Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə12/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   8   9   10   11   12   13   14   15   ...   140

__________________________________________ 

43

larından milli dövlət quruculuğunda, demokratik dəyərlərin 



bərqərar edilməsində, sivil vətəndaş 

cəmiyyətinin 

formalaşmasında, islahatların həyata keçirilməsində, insanların 

mənəvi saflaşmasında səmərəli istifadə etməkdən ibarətdir. 

Mətbuat həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları 

yüksək ideallar uğrunda mübarizəyə  səsləməli və  səfərbər 

etməlidir. 

Əmin olduğumu bildirmək istəyirəm ki, zəngin və mütərəqqi 

mətbuat ənənələri ilə fərqlənən Azərbaycan jurnalistləri mənsub 

olduqları peşənin  şərəfini həmişə uca tutacaq, ölkəmizdə  və 

beynəlxalq aləmdə baş verən hadisələrin respublika 

ictimaiyyətinə çatdırılmasında yüksək peşəkarlıq, obyektivlik və 

prinsipiallıq nümayiş etdirəcək, Azərbaycan həqiqətlərinin 

bütün dünyaya yayılmasına bundan sonra daha böyük səy 

göstərəcəklər. 

 

HEYDƏR ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

 

Baki şəhəri, 21 iyul 1999-cu il 



 

  

 



  


__________________________________________ 

44

 



 

 

FRANSA SENATININ PREZİDENTİ  



KRİSTİAN PONSELENİ VƏ  

ONUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ  

HEYƏTİ İLƏ CÖRÜŞDƏKİ SÖHBƏT 

 

Prezident sarayı 



 

22 iyul l999-cu il  

 

H e y d ə r Ə l i y e v: Hörmətli cənab prezident! 

Hörmətli senatorlar, qonaqlar! 

Siz Azərbaycana xoş  gəlmisiniz! Mən sizi səmimi-qəlbdən 

salamlayıram və sizin Azərbaycanı ziyarət etməyinizdən 

məmnun olduğumu bildirirəm. 

Fransa ilə Azərbaycan arasındakı  əlaqələr yüksək 

səviyyədədir - mən bunu belə qiymətləndirirəm - və günü-

gündən inkişaf edir. Cənab prezident, bunu təsdiq edən ən gözəl 

amillərdən biri də Fransa Senatının prezidentinin – sizin və 

sizinlə bərabər nümayəndə heyətinin Azərbaycana gəlməsidir. 

Fransa ilə  əlaqələrimizə biz Azərbaycanda çox böyük 

əhəmiyyət veririk. Məmnuniyyətlə deyə bilərəm ki, Azərbaycan 

dövlət müstəqilliyini əldə etdikdən sonra Fransa ilə Azərbaycan 

arasında  əlaqələr qısa bir zamanda yaranmışdır və bundan 

sonrakı dövrdə mütəmadi olaraq genişlənmiş və inkişaf etmişdir. 

Mən 1993-cü ilin dekabr ayında Fransaya ilk rəsmi səfərimi 

çox məmnuniyyətlə xatırlayıram. Mən mərhum prezident 

Fransua Mitteranın dəvəti ilə o vaxt Fransanı ziyarət etdim. 

Bizim çox əhəmiyyətli görüşlərimiz oldu və ölkələrimiz 

arasında sənədlər imzalandı. O zaman mən Fransa parlamen- 

  



__________________________________________ 

45

tində də oldum, orada da görüşlər keçirdik. Həmin ziyarət, səfər 



Fransa-Azərbaycan  əlaqələrinin inkişaf etməsinə böyük bir 

təkan verdi. 

1997-ci ilin yanvar ayında prezident cənab Jak Şirakm dəvəti 

ilə mən yenidən Fransaya rəsmi səfərə gəldim. O dövrdə də biz 

çox geniş görüşlər keçirdik, danışıqlar apardıq, müəyyən 

sənədlər imzaladıq. Mən o vaxt da Senatda oldum, parlamentdə 

görüşlər keçirdim. 

Ötən bu illərdə Fransadan da Azərbaycana həm parlament 

üzvləri, həm də Xarici İşlər Nazirliyinin işçiləri, dövlətin başqa 

nümayəndələri ziyarətə  gəliblər və biz çox səmərəli danışıqlar 

aparmışıq. Fransanın xarici işlər naziri Erve de Şarett 

Azərbaycanda olmuşdur və biz çox geniş danışıqlar aparmışıq. 

Azərbaycanın xarici işlər naziri də Fransanı ziyarət etmişdir. 

Milli Məclisin sədri Murtuz Ələsgərov başda olmaqla 

respublikamızın parlament nümayəndə heyəti də Fransanı 

ziyarət etmişdir. Bu görüşləri, səfərləri daha da çox saymaq olar. 

Bir daha deyirəm, bunlar hamısı onu göstərir ki, bizim 

əlaqələrimiz yaxşı səviyyədədir. 

Cənab prezident, sizin Azərbaycana bu ziyarətiniz isə, hesab 

edirəm, bizim əlaqələrimizin daha da çox genişlənməsinə imkan 

yaradacaqdır. Qeyd etmək istəyirəm ki, biz dövlət müstəqilliyini 

əldə edəndən sonra bu, Fransadan Azərbaycana gələn ən yüksək 

dövlət nümayəndə heyətidir ki, biz sizi qarşılayırıq. Cənab 

prezident, təəssüf ki, siz Azərbaycana çox az vaxt ayırmısınız - 

səhər gəlmisiniz, axşam gedirsiniz. Ancaq bu səfər çox 

əhəmiyyətli olduğuna görə mən elə bu qısamüddətli ziyarəti də 

çox yüksək qiymətləndirirəm.  

Fransa ilə Azərbaycanın  əlaqələrinin bizim üçün ən 

əhəmiyyətli cəhətlərindən biri də ondan ibarətdir ki, Fransa 

Minsk qrupunun 1997-ci ilin əvvəlindən Ermənistan-

Azərbaycan münaqişəsini sülh yolu ilə  həll etmək üçün 

yaranmış 

 

 



__________________________________________ 

46

 



 

        


həmsədrlərindən  - Rusiya və Amerika Birləşmiş  Ştatları ilə 

birlikdə həmsədrlərdən biridir. 

Bizim  əməkdaşlığımızı daha da gücləndirən bir də odur ki, 

prezident Jak Şirak ilə mənim aramda çox səmimi münasibətlər 

və dostluq əlaqələri yaranmışdır. Biz prezident Jak Şirakla son 

iki ildə bir neçə  dəfə görüşüb danışıqlar aparmışıq. Bu 

danışıqlar, görüşlər çox əhəmiyyətli olubdur və bizim 

əlaqələrimizin inkişafına daim yardım edibdir. Əminəm ki, sizin 

bu səfəriniz də  həmin  əlaqələri daha da inkişaf etdirəcəkdir. 

Buyurun. 

Kristian Ponsele: Səmimi qonaqpərvərliyə, qəbula görə Sizə 

minnətdarlığımı bildirir və prezident Heydər Əliyevin səhhətinin 

çox yaxşı olduğunu görməkdən məmnun qaldığımı söyləyirəm. 

Cənab prezident, bu görüşümüzdə Sizə deyəcəyim ilk söz 

mənə olan tapşırıq və bu missiyanın məqsədlərindən biri ilə 

əlaqədardır. Bu da odur ki, Fransa Respublikasının prezidenti 

zati-aliləri Jak Şirak mən buraya gəlməmişdən  əvvəl məndən 

xahiş edibdir ki, onun ən səmimi,  ən sədaqətli,  ən isti dostluq 

salamlarını, rəğbətini və dərin hörmətini Sizə çatdırım. O mənə 

bu tapşırığı verdiyi zaman onu da dedi ki, əlbəttə, müəyyən 

səbəblərə görə - o, bunu xüsusi qeyd etdi - Sizinlə görüşmək 

istəyir. 

Cənab prezident, mən rəhbərlik etdiyim nümayəndə heyətinin 

ünvanına dediyiniz xoş sözlərə görə hər şeydən əvvəl Sizə dərin 

təşəkkürümü bildirmək istəyirəm. 

Cənab prezident, mən Sizə bir daha təşəkkür etmək istəyirəm 

ki, nümayəndə heyətimizin Azərbaycana səfəri zamanı, 

qarşılanma prosesində bizə göstərilən diqqət, qayğı - bütün 

bunlar hamısı qeyri-adi idi. Biz elə bir yüksək səviyyədə 

qarşılandıq ki, belə isti münasibət Azərbaycan xalqının nadir 

qonaqpərvərlik xüsusiyyətlərindən biridir. 

  

 



 

 



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə