50
Standartda intellektual mülkiyyət obyektinin təsnifatı və strukturu, onların
qeydə alınmasını həyata keçirən dövlət orqanları, bu orqanların səlahiyyətli
nümayəndələri və s. məsələlər müəyyənləşdirilməlidir. Bundan əlavə, standartda
intellektual mülkiyyət obyektlərinin yaradılması, yaxud alınması zamanı mühasibat
uçotunun tələbləri, intellektual mülkiyyət obyektlərinin xərclərinin formalaşması və
bu göstəricilərin müvafiq hesablarda əks etdirilməsi, bu hesabların bölmələrdə
istifadə edilməsi, həmçinin sövdələşmənin xüsusiyyətindən asılı olaraq intellektual
mülkiyyət obyektinin mahiyyəti açıqlanılmalıdır.
Faktiki materialların təsvir olunmasına qarşı tələbləri əks etdirən bölmənin də
standartda nəzərə alınması çox vacibdir. Öz məzmunu etibarilə əslində bu bölmə
istənilən obyektin qiymətləndirilməsi nəticələrinin rəsmiləşdirilməsi üçün tətbiq
oluna bilər. Standartda diqqət yetirilməli bölmələrdən biri yanaşmalar məcmusudur.
Burada istifadə olunan xərc, satışların müqayisəsi və gəlir yanaşmalarının
qiymətləndirmədə böyük əhəmiyyəti vardır.
Qiymətləndirmə standartının hazırlanması və tətbiqi intellektual mülkiyyət
obyektinin qiymətləndirilməsi prosesinin əsas müddəalarını reqlamentləşdirər,
intellektual
mülkiyyət
obyektinin
qiymətləndirilməsinin
mərhələlərini
aydınlaşdırmağa imkan verər, qiymətləndirmənin nəticələrinin daha dəqiq və etibarlı
olmasına şərait yaradır.
2.3. Respublikamızda intellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsinin
hüquqi normativ bazası
ntellektual mülkiyyət obyektlərinin dəqiq və ədalətli qiymətləndirilməsi ilk
öncə onun müdafiəsi üzrə hüquqi bazanın mövcudluğundan asılıdır.
Ölkəmizdə intellektual mülkiyyət obyektlərinin əsas hüquqi bazasını
Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir. Belə ki, Azərbaycan
51
Respublikasının Konstitusiyasının "Əsas hüquqlar, azadlıqlar və vəzifələr"
bölməsinin 30-cu maddəsinə uyğun olaraq, "Hər kəsin əqli mülkiyyət hüququ vardır.
Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun digər növləri
qanunla qorunur".
Konstitusiyanın bu müddəası yaradıcılıq müstəqilliyini təmin etməklə
təyinatından, dəyərindən, məzmunundan, həmçinin ifadə formasından və üsulundan
asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan bütün elm, ədəbiyyat və
incəsənət əsərlərinin qorunmasına hüquqi baza yaradır və hər hansı yaradıcılıq
nəticəsini qorumaqla yaradıcı şəxslərə mövzu, janr və forma seçimində tam azadlıq,
müstəqillik imkanı yaratmış olur. Bir sözlə, Konstitusiyaya əsasən ölkəmizdə
intellektual mülkiyyətin qorunmasına böyük zəmanət verilir. Bundan əlavə burada öz
ə
ksini tapmış maddələr bir sıra yeni qanunlarla konkkretləşdirilir və inkişaf etdirilir.
Bu baxımdan 5 iyun 1996-cı ildə qəbul edilmiş "Müəlliflik hüququ və əlaqəli
hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanunu böyük əhəmiyyət kəsb edir.
Bu Qanun Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət
ə
sərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel
yayımı təşkilatlarının, verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə
ə
laqədar yaranan münasibətləri tənzimləyir. Qanun 5 bölmə və 47 maddədən
ibarətdir.
Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə
müəyyən edilmiş qaydalar bu Qanunla müəyyən edilmiş qaydalardan fərqli olduqda
beynəlxalq müavilənin qaydaları tətbiq edilir.
"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanunun 3-cü maddəsində
tətbiqi sahəsi əks olunmuşdur. Belə ki, Qanunun müddəaları aşağıdakılara şamil
edilir:
1) Azərbaycan Respublikasının vətəndaşı olan və ya Azərbaycan Respublikası
ə
razisində daimi yaşayış yeri olan fiziki şəxsin, yaxud Azərbaycan Respublikasının
qanunvericiliyi üzrə hüquqi şəxsin müəlliflik hüququna və ya əlaqəli hüquqlara malik
olduğu elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar və fonoqramlar;
52
2) Azərbaycan Respublikası ərazisində ilk dəfə dərc edilmiş (buraxılmış) elm,
ə
dəbiyyat və incəsənət əsərləri və ya fonoqramlar. Əsər və fonoqram Azərbaycan
Respublikasının hüdudlarından kənarda ilk dəfə dərc edildikdən (buraxıldıqdan)
sonra 30 gün keçənədək Azərbaycan Respublikası ərazisində dərc edildikdə
Azərbaycan Respublikasında da ilk dəfə dərc edilmiş (buraxılmış) sayılır;
3) Azərbaycan Respublikası ərazisində ilk dəfə edilmiş ifalar, yaxud bu
maddənin ikinci bəndinin müddəalarına uyğun surətdə qorunan fonoqrama yazılmış
ifalar, yaxud fonoqrama yazılmamış, lakin yayım təşkilatının bu maddənin dördüncü
bəndinə uyğun surətdə qorunan verilişinə daxil edilmiş ifalar;
4) Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxs sayılan və
verilişlərini Azərbaycan Respublikası ərazisində yerləşən ötürücülərin köməyi ilə
həyata keçirən yayım təşkilatlarının verilişləri;
5) Azərbaycan Respublikası ərazisində olan memarlıq əsərləri;
6) Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə uyğun
olaraq qorunan digər elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar, fonoqramlar
vəyayım təşkilatlarının verilişləri.
7) Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, elə əsərlərə və əlaqəli
hüquqlar obyektlərinə qorunma tətbiq edilir ki, mənşə ölkəsində həmin obyektlər
üçün müəyyən edilmiş qorunma müddətləri bitməmiş olsun. Azərbaycan
Respublikasının ərazisində müəlliflik hüququ və əlaqəli hüquqların qüvvədə olma
müddəti mənşə ölkəsində müəyyən edilmiş qorunma müddətlərindən çox ola bilməz;
8) bu Qanunun müddəalarıAzərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun olaraq vəya qarşılıqlı prinsiplər əsasında Azərbaycan
Respublikasının vətəndaşları ilə yanaşı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə
də şamil edilir.[13]
"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanunda müəlliflik
hüququnun obyekti, müəlliflik hüququnun obyekti olan əsərlər, müəlliflik hüququ ilə
qorunmayan obyektlər, müəlliflik hüququnun yaranması, şərikli əsərlərə müəlliflik
Dostları ilə paylaş: |