1
ƏŞRƏF HÜMMƏTOV
UĞURLAR
TƏSADÜFİ DEYİL
“Elm və təhsil”
Bakı – 2017
2
Redaktor:
Malik Rəcəb (Qurbanov)
Operator:
Günay Əlizadə
Korrektor: Höküməxanım Dadaşova
Əşrəf Hümmətov.
Uğurlar təsadüfi deyil. Bakı, “Elm və təhsil”, 2017, 220 səh.
Kitabda “Heydər Əliyev müasir Azərbaycan dövlətinin
qurucusudur” (Gülnaz Abdullayeva) və “Prezident İlham
Əliyevin Füzuli rayonuna bir günlük səfəri” (Şərafət Hacıyeva)
məqalələrindən sonar müəllifin aprel 2016-yanvar 2017-ci il
aralığında “Təhsil problemləri” qəzetində dərc edilmiş məqalə-
ləri toplanıb. Müəllif müəllimlərin pedaqoji fəaliyyətindən
söhbət açmaqla onları oxuculara tanıdır. Məktəblərdə keçirilən
tədbirlərdən hazırladığı məqalələri ilə oxucuya xeyli bilik
verir. Şagird və məzunların uğurlarını diqqətə çatdırır. Yeni
kitablardan bəhs edir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
2017
098
087
4603000000
−
−
N
qrifli nəşr
© Əşrəf Hümmətov, 2017
© “Elm və təhsil”, 2017
3
HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCAN
DÖVLƏTİNİN QURUCUSUDUR
zərbaycan dövlətinin
müstəqilliyi xalqımı-
zın milli-mənəvi sərvətidir. Xal-
qımızın əsrlər boyu arzuladığı
milli müstəqillik ötən əsrdə iki
dəfə elan edilib. 1918-ci il ma-
yın 28-də və 1991-ci il oktyab-
rın 18-də. Məlum olduğu kimi,
ilk müstəqilliyimiz uzun sürmə-
yib. Azərbaycan Xalq Cümhu-
riyyəti cəmi 23 ay fəaliyyət gös-
tərib. 1920-ci ilin aprelində isə
Azərbaycan yenidən işğal olu-
nub, ayın 28-də süquta yetib,
əsarət altına düşüb. Xalqımız
uzun illər sovet imperiya rejimi şəraitində yaşasa da, öz
müstəqilliyini bərpa etmək istəyindən dönməyib. 1988-1990-cı
illərdə keçmiş SSRİ məkanında vüsət alan milli azadlıq
hərəkatında Azərbaycan xalqı öndə gedib, hər cür sınaqlardan,
çətinliklərdən keçərək yenidən müstəqil Azərbaycan dövləti
qurmağa nail olub.
Məlum olduğu kimi, 1991-ci il oktyabrın 18-də “Azərbay-
can Respublikasının dövlət müstəqilliyi haqqında” konstitusiya
aktı qəbul edildi. Lakin müstəqil Azərbaycan dövləti erməni
təcavüzü ilə, ciddi ictimai-siyasi problemlərlə, iqtisadi çətinlik-
lərlə, milli qarşıdurma ilə üzləşdi. 1993-cü ildə vəziyyət daha da
gərginləşdi. Əlbəttə, tarixin təkrarlanmaması üçün xalqın iradə-
sini ali məqsədə yönəltməyi bacaran, yüksək nüfuza malik bir
şəxsiyyətin hakimiyyətə gəlməsi, onun ətrafında ümumxalq bir-
liyinin yaradılması son dərəcə zəruri idi. Xalq yaxşı dərk edirdi
A
4
ki, belə bir şəxsiyyət yalnız və yalnız Heydər Əlirza oğlu
Əliyevdir.
1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın təkidli tələbi
ilə Naxçıvandan Bakıya gəldi və Azərbaycan dövlətinin ağır
dövründə iyunun 15-də Ali Sovetin sədri seçildi. Azərbaycan
rəhbərliyinə qayıtdı. Bu əslində Heydər Əliyevin müstəqil Azər-
baycan respublikasını məhv olmaqdan, milli azadlığını itirmək-
dən xilas etmək kimi şərəfli tarixi missiyanı öz üzərinə
götürmək demək idi.
