22
1.2.
Rusiya qiymətli metallar bazar ın ın fəaliyyətinin x üsusiyyətləri
Qızıl bazarı müvafiq ticarət texnologiyasının mövcudluğunu tələb edir. Burada
metal hesablar mühüm rol oynayır, onlar qızıl və digər metalların hərəkəti ilə bağlı
bütün əməliyyatları kəmiyyət və pul qiyməti baxımından nəzərə almağa imkan verir.
Lakin eyni zamanda metal saxlandığı yeri tərk etmir və ya ticarət dövriyyəsində iştirak
edən miqdarı ilə müqayisədə az miqdarda bir xəzinədən digər xəzinəyə köçürülür.
Azərbaycanda metal hesabların istifadənin təkamülünü öz xüsusiyyətləri olmuşdur.
nkişaf etmiş ölkələrdə bu cür hesablar qiymətli metalların dövriyyəsinə münasibətdə
asılı rol oynayır və artıq formalaşmış qaydanı təsbit edir, lakin Rusiyada metal
hesabların meydana gəlməsi və bank təcrübəsində istifadə olunması hələ mükəmməl
qızıl bazarının formalaşmadığı dövrdə həyata keçirilməyə başlamışdı. Bu, ilkin
mərhələdə metal hesablara qızılla dolayı yolla bağlı olan özünə məxsus maliyyə
vasitəsi statusunu verdi.
Metal hesablar qızılın bank ehtiyatlarının likidliyinin artırılasına və onların mənfəət
qazanmaq məqsədi ilə dövriyyəyə cəlb edilməsinə yönəlmiş vasitələrdən biri kimi
istifadə edilirdi. Eyni zamanda banklar qızılın ikitərəfli kotirovkalarını təqdim edirdi.
Müştəri üçün hesab aşılarkən metalın müəyyən miqdarı xüsusi saxlama rejiminə
keçirilirdi; yəni hesab sahibi ilə imzalanmış müqaviləyə əsasən, qızıl bankın metal
hesabından müştərinin anoloji hesabına köçürülürdü. Bu zaman əməliyyat
bütünlükdə rubl hesabları üzrə əməliyyatlarla rəsmilləşdirildi.
Hal-hazırda tərəfindən işlənib hazırlanmış metal hesabların Azərbaycan şəraitinə
uyğun olaraq istifadəsi metodikası tətbiq edilir. Bu metodika bankla müştəri arasında
metal hesabın açılması haqqında müqavilənin imzalanmasını nəzərdə tutur.
Ə
məliyyatın həyata keçirilməsi üçün iki növ hesab açılır:
-
məsul saxlama hesabları;
-
sahibi göstərilməyən hesablar.
Mə sul saxlama hesabları banka məsul saxlama üçün verilmiş qiymətli metalların
uçotu üçün nəzərdə tutulmuşdur. Belə hesablar istifadə olunarkən bank tərəfindən
23
qəbul edilmiş külçələrin fərdi xüsusiyyətləri qeyd edilir: prob, ölçü, çəki, istehsalçı,
seriya nömrəsi və s.
Məsul saxlama hesabına daxil edilmiş qızıl və ya digər metallar onlarla hər hansı
bir əməliyyatı həyata keçirmək üçün bank tərəfindən istifadə edilə bilməz.
Belə hesab açılarkən hesab üzrə aparılan əməliyyatların siyahısı, metalın hesaba daxil
edilməsi və hesabdan silinməsi şərtləri, həmçinin metalın saxlanılmasına görə
mükafatın məbləği müştəri ilə bank arasinda bağlanan müqavilədə qabaqcadan
şə
rtləşdirilir.
Sahibi göstə rilmə yə n hesablar tə yinatından asılı olaraq, bir neçə növə bölünür:
- müddətli hesablar: bu hesablara müəyyən müddət keçdikdən sonra sahibləri
tərəfindən geri alına bilən qiymətli metallar daxil edilir;
- tələbli hesablar: bu hesaba qəbul edilmiş metal müştəri tərəfindən istənilən vaxt geri
götürülə bilər;
- metal şəklində alınmış və ya verilmiş keditlərin uçotu üçün ayrı-ayrı hesablar;
- banklararası müxbir metal hesablar: müxtəlif bankların müştəriləri arasında həyata
keçirilən qızıl, gümüş və platin sövdələşmələri bu hesablardan keçir. Metal hesabın
tətbiqi ilə əlaqədar faizlərin, komision yığımlarının və digər mükafatların verilməsi
rublla həyata keçirilir. Eyni zamanda faizlərin qiymətli metallarla ödənilməsi də
mümkündür, əgər hesab sahibi və bank arasında bağlanmış müqavilədə bu hal nəzərdə
tutulubsa.
