28
tamaşaçıya geniş şəkildə və dərin məzmunda,
məlumatverici və
zövqverici əsaslarla, təqdim edilməsi üçün zəngin səhnə
tərtibatının qurulması daha da münasib ola bilər. Tarixi
hadisələrin dolğun şəkildə əks etdirilməsi üçün tarixi
vasitələrin, abidələrin, məsələn, sarayların maketlərinin
quraşdırılması, döyüş səhnələrinin tərtibatı daha da effektiv
alına bilər. Məsələn, Üzeyir Hacbəylinin “Koroğlu” operası,
Müslüm Maqomayevin “Şah
İ
smayıl” operası, Vasif
Adıgözəlovun “Natəvan” operası və Cüzeppe Verdinin “Aida”,
“Nabukko” operaları və digər yazıçıların dram əsərləri tarixi
hadisələri
ə
ks
etdirən
musiqi
ə
sərləridir.
Ə
sərlərin
məzmununun tamaşaçıya daha da dərindən çatdırılması, tarixi
məqamların geniş şəkildə nümayişi və səhnə zövqünün
zənginləşdirilməsi, səhnə dekorasiyasının zənginliyi, eləcə də
təəsüratların böyüdülməsi üçün açıq havada böyük teatr
səhnələrinin təşkili daha da məqsədəuyğun olar. Məsələn,
Avstriyanın şərqində Burgenlandda açıq havada nümayiş
olunan “St. Marqarethen (Müqəddəs Marqarita) Festivalı”nda
Verdinin “Aida” (1997-ci ildə nümayiş olunub) və “Nabukko”
(2000-ci ildə nümayiş olunub) operalarının tamaşası öz dərin
məzmunlarına görə xüsusi əhəmiyyət kəsb etmişdir. Bu
festivallarda on minlərlə tamaşaçı iştirak etmişdir.
Bakıdakı “Yaşıl Teatr”da teatrların açıq havada tamaşasını
təşkil etmək olar. Bununla yanaşı, gələcəkdə dəniz kənarı
“Milli Park”ın ərazisinin böyüdülməsi çərçivəsində və yaxud
da şəhərin kənarında
açıq hava tamaşa salonlarını-teatr
komplekslərini təşkil etmək olar. Bu addım da mədəniyyətin
inkişafına gətirib çıxara bilər, həmçinin teatr tamaşaçılarının
sayının artmasına və turistlərin axınına səbəb olar.