Heydər Əliyevin özü bu barədə deyirdi: “1993-cü ilin
iyun ayında Azərbaycan dəhşətli bir fəlakət qarşısında idi. Bəlkə
də kənarda olan adamlar bunun dərinliyini, təhlükəsini o qədər
də bilmirdilər. Ancaq mən Bakıya gələndən, bu məsələləri bir
neçə gün təhlil edəndən sonra respublikamızın, xalqımızın nə
qədər böyük uçurum, fəlakət qarşısında olduğunu dərk etdim.
Yalnız və yalnız buna görə mən respublika Ali Sovetinin sədri
vəzifəsinə seçilməyimə razılıq verdim”.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə
ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında,
beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslarla, beynəlxalq
norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğuna
başlandı. 1994-cü ildə cəbhədə atəşkəsə nail olunması ölkəyə
sabitlik gətirdi və hərtərəfli inkişaf yollarını açdı ki, bu da
Heydər Əliyevin tarixi xidmətlərindən biridir.
Azərbaycan dövlətinin neft strategiyasının işlənib hazırlan-
ması və ardıcıl sürətdə həyata keçirilməsi ölkəmizin əldə etdiyi
nailiyyətlərin ən əsasıdır. Bu sahədə, məlum olduğu kimi, bir
çox faydalı sazişlər imzalanıb. Müstəqil neft strategiyasının
həyata keçirilməsi vasitəsilə Azərbaycan dünyanın bir çox
ölkələrinin diqqətini, marağını özünə cəlb edib. Azərbaycan neft
strategiyası ölkəyə həm iqtisadi inkişaf üçün əlverişli şərait
yaradıb, həm də dünyanın bir çox dövlətləri ilə qarşılıqlı faydalı
əlaqələr qurmağa imkan verib. Bakı-Tbilisi-Ceyhan Əsas İxrac
Boru Kəmərinin təməlinin qoyulması bu sahədə uğurlu addım-
5
lardan biridir. Ümumiyyətlə, Azərbaycanın neft strategiyası və
bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəinki mühüm
sosial-iqtisadi, həm də böyük siyasi əhəmiyyət daşıyır. Bu da
Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artmasına və
dövlət müstəqilliyinin möhləmlənməsi işinə xidmət edir.
1995-ci ilin noyabrın 12-də müstəqil respublikamızın ilk
Konstitusiyası qəbul olunub və müstəqillik tariximizdə ilk
parlament seçkiləri keçirilib. Müstəqil Azərbaycan Konstitusiya-
sı ölkəmizdə yeni dövlət quruculuğu üçün dövlət fəaliyyətinin
və cəmiyyətin inkişafının gələcək modeli üçün hüquqi əsas yara-
dıb. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun
əbədi, dönməz xarakter alması baxımından tariximizin ən
məhsuldar dövrünün təməli qoyulub.
Ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan xalqının
tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müs-
təqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas
vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki,
ömrümün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və
yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf
etməsinə həsr edəcəyəm.
Azərbaycan Respublikası bundan sonra da onun başına nə
gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir
dövlətin əsarəti altına düşməyəcək”.
Heydər Əliyevin vətən, xalq qarşısındakı müstəsna xidmə-
tləri bir ümandır, saya-hesaba gəlməz. Ulu Öndərin hərtərəfli
fəaliyyəti, dünya miqyaslı siyasətçi kimi şöhrət tapması neçə-
neçə görkəmli dövlət xadimləri tərəfindən dəfələrlə etiraf edilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: - Heydər
Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və
dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və
dünya tarixində şərəfli yer tutmuşdur.
ABŞ-ın keçmiş prezidenti Corc Buş: - Heydər Əliyev
Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuş-
dur. Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi
Dostları ilə paylaş: |