Qızılla əməliyyat aparmaq üçün kommersiya bankları Azərbaycan Bankından icazə
almalıdır. 1993-cü ildə 100-dən artıq bank belə icazələrə malik idi, lakin kiçik həcmdə
ə
məliyyatlar yalnız 15 bank tərəfindən aparılırdı. Bu onunla izah olunur ki, RF MB-
nin icazəsi aparılan əməliyyatlar siyahısını məhdudlaşdırırdı: fiziki şəxslərlə qzıl
ticarəti aparmaq qadağan edilirdi; metal hesablar açmağa icazə verilmirdi, onların
olmaması effektiv banklararası ticarəti qeyri-mümkün edir; kommersiya bankları
xarici banklardan kredit almaq üçün qızıldan girov kimi istifadə edə bilməzdi. 1995-ci
ilin sonralarında qızılla əməliyyatların aparılması məqsədi ilə RF Höküməti
kommersiya banklarının imkanlarını xeyli genişləndirmək qərarına gəldi. Yeni
24
şə
raitdə Rusiya Bankı əvvələr verilmiş icazələri yeni lisenziya ilə əvəz etməyə başladı.
Bu lisenziya artıq qızılla geniş əhatəli əməliyyatların aparılmasını nəzərdə tuturdu.
Bank əməliyyatları standart və müəyyən ölçülü külçələrlə, yerli və xarici sikkələrlə
aparıla bilər. Qiymətli metallardan hazırlanmış digər məmulatlar bank
ə
məliyyatlarının predmeti sayıla bilməz. Belə məmulatlara, məsələn, zərgərlik
məmulatları, məftil, lent, yarımfabrikatlar və istehsal təyinatlı əşyalar aiddir. Standart
külçələrə müəyyən edilmiş daxili və ya beynəlxalq standartlara cavab verən, böyük
çəkili iri külçələr aiddir; müəyyən ölçülü külçələrə Azərbaycanın saflaşdırma
müəssisələri tərəfindən hazırlanmış və nişan vurulmuş (sahə standartlarına uyğun
olaraq) qiymətli metallar aiddir, onların çəkisi 1 kq və daha az təşkil edir, tərkibində
külçənin liqatur kütləsinin 99,99%-dən az olmayan xalis kimyəvi əsas metal
mövcuddur. Çəkisi və probu standart külçələrdən az olan kiçik külçələr də müəyyən
ölçülü külçələrə aidddir. Qızıl bazarını zənginləşdirmək və əhalini alıcılar qismində
ticarətə cəlb etmək məqsədi ilə çəkisi 100 qramdan 500 qramadək olan müəyyən
ölçülü qızıl külçələrin hazırlanması barədə qərar qəbul edildi.
Kommersiya banklarına əsas qiymətli metal satıcıları kimi yeraltı sərvətlərin
istifadəçiləri, yəni qiymətli metalları bilavasitə hasil edən müəssisələr çıxış edirdi.
Külçələri almaq üçün kommersiya bankları metal çıxaranlarla müqavilə bağlayırdılar
.
Kommersiya bankları külçələri investotorlara və sənaye müəssisələrinə satırdı.
Onlar da banklarla komissiya müqavilələri və ya tapşırıq müqavilələri bağlaya bilərdi.
Komossiya müqaviləsinə əsasən, bank qızılın alınmasını, yaxud satılmasını öz
adından, lakin müştərisinin hesabına həyata keçirir. Tapşırıq müqaviləsinə əsasən,
bank öz müştərisi üçün müəyyən hüquqi tədbirlər görür. Məsələn, müştərinin adından
qızılın alqı-satqısı ilə bağlı sövdələşməni rəsmiləşdirir və ya qiymətli metallarla bağlı
olan digər tapşırıqları yerinə yetirir. Belə müqaviləyə əsasən, bilavasitə bank
müştərisinin hüquq və vəzifələri meydana gəlir.
Mərkəzi Bankı külçə ticarətinin fəal iştirakçısıdır. Banklararası qiymətli metallar
bazarını təşkil etmək məqsədi ilə Rusiya Bankı hər gün külçə şəklində olan
saflaşdırılmış qızıl, gümüş, platin və palladin alqı-satqı kotirovkalarını müəyyən edir.
Külçə şəklində olan saflaşdırılmış qızıl, gümüş, platin və palladinin Rusiya Bankı
Dostları ilə paylaş: |