4
Məhz bu sabablərə görə müasir dövrün tələblərinə uyğun olaraq qeyd olunan
mövzunun araşdırılması və təkliflərin irəli sürülməsi mövzunun aktuallığını sübut
edən əsas faktorlardandır.
Tə dqiqatın ə sas mə qsə di və və zifə lə ri: Azərbaycan ərazisi zəngin qızıl ehtiyatlarına
malikdir. Bəlli olduğu kimi, 2009-cu ilin iyulunda Azərbaycan qızılın sənaye
hasilatına başlayıb. Qızıl bazarının iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb etməsinə
və dövlətin bu sahədə irimiqyaslı işlərin aparılmasına baxmayaraq, ölkəmizdə qazıntı
işlərinin zəif aparılması, qızılın saflaşdırılması üçün zavodun olmaması və həm də
informasiya qıtlığı mövcuddur.
Bunları nəzərə alaraq magistr işinin yazılmasında əsas məqsəd bu sahənin mahiyyəti
və onun əsas keyfiyyət cəhətlərinin öyrənilməsi və təhlil olunması, eyni zamanda qızıl
bazarının inkişaf istiqamətlərinin müəyyən edilməsi və iqtisadiyyatda onun
ə
həmiyyətinin rolunun açıqlanmasından ibarətdir.
Həmçinin qızıl bazarının müasir vəziyyətinin tədqiqi, onun qiymətləndirilməsi,
iqtisadiyyatın əsas prinsiplərinin nəzərə alınması, xarici ölkələrin qızıl bazarlarında
qızılın hasilatı, istehsalı, emalı mexanizmlərinin mövcud obyektin şəraitə uyğun olaraq
ölkə iqtisadiyyatına tətbiqi imkanları və qızılın gələcək inkişaf dinamikasının
müəyyənləşdirilməsi üçün beynəlxalq təcrübədən istifadə olunması magistr
dissertasiya işinin əsas məqsədi hesab olunur. Bu məqsədlə dissertasiya işi aşağıdakı
vəzifələri yerinə yetirir:
- Müasir satış bazarlarının qaydalarının və istehlak sahələrinin rolu öyrənilir;
- Qızıl bazarlarında qızılın qiymətinə təsir göstərən amillərin qiymətləndirilməsi
yolları araşdırılır;
- Azərbaycanın qızıl bazarında hasilatın artırılması yolları öyrənilir;
- Ölkəmizdə qızıl bazarının təkmilləşdirilməsində əmtəə birjalarının rolunun
artırılması və istiqamətləri göstərilir.
Tədqiqatın obyekti və predmeti: Tədqiqatın obyekti qızıl bazarlarında onların
formalaşmasının və dinamikasının dəyişmə meyllərinin müəyyən edilməsi, dünya üzrə
qızıl bazarlarında istehsal, emal və saflaşdırılması baxımından qızılın qiymətlərinin
5
izlənməsi üzrə texniki təhlillərin aparılması zamanı dünya təcrübəsindən istifadə üzrə
metod, vasitə və qaydalar təşkil edir.
Tədqiqatın predmeti qızıl bazarının iqtisadiyyatda tutduğu yer və rolunun tədqiqi
təhlili, istiqamətləri və qızıl bazarının fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinin
araşdırılmasıdır.
Tə dqiqatın informasiya bazası və iş lə nmə metodları: Tədqiqatın informasiya bazası
qeyd olunan istiqamət üzrə Azərbaycan, eləcə də inglis, türk və rus iqtisadçılarınin
ə
sərlərindən qızıl bazarı, dünya qızıl hasilatının və eləcədə birja ticarəti haqqında
müvafiq qaydaları özündə əks etdirən beynəlxalq təcrübə və ölkədaxili normativ
hüquqi aktlardan, qərar, qayda statistik məlumatlardan və mövzu ilə bağlı bir çox
internet mənbələrindən ibarətdir. Tədqiqat üzərində işləyərkən müqayisəli texniki
təhlil və analitik hesablama metodlarından geniş istifadə edilmişdir.
