Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə10/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   6   7   8   9   10   11   12   13   ...   140

__________________________________________ 

37

la belə fikir də olduq ki, Minsk qrupunun həmsədrləri öz işini 



gücləndirməlidirlər. Arzu edirəm ki, siz bunu biləsiniz və 

istərdim ki, həmsədrlər bu işdə fasilə verməsinlər. Çünki bir 

vasitə o birisini əvəz etmir. Biz gərək bütün vasitələrdən istifadə 

edək. Ona görə  də Minsk qrupu, onun həmsədrləri bu işləri 

davam etdirməlidirlər. Biz öz tərəfimizdən bu barədə 

təkliflərimizi verəcəyik. 

Ancaq eyni zamanda, prezidentlərin də təkbətək görüşlərinə, 

birbaşa görüşlərinə, mən hesab edirəm, bundan sonra da ehtiyac 

olacaqdır. Hər halda, mən bu görüşdən razıyam. Hesab edirəm 

ki, prezident Koçaryan da razı olmalıdır. Çünki söhbətimizi 

qurtararkən ikimiz də belə fikir  söylədik. Ancaq qarşıda hələ 

böyük yol vardır. Çalışmalıyıq ki, bu yola tezliklə gedək və 

sülhə nail olaq. 

S t e n l i  E s k u d e r o:  Cənab prezident, mən Sizə bu 

haqda bir neçə  dəfə demişəm və indi də demək istəyirəm ki, 

Sizin sülhə sadiq olmağınıza valehəm. Sizin Dağlıq Qarabağ 

probleminin həll edilməsi yolunda axtarışlarınıza valeh 

olmuşam və Siz bunu Koçaryanla görüşlər vasitəsilə, eləcə  də 

Minsk qrupunun həmsədrləri ilə görüşlər vasitəsilə  dəfələrlə 

sübuta yetirmisiniz. 

Öz tərəfimizdən onu deyə bilərəm ki, Birləşmiş  Ştatlarda, 

şübhəsiz ki, Sizin məsləhətinizə qulaq asacaqlar və  əlbəttə ki

Minsk qrupunun səviyyəsinin artırılması sahəsində öz işlərini 

gücləndirəcəklər.  Əlbəttə, həm Sizdən, həm də prezident 

Koçaryandan gələn təkliflərə biz diqqətlə baxacağıq - o vaxt ki, 

Siz də, prezident Koçaryan da bu təklifləri bizə  təqdim etmiş 

olasınız. 

  

  

 



  

 

  



 


__________________________________________ 

38

  



 

«SOS-KİNDERDORF İNTERNASİONAL» 

TƏŞKİLATININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ 

GÖRÜŞDƏKİ



 SÖHBƏT 

 

Prezident sarayı 

 

20 iyul 1999-cu il 

 

H e y d ə r  Ə l i y e v: Hörmətli cənab prezident, mən sizi 

Azərbaycanda salamlayıram və Azərbaycana göstərdiyiniz 

diqqət və qayğıya görə  təşəkkür edirəm. Sizin təşkilatınız 

dünyada çox məşhur bir təşkilatdır, bir çox ölkələrdə çox 

xeyirxah işlər görürsünüz. Ona görə 

də dünyada 

məşhurlaşmısınız.  İndi Azərbaycana da bu barədə diqqət 

göstərməyinizi, başqa ölkələrdə gördüyünüz işlərdən 

Azərbaycanda da görmək haqqında məramınızı böyük 

məmnuniyyətlə qəbul edirəm. 

Ümumiyyətlə, sizin dünyada gördüyünüz işlər haqqında 

mənə müəyyən məlumatlar veriblər. Azərbaycandakı 

təşəbbüsünüz haqqında da məlumatım var. Ancaq şübhəsiz ki, 

mən sizi dinləmək istəyirəm. 

H e l m u t  K u t i n  (Təşkilatın prezidenti): Biz çox 

məmnunuq ki, Azərbaycan Respublikasının prezidenti 

tərəfindən qəbul edilirik, Azərbaycan prezidenti bu işə, bizim 

fəaliyyətimizə şəxsən maraq göstərir, dəstək verir. Biz çox 

 

  

 



                                                 

 



Görüşün sonunda cənab Helmut Kutin başçılıq etdiyi təşkilatın uşaq qalstukunu 

və həmin təşkilatın 50 illiyi münasibətilə kəsilmiş 10 markalıq metal pulu Azərbaycan 

prezidentinə hədiyyə etdi. 

Prezident Heydər  Əliyev minnətdarlıq edərək bildirdi ki, həmin qalstuku 

saxlayacaq və uşaq şəhərciyinin açılışı zamanı istifadə edəcəkdir. 



__________________________________________ 

39

məmnunuq ki, Azərbaycan Respublikasının hökuməti - Baş 



nazir, onun müavinləri, eləcə  də  səfir bu işə böyük maraq 

göstərirlər. Elə bunun nəticəsidir ki, biz Azərbaycanda da uşaq 

şəhərciyinin tikilməsi haqqında qərara gəlmişik. Bu, 

Azərbaycanda tikiləcək ilk uşaq  şəhərciyidir və biz Sizin 

xeyirduanızla, dəstəyinizlə bu işə başlayırıq. Çox istərdik ki, bu 

işə dünən başlayaq, bir halda ki, mümkün olmadı, sabahdan 

başlayarıq. 

Bu il biz təşkilatımızın 50 illiyini qeyd edirik. O, 50 il bundan 

əvvəl cənab Mayner tərəfindən yaradılmışdır. Azərbaycanda da 

uşaq  şəhərciyinin tikilməsi məhz təşkilatın 50 illiyinə  həsr 

olunmuşdur. Hazırda bizim bütün dünyada 6 milyon dostumuz, 

31 ölkədə ofisimiz var. 

Təşkilatın Almaniyadakı dostları Azərbaycanda uşaq 

şəhərciyi tikilməsinə kömək etməyə böyük məmnuniyyətlə 

razılıq vermişlər. Lakin Azərbaycan tərəfindən də bu işə yardım 

lazım olacaqdır - yəni uşaqlara baxanlar, onların qayğısına 

qalanlar lazım olacaqdır. 

Bizim ilk prezidentimiz cənab Mayner bu işi təşkil edərkən 

nəzərdə tutmuşdu ki, hər bir uşağa ana, bacı-qardaş, ev bəxş 

etsin və onlar bir şəhərcikdə yaşasınlar, digər uşaqlar kimi eyni 

hüquqlara malik olsunlar, ətrafdakılar tərəfindən eyni dərəcədə 

sevilsinlər. 

Zati-aliləri, çox məmnunuq ki, Sizin qızınız bizim buradakı 

təşkilatın başçısı olmağa böyük məmnuniyyətlə razılığını 

vermişdir. Biz ümid bəsləyir və dua edirik ki, bir gün gəlsin, 

şəhərciyin tikintisini tamamlayaq və Siz şəxsən oranı ziyarət 

edəsiniz, uşaqlar Sizinlə görüşsünlər, söhbət eləsinlər və  əsl 

atalıq qayğısını hiss etsinlər. Biz istəyirik ki, Sizinlə birgə 

çalışaraq «Ümid, sülh və qarşılıqlı anlaşma şəhərciyi» yaradaq. 

Cənab prezident, təşkilatımız adından Sizə minnətdarlığımı 

bildirmək istəyirəm ki, Siz onun nümayəndələrini qəbul 

edirsiniz.  Əslində,  mən  uşaqların  nümayəndəsi,  uşaqların 

  

 



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə