyə sahəsində islahatlar dəstəklənir və
regionlarda infrastrukturun yaradılması sahəsində işlər görülür.
qtisadiyyatın möhkəmləndirilməsinə, yoxsulluğun azaldılmasına və həyat
səviyyəsinin yüksəldilməsinə cəhdlər o zaman uğurlu ola bilər ki, təhsilə lazimi
diqqət yetirilsin. Azərbaycanda Dünya Bankı tərəfindən maliyyələşdirilən pilot
layihəsi çərçivəsində hökumətə təhsil sistemində islahatlar keçirilməsi sahəsində
kömək göstərilir. DB-nın maliyyə resursları həmçinin, müəllimlərin hazırlanmasına,
yeni dərsliklərin hazırlanmasına və yeni dərs proqramlarının tərtib olunmasına
yönəldilir.
Dünya Bankı Azərbaycana ətraf mühitin qorunması işlərində yardım göstərir.
Xüsusilə Xəzər dənizində nərə balıqlarının qorunması, çirklənmiş rayonların
təmizlənməsi və zərərli maddələrin təhlükəsiz yerlərə yerləşdirilməsi və s. sahədə
işlər görülür.
nfrastruktur və əsas xidmətlər inkişafın təməl daşlarıdır. DB-nın
maliyyələşdirdiyi layihələrdən biri çərçivəsində Abşeron yarmadasında su təchizatı