38
Tanınmış əmtəə nişanları: Təsviri əlamətlər kütlə tərəfindən müəyyən şirkətin
(məsələn, "AZEL") məhsul və ya xidmətləri ümumilikdə əmtəə nişanı kimi qəbul
edildiyi zaman qoruna bilər. [3, 34]
ctimai mülkiyyət: Əmtəə nişanları illərlə bazarda mövcud olması səbəbindən
öz adını mühafizə olunmayan (hamının adi qaydada istifadə etdiyi) ümumi ada dəyişə
bilər və bu nişanın öz mühafizə səviyyəsini itirməsi ilə nəticələnə bilər. [3, 34]
Geniş tanınmış əmtəə nişanları: "Ferrari", "Coca-Cola" və ya "Cartier" kimi
tanınmış əmtəə nişanları, hətta onlar üçün qeydiyyata alınmamış əmtəə və
xidmətlərin siniflərinin belə üçüncü şəxslər tərəfindən istismar edilməsinə qarşı
müdafiə olunur ki, sözügedən şirkətlər Azərbaycanda geniş tanınmış əmtəə nişanları
kimi qəbul edilir. [3, 34]
nternet domen adları: Azərbaycanda ".az" kodları üçün domen adlarının təyin
edilməsi və qeydə alınması ilə Network Technologies (www.nt.az) və Extra Web
(www.extraweb.az) məşğul olur. Domen adları həmçinin adi şərtlər altında əmtəə
nişanları kimi qeydə alına bilər. [3, 34]
Məhsulun mənşəyinin göstərilməsi: Müəyyən məhsul və ya xidmətləri
başqalarından istehsalçı ilə deyil, coğrafi mənşə ilə də fərqləndirilirlər. Birbaşa mənşə
(məsələn, "Azərbaycan xalçası"), dolayı mənşə (məsələn, "Azərilmə") və coğrafi
adlar mənşəyi (məs. "Badamlı" mineral suyu) arasında fərq var. [3, 34]
Müəlliflik hüququnun böyük mədəni-humanitar əhəmiyyəti vardır, çünki
müəllif hüquqlarının qorunması mədəni irsin qorunub saxlanmasına, mədəni
dəyərlərin cəmiyyətdə geniş yayılmasına və yeni yaradıcılıq (intellektual fəaliyyətin)
nəticələrinin meydana çıxmasına şərait yaradır. Bununla yanaşı, müəlliflik hüququ
son illər iqtisadi inkişafın vacib aləti kimi, digər intellektual mülkiyyət hüquqları ilə
birgə "biliklərə əsaslanan iqtisadiyyatın" amilinə, tərkib hissəsinə və ən vacib qeyri-
maddi aktivlərinə çevrilmişdir. Yalnız müəlliflik hüququna əsaslanan sənayenin payı
dünya iqtisadiyyatında 7,3 % (5 faiz illik artımla) təşkil edir
Müəlliflik hüququ əsərin formasını qoruyur. Qorunmanın əsas obyekti əsərin
özü olduğuna görə onun məzmunu formaya malik olduğu şəkildə qorunur. Əsər
39
vasitəsilə ifadə edilən ideya və ya konsepsiya qorunmur. Əsər yarandığı andan
qorunur və bu qorunan əsərin təkrarlana bilməməsinin sübutudur. Müəlliflik hüququ
ə
sər yaradıldığı andan yaranır və "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında"
Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallar istisna olmaqla
müəllifin bütün həyatı boyu və onun ölümündən sonra 70 il müddətində qüvvədə
qalır. Əlaqəli hüquqlar isə müəlliflik hüquqları ilə təmasda olan törəmə hüquqlardır
və qorunma müddəti nisbətən məhduddur. Müəlliflik hüququnun obyektlərindən
fərqli olaraq əlaqəli hüquqların obyektləri 50 il müddətində qorunur.
Qanunvericiliyə əsasən müəlifin və ya müəllif hüquqlarının digər sahibinin
razılığı olmadan və müəllifə qonorarı ödəmədən fiziki şəxsin qanuni dərc edilmiş
ə
sərdən, gəlir götürmədən ancaq şəxsi məqsədlər üçün bir nüsxə hazırlanmasına yol
verilir. Lakin memarlıq əsərinin bina və ona oxşar tikili formasında surətinin,
həmçinin məlumat bazalarının və ya onların əsas hissələrinin surətinin, komputer
proqramlarının, kitabların, not mətnlərinin və təsviri sənət əsərlərinin orijinallarının
reprosurətinin və müəllifin maraqlarını əsassız olaraq məhdudlaşdıran hər hansı surət
çıxarmaya icazə verilmir.
