11
vasitələri əldə etməyi, ictimai ideyalar (fəlsəfi ideyalar da
demək olar) daima etika və estetikanı başlıca prinsip kimi
götürür, ali məqsədlərə çatmağı qarşısına tələb kimi qoyur.
Hər bir şəxs ideya vermək qabiliyyətinə malik ola bilər.
Lakin fəlsəfi ideyalar daha çox müdrik düşüncənin, təkmil
zəkanın məhsulu olduqda, məntiqi əsası üzə çıxarır və təkmil
şə
rhi tələb edir. İdeyalar yeniliklərin üzə çıxması üçün həm
nəzəri prinsipləri müəyyən edir, həm də təcrübədə vasitələrin
üzə çıxmasını təmin etmək məqsədilə təkanverici funksiyanı
yerinə yetirir. İdeyalar hərəkətlərin müəyyən
trayektoriyalar üzrə
ş
axələnməsini təmin edir, eləcə də hərəkətdə olan vasitələrə
təkan verir, subyektləri istiqamətləndirir. Müsbət ideyaların
bazasında quruculuq və islahat prinsipi dayanır və ideyalar
müvafiq prinsiplərin yerinə yetirilməsini zəruri edir. Pozitiv
ideyalar daima vasitələrə təsir etmək və yeni forma və mahiyyəti
üzə çıxarmaq üçün vasitə rolunda çıxış edir. İdeyalar pozitiv
nəticələri tələb edən vasitələr kimi əhəmiyyət kəsb edir.
İ
deyaların nəzəri əsasları qanunvericilik aktlarında, müvafiq
kitablarda, layihələrdə və s. həkk olunur. Müəyyən istiqamətlər
və sahələr üzrə ideyalar toplusu həmin istiqamətlərə dair elmi-
nəzəri prinsipləri yaradır. Elm istiqamətləri trayektoriyalar üzrə
ideyalar cəmindən formalaşır.
Dövlətin təşkili, ideal cəmiyyət quruculuğu, xoşbəxtliyi
təmin etmək iqtidarında olan və yüksək amallara xidmət edən
sosial-siyasi sistemin formalaşması ideyalarla bağlıdır. Elə
dövlətin təşkilinə və cəmiyyətin siyasi sisteminin fəaliyyətinə
dair tarixi ideyalar da təkmil dövlətin təşəkkül tapmasına səbəb
olan nəzəri konsepsiyaları formalaşdırıb. Dövlətin və millətin
formalaşması, dövlətlə vətəndaş arasında normal münasibətlərin
qurulması, vətəndaşların maraqlarının qorunması və təmin
edilməsinin yüksək səviyyədə təşkili ideyalarla həyata keçirilir.
Sivil cəmiyyət quruculuğu ideyalar üzərində həyata keçirilir.
İ
deyalarda tərəflərin istək və maraqları öz əksini tapa bilir. Elə
olur ki, ideyalar əksər hallarda istəklərin zaman reallığını və