Microsoft Word hesenli cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix27.03.2018
ölçüsü0,64 Mb.
#34893
1   ...   18   19   20   21   22   23   24   25   26

 

düzgün  olmazdı.  Bizim  fikrimizcə,  MDB-də  inteqrasiya  proseslərinin  inkişafını  öz 

xarakterinə, məzmununa və səviyyəsinə görə üç mərhələyə ayırmaq olar. 

Birinci  mərhələ  -  1992-1993-cü  illər.  Bu  dövrdə  SSR -nin  keçmiş  müttəfiq 

respublikalarının  "sivilizasiyalı  ayrılma"  prosesləri  başa  çatmaqla,  ölkələrarası 

münasibətlər  üçün  xarakterik  olan  əlaqələrinin  əsaslarının  yaradılmasına  başlanıldı. 

Bu  dövrdə  iqtisadi  inteqrasiyanın  inkişafı  yolunda  mühüm  rol  oynayan  -  qtisadi 

ittifaq  haqqında  müqavilə  imzalandı  (1993-cü  il).  Həmin  müqavilə  inteqrasiya 

birliyinin  uzunmüddətli  məqsədini  -  mərhələlərlə  əmtəə,  xidmətlər,  kapital  və  işçi 

qüvvəsi üzrə ümumi bazarın yaradılması sistemi müəyyənləşdirildi. Belə bir bazarın 

yaradılması  şübhəsiz,  ardıcıl  olaraq  azad  ticarət,  gömrük  və  ödəniş  zonasının 

yaradılması  ilə  mümkün  ola  bilərdi.  Bu  məqsədlə  qtisadi  ttifaqın  Dövlətlərarası 

iqtisadi komitəsi yaradıldı; 

kinci  mərhələ  -  1994-1996-ci  illər.  Azad  ticarət  zonasının  yaradılması  elan 

edilsə də, birlik çərçivəsində ölkələrarası əmtəə və xidmətlərin hərəkətində ciddi tarif 

və qeyri-tarif məhdudiyyətləri tətbiq olunur və bəzən də hətta sərt inzibati maneələr 

yaradılırdı. Başqa sözlə, Azad ticarət zonası yalnız kağız üzərində qaldı və onun əsas 

müddəlarının  həyata  keçirilməsi  hələ  də  mümkün  olmayıb.  Bu  dövrdə  üzv-ölkələr 

arasında bir sıra iqitsadi, siyasi6 hərbi-strateji məsələlər ətrafında yaranan ciddi fikir 

ayrılıqları, eləcə də birliyə daxil olan ölkələr arasında hərbi konfliktlərin (Ermənistan 

tərəfindən  Azərbaycanın  20%  ərazisinin  işğalı)  həll  edilməməsi,  birliyin  ən  böyük 

dövlətinin - Rusiyanın üzv ölkələrə qarşı yeritdiyi ayrıseçkilik və ikili siyasətinin və 

s. nəticəsində dezinteqrasiya prosesləri daha da güclənir və nəticədə MDB ölkələrinin 

lokal  inteqrasiya  birlikləri  yaradılmağa  başlayır/  Şübhəsiz,  prstsovet  məkanında 

inteqrasiya  proseslərinin  xarakterini  düzgün  qiymətləndirmək  üçün  bu  dövrdə 

subregional  səviyyədə  yaranmış  olan  bu  inteqrasiya  birliklərinin  ayrıca  geniş  və 

hərtərəfli  tətdiq  edilməsi  vacidbir.  Lakin  bu  məsələlər  bizim  tədqiqat  obyektindən 

kənara çıxdığı üçün biz, sadəcə olaraq bu prosesləri göstərməklə kifayətlənirik. 

Beləliklə, göstərilən bu dövr ərzində iqtisadçıların o qədər də qəbul etmədikləri 

nəzəri  konsepsiya  -  iqtisadi  sferada  müxtəlif  sürətli  inteqrasiya  meylləri  formalaşdı 

ki,  bu  da  əsasən  MDB  ölkələrinin  inteqrasiya  proseslərinin  daha  sürətlə  və  daha 



 

dərindən  inkişaf  etdirilməsi  üçün  onların  hazırlıqlıq  səviyyələrinin  və  maraqlarının 

müxtəlifliyi ilə izah edilməlidir; 

Üçüncü  mərhələ  -  1997-ci  ildən  sonrakı  dövr.  Bu  dövrdə  demək  olar  ki, 

birliyin  inkişafı  yeni  mərhələyə  qədəm  qoyur.  Bu  mərhələ  onunla  xarakterikdir  ki, 

MDB-yə  üzv  dövlətlər  artıq  öz  suverenliklərini  və  müstəqilliklərini  tam 

möhkəmləndirmiş (Geriyə qayıtmaq sindromu da aradan qalxmışdır), beynəlxalq və 

regional  təşkilatlarda  iştirak  təcrübəsi  əldə  etmiş  və  ən  başlıcası  isə  cəmiyyətdə 

iqtisadi  böhran  dayandırılmış,  birilk  ölkələrinin  əksərində  siyasi,  sosial  və  iqtisadi 

sabitlik meylləri formalaşdırılmışdı. Bütün bunları nəzərə alaraq, hər bir ölkə özünün 

həm  ölkələrarası  ikitərəfli,  həm  də  çoxtərəfli  əlaqələrinin  MDB  çərçivəsi  də  daxil 

olmaqla dəqiq prioritetlərini müəyyənləşdirirlər. 

Apardığımız tədqaqatlar göstərir ki, MDB bu gün "ölü doğulmuş", perspektivi 

olmayan,  amorf  struktur  və  s.  kimi  adlandırılsa  da,  bu  inteqrasiya  birliyi 

Azərbaycanın  xarici  iqtisadi  siyasətində,  xüsusilə  inteqrasiya  siyasətində  mühüm 

strateji  istiqamətlərdən  biri  kimi  müəyyən  olunmalıdır.  Xüsusilə  300  mlrd.dollara 

yaxın  MDM-ə  nəhəng  hərbi-sənaye  kompleksinə  və  bazar  xarici  ticarətinin  xeyli 

hissəsinin  -  22%-ə  qədərinin  formalaşdığı  və  eləcə  də  hərbi-strateji  və  geosiyasi 

baxımdan  mühüm  əhəmiyyət  kəsb  edən  Rusiya  Federasiyası  kimi  nəhəng  qonşu 

dövlətlə  münasibətləri  həm  ikitərəfli  əlaqələr  səviyyəsində,  həm  də  MDB 

çərçivəsində  inkişaf  etdirmək  olduqca  vacibdir.  Azərbaycanla  Rusiya  arasında 

iqtisadi  əlaqələrin  ən  mühüm  prioritet  istiqamətləri  -  Xəzər  neftinin  hasilatı,  onun 

dünya  bazarlarına  nəqli  və  Xəzərin  statusu  ilə  bağlı  olan  problemlər,  Şimal-Cənub 

sistemində  nəqliyyat-kommunikasiya  əlaqələri,  birgə  sahibkarlıq  fəaliyyətinin 

genişləndirilməsi,  işçi  qüvvəsinin  miqrasiyası,  beynəlxalq  proqram  və  layihələrdə 

birgə iştirak və s. məsələlərdən ibarətdir. 

Beləliklə,  MDB-ni  yaratmaqla  keçmiş  postsovet  respublikaları  vahid  xalq 

təsərrüfat kompleksində mövcud olan və müstəqillik dövrünün ilk illərində dağılmış 

iqtisadi  əlaqələri  müəyyən  mənada  bərpa  etmək  niyyətində  olsalar  da,  onlar  bunun 

ə

vəzinə  keyfiyyətcə  yeni  problemlərlə  qarşılaşmalı  oldular.  MDB  inteqrasiyasının 



uğursuzluqları  və  onun  perspektivliyinə  inamsızlıq  üzv-ölkələrin  məntiqi  olaraq 


 

blokdaxili qruplaşmalar yaradılması ilə nəticələndi. Bunlar arasında Azərbaycan üçün 

ə

n  əhəmiyyətlisi  və  onun  milli  maraqlarına  uyğun  ölkəni  Gürcüstan,  Ukrayna, 



Azərbaycan  və  Moldovanın  yaratdığı  GUAM  təşkilatıdır.  Doğrudan  da  MDB-nin 

mövcud  olduğu  20  ildən  artıq  zaman  ərzində  onun  üzvlərinin  maraqları  arasındakı 

dərin  zidiyyətlərlə  əlaqədar  olaraq,  qəbul  olunmuş  prinsipial  qərarların  heç  vaxt 

həyata keçirilmədiyi bir şəraitdə subregional inteqrasiya mexanizmlərinin yaradılması 

tamamilə  məntiqə  uyğundur  və  o,  müasir  şəraitdə  lazımi  qədər  cəlbedici  və  real 

görünür. 

Demokratiya  və  qtisadi  nkişaf  naminə  Təşkilat-GUAM  Azərbaycan 

Respublikası, Gürcüstan, Moldova Respublikası və Ukrayna tərəfindən təsis edilmiş 

beynəlxalq  regional  təşkilatdır.  lk  öncə  GUAM  Azərbaycan  Respublikası, 

Gürcüstan,  Moldova  Respublikası  və  Ukrayna  Prezidentlərinin  10  oktyabr  2007-ci 

ildə  Strasburqda  Birgə  Kommünike  imzalamaqla  bu  dörd  dövlətlərin  birliyi  kimi 

fəaliyyətə  başlamışdır.  Kömmünikedə  Prezidentlər  suverenlik,  ərazi  bütövlüyü, 

sərhədlərin  toxunulmazlığı,  demokratiya,  hüququn  aliliyi  və  insan  hüquqlarına 

hörmət  prinsipləri  əsasında  Avropada  sabitliyin  və  təhlükəsizliyin  gücləndirilməsi 

məqsədilə 

dördtərəfli 

ə

məkdaşlığın 



inkişaf 

elətdirilməsinin 

vacibliyinin 

vurğulamışlar. 

7 iyun 2001-ci ildə Yalta təşkil olunmuş GUAM-ın ilk Zirvə Toplantısı onun 

beynəlxalq  struktur  kimi  formalaşması  və  institusionallaşmasında  böyük  rol 

oynamışdır.  Dövlət  başçılari  tərəfindən  imzalanmış  GUAM-ın  Yalta  Xartiyası 

iştirakçı dövlətlər arasında əməkdaşlığın məqsədlərini, prinsiplərini və istiqamətlərini 

müəyyənləşdirmişdir. 

22  may  2005-ci  il  tarixində  GUAM-ın  Kişineuda  keçirilmiş  Zirvə  Toplantısı 

üzv-dövlətlərin demokratik cəmiyyət, Avropaya inteqrasiya, iqtisadi inkişaf, regionda 

sabitlik  və  təhlükəsizlik  məsələlərinə  dair  vahid  baxışlarını  nümayiş  etdirmişdir. 

Dövlət  başçıları  GUAM  əsasında  beynəlxalq  təşkilatın  yaradılması  zərurətinə  dair 

birgə  mövqedən  çıxış  etmişlər  və  bununla  əlaqədar  GUAM  Xarici  şlər  Nazirləri 

Ş

urasına müvafiq qərar vermişlər. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə