material və bir çox neft maşınqayırma, kimya sənayesi və kənd təsərrüfatı məhsulları
ilə oraya daxil olmaq mümkün idi. Azərbaycan bazarına gəlincə isə, o yüksək
keyfiyyətli, texnoloji faydalılıq və istehsal parametrləri və xassələri baxımından yerli
və MDB ölkələrinin əmtəələri ilə müqayisəyə girməyən uzaq xarici ölkələrin
məhsulları üçün müqavimətsiz və maneəsiz zəbt edilən bazara çevrildi.
Bütün bunlara 1994-cü ilə qədər xarici ticarətin tənzimlənməsində yol verilən
ciddi səhvləri və heç bir iqtisadi məntiqə uyğun gəlməyən idxal-ixrac siyasətini də
ə
lavə etsək (ixracın məhdudlaşdırılması və idxalın həvəsləndirilməsi), onda belə bir
qısa müddət ərzində respublika bazarının uzaq xarici ölkələr tərəfindən (xüsusilə ran
və yaxın Şərq ölkələri) sözün əsl mənasında zəbt edilməsinin (müstəqilliyin ilk
illərində əsasən mənşəyi məlum olmayan keyfiyyətsiz istehlak malları ilə)
səbəblərini aydın başa düşmək olar. Bütün bunların nəticəsində uzaq xarici ölkələrin
respublikanın xarici ticarətində xüsusi çəkisi ildən-ilə yüksələrək 2002-ci ildə
ümumilikdə idxalın 60,9%-ni, ixracın isə 88,8%-ni təşkil etmişdir. (Cədvəl 2.2).
Müvafiq olaraq MDB ölkələrinin payı 71,5 və 92,3%-dən 39,1 və 11,2 faizə qədər
aşağı etmişdir. Tədqiqat göstərir ki, Azərbaycanın MDB ölkələri ilə xarici ticarət
ə
laqələrində formalaşmış bu meyllər ümumilikdə MDB ölkələrinin qarşılıqlı ticarət
münasibətləri üçün də tam xarakterikdir. Belə ki, inteqrasiyanın səviyyəsini əks
etdirən blok daxili ticarətin həcmi olduqca aşağıdır, Azərbaycan kimi MDB-yə daxil
olan digər ölkələrin də xarici ticarət axınlarının əsas oriyentirləri məhz, uzaq xarici
ölkələrdir. Təsadüfi deyildir ki, hazırda Azərbaycan kimi MDB-yə daxil olan digər
ölkələrin də xarici ticarət axınlarının əsas oriyentirləri məhz, uzaq xarici ölkələrdir.
Təsadüfi deyildir ki, hazırda Azərbaycanın ticarət-iqtisadi əlaqələri olan 128 ölkədə
118-i uzaq xarici ölkələrdir. Azərbaycanın ən mühüm ticarət partnyorları-tərəfdaşları
arasında MDB ölkələrini həm kəmiyyətcə, həm də keyfiyyətcə mövqeyi çox zəifdir
(cədvəl 2.3.). Əgər Azərbaycanın MDB ilə ümumi xarici ticarət dövriyyəsini
Rusiyasız nəzərdən keçirsək, bu rəqəm çox cüzi xüsusi çəki ilə - cəmi 6,8%-lə ifadə
olunar ki, bu da inteqrasiya əlaqələrinin çox aşağı səviyyədə və qeyri-qənaətbəxş
olduğunu təsdiq etməyə imkan verir. Cədvəldən göründüyü kimi Azərbaycanın 10 ən
mühüm ticarət tərəfdaşları arasında MDB-yə daxil olan dörd ölkə, ixracda - Rusiya,
Gürcüstan, cəmi - 8,1%-lə, idxalda isə Rusiya, Qazaxıstan, Türkmənistan və Ukrayna
- 37,9%-lə təmsil olunurlar. Göstərmək lazımdır ki, bu göstəricilərin səviyyəsi
tədqiqat dövründə hər il kəskin surətdə azalmışdır. Yalnız 2002-ci ildə bu ölkələrin
idxalda payı bir qədər artmışdır.
Məlum olduğu kimi müasir şəraitdə hər hansı bir ölkənin xarici ticarətinin
inkişafı (xüsusilə ixracın artımı) onun hansı regional iqtisadi birliyə daxil olması ilə
birbaşa əlaqədədir. Bu cür qruplaşma nə qədər güclü olarsa, başqa sözlə inteqrasiya
ə
laqələri nə qədər dərin və geniş olarsa, onların qarşılıqlı ticarəti də bir o qədər
sürətlə inkişaf edər. Təəssüf ki, bütün bunları MDB-yə aid etmək olmaz, əksinə
hazırda dünya üzrə regional ticarətin xüsusi çəkisinin artdığı bir şəraitdə, MDB-də
vəziyyət əks meyllərlə xarakterizə olunur. Başqa sözlə desək, blok daxili inteqrasiya
ə
laqələrinin genişlənməsi əvəzinə, mərkəzdən qaçma meyllərinin (Rusiya-Belarus
ə
laqələri istisna olmaqla) güclənməsi real səciyyə daşıyır.
