12
ödənilməsini təmin edir. Lakin bu heç də o demək deyil ki, əhali bu fəaliyyət
sahələrinin əsas obyekti hesab edilməlidir.
Ölkə iqtisadiyyatının inkişafına əsaslı təsir göstərə bilən istehsal infrastruktu-
runun hansı fərqləndirici əlamətlərlə xarakterizə olunduğunu aydınlaşdırmağa çalı-
ş
aq. Tədqiqatlardan görünür ki, istehsal infrastrukturunun başlıca xüsusiyyətlərini
nəzərdən keçirərkən M.P.Komorov onu müxtəlif əlamətlər üzrə aşağıdakı kimi
təsnifləşdirməyə cəhd etmişdir: 1) nsanların fəaliyyət sferası üzrə; 2) Fəaliyyətin
sahələri (funksiyaları) üzrə; 3) Tətbiqi miqyasına görə; 4) Ətrafda formalaşma
xüsusiyyətlərinə görə.
Fikrimizcə, infrastrukturlar daha geniş mənada insanların həyat fəaliyyətləri
boyunca onları əhatə edən bütün sahə və sferalarda fəaliyyət göstərirlər. stehsal
infrastrukturu isə öz növbəsində istehlak şeyləri istehsal edən sahələrin və istehsalı
yaradan şeyləri istehsal edən sahələrin infrastrukturlarına bölünməlidir. O, sənaye
və kənd təsərrüfatı məhsullarının istehsalı prosesində əmtəə ehtiyatlarının hərəkə-
tini təmin edən maddi-texniki sistemlərin məcmusu kimi başa düşülməlidir. Əmtəə
ehtiyatlarının təsnifləşdirilməsinə müvafiq olaraq istehsal infrastrukturunun funk-
siyaları aşağıdakı kimi qruplaşdırılmalıdır: istehsal prosesinin maddi vəsaitlərlə,
təbii ehtiyatlar, enerji, hazır məhsullar; istehsalın işçi qüvvəsi və ya əmək ehti-
yatları ilə, istehsalın maliyyə vəsaitləri və informasiya ilə təmin olunması. Beləlik-
lə, xidmət etdiyi sahələrdən asılı olaraq yerinə yetirdiyi funksiyalara görə istehsal
infrastrukturu xarici, daxili və qarışıq formada çıxış edirlər. Bu funksiyalar özlü-
yündə istehsal prosesini həyata keçirmək üçün böyük əhəmiyyətə malikdir.
stehsal infrastrukturunu müxtəlif əlamətlər üzrə də təsnifləşdirmək olar. Belə
ki, istehsal mühiti üzrə o, aşağıdakı kimi təsnifləşdirilir: 1) Müəssisənin istehsal
infrastrukturu; 2) Regionların istehsal infrastrukturu; 3) Dövlətin istehsal infras-
trukturu; 4) Əməkdaşlıq edən dövlətlərin istehsal infrastrukturu; 5) Beynəlxalq
istehsal infrastrukturu.
Sahə prinsipləri üzrə isə istehsal infrastrukturlarını aşağıdakı kimi təsnifləşdir-
mək olar: ayrı-ayrı istehsal sahələrinin istehsal infrastrukturu; müəssisə və təşkilatla-
rın istehsal infrastrukturları; sahələrin istehsal infrastrukturu. Eyni zamanda istehsalın
13
yerinə yetirdiyi funksiyalardan asılı olaraq istehsal infrastrukturu təsnifləşdirilə bilər.
Bu cür təsnifləşdirməni istehsal infrastrukturunun ünsürlərinin sahə tərkibi adlandırıb,
onlara aşağıdakıları aid etmək olar: 1) Nəqliyyat (nəqliyyat kommunikasiya); 2)
Enerji təsərrüfatı (enerji-yanacaq); 3) Rabitə (informasiya-kommunikasiya); 4) Su
təchizatı; 5) Kanalizasiya; 6) Anbar təsərrüfatı; 7) Topdansatış ticarət; 8) Elm. steh-
sal infrastrukturunun belə təsnifləşdirilməsi ictimai həyatın inkişafı və idarə olun-
masına sistemli iqtisadi yanaşma metodlarının tətbiq edilməsinə və ayrı-ayrı istehsal
infrastrukturu sahələrinin inkişaf etdirilməsinə kömək edə bilər.
