__________________________________________
10
Anlayırıq ki, bu, asan məsələ deyildir. Bu, yalnız elə bir saziş
çərçivəsində həyata keçirilə bilər ki, o saziş həm Ermənistanın,
həm də Azərbaycanın tələblərinə, ehtiyaclarına uyğun olsun. Biz
sizinlə bərabər çalışaraq bu niyyətə, bu amala nail olmaq
fikrindəyik. Biz iki dövlət arasında belə bir sazişin bağlanmasına
yardımçı olmağa çalışırıq. Çalışırıq ki, bu saziş tezliklə qəbul
edilsin.
Biz inkişaf məsələləri ilə məşğul olan beynəlxalq maliyyə
təsisatlarnı və beynəlxalq qeyri-dövlət təşkilatlarını qarşıdan
gələn həftələr ərzində bu işə yenidən cəlb edəcəyik. Hesab
edirik, çox yaxşı haldır ki, həmin beynəlxalq maliyyə
qurumlarının təmsilçiləri də bu gün bu görüşdə bizimlə bərabər
iştirak edirlər. Onların çox böyük təcrübəsi var və biz bu
təcrübədən faydalana bilərik. Şübhəsiz ki, onlar da qarşıdan
gələn böyük vəzifələrin həyata keçirilməsi üçün hazırlıq işləri
görməlidirlər.
Cənab prezident, beynəxalq maliyyə təsisatlarının və
beynəlxalq qeyri-dövlət təşkilatlarının nümayəndələri ilə birgə
işimizdən əldə etdiyim təəssürat barədə Sizə onu demək
istəyirəm ki, mən onların hamısında bu işləri sürətlə həyata
keçirmək arzusu, istəyi gördüm.
Azərbaycanın Baş naziri Artur Rəsizadə keçən ay Vaşinqtonu
ziyarət etdi və Dünya Bankında görüşlər keçirdi. Ermənistanın
xarici işlər naziri də Vəşinqtona belə bir səfər etdi. Bir həftə
sonra məni Dünya Bankına dəvət etdilər və hansı işlərin
görülməsinə ehtiyac duyulduğu barədə mənim fikirlərimlə tanış
oldular. Mən Dünya Bankına dəvət olunarkən bugünkü
görüşdəki kimi belə çoxsaylı nümayəndələr qarşısında çıxış
etməli oldum. Onların hamısı görüləcək işlərin planı üzərində
çalışır. Şübhəsiz, biz bölgəyə bu səfərimiz zamanı əldə
etdiyimiz məlumatları onlarla bölüşəcəyik ki, həmin adamlar
konkret olaraq hansı işlərin görülməsinə ehtiyac duyulduğunu
müəyyənləşdirsinlər.
__________________________________________
11
Bildirmək istəyirəm ki, Ermənistanda keçirdiyimiz görüşlər
bizdə belə bir təəssürat oyatdı ki, sülh prosesinə Ermənistanda
da daimi bir sadiqlik vardır. Biz bunu hökumətin bütün
səviyyələrində gördük.
Ermənistanda oktyabr ayının 27-də baş vermiş faciəli
hadisələrdən sonra bir sıra problemlər vardır. Mən Ermənistanda
Baş nazirin və spikerin qətlə yetirilməsi hadisəsini nəzərdə
tuturam. Həmin hadisədən sonra Ermənistanda bir sıra
problemlər yaranmışdır, bu ölkədə hökumət yenidən
qurulmaqdadır. Lakin mən sülh prosesini irəli aparmaq
sahəsində Ermənistanın siyasətinin dəyişdiyi barədə orada heç
bir fikir görmədim, belə meyl hiss etmədim.
Cənab prezident, söyləsəm ki, Azərbaycan hökumətinin
üzvləri ilə keçirdiyimiz görüşlər zamanı da biz sülhə sadiqliyi
yenidən gördük, yəqin bu, Sizə təəccüblü gəlməz. Onlar daha
gözəl dərk edirlər ki, bu gün bizim ziyarət etdiyimiz qaçqınların
indiki vəziyyətini aradan qaldırmaq üçün tezliklə sülh əldə
etmək lazımdır. Biz bu işdə yardımçı olmaq üçün həm iqtisadi,
həm də siyasi cəhətdən hər cür iş görməyə hazırıq. Bizim əsas
məqsədimiz bundan sonra Sizinlə daha sıx təmasda çalışmaqdan
ibarətdir. Sizi əmin edirəm ki, Minsk qrupunun həmsədrlərini
bir daha, yenidən görmək üçün daha 13 ay gözləməli
olmayacaqsınız.
İcazənizlə, mən sözü həmkarlarıma verim, onlar da öz
fikirlərini əlavə etsinlər.
Heydər Əliyev: Buyurun, sizə təşəkkür edirəm.
Nikolay Qribkov: Hörmətli Heydər Əliyeviç, zənnimcə, indi
Siz yaxşı başa düşürsünüz ki, üç həmsədr bizim ünvənımıza
söylədiyiniz tənqidi iradlardan düzgün nəticələr
çıxarmışdır.Budur, biz bölgədəyik.
Əlbəttə, Sizin, Ermənistan prezidentinin və üç xarici işlər
nazirinin İstanbul görüşü bu işdə mühüm rol oynamışdır. Həmin
görüşdə bəyan edilmişdi ki, Minsk prosesi çərçivəsində
__________________________________________
12
sülhyaratma səylərini fəallaşdırmaq vaxtı gəlib çatmışdır. Odur
ki, atalar demişkən, heç olmamaqdansa, gec olması yaxşıdır.
Mən amerikalı həmkarımın bu fikri ilə tam razıyam ki, biz
Sizinlə yaxın vaxtlarda görüşməli olacağıq.
Amerikalı həmkarım səfərimizin məqsədlərindən də,
gördüklərimizdən də kifayət qədər ətraflı danışdı. Qaçqınlar
düşərgəsinə bugünkü səfərimiz barədə bir neçə kəlmə əlavə
etmək istərdim.
Bilirsinizmi, bu,bizə çox güclü təsir bağışladı. Orada
gördüyümüz mənzərə, insanların, yaşlı qadınların, uşaqların
çəkdikləri əzab-əziyyət bizi o qədər riqqətləndirdi ki, bəzən
hətta gözlərimiz yaşarırdı.
Amma məni o da çox təsirləndirdi ki, onlardan heç biri
vətənə qayıtmaq ümidini itirmir. Onlar Allaha dua edir, habelə iş
elə gətirdi ki, bizdən, üç həmsədrdən xahiş edirdilər ki, yaxşı,
qəti bir qərara mümkün qədər tez gəlməkdə Sizə və Sizin erməni
həmkarınıza kömək göstərilsin; elə bir qərar ki, ədalətli və
möhkəm zəminə əsaslansın. Ümidvaram ki, Allah onların
duasını eşidəcəkdir.
O ki qaldı bizə, həmsədrlərə, bir daha əmin etmək istərdim ki,
bölgədə gərginliyin mümkün qədər tez aradan qaldırılması,
bölgənin yenidən sülh və sabitlik, bunun vəsitəsilə isə həm də
iqtisadi tərəqqi görməsi üçün bizdən asılı olan heç nəyi
əsirgəməyəcəyik. Buna görə də Sizi əmin etmək istərdim ki, biz
iş görəcəyik və bunu fəal surətdə edəcəyik.
İstər Ermənistanın, istərsə də Azərbaycanın bütün rəhbərləri
ilə, əlbəttə, ən əvvəl prezident Robert Koçaryanla və hörmətli
Heydər Əliyeviç, Sizinlə görüşlərimizin yekunlarını bir daha
diqqətlə təhlil etmək üçün biz səfərdən sonra tezliklə bir yerə
toplaşmaq niyyəündəyik. Biz gələcək fəaliyyət sxemi üzərində
düşünəcək, yeni təkliflər irəli sürülməsi məsələsini müzakirə
edəcəyik.
Dostları ilə paylaş: |