Şə
xsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən
surəti çıxarılarkən, audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və
audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və proqram
istehsalçılarının qonorar almaq hüququ vardır. Müstəsna müəllif hüquqlarının
sahibinin əsərə hüquqlarını bildirməsi üçün əsərin hər bir nüsxəsində göstərilən üç
ünsürdən istifadə etmək hüququ vardır: dairəyə alınmış © işarəsi, hüquq sahibinin adı
və əsərin ilk dəfə dərc edildiyi il.
Tərcümələr, ədəbi əsərin kinofilm şəklində ekranlaşdırılması və ya musiqili
aranjeman kimi törəmə əsərlər (məsələn, hər hansı məşhur əsərin digər ifaçı
tərəfindən yeni üslubda ifa edilməsi) müəlliflik hüququ ilə qorunur. Qanuni dərc
edilmiş əsərlərdən qısa parçaları elmi, tədris və digər məqsədlər üçün sitat şəklində
istifadə etməyə, habelə məhkəmə və inzibati işlərin aparılması üçün lazım olan
həcmdə əsərlərin surətinin çıxarılmasına icazə verilir. Bu halda müəllifin razılığı
40
tələb olunmur və qonorar ödənilmir. Lakin istifadə zamanı əsərin müəllifinin adı və
götürülmə mənbəyi göstərilməlidir.
Ölkəmizdə müəlliflik hüququ ilə qorunan intellektual mülkiyyətin bir növü də
qeyri-ənənəvi əqli mülkiyyətdir. Qeyri-ənənəvi əqli mülkiyyət dedikdə inteqral sxem
topologiyaları, məlumat toplusu və folklor nümunələri başa düşülür. ntellektual
mülkiyyətin bu növləri xüsusi qorunma hüququ ilə qorunurlar. Azərbaycanda
intellektual mülkiyyətin bu sahəsi üzrə qanunvericiliyin inzibati idarəçiliyi Müəllif
Hüquqları Agentliyi tərəfindən həyata keçirilir.
nteqral sxem dedikdə altlığın səthində və həcmində bir-birindən ayrılmaz
şə
kildə hazırlanmış elementlər və elementlərarası əlaqələrdən ibarət olub müəyyən
elektron sxem funksiyasını tam və ya qismən yerinə yetirən elektron məmulat başa
düşülür. nteqral sxem elementlərinin və elementlərarası əlaqələr məcmusunun
altlıqda əks olunmuş fəzavi-həndəsi yerləşdirilməsi isə inteqral sxemin topologiyası
adlandırılır. Hüquqi qorunma yalnız orijinal topologiyalara şamil olunur. [3, 42]
Topologiyadan istifadəyə müstəsna hüquqlar 10 il müddətində qüvvədə qalır
və onun müəllifi, yaxud hüquq sahibi qorunma müddəti bitməmiş topologiyanı
Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində könüllü olaraq dövlət
qeydiyyatından keçirə bilər. Azərbaycanda " nteqral sxem topologiyasının hüquqi
qorunmas ıhaqqında" Qanun 31 may 2002-ci ildə qəbul edilmişdir. [3, 42]
Müəlliflik hüququnun obyekti olan məlumat toplusuna əmlak hüquqlarının
kimə məxsus olmasından asılı olmayaraq şəxsi (qeyri-əmlak) hüquqlar yalnız
müəllifə məxsusdur. Məlumat toplusuna, o cümlədən xüsusi qorunma hüququ ilə
qorunan məlumat toplusuna müstəsna hüquq sahibi (sahibləri) və ya istehsalçısı
(istehsalçıları) hüquqların qüvvədə olduğu müddətdə onu (tərkibində dövlət sirrinə
aid informasiyalar saxlayan məlumat toplusu istisna olmaqla) Müəllif Hüquqları
Agentliyində rəsmi qeydiyyatdan keçirə bilərlər. Rəsmi qeydiyyatdan keçirilmiş
məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada, müvafiq icra
hakimiyyəti orqanında qeydiyyatdan keçirilməlidir.
Dostları ilə paylaş: |