Tə dqiqatın elmi yeniliyi: Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, qızıl bazarının
təhlili və qiymətləndirilməsi üzrə Azərbaycan Respublikasının mövcud təcrübəsinin
qeyd olunan sahə üzrə mövcud olan dünya ölkələrinin təcrübə kontekstində təhlil
edilir
və
milli
təcrübənin
qabaqcıl
beynəlxalq
standartlar
ə
sasında
təkmilləşdirilməsinin zəruriliyi və yolları göstərilir:
-Yeni bir texnologiya işlənərək həmən texnologiyaya asaslanıb zəif (kasıb)
yataqlardan qızılın çıxarılması daha məqsədəuyğundur;
- Azərbaycanda sahibkarlar yaxşı olar ki, öz vəsaitlərini qızıl yataqlarının kəşfinə və
istehsalına yönəltsinlər, çünki bu sahə riskli olsa da gəliri qat-qat böyükdür;
- Ölkəmizdə istehsal olunan qızıl sveçrənin Cenevrə şəhərində daşınıb saflaşdırılır.
Yaxşı olar ki, qeyd olunan ölkənin təcrübəsindən istifadə edərək öz vətənimizdə qızılı
saflaşdıran fabrik tikilsin.
Tə dqiqatın praktiki ə hə miyyə ti: Magistr dissertasiya işində istifadə olunan metod,
təhlil və qaydaların Azərbaycan qızıl bazarı üçün yeni olsa da, xarici ölkələrin
təcrübəsində geniş tətbiq olunur. Məhz bu səbəbdən tədqiqat beynəlxalq təcrübənin
milli iqtisadiyyata tətbiq üçün mühüm praktiki əhəmiyyət kəsb edir. Digər tərəfdən
tədqiqat işində istifadə olunan təhlil metodları qızıl bazarının iştirakçılarının bu sahədə
bilik, bacarıq və təcrübələrinin təkmilləşdirilməsinə imkan yaradır.
6
Dissertasiya işinin strukturu. Magistr dissertasiya işi giriş, üç fəsil və bu mövzuya
dair nəticə, təkliflər verilməklə 79 səhifədən ibarətdir.
Giriş hisssəsində mövzunun aktuallığı əsaslandırılır, tədqiqatın məqsədi və
vəzifələri, obyekti və predmeti, informasiya bazası və işlənmə metodları, elmi yeniliyi
və onun praktiki əhəmiyyəti göstərilir.
şin birinci fəslində qızıl bazarı və onların formalaşmasının nəzəri-metodoloji
ə
saslarından bəhs olunur. Fəsildə beynəlxalq valyuta sistemində qızılın tarixi inkişaf
mərhələləri və onun mahiyyəti, qızıl bazarının təşkilinin beynəlxalq prinsipləri onun
təşəkkül mərhələləri, eyni zamanda, Rusiya qiymətli metallar bazarının fəaliyyətinin
xüsusiyyətləri barəsində geniş məlumat verilir.
kinci fəsil qızıl bazarları onun müasir vəziyyəti və inkişaf meylləri təhlil olunur.
Burada beynəlxalq qızıl bazarları, onun iştirakçıları, Azərbaycanda qızıl bazarının
mövcud vəziyyəti və onun inkişafı təhlil olunur.
Üçüncü fəsildə isə qızıl bazarının fəaliyyətinin təkmilləşdirilməsi yolları göstərilir.
Fəsildə əsasən qızıl bazarlarında qızılın qiymətinə təsir göstərən amillərin
qiymətləndirilməsi, Azərbaycanın qızıl bazarında hasilatın artırılması yolları, eyni
zamanda bu fəsildə Respublikamızda qızıl bazarının təkmilləşdirilməsində əmtəə
birjalarının rolunun artırılması istiqamətləri verilmişdir.
Magistr işinin yekununda təhlil nəticəsində əldə olunmuş bir sıra fikirlər, nəticələr
təkliflər və təhlilin ərsəyə gəlməsi ilə istifadə olunan mənbələrin siyahısı
göstərilmişdir.
Dostları ilə paylaş: |