II. Bazar iqtisadiyyatlı suveren dövlə tlə rin formalaş masının keçid mə rhə -
lə sində .
nteqrasiya amilləri.
1.
Son məhsulun buraxılışı və mlli iqtisadiyyatların, eləcə də bir çox
müəssisələrin sərbəst fəaliyyətində aparıcı rol oynayan infrastruktur
ə
laqələri, ixtisaslaşma və kooperasiya
2.
Geosiyasi aspektlər, qonşu dövlətlərlə iqtisadi əlaqələrin qurulması və
inkişafının məqsədəuyğunluğu, ümumi elmi-texnoloji istehsal bazası və
mədəniyyət
3.
MDB ölkələrinin qarşılıqlı ticarəti üçün 10 illiklərlə mövcud olmuş əlverişli
bazarlar.
Dezinteqrasiya amilləri.
1.
Ticarət-iqtisadi münasibətlərin bazara keçidi və liberallaşdırma şəraitində
xammal və məhsul tədarükündə bəzi qeyri-səmərəli kooperasiya əlaqə-
lərinin qurulması
2.
Suveren öz vergi-büdcə, valyuta, gömrük və digər mexanizmlərinə malik
müstəqil maliyyə-iqtisadi sistemlərinin yaradılması
3.
Birliyin aparıcı ölkəsi olan Rusiyanın inteqrasiyaedici rolunun itirilməsi,
onun sosial-iqtisadi və siyasi inkişafında MDB-nin digər ölkələrini cəlb edə
biləcək real nəticələrin olmaması.
III. qtisadi və ziyyə tin sabitləş dirilmə sində n sonrakı mə rhə lə .
nteqrasiya amilləri.
1.
Təsərrüfatçılığın möhkəmləndirilmiş sistemlərinin yaxınlığına əsaslanmış
ticari-iqtisadi əlaqələrin müəyyən edilmiş real məqsədyönlülüyü
2.
Qərb bazarları subyektlərinin MDB-nin yalnız xammal resurslarının
ixracatında maraqlı olması, 3-cü ölkələrin bazarlarında rəqabətədavamlı
olmayan birlik dövlətlərinin emaledici sənaye sahələrinin məhsullarının
satışına mane olan texniki baryerlər və məhdudiyyətlər
3.
EÖ və regional qurumlar tərəfindən dünya bazarlarında rəqabətə tab
gətirmək üçün birgə qarşıdurmanın məqsədyönlülüyü
4.
Milli valyutaların qarşılıqlı dönərliliyi və ödəmələrin bu valyutalarda həyata
keçirilməsinin mümkünlülüyü əsasında normal tədiyyə-hesablaşma münasi-
bətlərinin qaydaya salınması
5.
MDB ölkələrinin regional inteqrasiya birliklərinin (Rusiya və Belarus
ittifaqı, gömrük ittifaqı və s.) rolunun və effektivliyinin artması.
Dezinteqrasiya amilləri.
1.
Suveren dövlətlərin sərbəst inkişafı, ticari-iqtisadi və investisiya əlaqələri-
nin yeni istiqamətlərinin axtarılması, dünya təsərrüfatı münasibətləri siste-
minə daxil olma
2.
EÖ-in MDB ölkələrini dünyanın iqtisadi və siyasi qruplaşmalarına
parçalamaq cəhdi, MDB çərçivəsində dezinteqrasiyaedici siyasi qüvvələr və
aqressiv ictimai-ideoloji cərəyanların olması
3.
MDB ölkələrinin kreditlərdən, trans və transfertlərdən asılılığı əsasında
beynəlxalq iqtisadi və maliyyə təşkilatlarının yaratdığı son dərəcə ağır
şə
rait.
Buradan aydın olur ki, inteqrasiyanın zəruriliyi onun bütün üzvləri üçün vahid
bazarın saxlanmasına olan ehtiyacdır. Yeni bazar şəraitində təsərrüfat əlaqələrinin
ixtisaslaşdırılma və kooperasiyanın sadə, köhnə formada bərpası məsələsini qoymaq
düzgün olmazdı. Qiymətlərdə nisbətlərin dəyişməsi, dünya qiymətləri səviyyələrinə
uyğunlaşma, nəqliyyat tariflərinin kəskin artması və başqa amillər bəzi təsərrüfat
ə
laqələrinin effektivliyindən xəbər verir. qtisadiyyatın arzuolunan effektivlik
səviyyəsinə çıxması istehsalın strukturunun yenidən qurulması, ciddi texnoloji
qurumların yaradılma yüksək investisiya xərcləri tələb edir.