MDB ölkələri arasında qarşılıqlı ticarətin inkişafını ləngidən əsas amillərə
aşağıdakıları aid etmək olar:
1) stehsalın ciddi surətdə aşağı enməsi, iqtisadiyyatın və ödəniş sisteminin
böhranlı vəziyyəti, tədiyyə qabiliyyətli tələbin aşağı olması və potensial idxalatçıların
satışla bağlı çətinlikləri;
2) Qarşılıqlı ticarətin strukturunun qeyri-balanslılığı və əksər ölkənin ticarət
balansının defisitli olması, qarşılıqlı ticarətdə qiymətlərin dünya qiymətlərinə yaxın
olması və bəzən onu hətta üstələməsi, nəticədə analoji əmtəələrin (şübhəsiz
keyfiyyətcə üstün) daha ucuz qiymətə uzaq xarici ölkələrdən almaq imkanının
yaranması;
3) stehsalın texnoloji geriliyi, işçi qüvvəsinin ixtisas səviyyəsinin, əmək
şə
raitinin nisbətən aşağı olması və s. səbəblərlə əlaqədar olaraq istehsal olunan
malların keyfiyyətinin aşağı olması və onların ekoloji cəhətdən təmiz olması;
4) Uzaq xarici ölkələrin ticarət əməkdaşlığında etibarlılığı da daxil olmaqla,
müqayisə olunmaz rəqabət üstünlüyü və birlik ölkələri əsasən Rusiyadan idxal
asılılığını azaltmaq üçün bilərəkdən uzaq xarici ölkələrə istiqamətində idxalın
diversifikasiyası;
5) Nəqliyyat və digər tariflərin, xüsusilə tranzit yükdaşımaların əsassız olaraq
ə
həmiyyətli dərəcədə qaldırılması (Məsələn, Azərbaycana qarşı Rusiyanın tətbiq
etdiyi tranzit tariflərinin, bəzən malların dəyərini də ötüb keçməsi) nəticəsində,
ə
nənəvi mallarla mübadilənin qeyri-səmərəli olması. Burada həmçinin bir neçə il
ə
rzində Qafqaz regionunda Şimal dəmir yolunun, eləcə də Tacikistan istiqamətində
nəqliyyat arteriyasının blokadasını da xüsusi qeyd etmək vacibdir;
6) Xarici ticarətin təşkilati-hüquqi aspektlərindəki uyğunsuzluqlar, daxili
bazarın xarici rəqabətdən qorunması zərurəti, iqtisadi təhlükəsizliyin təminatı və s.
göstərir ki, MDB ölkələrinin inteqrasiya prosesləri olduqca mürəkkəb və ziddiyyətli
xarakter daşıyır. MDB inteqrasiyasını bu gün bəlkə də üzv-ölkələrin xarici iqtisadi
ə
laqələrdə getdikcə daha çox uzaq xarici ölkələrə istiqamətlənən ləng, süst bir proses
adlandırılması daha düzgün olardı. Bu proseslərə bilavasitə təsir edən amillərin
sırasına sosial-iqtisadi islahatların başa çatmamasından başlayaraq, onların həyata
keçirilməsinin müxtəlif səviyyə və artım tempi ilə fərqlənməsi, bir çox məsələlərdə
üzv-ölkələrin siyasi və iqtisadi mənafelərinin kəsişməməsi, qanunçuluqda mövcud
olan uyğunsuzluqlar, regional konfliktlər və ərazi işğalına qədər müxtəlif amillər
aiddir (Əlavə 2.3.). Eləcə də birgə mülkiyyətin formalaşma prosesinin ləng getməsi
və nəticədə bu günə qədər nəqliyatın, energetika və kommunikasiya sistemlərinin
vahid idarəetmə sisteminin yaradılmasını da xüsusi qeyd etmək lazımdır. Bütün
bunlar MDB çərçivəsində ticarət-iqtisadi əməkdaşlığın inkişafını ciddi sürətdə
ləngidir. Bu işdə birliyin əsas orqanlarının fəaliyyətinin qeyri-səmərəliliyini də xüsusi
göstərmək vacibdir.
Bütün bunları nəzərə alaraq MDB ölkələrəninin əksəri, o cümlədən
Azərbaycan hər şeydən əvvəl birliyin icra orqanlarının əsaslı surətdə
islahatlaşdırılması, onun fəaliyyət prinsiplərinin dəyişdirilməsi üçün ciddi tədbirlər
işləyib hazırlanması tərəfdarıdır. Bu istiqamətdə A , NAFTA və digər regional
inteqrasiya birliklərinin təcrübəsinə əsaslanmaq mümkündür.
MDB yarandığı 10 ildən artıq dövr ərzində ardıcıl inkişaf edən əsil inteqrasiya
birliyi kimi formalaşmasa da, müəyyən nəticələrin əldə edildiyini də inkar etmək
Dostları ilə paylaş: |