12
şə
raiti qabaqlayır. Bu da ideyaların daima təcrübədən öndə
olmasını şərtləndirir. İdeyalar ideallığa söykəndiyindən yerinə
yetirilən zaman heç də tam tələbata cavab verməyə bilər.
Azərbaycan
dövlətinin
gələcək
inkişafı
müəyyən
zamanlarda
yeni-yeni
ideyaların
üzə
çıxması
və
reallaşmasından sıx surətdə bağlıdır. Yeni ideyalar, fərqli
mövqe və təkliflər, rəngarəng düşüncələr cəmiyyətin kompleks
inkişafını şərtləndirən başlıca istiqamətlərdir. Onu da nəzərə
almaq lazımdır ki, yeni-yeni ideyalar daha çox inkişaf etmək
yolunda olan dövlətlərə və cəmiyyətlərə xas olmalıdır. Burada
ideyalar və onların zaman-zaman reallaşması bir növ
tənzimləyici vasitələr kimi çıxış edə bilər. Yeni ideyaların
reallaşması sayəsində meydana gələn baza vasitələr öz üzərinə
yeni ideyalar əlavə edərək yeniliklərin təzahür etməsinə səbəb
olur.
Azərbaycan yeni yaranmış dövlət olduğundan, eyni
zamanda Şərqlə Qərbin rastlaşdığı, Qərb-Şərq mədəniyyət
yolunun “karvansaraları”ndan biri kimi əhəmiyyət kəsb
etdiyindən, dünyanın müxtəlif dini fəlsəfələrinin qovuşduğu,
ahənglik təşkil etdiyi bir məkanda yerləşdiyindən bu dövlətin
sürətlə inkişafı və coğrafi cəhətlər üzrə inteqrasiyası vacib
amilə çevrilir. Bununla yanaşı, Azərbaycana daxil olan yeni
cərəyanların tənzimlənməsi və bu cərəyanların qarşılaşan
zaman qovuşmasını yüksək səviyyədə təmin etmək məqsədilə
daima yeni ideyaların irəli sürülməsi zamanın tələbidir.
Bununla bərabər, Azərbaycanın özünün də milli əsaslarla
sürətlə inkişaf etmək zərurəti onu tələb edir ki, cəmiyyətdə
silsilə şəklində və tarazlaşdırılmış qaydada inkişafı təmin
etmək üçün yeni-yeni ideyalar üzə çıxsın, zaman və inkişaf
baxımından uzlaşdırılaraq reallaşdırılsın. İnkişaf zənciri öz-
özlüyündə ideyalar zənciri ilə bağlı olur və yeni ideyaların üzə
çıxmasını şərtləndirir.
13
İ
deyalar bir çox sahələri əhatə etməli və öz məzmununa
görə obyektin mahiyyətini əks etdirməli, məntiqi əsaslara
söykənməli və bu baxımdan reallıq nəzərə alınmalıdır
İ
deyaların zaman-zaman reallaşması üçün dövlət ilk addım
olaraq müvafiq normativ aktlar qəbul edə bilər. Bu normativ
aktlar digər normativ aktlarla ziddiyyət təşkil edərsə, onda
ə
vvəlki normalarda dəyişiklik etmək olar. Dövlətin zaman və
şə
raitə uyğun olaraq tənzimləmə funksiyasının və islahatçı
mövqeyinin və siyasətinin mahiyyətində bu amil də dayanır.
Dövlətdə meydana gələn ideyalar qanunvericilik aktlarında,
rəsmi çıxışlarda və bəyanatlarda, proqramlarda təkmil formada
öz əksini tapır.
Hər bir ideya özündə təklif və mövqeyi cəmləşdirir. Bu,
ideyanın nəzəri quruluşundan asılıdır. İdeyaların verilməsinin
izahı, mövcud şəraitin təhlili, gələcək əsasların qeyd edilməsi
mövqe, bundan irəli gələn yeni fikirlər, istiqamətlər isə
təkliflərdir.
İ
deyalar özündə zaman, məkan və şərait amilini birləşdirir.
İ
deyaların verilməsi məhz bu kateqoriyalara söykənir. Ola bilər
ki, zaman bir qədər şəraiti üstələsin. İdeyalar öz zamanına görə
irəlicədən bildirilə bilər, lakin reallaşması üçün münasib şərait
yetişməyə bilər. Bu halda şəraiti ideyaların nəzəri məzmununa
doğru yaxınlaşdırmaq, şəraiti yetişdirmək tələb olunur.
İ
deyaların verilməsi və reallaşması əsasən obyekt üzrə
elementləri mövcud trayektorik vəziyyətindən kənara çıxarır,
yerdəyişmə sayəsində məkan genişlənməsi prosesləri də
yaşanır.
Belə
olan
halda,
elementlərin
hərəkət
xüsusiyyətlərində,
təyinatlarında,
istifadə
məsələlərində
müəyyən dəyişikliklər yaranır. Elementlərin konstruktivlik
xassələri və təyinatı daha da genişlənə bilir. İdeyalar
elementlərin kompleks mərkəzini gücləndirə bilir və yeni
elementlərin meydana gəlməsini zəruriləşdirir. Eləcə də bir
mərkəzdən digər mərkəzlərin törənməsi üçün mühüm rol
oynayır.
14
Hörmətli oxucular, bu kitabda əsasən Azərbaycanın sivil
ə
saslarla gələcək inkişafı üçün bəzi ideyalar verilir və
ideyaların əsasları şərh edilir. Müvafiq mülahizələr başlıca
olaraq ölkənin iqtisadi-siyasi və mədəni inkişafının müxtəlif
istiqamətlərinə aid edilir. Hal-hazırda sürətlə inkişaf edən
Azərbaycanda dövlət və cəmiyyət səviyyəsində silsilə tədbirlər
həyata keçirilir. Azərbaycan prezidenti İlham Əliyev
cəmiyyətin inkişafında kompleks ideyalar və onların kompleks
şə
kildə reallaşması üçün imkanların səfərbər olunmasını təmin
edir. Silsilə tədbirlərin həyata keçirilməsi elm və ictimaiyyət
dairələrində
müəyyən
reaksiyalar
yaradır.
Reaksiyalar
nəticəsində, mövcud təsirlərdən yeni fikirlər, mülahizələr,
hadisələrə münasibətdə mövqelər, yanaşmalar meydana gəlir.
Yeni fikirlər əsasən mövcud baza üzərində formalaşır və
başlıca olaraq vasitələrin şaxələndirilməsinə əsaslanır. Təbii ki,
kitabda qeyd olunan ideyaların tam şəkildə reallaşması iqtisadi
və siyasi baxımdan mövcud zamanda qeyri-mümkün ola bilər
və gələcək zamanın işi hesab edilə bilər. Lakin hesab etmək
olar ki, ideyalar, yeni fikirlər olaraq, daima təcrübəni, mövcud
reallıqları bir qədər qabaqlamaq xüsusiyyətlərinə malik ola
bilir. Mövcud ideyalar olduğu şəkildə olmasa da belə, onun
müəyyən nəzəri komponentləri reallıqda öz əksini tapa bilər.
Yəni oxşar reallıqların yaranması, bənzər nəzəri fikirlərin
gerçəkləşməsi prosesləri meydana gələ bilər.
İ
deyaların sərbəst şəkildə fikirlərdə öz əksini tapması da
cəmiyyətin inkişafı, tərəqqisi, çiçəklənməsi üçün açıq
olmasından irəli gələ bilir. Açıq və liberal, hüquqi cəmiyyət
quruculuğu istəkləri və müvafiq nəzəri konsepsiyalar imkan
verir ki, yeni-yeni sərbəst düşüncələr, plüralist baxışlar
meydana gəlsin. Yeni və açıq məzmunlu ideyalar cəmiyyətin
fikir bazasını inkişaf etdirə bilir və təcrübələr üçün
çoxvariantlılıq yaradır. Düşüncə rəngarəngliyi həmçinin
cəmiyyətin nəzəri müdafiəsini artırır və mənfi fikirlərin müsbət
fikirləri üstələməsinə imkan vermir. Bu baxımdan da
Dostları ilə paylaş: |