62
qruplaşdırılması və tətbiqi sahəsində yaranan ziddiyyətli halların aşkar edilməsi ilə
bağlı məsələlərin həlli də daxildir.
Beynəlxalq Qiymətləndirmə Standartları üzrə Komitə ( nternational Valuation
Standarts Commitee) 1 iyul 2000-ci ildə Beynəlxalq Qiymətləndirmə Standartlarının
həcmcə əvvəlki standartlardan 2 dəfə böyük olan yeni redaksiyasını, 26 iyul 2001-ci
ildə isə, həmin standartların müddəalarını inkişaf etdirən və aydınlaşdıran,
qiymətləndirmə xidmətləri sahəsində baş verən dəyişiklikləri nəzərə alan yeni
redaksiyanı qəbul etmişdir.
Beynəlxalq
Qiymətləndirmə
Standartları
qiymətləndirmənin
ümumi
anlayışlarını və prinsiplərini ifadə edən giriş hissəsindən, bazar dəyərinin
müəyyənləşdirilməsinə həsr olunmuş I bölmədən və bazar dəyərindən fərqli
qiymətləndirmə bazası kimi qəbul olunan digər dəyər növlərini əks etdirən II
bölmədən ibarətdir.
ntelektual mülkiyyət obyektlərinin qiymətləndirilməsi prosesi dünya təcrübəsi
üzrə müvafiq ardıcıllıqla həyata keçirilir. Bu ardıcılıq aşağıdakı kimidir:
• mövcud qiymətləndirmə obyektinin və onun mülkiyyət hüququ tipinin
müəyyən edilməsi;
• qiymətləndirmənin aparılması məqsədi;
• qiymətləndirmənin təyinatının müəyyən edilməsi;
• qiymətləndirmə prosesində tələb olunan informasiyanın yığılması, onların
araşdırılması və təhlili;
• qiymətləndirmə obyektindən istifadə səviyyəsinin və istifadə olunmayan
resursların müəyyən edilməsi;
• qiymətləndirmədə tətbiq olunması nəzərdə tutulan yanaşma və metodların
müəyyən edilməsi;
• daha əlverişli yanaşma və metodların tətbiqi ilə intellektual mülkiyyət
obyektinin qiymətləndirilməsi;
• qiymətləndirmə obyektinin yekun dəyərinin hesablanması;
63
• intellektual mülkiyyət obyektinin yekun qiymətləndirilməsinin təsdiqlənməsinə
hüquqi əsas verən hesabatın tərtibi.[8, 182-183]
ntellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsi standartlarının işlənilib
hazırlanarkən zəruri normativ materiallar nəzərə alınmalı, habelə standartın yazılışı
zamanı istifadə edilən anlayışların izahına geniş yer verilməlidir.
Standartda intellektual mülkiyyət obyektlərinin təsnifatı və strukturu, onları
həyata keçirən dövlət orqanları, bu orqanların səlahiyyətli nümayəndələri və s.
məsələlər qeyd edilməlidir. Həmçinin standartda intellektual mülkiyyət obyeklərinin
yaradılması və ya alınması zamanı mühasibat uçotunun tələbləri, intellektual
mülkiyyət obyektlərinin xərclərinin formalaşması və bu göstəricilərin müvafiq
hesablarda əks etdirilməsi, bu hesabların bölmələrdə əks etdirilməsi, o cümlədən
intellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsinin iqtisadi mahiyyəti
açıqlanılmalıdır.[8, 178]
Bundan əlavə, intellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsi
standartında əsas diqqət yetirilməli bölmələrdən biri də qiymətləndirmədə çox zəruri
olan yanaşmalar bölməsidir. Standartda istifadə olunan xərc, satışların müqayisəsi və
gəlir yanaşmalarının intellektual mülkiyyətin qiymətləndirilməsində mühüm
ə
həmiyyəti vardır.
ntellektual
mülkiyyət
obyektlərinin
qiymətləndirilməsi
standartının
hazırlanması və tətbiqi intellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsinin
mərhələlərini aydınlaşdırmağa imkan verir və qiymətləndirmənin nəticələrinin daha
dəqiq və etibarlı olmasına şərait yaradır.
Standartın böyük bir bölməsi intellektual mülkiyyət obyektlərinin
qiymətləndirilməsi zamanı informasiya metodik tələblərə həsr olunmalı və bu işə
hazırlığın əsas mərhələləri təxminən aşağıdakı şəkildə olmalıdır:
-intellektual mülkiyyət obyektlərinin uçotu obyektləri olan maddi daşıyıcıların
aşkar olunması;
-qiymətləndirmə obyekti üzərində hüquqların eyniləşdirilməsi üzrə
ekspertizanın keçirilməsi;
64
-bazar dəyəri tipinin və onun kəmiyyətinin hesablanması metodunun
ə
saslandırılması.[8, 178]
ntellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsi üzrə işlərin yerinə
yetirilməsi üçün zəruri olan informasiyanın siyahısına aşağıdakılar aid edilir:
intellektual mülkiyyət obyektlərinin yaxud intellektual mülkiyyət
obyektlərindən istehsal olunmuş məhsulların səciyyələndirilməsi;
intellektual mülkiyyət obyektlərindən istifadə nəticəsində əldə olunan gəlir
mənbələri;
intellektual mülkiyyət obyektləri bazarının təsviri;
intellektual mülkiyyət obyektlərinin yaradılması, hüquqların əldə edilməsi və
istifadəsi üçün lazım olan xərclər;
intellektual mülkiyyət obyektlərindən istehsal edilmiş məhsul vahidinin maya
dəyəri və qiyməti;
intellektual mülkiyyət obyektlərinin əldə olunması və istifadəsi ilə bağlı olan
risklər;
intellektual mülkiyyət obyektlərindən istifadə olunmasından xalis gəlir. [8,
178-179]
qtisadiyyatda əsas resurs kimi intellektual mülkiyyətin istifadəsi təbii
sərvətlərlə zəngin olmayan ölkələr üçün dünya iqtisadiyyatında lider vəziyyətini
saxlamaq məqsədilə yeganə yoldur.
Müasir dövrdə bütün dünyada intellektual mülkiyyət yeni iş yerlərinin, yeni
məhsul və xidmətlərin yaradılmasının əsas mənbələrindən biri sayılır.
Yaponiya bir neçə il öncə ölkənin inkişaf devizinin əsas məqsədi və inkişaf
devizini "intellektual mülkiyyət əsasında qoyulmuş cəmiyyət" kimi qeyd etmişdir.
ABŞ, Qərbi Avropa, Çin, Hindistan, Rusiya, Qazaxıstan və digər dünya ölkələrinin
inkişafı planında intellektual mülkiyyətin inkişafı və mühafizəsi əsas açar hesab
edilir.