stehsalın yerinə yetirdiyi funksiyalardan asılı olaraq istehsal infrakstrukturu
təsnifləşdirilə bilər. Bu cür təsnifləşdirməni istehsal infrakstrukturunun
ünsürlərinin sahə tərkibi adlandırıb, onlara aşağıdakıları aid etmək olar:
1.Nəqliyyat (nəqliyyat kommunikasiya);
2.Enerji təsərrüfatı (enerji-yanacaq);
3. Rabitə (informasiya-kommunikasiya);
4. Su təchizatı;
5. Kanalizasiya;
6. Anbar təsərrüfatı;
7. Topdansatış ticarət;
8. Elm.
stehsal infrakstrukturunun təsnifləşdirilməsi ictimai həyatın inkişafı və idarə
olunmasına sistemli iqtisadi yanaşma metodlarının tətbiq edilməsinə və ayrı-ayrı
istehsal infrastrkturu sahələrinin inkişaf etdirilməsinə kömək edir.
stehsal infrastruktunu üç böyük qrupda da birləşdirmək olar: sahələrarası,
sahə daxili və istehsal daxili. Sahələrarası dedikdə rabitə, nəqliyyat, su, qaz, istilik,
elektrik təchizatı; sahə daxili dedikdə meliorasiya, aqrokimya və s.; istehsal daxili
dedikdə isə, bir sahəyə xidmət göstərən istehsal infrastrukturları başa düşülür.
Ə
sas istehsal sahələrinin xüsusiyyətlərinə görə istehsal infrastrukturları sənaye,
kənd təsərrüfatı və tikinti sahələrində maddi istehsalın müxtəlif mərhələlərinə
xidmət göstərən sahələrə bölünür. Buraya xammal və hazır məhsulun daşınmasına
xidmət edən nəqliyyat, məhsulların saxlanılmasını təmin edən anbarlar, bina və
14
qurğular, rabitənin istehsala xidmət edən sahələri aid edilir. darəetmə üsuluna
görə təsnifləşdirdikdə isə, istehsal infrastrukturları hər bir iqtisadi sistemin
xüsusiyyətlərinə müvafiq olaraq idarə olunduğuna görə bir-birindən fərqlənirlər.
Belə ki, əvvəllər inzibati-amirlik idarəetmə üsuluna uyğun olaraq istehsal infrast-
rukturları dövlət inhisarında idisə, hazırda idarəetmənin bazar formasına uyğun
olaraq idarəetmə üsulu tətbiq olunur.
stehsal infrastrukturlarının maddi istehsal sahələrinə və müvafiq yarım-
qruplara bölgüsünü nəzərdə tutaraq onlar maddi istehsal sahələrinə sənaye, kənd
təsərrüfatı, tikinti, meşə təsərrüfatı, ovçuluq və balıqçılıq, istehsala xidmət edən
rabitə, yük nəqliyyatı, energetika təsərrüfatı, maddi-texniki təchizat, ticarət və
ictimai iaşəni aid edirlər. Onların fikrincə, sosial və kommunal-məişət infrastruk-
turlarına təhsil, səhiyyə, sosial-təminat müəssisələri, elm sahəsi, kommunal,
mənzil-məişət təsərrüfatı, şəxsi istehlaka xidmət edən təmir emalatxanaları, sosial-
mədəni təyinatlı müəssisələr, incəsənət, ticarət və ictimai iaşə, kurort təsərrüfatı,
ə
haliyə ximət edən sahələr, o cümlədən kommunikasiya sistemi, ictimai nəqliyyat,
ictimai rabitə, maliyyə-kredit təsərrüfatı hissəsi, dini qurumlar, bədən tərbiyəsi və
idman təşkilatları, stadionlar daxil edilməlidir.
stehsalın planlaşdırılması və proqnozlaşdırılması zamanı istehsal infrastruk-
turunu mövcud vəziyyətdən asılı olaraq formalaşan, tərəqqi edən və tənəzzül edən
istehsal infrstrukturlarına bölmək olar. Azərbaycanın istehsal infrastrukturu bu
baxımdan formalaşan və tərəqqi edən infrastrukturlara aid edilir. Məlum olduğu
kimi, təbii resursların, xarici investisiyaların və ölkədə gedən demoqrafik proses-
lərin təsiri ilə artıq istehsal infrastrukturunun formalaşması və inkişafı prosesləri
başlamışdır. Lakin maşınlı texnikanın azlığı, enerji qıtlığı və maliyyə vəsaitinin
çatışmaması nəticəsində ölkənin kənd təsərrüfatında mövcud olan istehsal
infrastrukturu kompleksi tənəzzülə doğru meyl etməkdədir. Azərbaycan Respub-
likası prezidentinin müvafiq fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)”nda bu sahədə
həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlər kənd təsərrüfatının, eləcə də onun
istehsal infrastrukturunun inkişafına müsbət təsir göstərəcəkdir.