Ömrün etməyəcək vəfa dedilər
5
Tez-tez onu saz-söz sənətinin sərraflarının iştirak etdiyi
mötəbər məclislərə dəvət etməyə başladılar. Xüsusi vurğulamaq
istəyirəm ki, onun filologiya üzrə universitet
savadı məclis apar-
masına, insanlarla şirin münasibət qurmasına çox kömək edirdi.
O, həm aşıq poeziyasını,
həm
də
çağdaş
poeziyamızı
gözəl bilirdi.
Özü də ilhamlı şair idi. Bakıda məşhur 20 saylı məktəbdə 9-10-
cu
sinifləri
bitirməsi,
ADU-nun
filologiya
fakültəsində
təhsil al-
ması Aydının dünyagörüşünə dərin təsir etmişdir.
Hərtərəfli şə-
kildə onu bir çox aşıqlardan fərqləndirirdi. Bir sözlə, Aydın Ço-
banoğlu ziyalıların sevimlisinə,
xudmanı məclislərin ən arzuolu-
nan sənətkarına
çevrilmişdi.
Belə
məclislərdə
dinləyicilər adətən
aşığa söz atar,
onun nəyə
qadir
olduğunu
yoxlayardılar.
Aydın elə
cavab verərdi ki, hamı heyran olar, məclis daha da qızışardı. Bu
bir yandan Aydının istedadından, digər tərəfdən də aşıq ocağın-
da böyüməsindən,
bilik səviyyəsindən
xəbər verirdi.
Çox keçmə-
di Aşıq Aydın ağır məclislərə dəvət olundu.
Bir gün Şirvan aşıq məktəbinin görkəmli simalarından biri
– Aşıq Qurbanxandan soruşurlar ki, indiki aşıqlardan kimi bə-
yənirsən? Cavab verir ki, bir kəndə iki dəfə toya aparılan aşığı.
Aşıq Aydın Çobanoğlu nəinki bir kəndə, hətta bir nəslə
dəfələrlə toya aparılardı. O, elə yaradıcı aşıq idi ki, hətta tez-tez
Şirvan bölgəsinə belə məclislər aparmağa dəvət alardı. Bilənlər
bilir ki, onun başına gələn faciə Şamaxıdan toydan qayıdarkən
yolda baş vermişdi.
Aydın Çobanoğlunu yaradıcılığının çiçəkləndiyi,
sazının-
sözünün, sənətinin püxtələşdiyi bir dövrdə itirdik. Mübaliğəsiz
deyə bilərəm ki, o, Bakıda aşıq sənətini ən fəal və uğurla təbliğ
edən, prof. Qara Namazovun təbirincə desək, sazı Bakıya daimi
köçürən
sənətkarlardan biri idi. Aşıq Aydının qısa ömür payın-
Aydın Çobanoğlu
6
da gördüyü gərəkli işlərə nəzər salanda heyran olmamaq olmur.
Bu qədər işi, ulu ozan-aşıq sənətini dərindən sevən, onunla nə-
fəs alan sənətkar görə bilərdi.
Aşıq Aydın Çobanoğlunun ilk
uğurları 1975-77-ci illərə təsadüf edib. I Ümumittifaq festivalı-
nın laureatı adını
1977-ci ildə qazanıb.
1977-79-cu illər
–
Gənc
Aşıqların Respublika
baxış
müsabiqələrinin qalibi,
1984-cü il
–
Polşa Xalq
Respublikası
Zelena-Qura
şəhərində
keçirilən
XI Bey-
nəlxalq Folklor Festivalının laureatı, 1985-ci ildə isə
II Dünya
müharibəsində qələbənin 40 illiyinə
həsr
edilən
Ümumittifaq fes-
tivalı laureatı,
1987-ci il
–
Böyük Oktyabr Sosialist
İnqilabının
70 illiyinə həsr edilən II Ümumittifaq Xalq Yaradıcılığı Festiva-
lının laureatı, sənətdəki uğurlarına, zəhmətkeşlərin və gənc nəs-
lin estetik tərbiyəsində mühüm xidmətlərinə görə Sov.İKP MK,
SSRİ Nazirlər Sovetinin fəxri fərmanına,
1988-ci ildə Respubli-
ka Lenin Komsomolu mükafatına,
1988-ci
il
–
Almaniya
Demok-
ratik Respublikasına
(fevral, mart)
“Dostluq səfəri”ndə
Xalq
çalğı alətləri ansamblı ilə birlikdə rəhbər kimi Abşeron rayonu-
nu təmsil etmiş və çıxışlarına görə fəxri fərmana layiq görül-
müşdür.
