15
Ə
sas istehsal sahələrinin istehsal infrastrukturu ilə təmin olunması səviyyəsini
müəyyən etmək üçün zaman amilinə görə istehsal infrastrukturunu aşağıdakı kimi
təsnifləşdirmək olar: irəli getmiş, gecikmiş və müasir istehsal infrasrukturu. Ölkənin
neft sənayesinə xidmət edən istehsal infrastrukturu xarici investisiyanın və mütərəqqi
texnologiyanın tətbiqi hesabına nisbətən irəli getmiş, kənd təsərrüfatı məhsullarının
istehsalını həyata keçirən aqrar sənaye sahələrində mövcud olan istehsal infrastruk-
turu maliyyə mənbələrinin çatışmaması hesabına gecikmiş, rabitənin inkişafına
xidmət edən istehsal infrastrukturu isə müasir texnika və texnologiyanın tətbiqi
nəticəsində yeniləşdirildiyindən müasir istehsal infrastrukturuna aid etmək olar.
stehsal infrastrukturunu üç böyük qrupda da birləşdirmək olar: sahələrarası, sa-
hədaxili və istehsaldaxili. Sahələrarası dedikdə rabitə, nəqliyyat, su, qaz, istilik, elek-
trik təchizatı; sahədaxili dedikdə meliorasiya, aqrokimya və s.; istehsaldaxili dedikdə
isə bir sahəyə xidmət göstərən istehsal infrastrukturları başa düşülür. Əsas istehsal
sahələrinin xüsusiyyətlərinə görə istehsal infrastrukturları sənaye, kənd təsərrüfatı və
tikinti sahələrində maddi istehsalın müxtəlif mərhələlərinə xidmət göstərən sahələrə
bölünür. Buraya xammal və hazır məhsulun daşınmasına xidmət edən nəqliyyat,
məhsulların saxlanılmasını təmin edən anbarlar, bina və qurğular, rabitənin istehsala
xidmət edən sahələri aid edilir. darəetmə üsuluna görə təsnifləşdirdikdə isə istehsal
infrastrukturları hər bir iqtisadi sistemin xüsusiyyətlərinə müvafiq olaraq idarə
olunduğuna görə bir-birindən fərqlənirlər. Belə ki, əvvəllər inzibati amirlik idarəetmə
üsuluna uyğun olaraq istehsal infrastrukturları dövlət inhisarında idisə, hazırda
idarəetmənin bazar formasına uyğun olaraq idarəetmə üsulu tətbiq olunur.
stehsal infrastrukturunu aidiyyətinə görə xidmət etdiyi sahəyə uyğun olaraq
magistral, rayon və lokal infrastrukturlara aid etmək olar. Magistral infrastrukturlara
respublika əhəmiyyətli istehsal infrastrukturunu, məsələn, dəmir yolu, su, avtomobil
və hava yolu və s. hansı ərazidən keçməsindən asılı olmayaraq respublika əhəmiy-
yətli funksiyaları yerinə yetirdiyindən magistral istehsal infrastrukturuna aid etmək
olar. Bir inzibati rayon ərazisində yerləşən istehsal sahələrinə xidmət edən istehsal
infrastrukturu rayon istehsal infrastrukturuna, yalnız bir istehsal sahəsinə aid olan
istehsal infrastrukturu isə lokal infrastruktura aid etmək olar. Məsələn, istehsalın
16
səmərəliliyini təmin etmək məqsədilə yaradılan əlavə bina, anbar, elevator qurğular,
hazır məhsulun daşınmasına xidmət edən yük nəqliyyatı vasitələri, istehsala aid olan
su təmizləyici qurğular və s. lokal istehsal infrastrukturlarına aid edilir.
Tələb və təklifin miqyasına görə, istehsal infrastrukturunu yerli, regionlararası
və geniş əhatəli olmaqla üç böyük qrupa bölmək olar. Hər hansı bir iqtisadi rayon
ə
razisində formalaşan istehsal sahəsinin tələbatına müvafiq olaraq ona xidmət
edən istehsal infrastrukturu sahəsi yerli tələbatı ödədiyindən yerli, bir-birinə yaxın
ə
razilərdə yerləşən iki və daha artıq iqtisadi rayonlarda mövcud olan oxşar istehsal
sahələrini əlaqələndirən və onların fəaliyyətinə xidmət edən istehsal infrasrtruk-
turları regionlararası istehsal infrastrukturları, ölkə ərazisindəki iqtisadi rayonlarda
fəaliyyət göstərən istehsal sahələrini əhatə edən istehsal infrastrukturu sahələri isə
geniş əhatəli istehsal infrastrukturu adlandırıla bilər.
