Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

44 

 

1) bazar tələbatının, təklifinin, rəqabətinin dəyişilməsi səbəbindən - qiymət və qeyri-



qiymət amilləri; 

2) təsir istiqamətinə görə - birbaşa və dolayı amillər; 

3) təsir xüsusiyyətinə görə - daxili və xarici amillər; 

4) yaranma sferasına görə - iqtisadi, sosial-mədəni, institutsional amillər; 

5) bazar tələbatına və təklifinə təsir xarakterinə görə: ümumi və xüsusi amillər; 

6) təsir miqyasından asılı olaraq - mikro iqtisadi və makro iqtisadi amillər. 

 

 

 



 

2.2. Azəbaycan Respubikasında intellektual mülkiyyət obyektlərinin 

qiymətləndirilməsi zəruriliyi və onun aparılması istiqamətləri 

 

 

Respublikamızda  intellektual  mülkiyyət  obyektləri  bazarı  formalaşdığı  andan 



etibarən    intellektual  mülkiyyət  obyektlərinin  qiymətləndirilməsi  zəruriliyi 

yaranmışdır. 

 

ntellektual  mülkiyyət  obyektlərinin  qiymətləndirilməsi  intellektual  işin 



məhsullarının dəyərini pul ekvivalentində müəyyən etməyə imkan verir.  

 

ntellektual  mülkiyyətin  qiymətləndirilməsi  zəruriliyi  adətən  əmtəə 



nişanlarının,  patentlərin  və  s.  alqı-satqısı  zamanı  yaranır.  Yaxud  intellektual 

mülkiyyət  obyektlərinin  müvəqqəti  və  ya  qismən  istifadəsi  hüququnda  lisenziya 

sazişlərinin və ya əqdlərin bağlanması zamanı. 

 

Yuxarıda  qeyd  etdiklərimizdən  əlavə,  qiymətləndirmə  rəqiblərin  ticarət 



markalarından,  patentlərdən  və  s.  qanunsuz  istifadə  zamanı  hüquq  sahibinə  dəymiş 

ziyanın  kompensasiyasının  müəyyən  edilməsi  zamanı  tələb  olunur.  Lakin  müasir 

təcrübədə  intellektual  mülkiyyətin  qiymətləndirilməsinin  rəsmi  prosedurlarının 

həyata keçirilməsi üçün digər səbəblər də mövcuddur.  




45 

 

ntellektual  mülkiyyət  obyektlərinin  qiymətləndirilməsinin  aparılması  zərurəti 



aşağıdakı hallarda yaranır: 

1) intellektual mülkiyyət obyektlərinin hüquqlarının alqı-satqısında; 

2)  dəyərin  yaradılması  strategiyası  kimi  intellektual  mülkiyyət  obyektlərinin  idarə 

edilməsi zəruriliyi yarananda; 

3)intellektual mülkiyyət obyektlərindən istifadəyə görə ödənişlərin hesablanılmasının 

ə

saslandırılması zəruriliyi; 



4) müəssisələrin özəlləşdirilməsi; 

5) müəssisənin ləğv edilməsi, müflisləşməsi; 

6) girov qismində intellektual mülkiyyət obyektlərinin verilməsi; 

7) françayzinqin tərkib hissəsi kimi intellektual mülkiyyət obyektlərindən istifadədə; 

8) müəssisə sahibləri arasında əmlak bölgüsündə; 

9) bir müəssisənin digər müəsisə tərəfindən udulması və ya onların birləşməsi; 

10) intellektual mülkiyyət obyektlərindən istifadə edilməsi nəzərdə tutulan investisiya 

layihələrinin qiymətləndirilməsi; 

11) nizamnamə kapitalına intellektual mülkiyyət obyektlərinin daxil edilməsi;  

12) intellektual mülkiyyət obyektlərinin sığortası; 

13) intellektual mülkiyyət obyektinin şəxsi istehsalda istifadəsi zamanı onun üzərinə 

düşən iqtisadi səmərə payının müəyyən edilməsi; 

14) intellektual mülkiyyət obyekti müəlliflərinin qonorarının hesablanması; 

15) maliyyə hesabatlarında dəyişikliklərin edilməsi, vergi bazasının dəqiqləşdirilməsi 

məqsədilə müəssisənin qeyri-maddi aktivlərinin qiymətləndirilməsi. 