1988-ci ildə (02-08 aprel) Leninqradda (indiki Sankt-Pe-
terburq) keçirilən XVI “Folklor və gənclik” Ümumittifaq elmi-
təcrübi konfransda “Aşıq sənətinin öyrədilməsi yolları” mövzu-
sunda məruzə ilə çıxış edib. O, bu çıxışı ilə müxtəlif millətlərin
nümayəndələrinin və sənətşünaslarının hafizəsində xalqımızın
əvəzsiz incisi olan aşıq sənəti, aşıq musiqisi barədə aydın təsəv-
vür yaratmışdır. Keçmiş İttifaqın elm və incəsənət xadimləri,
alimlər Azərbaycan aşıq sənətinə, Aydın Çobanoğlunun maraqlı
məruzəsinə və ustad Aşıq Əkbər Cəfərovla birgə ifalarına çox
Ömrün etməyəcək vəfa dedilər
7
yüksək qiymət vermişlər. Aydın Çobanoğlunun xatirə dəftərinə
yazılan təəssüratlardan:
Sənətşünaslıq doktoru Viktor Arkadyeviç Lapin: “Musiqi
beynəlmiləl dildir, buna görə də dostluq dilidir. Azərbaycan
aşıqları bunu Repindəki “Yaradıcılıq evi”ndə beynəlmiləl tama-
şaçılar qarşısında parlaq şəkildə sübut etdilər. Sağ olun”.
Vladivastok İncəsənət İnstitutunun dosenti Şiskova Alla
Viktorovna: “İlk dəfədir ki, ecazkar aşıq sənəti ilə qarşılaşıram.
Qarşınızda baş əyir və Sizə çox sağ olun deyirik, Azərbaycan
aşıqları!”
İvanova-Frankovsk konservatoriyası “SSRİ Xalqları musi-
qisi” kafedrasının müəllimi, musiqişünas A.M.Turyanskaya:
“Ecazkar aşıq sənətindən çox böyük həzz aldım. Mənə elə gəlir
ki, doğma mahnılara vurğunluğu aşıqlardan öyrənmək lazımdır.
Sizə böyük yaradıcılıq uğurları arzu edirəm ki, Sizin gözəl incə-
sənətinizlə bütün SSRİ xalqları tanış ola bilsinlər!”
Elə həmin ildə Hindistanda Abşeron rayon Mədəniyyət
şöbəsinin xətti ilə Sovet-Hindistan festivalında
(oktyabr-noyabr)
folklor kollektivi
ilə
bərabər
40
günlük
qastrol
səfərində
olmuşdur.
1989-cu ildə (10-19 iyul) İsveçdə Falun şəhərində Beynəl-
xalq Folklor Musiqisi Festivalında Xalq artisti Canəli Əkbərov,
kaman ustası Elman Bədəlov,
tarzən
Vamik
Məmmədəliyev, qar-
mon ifaçısı Vaqif Əsədovla birlikdə yüksək səviyyədə qastrol
səfərində iştirak edib.
A.Çobanoğlu 1990-91-ci illərdə Türkiyənin Konya şəhə-
rində
keçirilən “Konya Aşıqlar Bayramı”nda Qarslı aşıq Murad
Çobanoğlu ilə yarışmada festivalın baş mükafatına – Atatürk qı-
zıl medalına layiq görülüb.
Dostları ilə paylaş: |