Bu məqsədlə birlik ölkələri 1993-cü ilin sentyabrında iqtisadi ittifaqın
yaradılması haqqında sazişə imza atmışlar. Bu sazişdə aşağıdakı məqsədlər nəzərdə
tutulur: iqtisadiyyatın sabit inkişafı şəraitinin yaradılması, bazar münasibətləri
ə
sasında mərhələli qaydada ümumi iqtisadi məkanın yaradılması, bütün təsərrüfat
subyektləri üçün bərabər imkanların və zəmanətlərin təminatı, ticarətdə
məhdudiyyətlərin və baryerlərin aradan qaldırılması, iqtisadi layihələrin birgə həyata
keçirilməsi və s. 1994-cü ildə bu sənədin inkişafı üçün bir sıra, o cümlədən azad
ticarət zonasının, gömrük və tədiyyə ittifaqlarının yaradılması, eləcə də istehsal,
kommersiya, kredit-maliyyə, sığorta və qarışıq transmilli birliklərin yaradılmasında
iştirak haqqında razılaşmalar imzalanıb. Lakin adı çəkilən saziş və razılaşmalar da
üzv ölkələrinin iqtisadiyyatlarının daxili inkişaf prosesləri ilə həyata keçirilən
islahatlarla harmonal inkişafı təmin edə bilmədiyindən mahiyyət etibarilə kağız
üzərində qalmışdır.
Üzv ölkələr vəziyyətdən çıxış yolunu 2 istiqamətdə axtarmağa başladılar.
1. Yaradılmış MDB strukturlarının, xüsusilə də idarəedici orqanlarının
fəaliyyətinin aktivləşdirilməsi.
2. Müxtəlif sürətli inteqrasiyalar əsasında ölkə qruplarının maraqlarının
reallaşdırılması.
Birinci istiqamətdə konkret addımlardan biri 1998-ci il Moskva sammitində
birliyin fəaliyyətinin mürəkkəbləşdirilməsi problemləri üzrə xüsusi dövlətlərarası
fondun təşkili oldu. Müəyyən irəliləyişlər əldə edildi. MDB-nin əsas inkişaf
istiqamətləri haqqında deklarasiya qəbul olundu və 1994-cü ildə qəbul olunmuş azad
ticarət zonasının yaradılması haqqında protokol imzalandı. Lakin bu zonanın 2001-ci
il yanvarın 1-nə nəzərdə tutulan rəsmiləşdirilməsi hələ də baş tutmamışdır. Birliyin
gələcəyi hələ də sual altındadır. Onun gələcək təkamülündə 3 baxış var:
I. Pessimist baxış - MDB dərhal olmasa da ayrı-ayrı dövlətlərin qurum
çərçivəsində imzalanmış sazişlər sistemindən mərhələli çıxışı nəticəsində
mövcudluğunu itirəcək.
II. Situasiyanın qeyri-müəyyənliliyinin uzun müddət saxlanılması dövlət
başçıları icra edilməsi məcburi sayılmayan qərarlar qəbul etməklə, dövri olaraq rəsmi
göstərişlər keçirəcəklər, özü də bu sənədlərə 12 liderin hər birinin imza alması
vacibdir. Başqa sözlə, hər bir üzv ölkənin əsas problemləri üzrə dövri
məsləhətləşmələr sistemi qorunub saxlanacaq.
III. Optimist baxış - MDB ölkələri azad ticarət rejimi haqqında qərarların
tədricən reallaşdırılması və təsərrüfatlararası qarşılıqlı yaxınlaşması, səmərəli ticari
və kooperasiya əlaqələrinin bərpası istiqamətində tədbirlər həyata keçirəcək, MDB
Dostları ilə paylaş: |