1.2. stehsala xidmə tin forma və növlə ri
nfrastrukturun əsas cəhətlərindən biri onun fərdi yox, kollektiv və ictimai
tələbin ödənilməsinə xidmət etməkdədir. Bundan əvvəl, iqtisadiyyatın infrastruk-
turu həm də ictimai təkrar istehsalın bütün fazaları, istehsal, bölgü, mübadilə və
istehlak arasında qarşılıqlı əlaqənin formalaşmasına yönəlmişdir.
nfrastruktur konkret olaraq iqtisadiyyatın normal funksional şəraitini, əmtəə
dövriyyəsini, insanların həyat fəaliyyətini təmin edən sahələr kompleksi kimi çıxış
edir. Buraya yollar, nəqliyyat, rabitə, terminallar, enerji və su təchizatı, elm, təhsil,
səhiyyə və digər bu kimi xidmət sahələri aiddir.
stehsal xidmətləri dəyərə malikdir. Belə ki, onların reallaşması üçün
resurslar və əsas istehsalı təmin edən istehsal dəyəri tələb olunur. nfrastruktur
xidməti üçün istifadə olunan bu resurslar məhdud həcmdədir. stehsal infrastruk-
turunun xərclərin formalaşmasında əsas istehsal məhsulunun faydalılığında iştirak
edir. stehsal xidməti əsas istehsalın tələblərinin ödənilməsi xidmətə tələbi forma-
laşdırır.
Bazar iqtisadiyyatında infrastruktura iqtisadi subyektlərin müxtəlif bazarlarda
fəaliyyəti üçün şərait yaratmaq məqsədi daşıyan qarşılıqlı əlaqəli institutların
17
altsistemini əks etdirir. Bu altsistemə istehsal, maliyyə-kredit, institsional, kom-
mersiya, sosial, ekoloji və informasiya infrastrukturu daxildir.
Xidmət sahəsi məhsulun istehlakçıya çatdırılmasına, istehsalın tədavül dairə-
sində başa çatdırılmasına, əhalinin sağlamlığının qorunmasına, cəmiyyətin əsas
məhsuldar qüvvəsi olan insanın ümumi təhsil və mədəni-texniki səviyyəsinin
yüksəldilməsinə, istehsalın inkişafı və təkmilləşdirilməsi prosesinə xidmət edir.
Xidmət sahəsinin müstəqil sahə kimi formalaşması, məhsuldar qüvvələrin
inkişafının və əmək bölgüsünün dərinləşməsinin nəticəsidir. Belə ki, istehsalın da-
xilində ictimai əmək bölgüsünün dərinləşməsi əmək məhsuldarlığının o dərəcədə
yüksəldilməsinə səbəb oldu ki, bu da müəyyən sahələrin istehsala, əhaliyə və
cəmiyyətə xidmət etmək funksiyasını yerinə yetirməyə şərait yaratdı.
Xidmət sahəsi iqtisadi artımın təmin edilməsi və ümumi milli məhsulun
yaradılmasında mühüm rol oynayır. Belə ki, xidmət sahəsi yeni məhsulların
yaradılması və ya onların keçmiş istehlak dəyərlərinin bərpa edilməsində (təmir,
bərpa və s.) yaxından iştirak edir.
Xidmət sahəsini bütövlükdə üç iri sahəyə bölmək olar:
-istehsala xidmət sahəsi və ya istehsal infrastrukturu;
-əhaliyə xidmət sahəsi və ya mədəni-məişət infrastrukturu;
-cəmiyyətə xidmət sahəsi və ya intitutsional infrastruktura.
stehsal infrastrukturunun iqtisadiyyatın sərbəst sferası kimi formalaşmasının
səbəbi ictimai əmək bölgüsüdür. stehsal infrastrukturunun yaranması ilk növbədə
ə
mək prosesinin əsas və koməkçi hərəkətlərə bölünməsi əsasında baş vermişdir.
Bu proses müəssisə daxilində baş verir. xtisaslaşma və koperasiyanın inkişafı nə-
ticəsində köməkçi funksiyaların təmərküzləşdiyi müəssisələrin əmələ gəlməsi
istehsala xidmət sahələrinin yaranmasına səbəb olmuşdur. Beləliklə, xarici və da-
xili istehsal infrastrukturu yaranmışdır. Birinci müstəqil ixtisaslaşdırılmış müəs-
sisələrdən, ikinci isə müəssisə daxilində köməkçi və xidmətedici sex və
təsərrüfatlardan ibarətdir.
stehsala xidmət sahələri (istehsal infrastrukturu) köməkçi xarakter daşıyan
maddi və qeyri-maddi istehsal təyinatlı xidmətlər göstərirlər.
Dostları ilə paylaş: |