 

Hazırda  intellektual  mülkiyyət  müəssisənin  aktivlərinin  ən  mühüm  tərkib 



hissələrindən biri hesab edilir. Kifayət qədər tez-tez o hallara rast gəlinir ki, şirkətin 

intellektual mülkiyyətinin dəyəri onun bütün maddi aktivlərinin dəyərini üstələyir və 

marketinq strategiyasında şirkətin ən əsas resursu hesab olunur. 

 

Qiymətləndirmə  işlərinin  aparılmasında  ilkin  məsələ  qiymətləndirmənin 



məqsədinin  müəyyənləşdirilməsi  hesab  edilir.  Qiymətləndirmənin  zərurəti  məhz 

intellektual mülkiyyət obyektinin qiymətləndirilməsi məqsədindən asılıdır. 




46 

 

 



Sifarişçi 

qiymətləndirmənin 

məqsədini 

dəqiq 


ifadə 

etməlidir 

və 

qiymətləndirmə  aparan  mütəxəssisə  qiymətləndirmənin  nəticələrindən  necə  istifadə 



etməyi  planlaşdırdığını  izah  etməlidir.  Məhz bu qiymətləndirmə  aparan  mütəxəsisin 

konkret yanaşma və qiymətləndirmə metodları seçiminə təsir göstərir.  

 

ntellektual  mülkiyyət  obyektlərinin  qiymətləndirilməsi  zəruriliyi  daha  çox 



alqı-satqı  sövdələşmələri  zamanı  yaranır.  Belə  ki,  intellektual  mülkiyyət 

obyektlərinin  alqı-satqı  sövdələşmələrinin  reallaşdırılması  zamanı  analoji 

sövdələşmələr  barədə  informasiya  çatışmamazlığı  şəraitində  alan  və  satan  tərəflər 

arasında sövdələşmənin son məbləğinin müəyyən edilməsi ilə bağlı həmişə problemli 

hallar yaranır. Bu kimi problemlərin həlli üçün qiymətləndirmə ekspertlər tərəfindən 

aparılır. 

 

ntellektual  mülkiyyət  obyektlərinin  alqı-satqısı  məqsədilə  qiymətləndirilməsi 



zamanı ekspert qiymətləndirilən obyektin bütün parametr və xüsusiyyətlərini nəzərə 

alır  və  obyektin  bazar  dəyərinin  müəyyənləşdirilməsi  üçün  müxtəlif  yanaşma  və 

metodlardan istifadə edir. 

 

Qiymətləndirilmənin  aparılmasının  zəruri  hallarından  biri  də  intellektual 



mülkiyyət  obyektlərinin  nizamnamə  kapitalına  daxil  edilməsidir.  ntellektual 

mülkiyyət  obyektlərinin  nizamnamə  fonduna  daxil  edilməsi  dedikdə,  intellektual 

mülkiyyət  obyektləri  üçün  mülkiyyət  hüquqlarının  müəssisəyə  verilməsi  başa 

düşülür.  Bu  verilmə  bir  qayda  olaraq,  yazılı  formada  müqavilə  bağlanması  yolu  ilə 

həyata  keçirilir.  ntellektual  mülkiyyətin  yeni  yaradılan  müəssisənin  nizamnamə 

fonduna  daxil  edilməsində  intellektual  mülkiyyət  obyektlərinə  mülkiyyət  hüquqları 

artıq  qeyd  olunduğu  kimi  müəssisəyə  keçir  və  müəssisə  özünün  bütün  əmlakı,  o 

cümlədən  öhdəlikləri  ilə  cavab  verir.  Bundan  başqa  mövcud  qanunvericiliyə  görə 

nizamnamə  fondu  daxil  olmaqla  müəssisənin  əmlakı  məhkəmənin  və  ya  digər 

səlahiyyətli orqanın qərarına əsasən mülkiyyətçidən müsadirə oluna bilər. 

 

ntellektual  mülkiyyət  obyektlərinin  hər  bir  növünün  qiymətləndirilməsi  üçün 



müvafiq  olaraq  qiymətləndirmə  üçün  məlumatların  siyahısı  qeyd  olunmalıdır. 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə